Legal

iCLOUD QAYDA VƏ ŞƏRTLƏRİ

iCloud-a xoş gəldiniz

 

SİZİN VƏ APPLE-İN ARASINDA OLAN BU QANUNİ SAZİŞ SİZİN iCLOUD MƏHSULUNDAN, PROQRAM TƏMİNATINDAN, XİDMƏTLƏRDƏN İSTİFADƏNİZİ TƏNZİMLƏYİR (BİRLİKDƏ “XİDMƏT” ADLANDIRILACAQ). AŞAĞIDAKI ŞƏRTLƏRİ OXUYUB ANLAMAĞINIZ ÇOX VACİBDİR. “RAZIYAM,” KLİKLƏMƏKLƏ XİDMƏTƏ GİRMƏK VƏ YA İSTİFADƏ ETMƏYİ SEÇMƏKLƏ BU ŞƏRTLƏRİN TƏTBİQ OLUNACAĞINA RAZILIQ VERİRSİNİZ.

 

Apple yalnız bu Sazişdə nəzərdə tutulmuş şərtlər altında sizin müəyyən İnternet xidmətlərindən istifadənizə, şəxsi məlumatlarınızın toplanmasına (əlaqələr, təqvimlər, şəkillər, qeydlər, xatırlatmalar, sənədlər, proqram məlumatları, və iCloud e-poçtu) icazə verən və onları uyğun qurğu və kompüterlərdə və məkan əsaslı xidmətlərdə mümkün edən Xidmət provayderidir. iCloud-u mümkün edən kimi sizin məzmun avtomatik olaraq Apple-a göndəriləcək və toplanacaq, beləliklə siz daha sonra bu məzmuna daxil ola və ya iCloud dəstəkləyən digər cihaz və kompüterlərinizə simsiz olaraq göndərə bilərsiniz. 

 

I. XİDMƏTİN İSTİFADƏSİNƏ DAİR TƏLƏBLƏR

 

          A. Yaş. Xidmət yalnız 13 və ya daha yuxarı yaşa malik fərdlər üçün və sizin yaşınız 13-dən az olduğu təqdirdə əgər sizin Apple İD təsdiq edilmiş təhsil müəssisəsi tərəfindən verilibsə və ya valideyniniz və ya qəyyumunuz tərəfindən Family Sharing xüsusiyyətinin bir hissəsi olaraq yaradılıbsa mümkündür. Biz yaşı 13-dən aşağı və ya müvafiq yurisdiksiya üzrə minimum yaşa uyğun olan yaşda uşaqların şəxsi məlumatlarını yoxlanılmış valideyn razılığı olmadan bilərəkdən toplamır, istifadə etmir və ya aşkar etmirik. Valideynlərvə qəyyumlar da kiçik yaşlı uşaqlara İnternetdə yad insanlarla ünsiyyət qurmağın təhlükəli olduğunu xatırlatmalı və onların Xidmətdən istifadəsinə nəzarət etmək də daxil olmaqla uşaqları qorumaq üçün müvafiq ehtiyat tədbirləri görməlidirlər.

 

Xidmətdən istifadə etmək üçün sizə Amerika Birləşmiş Ştatlarının qanunlarına və ya yaşadığınız və ya Xidməti istifadə etdiyiniz ölkə də daxil olmaqla digər tətbiq edilən yurisdiksiyaya əsasən Xidmətin istifadəsinə qadağa qoyulmamalıdır. Bu Sazişi qəbul etməklə siz yuxarıda qeyd edilənləri başa düşdüyünüzü və qəbul etdiyinizi ifadə edirsiniz.

 

          B. Qurğular və Hesablar. Xidmətin istifadəsi uyğun qurğular, İnternetə giriş və müəyyən proqram təminatı, (rüsum tətbiq oluna bilər); periodik yeniləmələr tələb edə bilər; və bu faktorların fəaliyyətindən təsirlənə bilər. Apple cihazdan yaradılan Hesabların sayını və Hesabla bağlı cihazların sayını məhdudlaşdırmaq hüququna malikdir. Tələb olunan proqram təminatının sonuncu versiyası müəyyən tranzaksiya və ya xüsusiyyətlər üçün tələb oluna bilər. Bu tələbləri yerinə yetirməyin sizin öhdəliyiniz olduğu ilə razılaşırsınız. 

 

          C. İstifadədə məhdudiyyətlər. Siz Xidmətdən yalnız bu Sazişin icazə verdiyi məqsədlər üçün və yalnız hər hansı tətbiq olunan qanun, nizamnamə və ya tətbiqi yurisdiksiyada ümumi qəbul edilmiş təcrübə ilə icazə verilən dərəcədə istifadə etməyə razılaşırsınız. iCloud xüsusiyyətlər səhifəsində təsvir edildiyi kimi sizin Hesaba 5GB yaddaş tutumu ayrılıb. Əlavə yaddaş aşağıda təsvir edildiyi kimi, satın almaqla mümkün olur. Buraxılış zolağının və ya yaddaş tutumunun (məsələn ehtiyat nüsxə və ya e-poçt hesabının yeri) hər hansı müvafiq və ya münasib məhdudiyyətini keçmək qadağandır və bu iCloudda ehtiyat nüsxə çıxarılmasına, sənədlər əlavə etməyə və ya sizin iCloud e-poçt ünvanına göndərilmiş yeni e-poçtu qəbul etməyə mane ola bilər. Əgər sizin Xidmətdən istifadəniz və ya digər hərəkətiniz qəsdən və ya bilməyərəkdən Apple-in Xidmətin və ya digər sistemlərin təminatına təhlükə yaradarsa, Apple-in Xidməti və Apple sistemlərini qorumaq üçün bütün müvafiq addımları atmağa səlahiyyəti var ki, bura sizin Xidmətə girişinizə xitam vermək də daxildir. Müvafiq məhdudiyyət pozğunluqları sizin Hesabın bağlanması ilə nəticələnə bilər.

 

Əgər siz aidiyyəti qurum, aidiyyəti qurumun işgüzar tərəfdaşı və ya nümayəndəsi, yaxud işgüzar tərəfdaşsınızsa (45 Federal Qaydalar Toplusunun (FQT) § 160.103-də müəyyən edilən şərtlər üzrə) onda Siz hər hansı “qorunan sağlamlıq haqda məlumatları” yaratmaq, qəbul etmək, təmin etmək və ya ötürmək üçün iCloud komponenti, funksiyası və ya digər qurğusundan istifadə etməyəcəyinizə (45 FQT-nin § 160.103-də müəyyən edilən şərtlər üzrə), yaxud da iCloud-dan Apple-ı (yaxud hər hansı Apple Törəmə şirkətini) Sizin və ya hər hansı üçüncü tərəfin işgüzar tərəfdaşı edəcəyi qaydada istifadə etməyəcəyinizə razılıq verirsiniz.

          

          D. Xidmətin mümkünlüyü. Xidmət və ya onun hər hansı funksiyası yaxud hissəsi bütün dillərdə və ya ölkələrdə mövcud olmaya bilər və Apple Xidmət və ya onun hər hansı funksiyası yaxud hissəsinin müəyyən bir yerdə mövcud olacağına zəmanət vermir. Xidmətə daxil olmaq və istifadə etmək üçün seçdiyiniz dərəcəni öz təşəbbüsünüzlə seçirsiniz və hər hansı tətbiqi qanunla uyğunluğuna görə də məsuliyyət daşıyırsınız.

 

          E. Xidmətin dəyişdirilməsi. Apple bu Sazişi istənilən vaxt dəyişmək və sizin Xidmətdən istifadənizə dair yeni şərtlər təyin etmək hüququna malikdir. Belə dəyişikliklər və əlavə şərtlər sizə bildiriləcək və əgər qəbul edilərsə dərhal qüvvəyə minərək bu Sazişə salınacaq. Belə dəyişiklikləri qəbul etməkdən imtina etdiyiniz halda Apple-ın bu Sazişə və sizin hesaba son qoymaq hüququ var. Siz razılaşırsınız ki, Apple hər hansı dəyişikliyə və ya Xidmətin kəsilməsinə görə sizin və ya hər hansı üçüncü şəxsin qarşısında cavabdeh deyil. Əgər siz Xidmətdən istifadə üçün ödəniş etmisinizsə və biz də bunu dayandırmış və ya maddi olaraq funksionallığını aşağı salmışıqsa sizi hər hansı əvvəlcədən ödənişə görə mütənasib ödəmə ilə təmin edəcəyik.

 

II. XÜSUSİYYƏTLƏR VƏ XİDMƏTLƏR

 

          A. Məkan əsaslı Xidmətlərin İstifadəsi

 

Apple, onun əməkdaşları və aksionerləri GPS (mümkün olan yerdə) və kraudsors Wi-Fi qaynar nöqtələri və mobil telefon qüllələrindən istifadə etməklə cihaz əsaslı məkan məlumatından asılı olan müəyyən xüsusiyyət və xidmətləri(məs.,Find My iPhone, Find My Friends) təmin edə bilərlər. Mümkün olan yerlərdə belə xüsusiyyət və xidmətləri təmin etmək üçün Apple, onun əməkdaşları və aksionerləri sizin cihazın coğrafi məkanı da daxil olmaqla olduğunuz yer barədə məlumatı, iCloud hesabınızla (“Hesab”), sizin Apple İD-niz, cihaz İD-niz və adı və cihazın növü də daxil olmaqla qeyd edilən hər hansı qeydiyyatdan keçmiş cihazla bağlı məlumatı toplamalı, istifadə etməli, göndərməli, işləməli və saxlamalıdır. 

 

Siz məkan bildirmə funksiyalarından istifadə etməməklə və cihazınızda və kompüterinizdə Find My iPhone, Find My Friends və ya Məkan Xidməti parametrlərini (mümkün olduğu kimi) söndürməklə Apple, onun əməkdaşları və aksionerlərinin məkan və hesab məlumatlarını toplamasına, istifadəsinə, göndərməsinə, işləməsiə və saxlamasına razılığınızdan istənilən vaxt imtina edə bilərsiniz. Xidmətin bir hissəsi kimi olduğu yer barədə məlumatdan istifadə edən və ya təmin edənüçüncü tərəfin xidmətlərindən istifadə edərkən siz üçüncü tərəf xidmətlərinin olduğu yer barədə məlumatların istifadəsinə dair üçüncü tərəfin şərtlərini və təhlükəsizlik sistemini nəzərdən keçirməlisiniz. Xidmət tərəfindən təmin edilən olduğu yer barədə hər hansı məlumat dəqiq məlumatın tələb olunduğu vəziyyətlərdə və ya yanlış, qeyri-dəqiq, gecikmiş və ya natamam məkan məlumatlarının ölümlə, zədə ilə, əmlaka və ətraf-mühitə zərər yetirməklə nəticələnə biləcəyi hallarda əsaslanmaq üçün nəzərdə tutulmayıb. Apple Xidmətin təchizatı zamanı qənaətbəxş bacarıq və lazımi dərəcədə ehtiyatlılıq göstərəcək lakin nəApple nə də onun hər hansı digər məzmun provayderi Xidmət tərəfindən görüntülənən məkan məlumatlarının və ya hər hansı digər məlumatın mümkünlüyü, dəqiqliyi, tamlığı, etibarlılığı və ya vaxtlı-vaxtında olmasına zəmanət vermir. MƏKAN BİLDİRƏN XİDMƏTLƏR QƏZA KOORDİNAT SİSTEMİ KİMİ İSTİFADƏ ETMƏK ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB VƏ YA UYĞUN DEYİL.

 

          B. Find My iPhone

 

Siz iCloud-u aktiv etdikdə iOS 8 və ya daha sonrakı versiya ilə idarə olunan iOS cihazlarda Find My iPhone avtomatik olaraq aktivləşir. Find My iPhone iOS 7 və ya daha sonrakı versiya ilə idarə olunan iOS cihazda aktivləşəndə sizin iOS cihazınız avtomatik olaraq Apple İD-niz ilə əlaqə yaradır. Hər hansı bir şəxs (siz də daxil olmaqla) Find My iPhone-u söndürməzdən iCloud-dan çıxmazdan cihazı silməzdən və ya aktivləşdirməzdən əvvəl Apple İD parolunuz tələb olunacaq. Apple və onun səlahiyyətli nümayəndələri siz xidmətdən əvvəl Find My iPhone-u qeyri-aktiv etmədiyiniz təqdirdə Apple-in məhdud zəmanəti altındakı xidmətlər də daxil olmaqla avadanlıq və proqram təminatı dəstəyi xidmətlərini yerinə yetirməyə bilər. Sizin iOS cihazınızı parol ilə qoruya, Lost Mode aktiv edə və/və ya qeydlər və əlaqələri qəbul edə və ya cavablaya bilmədiyinizə görə Apple heç bir məsuliyyət daşımır. Apple eyni zamanda iOS cihazınızı sizə qaytarmağa və ya iOS cihazınızda hər hansı məlumat itkisinə görə də məsuiliyyət daşımır.

 

          C. Ehtiyat nüsxəçıxarma

 

Cihazın ekranı kilidlənəndə, enerji mənbəyinə qoşulduqda və Wi-Fi şəbəkəsi vasitəsilə internetə bağlandıqda Xidmət mütəmadi olaraq iOS cihazlar üçün avtomatik olaraq ehtiyat nüsxə çıxarır. iCloud sizin son üç ehtiyat nüsxənizi saxlayacaq; lakin əgər cihaz iCloudda yüz səksən gün (180) ərzində ehtiyat nüsxə çıxarmasa Apple bu cihazla bağlı ehtiyat nüsxələri silmək hüququna malikdir. Ehtiyat nüsxəçıxarma cihaz parametrləri, cihaz xarakteristikaları, şəkillər və videolar, sənədlər, mesajlar (iMessage, SMS, və MMS), zəng melodiyası, proqram məlumatları (Health proqram verilənləri də daxil olmaqla),məkan parametrləri (sizin quraşdırdığınız məkan bildirən xatırlatmalar), Əsas ekran və proqram təşkilinə kimi məhdudlaşır. iTunes Store, App Store, və ya iBookstore-dan satın aldığınız məzmunun ehtiyat nüsxəsi çıxarılmır lakin hesab tələblərinə, mümkünlüyə və tətbiqi şərtlərə əsasən bu xidmətlərdən yüklənə bilər. Kompüterinizdən sinxronlaşdırılmış medianın ehtiyat nüsxəsi çıxarılmır. Əgər siz iCloud Şəkil Kitabxanasını aktiv etsəniz, sizin Şəkil Kitabxananızın ehtiyat nüsxəsi avtomatik iCloud ehtiyat nüsxəçıxarmadan ayrı çıxarılacaq. Sizin iCloud e-poçtunuz, əlaqləriniz, təqvimləriniz, əlfəcinləriniz, və sənədləriniz toplanır və iCloud vasitəsilə cihaz və kompüterlərinizdən onları əldə edə bilərsiniz. Xidmətin təchizatı zamanı Apple qənaətbəxş bacarıq və lazımi dərəcədə ehtiyatlılıq göstərəcək lakin BU SAZİŞİN ŞƏRTLƏRİNƏ ƏSASƏN TƏTBİQİ QANUNUN İCAZƏ VERDİYİ DƏRƏCƏDƏ APPLE XİDMƏT VASİTƏSİLƏ SAXLADIĞINIZ VƏ YA MÜRACİƏT ETDİYİNİZ HƏR HANSI MƏZMUNUN BİLMƏYƏRƏKDƏN VURULMUŞ ZƏRƏR, KORLANMA, İTMƏ VƏ YA SİLİNMƏYƏ MƏRUZ QALMAYACAĞINA ZƏMANƏT VERMİR VƏ BELƏ ZƏDƏLƏNMƏ, KORLANMA, İTMƏ VƏ YA SİLİNMƏ BAŞ VERƏRSƏ APPLE BUNA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. Məlumat və verilənlərinizin müvafiq alternativ ehtiyat nüsxəsini çıxarmaq sizin məsuliyyətinizdir.

 

iCloud Ehtiyat nüsxəçıxarma aktiv edildikdə sizin cihazınızın sinxronlaşdırma zamanı iTunes-də avtomatik olaraq ehtiyat nüsxəsi çıxarılmayacaq, lakin siz iTunes-də əllə ehtiyat nüsxəçıxarma başlada bilərsiniz.

 

          D. Şəkillər

 

          1. iCloud Şəkil Kitabxanası. iCloud Şəkil Kitabxanasını aktiv etdiyinizdə, iOS cihazınız, OS X kompüteriniz və ya Windows kompüterinizdəki şəkilləriniz, videolarınız və Şəkillər Proqramındakı metaverilənləriniz avtomatik olaraq iCloud-a göndəriləcək, iCloud-da sizin Şəkil Kitabxananız kimi saxlanılacaq və sonra sizin bütün digər iCloud Şəkil Kitabxanası aktivləşdirilmiş cihaz və kompüterlərinizə yerləşdiriləcək. Əgər siz daha sonra bu cihaz və kompüterlərin Cihaz Şəkil Kitabxanasında dəyişiklik etsəniz (silmələr də daxil olmaqla) sizin dəyişikliklər avtomatik olaraq sizin iCloud Şəkil Kitabxanasında əks olunacaq. Bu dəyişikliklər eyni zamanda iCloud-dan yeri dəyişdiriləcək və sizin bütün digər iCloud Şəkil Kitabxanası aktivləşdirilmiş cihaz və kompüterlərinizin Cihaz Şəkil Kitabxanasında əks olunacaq. Əgər siz My Photo Stream və ya iCloud Photo Sharing istifadə edirsinizsə, cihaz və kompüterinizə əlavə etdiyiniz hər hansı yeni şəkil iCloud-a göndəriləcək və avtomatik olaraq digər My Photo Stream və ya iCloud Photo Sharing aktivləşdirilmiş cihaz və kompüterlərdə yerləşdiriləcək. Lütfən qeyd edin ki, məzmunun cihaz və ya kompüterinizin Şəkil Kitabxanasında əksolunma qabiliyyəti mümkün yaddaş tutumundan və iCloud Şəkil Kitabxanası aktivləşdirilmiş iOS cihaz və ya kompüteriniz üçün seçdiyiniz yaddaş idarəetmə seçimlərindən asılı olaraq dəyişə bilər. Əgər siz iCloud Şəkil Kitabxanasından istifadə etmək istəmirsinizsə, iCloud Şəkil Kitabxanası aktiv edilmiş bütün iOS cihaz və kompüterlərinizdə iCloud Şəkil Kitabxanasını söndürə bilərsiniz.

 

          2. My Photo Stream. Siz iCloud-un My Photo Stream xüsusiyyətindən istifadə edərkən Apple iOS cihazınız vasitəsilə çəkilmiş və ya kompüterdən yüklənmiş şəkillərinizi məhdud zaman müddətində yadda saxlaya və My Photo Stream aktivləşdirilmiş digər Apple iOS cihazınıza və ya kompüterlərinizə avtomatik olaraq göndərə bilər. Lütfən diqqətə alın ki, yalnız məhdud sayda şəkil hər hansı istənilən bir vaxtda bulud və ya sizin cihazınızda saxlana bilər, və köhnə şəkillər vaxt-vaxtdan My Photo Stream-dən silinəcək. Daimi olaraq xüsusi cihazda saxlamaq istədiyiniz hər hansı şəkil kompüterinizdəki kamera lentində və ya şəkil kitabxanasında saxlanmalıdır. Şəkil əksetmə qabiliyyəti şəkilləri yüklədiyiniz cihazdan asılı olaraq dəyişə bilər. Əgər My Photo Stream-dən istifadə etmək istəmirsinizsə My Photo Stream aktivləşdirilmiş bütün iOS Cihaz və kompüterlərdə My Photo Stream-i söndürə bilərsiniz. Əgər siz iCloud Photo Library aktivləşdirmisinizsə cihaz və kompüterlər artıq My Photo Stream-dən məlumat yükləməyəcək, lakin My Photo Stream-ə məlumat yükləməyə davam edəcək. Bu o deməkdir ki, iCloud-Photo-Library aktivləşdirilmiş cihaz və kompüterlər aktivləşdirilməmiş cihaz və kompüterlərə məlumjat göndərəcək, lakin aktivləşdirilməmiş cihaz və kompüterlərdən olan məlumat iCloud Photo Library-yə yüklənməyəcək.

 

          3. iCloud Photo Sharing. iCloud Photo Sharing xüsusiyyətindən istifadə edərkən, siz şəkilləri və videoları silənə kimi Apple davamlı olaraq onları saxlaya, bu şəkil və videoları iCloud Photo Sharing aktivləşdirilmiş digər Apple iOS cihaz və kompüterlərə göndərə və onları əgər Family Sharing aktivləşdirilibsə Ailə üzvləriniz də daxil olmaqla paylaşmaq üçün seçdiyiniz insanların iOS cihaz və komptürlərinə göndərə bilər. iCloud Photo Sharing istifadə edərkən siz qəbul edicilərinizə şəkil və videolarınızı görməyə, yadda saxlamağa köçürməyə və paylaşmağa, eyni zamanda şəkil və videolar töhfə verməsinə və şərhlər yazmağa icazə verirsiniz. Siz ayrı-ayrı şəkilləri, videoları, şərhləri və ya bütün paylaşmış şəkil axınlarını silərək onların paylaşılmasını dərhal dayandıra bilərsiniz, lakin baxıcının əvvəlcədən öz cihazında və ya kompüterində yadda saxladığı şəkil və videolar silinməyəcək.

 

          E. Public Beta

 

Apple vaxt-vaxtdan Apple-ı Beta Xüsusiyyətlərinin keyfiyyəti və istifadə rahatlığı ilə bağlı əks əlaqə ilə təmin etmək məqsədilə Public Beta Proqramının bir hissəsi kimi (“Proqram”) Xidmətin yeni və/və ya yenilənmiş xüsusiyyətlərini (“Beta funksiyaları”) təklif etməyi seçə bilər. Siz başa düşür və razılaşırsınız ki, sizin Proqramda iştirakınız könüllüdür və Apple ilə sizin aranızda heç bir hüquqi əməkdaşlıq, nümayəndəlik və ya iş münasibətləri yaratmır və Apple sizi hər hansı Beta Xüsusiyyətləri ilə təmin etməyə borclu deyil. Apple Proqram iştirakçıları üçün onlayn qeydiyyat və ya Xidmət yolu ilə qeydiyyat vasitəsilə belə Beta Xüsusiyyətləri aktiv edə bilər. Siz başa düşür və razılaşırsınız ki, Apple sizi Proqramda qeydiyyatdan keçirmək üçün və/və ya istirak üçün sizin öhdəliyinizi müəyyən etmək üçün sizin Hesabınızdan, cihaz və periferiya qurğularınızdan olan məlumatı toplaya və istifadə edə bilər. Siz başa düşürsünüz ki, bir dəfə Proqramda qeydiyyatdan keçməklə verilmiş Beta Xüsusiyyətinin əvvəlki qeyri-beta versiyasına geri qayıda bilməzsiniz. Belə geri qayıtmanın mümkün olduğu halda siz Beta Xüsusiyyəti ilə yaradılmış məlumatı əvvəlki qeyri-beta versiyasına qaytara bilməzsiniz. Sizin Beta Xüsusiyyətlərindən istifadəniz və Proqramda iştirakınız bu sazişlə və Beta Xüsusiyyətlərini ayrılıqda müşayiət edən əlavə lisenziya şərtləri ilə nizamlanır. Beta Xüsusiyyətləri “OLDUĞU KİMİ” və “MÜMKÜN OLDUĞU KİMİ” əsası ilə təmin edilir və bura qoşulmuş cihaz və periferiya qurğularındakı (məhdudiyyətsiz server və kompüterlər də daxil olmaqla) verilənlərin və/və ya məlumatların zədələnməsinə və ya itkisinə səbəb olacaq xəta və yanlışlıqlardan ibarət ola bilər. Hər hansı Proqramda iştirak etməzdən əvvəl Apple sizin cihazınızdakı və periferiya qurğularınızdakı bütün verilənlər və məlumatların ehtiyat nüsxələrini çıxarmanızı dəstəkləyir. Siz aydın şəkildə etiraf edirsiniz ki, Beta Xüsusiyyətlərinin bütün istifadəsi yalnız sizin riskinizdir. MƏHDUDİYYƏTSİZ OLARAQ HƏR HANSI İNTERNETƏ GİRİŞ HAQQI, EHTİYAT NÜSXƏÇIXARMA XƏRCLƏRİ, CİHAZ VƏ PERİFERİYA QURĞULARINIZIN İSTİFADƏSİ ÜÇÜN LAZIM OLAN XƏRCLƏR DƏ DAXİL OLMAQLA HƏR HANSI PROQRAMDA İŞTİRAKINIZLA BAĞLI BÜTÜN RİSK VƏ XƏRCLƏRİ VƏ HƏR HANSI AVADANLIĞA, PROQRAM TƏMİNATINA, MƏLUMAT VƏ YA VERİLƏNLƏRƏ DƏYƏN ZƏRƏRİ ÖZ ÜZƏRİNİZƏ GÖTÜRÜRSÜNÜZ. Apple sizi Beta Xüsusiyyətləri üçün texniki və/və ya digər dəstəklə təmin edə və ya etməyə bilər. Əgər dəstək təmin edilərsə bu Xidmət üçün olan normal dəstək əhatə dairəsindən əlavə olacaq və yalnız proqram vasitəsilə mümkün olacaq. Siz razılaşırsınız ki, hər hansı dəstəyi qəbul etmək üçün Apple-in təmin etdiyi hər hansı dəstək qaydalarına və siyasətinə riayət edəcəksiniz. Apple istənilən vaxt bildirişlə və ya bildirişsiz Proqramın şərtlərini, qaydalarını və ya siyasətini (Proqramı başa çatdırmaq da daxil olmaqla) dəyişmək hüququna malikdir. Siz qəbul edirsiniz ki, Apple Beta Xüsusiyyətlərinin ticari versiyasını təmin etmək məcburiyyətində deyil və əgər belə ticari versiya mümkün olarsa o, Beta Xüsusiyyətlərində olandan fərqli xüsusiyyət və funksionallıqlara malik olacaq. Proqramın bir hissəsi kimi Apple sizi Beta Xüsusiyyətlərinin istifadəsi ilə bağlı şərhlər, təkliflər və ya digər əks əlaqələr göndərmək imkanı ilə təmin edəcək. Siz razılaşırsınız ki, ayrıca yazılı sazişin olmaması zamanı, Apple sizin hər hansı məqsədlə təmin etdiyiniz əks əlaqəni istifadə etməkdə müstəqil olacaq.

 

          F. Family Sharing. Əgər siz Hesabınızda Family Sharing aktivləşdirmisinizsə Apple müəyyən iTunes, iBooks və App Store satınalmaları və sizin icloud məzmununuzu, məsələn paylaşılan təqvimləri, paylaşılan şəkilləri və məkanı (əgər aktivdirsə) sizin ailə üzvləriniz ilə paylaşır. Satınalmalarınız ilə bağlı daha çox məlumat üçün lütfən http://www.apple.com/legal/internet-services/itunes/ww/ ünvanında iTunes şərtləri ilə tanış olun.

 

          G. Mail Drop. Əgər sizin iCloud hesabınız varsa və siz əlavələrlə e-poçt göndərmək üçün OS X Poçt və iCloud Veb poçtu istifadə edirsinizsə, böyük fayl köçürmələrini həyata keçirmək üçün iCloud və ya digər e-poçt xidmətlərindən istifadə edib-etməməyinizdən asılı olmayaraq mesajın ölçüsü ilə birlikdə əlavələrin də ölçüsü 20 MB-dan artıq olan e-poçtlarda Apple-in əlavələri 5 GB limitli iCloud-da saxlamasına razılıq verirsiniz. Siz eyni zamanda Apple-ə e-poçtlarınızı fayl əlavələrinə əlaqlər ilə birlikdə alıcılara çatdırmağa da icazə verirsiniz. Əgər alıcı OS X 10.10 və ya daha sonrakı versiyanı istifadə edirsə OS X Poçt avtomatik olaraq əlavələri yükləyəcək. Göndərən olaraq siz və bütün alıcılar e-poçt və əlavələrin göndərilməsində və qəbul edilməsində əhəmiyyətli dəyişikliyi görməyəcəklər. Böyük e-poçt əlavələrinin müvəqqəti yaddaşı sizin yaddaş limitinə hesablanmayacaq. Bu əlavələrin başa çatma tarixi olacaq. Başa çatma müddtində bu əlavələr yükləmək üçün aktiv olmayacaq. Siz Mail Drop-un istifadəsindən imtina edə bilərsiniz.

 

          H. Üçüncü Tərəfin Proqramları. Əgər siz müəyyən üçüncü tərəf Proqramlarına daxil olmaq üçün iCloud-dan istifadə edirsinizsə siz bu zaman bu Proqrama məlumatı sizin şəxsi iCloud hesabda saxlamağa və sizin Xidmətdən və belə Proqramlardan istifadənizlə bağlı belə məlumatları toplamağa, yadda saxlamağa və işləməyə Apple-ə icazə verirsiniz. Proqramın sizin şəxsi iCloud hesabınızda saxladığı məlumat sizin yaddaş limitinizdən hesablanacaq. Belə məlumat eyni Proqram Tərtibatçısından yüklənmiş digər Proqramla paylaşıla bilər. 

 

          I. iCloud veb hesabı. Əgər siz Xidmətə yalnız veb hesabı ilə qeyri Apple markalı cihaz və ya kompüterdən daxil olsanız sizin ancaq məhdud saylı Xidmət funksiyalarına girişiniz olacaq. Xidmətə yalnız veb hesabdan daxil olma zamanı siz bu Sazişdə olan heç bir məhdudiyyətsiz Xidmətin istifadəsi ilə bağlı bütün tələblər, istifadəyə dair tələblər, mümkünlük, public beta, imtinalar və ya zəmanətlər, sizin məzmun, idarə və başa çatma ilə bağlı qaydalar da daxil olmaqla bütün müvafiq şərtlərlə razılaşırsınız. Veb istifadəçiləri üçün aktiv olmayan xüsusiyyətlər ilə bağlı bu Sazişdə olan şərtlər sizin üçün uyğun olmayacaq. Bura məsələn məkan bildirmə xidmətlərinin istifadəsi və iCloud yaddaş yeniləmələri üçün ödəmələr daxildir. Siz daha sonra razılaşırsınız ki, əgər nəticə etibarilə sizin olub-olmamasından asılı olmayaraq Apple markalı cihaz və ya Apple markalı kompüterdən öz veb hesabınıza daxil olsanız Apple sizin veb hesabınızı tam iCloud hesabına yeniləyəcək və pulsuz yaddaş tutumu da daxil olmaqla sizi Xidmətin bütün mümkün funksiyaları ilə təmin edəcək. Əgər siz Apple markalı cihaz və ya Apple markalı kompüterdən öz veb hesabınıza daxil olmağı seçsəniz və nəticə etibarilə Xidmətin tam funksiyalarına yenilənsəniz razı olursunuz ki, burada qeyd edilən bütün şərtlər Xidmətin istifadəsi ilə bağlı olaraq sizə tətbiq olunacaq. Əgər tam iCloud hesabına malik olmaq istəmirsinizsə öz veb hesabınıza Apple markalı cihaz və ya kompüterdən daxil olmayın.

 

III. ABUNƏ YADDAŞI YENİLƏMƏLƏRİ

 

Abunə əsasında əlavə yaddaş satın almaq mümkündür.

 

Cihaz və ya kompüterinizdə yaddaşı yeniləyərkən Apple avtomatik olaraq sizin Apple ID ilə bağlı periodik əsaslı ödəmə üsulu və ya sizin Ailə hesabınızla bağlı ödəmə üsulu (məs., iTunes Store, App Store, və ya iBookstore-da alış-veriş etmək üçün istifadə etdiyiniz ödəmə üsulu, əgər mümkündürsə) təyin edəcək. Əgər siz Ailə təşkilatçısısınızsa o zaman siz Apple-in sizin yaddaşlarını yeniləyən Ailə üzvləriniz üçün periodik əsaslı ödəmə üsulu təyin etməsi ilə razılaşırsınız. Apple eyni zamandasizin Apple İD ilə bağlı köçürmə məbləği üçün də razılıq əldə edir və periodik olaraq e-poçt vasitəsilə xatırlatmaları elan etməkvə digər yaddaşla bağlı münasibətlər üçün sizinlə əlaqə saxlayır. 

 

Siz cihazınızın Parametrlərindəki iCloud bölməsi vasitəsilə yaddaşınızı yeniləməklə və ya köhnə versiyaya keçməklə və ya Mac-dakı Sistem Üstünlüklərində iCloud panelində və ya kompüterinizdə iCloud Nəzarət Panelində abunəliyinizi dəyişə bilərsiniz.

 

Yenilənmiş yaddaş planı üçün tətbiq olunacaq yaddaş haqqı dərhal qüvvəyə minəcək; yaddaş planındaköhnə versiyaya keçmə növbəti illik və ya aylıq hesab tarixində qüvvəyə minəcək. SİZ BÜTÜN RÜSUMLARIN VAXTINDA ÖDƏNMƏSİ VƏ BÜTÜN RÜSUMLARIN ÖDƏNMƏSİ ÜÇÜN APPLE-İ ETİBARLI KREDİT KARTI VƏ YA ÖDƏMƏ HESABI İLƏ TƏMİN ETMƏK ÜÇÜN MƏSULİYYƏT DAŞIYIRSINIZ. Əgər Apple sizin kredit kartdan və ya ödəmə hesabından lazım olan rüsumu götürə bilmirsə Apple sizin saxlanmış məzmuna girişinizi ləğv etmək və ya məhdudlaşdırmaq, saxlanmış Məzmununuzu silmək və ya hesabınızı sona çatdırmaq hüququna malikdir. Əgər siz başqa kredit kart və ya ödəmə hesabı göstərmək istəyirsinizsə, və ya sizin kredit kartda və ya ödəmə hesabının vəziyyətində dəyişiklik varsa bu zaman siz iCloud-un Hesab məlumatı bölməsində məlumatınızı onlayn olaraq dəyişməlisiniz; Apple sizin yeni ödəmə məlumatlarınızı yoxladığından sizin Xidmətlərə girişiniz müvəqqəti olaraq dayanacaq. Sizin yaddaş limitinizin çatması və ya keçməsi də daxil olmaqla hesabınızla bağlı səbəblərə görə sizinlə e-poçt vasitəsilə əlaqə saxlaya bilərik. 

 

Müvafiq qanuna və yeniləməni alan zaman qüvvədə olan vergi tarifinə görə sizin ümumi xərclərinizə hər hansı kredit kart rüsumları və hər hansı satışlar, istifadə, mallar və xidmətlər (GST), əlavə dəyər vergisi (ƏDV), və ya oxşar vergilər də daxil olmaqla yeniləmə üçün xərclər daxil olacaq. Xidmətlə bağlı vergi qaydaları ilə tələb olunarsa biz vergi təyin edəcəyik.

 

IV. Sizin Xidmətdən İstifadəniz

 

          A. Sizin Hesabınız

 

Xidmətin qeydiyyatdan keçmiş istifadəçisi olaraq siz Hesab yaratmalısınız. Öz Hesab məlumatlarınızı heç kəsə açıb deməyin. Siz istisnasız olaraq Hesabınızın məxfiliyi və təhlükəsizliyi üçün, və sizin Hesabınızda baş verən bütün fəaliyyətlər üçün məsuliyyət daşıyır və Hesabınızın təhlükəsizliyinin hər hansı formada pozulması barədə dərhal Apple-i məlumatlandırmağa razılıq verirsiniz. Siz daha sonra dərk edir və qəbul edirsiniz ki, Xidmət fərdi olaraq şəxsən istifadə üçün nəzərdə tutulub və siz öz Hesab və/və ya parolunuz barədə məlumatları digərləri ilə paylaşmamalısınız. Biz qənaətbəxş bacarıq və lazımi dərəcədə ehtiyatlılıq göstərəcəyik lakin, Apple sizin bu qaydalara əməl etməməniz nəticəsində sizin Hesabın səlahiyyətsiz istifadəsinə görə məsuliyyət daşımır.

 

Xidmətdən istifadə üçün Hesabınızın əsliliyini yoxlamaq məqsədilə Apple İD və parolunuzu daxil etməlisiniz. Qeydiyyatdan keçən zaman və Xidmətdən istifadə edən zaman (“Xidmət Qeydiyyat Tarixi”) düzgün və tam məlumat təmin etməyə razılıq verirsiniz və Xidmət Qeydiyyatı Məlumatını düzgün və tam saxlamaq üçün onu yeniləməyə razılıq verirsiniz. Düzgün, cari və tam Xidmət Qeydiyyat Məlumatı verə bilmədikdə bu Hesabınızın kəsilməsi və/və ya başa çatması ilə nəticələnə bilər. Hesabınızın saxlanması və ödəmə rüsumları zamanı istifadə edilməsi üçün təmin etdiyiniz Xidmət Qeydiyyatı Məlumatının Apple tərəfindən saxlanması və istifadəsinə razılıq verirsiniz.

 

          B. Digər Apple Məhsulları və Xidmətlərinin İstifadəsi

 

Apple və/və ya onun aksionerləri tərəfindən təmin edilən xüsusi komponenet və ya xüsusiyyətlər, əvvəlki satınalmaları yükləyə bilmək qabiliyyəti və iTunes Match (əlavə rüsum tətbiq olunur), ayrıca proqram təminatı və ya digər lisenziya müqaviləsi və ya istifadə şərtləri tələb edir. Bu Xidmətin müəyyən komponent və ya xüsusiyyətlərini istifadə etmək üçün belə xüsusi müqavilə bağlamaq məqsədilə onu oxumalı, qəbul etməli və razılaşmalısınız.

 

          C. Ötürmə Qadağandır

 

Bu Sazişdə heç nə hər hansı marağın, adın və ya Apple İD-də lisenziyanın, e-poçt ünvanının, domen adının, iChat İD-nin, və ya Xidmətlə bağlı istifadə etdiyiniz bənzər mənbənin ötürülməsi kimi başa düşülə bilməz.

 

          D. Vərəsəlik Hüququ Qadağandır

 

Siz Hesabınızın heç kəsə keçə bilməməsi ilə və sizin Apple İD və ya Hesabınızla bağlı məzmunu ilə bağlı hər hansı hüquqlar sizin vəfatınızla başa çatacaq. Ölüm haqqında şəhadətnamə ilə sizin Hesab dayandırılacaq və Hesabınızdakı Məzmun silinəcək. Əlavə yardım üçün www.apple.com/support/icloud ünvanındakı iCloud Dəstək ilə əlaqə saxlayın.

 

          E. Xidmətin Yenidən Satışı Qadağandır

 

Siz razılaşırsınız ki, Xidməti yenidən istehsal etməyəcək, köçürməyəcək, nüsxəsin çıxarmayacaq, satmayacaq, yenidən satmayacaq, kirayə verməyəcək və dəyişməyəcəksiniz.

 

V. Məzmun və Sizin İdarəniz

 

          A. Məzmun

 

“Məzmun” Xidmətin istifadəsi zamanı yaranan və ya qarşıya çıxan, məsələn məlumat faylları, cihazın xarakteristikası, yazılı mətn, proqram təminatı, musiqi, qrafika, fotoşəkillər, şəkillər, səslər, videolar, mesajlar və digər bənzər materiallar kimi hər hansı materialdır. Siz başa düşürsünüz ki, açıq şəkildə və ya şəxsən göndərilməsindən asılı olmayaraq Xidmətlə bağlı bütün Məzmun bu Məzmunu yaradan şəxsin müstəsna məsuliyyətindədir. Bu o deməkdir ki, Apple yox siz Xidmətin istifadəsi zamanı yüklədiyiniz, göndərdiyiniz, e-poçt atdığınız, ötürdüyünüz, yadda saxladığınız hər hansı Məzmuna görə tək məsuliyyət daşıyırsınız. Siz başa düşürsünüz ki, Xidmətin istifadəsi zamanı təhqiredici, ədəbsiz, və ya xoşagəlməz olan Məzmunla qarşılaşa bilərsiniz və başqalarını da onların xoşagəlməz hesab edə biləcəkləri Məzmunu görməyə məruz qoya bilərsiniz. Apple Xidmət vasitəsilə göndərilən Məzmuna nəzarət etmir və eyni zamanda belə Məzmunun düzgünlüyünə, tamlığına və keyfiyyətinə də zəmanət vermir. Siz başa düşürsünüz ki, Xidmətdən və hər hansı Məzmundan istifadəniz yalnız sizin riskinizdir.

 

          B. Sizin İdarəniz

 

Sizin razılaşırsınız ki, Xidmətdən aşağıdakılar üçün istifadə etməyəcəksiniz:

 

a. qeyri-qanuni, təhqiredici, təhdidedici, zərərli, ziyanlı, iftiralı, rəzil, alçaldıcı, zorakı, nalayiq, vulqar, başqasının mülkiiyyətinə toxunan, nifrətə layiq, irqi və etnik cəhətdən təhqiredici və ya digər dərəcədə xoşagəlməz Məzmunun yüklənməsi, endirilməsi, göndırilməsi, e-poçtla göndərilməsi, ötürülməsi, yadda saxlanması və digər yolla əldə edilməsi;

 

b. başqalarını izləmək, narahat etmək, qorxutmaq və ya zərər vermək;

 

c. əgər siz yetkinlik yaşına çatmış şəxsinizsə tanımadığınız kiçik yaşlı şəxsdən (18 yaşdan və ya yerli qanuna əsasən azyaşlı hesab etmək üçün digər yaşdan aşağı hər hansı şəxs) aşağıdakılar da daxil olmaqla şəxsi və ya digər məlumatı tələb etmək: tam adı və ya soyadı, ev ünvanı, zip/poçt kodu, telefon nömrəsi, şəkil, və ya azyaşlınınməktəbinin, kilsənin, idman komandası və ya dostlarının adı;

 

d. özünüzü olmadığınız şəxs və ya varlıq kimi qələmə vermək – siz özünüzü başqa şəxs (məşhurlar da daxil olmaqla), varlıq, digər iCloud istifadəçisi, Apple işçisi, və ya mülki və ya dövlət lideri kimi qələmə verə və ya təqdim edə bilməsiniz və ya fiziki və hüquqi şəxslə şəxsiyyət dəyişdirmək (Apple sizin şəxsiyyətinizin başqası tərəfindən təmsili və ya digər şəxsin adı və ya şəxsiyyətinin qeyri-qanuni mənimsənilməsi güman edilən zaman hər hansı Apple İD və ya e-poçt ünvanı ləğv etməvə ya bloka salma hüququna malikdir);

 

e. müəllif hüquqlarının və ya digər intellektual mülkiiyyətin pozulmasında iştirak (yükləmək hüququnuzun olmadığı hər hansı məzmunu yükləmək də daxildir), və ya məxfilik, əmək və ya aşkarlamama sazişinin pozulması ilə hər hansı ticarət sirrinin və ya məxfiliyin aşkar edilməsi; 

 

f. hər hansı könüllü və ya səlahiyyət verilməmiş e-poçt mesajlarının, elanların, reklam materiallarının, makulatura poçtlarının, spamların və ya zəncirvari məktubların, ticari reklam və məlumat elanlarının poçtla göndərilməsi, göndərilməsi, ötürülməsi və ya digər yolla mümkün edilməsi;

 

g. hər hansı TCP-IP paket başlığını və ya başlığın hər hansı hissəsinin məlumatını e-poçtda və ya xəbər qrupu poçtunda saxtalaşdırmaq və ya Xidmətdən göndərilmiş hər hansı Məzmuna alıcıları çaşdırmaq üçün yaradılmış başlıqda məlumat qoymaq (“spufinq”);

 

h. Virusa yoluxmuş hər hansısa materialı və yaxud digər kompyuter kodunu, faylını və ya Xidmətin ( və ya onun hansısa hissəsinin) yaxud da istənilən başqa proqram təminatını və texniki vasitələrin normal fəaliyyət göstərməsini məhdudlaşdırmaq və mane olmaq üçün hazırlanan proqramları yükləyir, ötürür, elektron poçtla göndərir, saxlayır və yaxud əks təqdirdə düzəldir;

 

i. Xidmətə ( internet brauzerləri kimi xidmətə avtomatik yollarla qoşulma üsulları da daxil olmaqla) ; yaxud servise qoşulmuş hansısa server və ya şəbəkəyə, yaxud da servise qoşulmuş şəbəkələrin hər hansı tələbləri, qayda və qanunlarına ( məlumatın icazəsiz olaraq əldə edilməsi, istifadəsi və nəzarət edilməsi də daxil olmaqla) mane olur və müdaxilə edir;

 

j. Hər hansısa qeyri- qanuni fəaliyyəti planlaşdırır və yaxud onda iştirak edir; və/ və yaxud

 

k. Xidmətdən yuxarıdakı hər hansı qadağan olunmuş fəaliyyətlə əlaqədar istifadə edən digər istifadəçilərin şəxsi məlumatlarını toplayır və saxlayır. 

 

          C. Məzmunun Silinməsi

 

Siz təsdiq edirsiniz ki, Apple, başqaları tərəfindən təmin edilən istənilən Məzmun üçün məsuliyyət daşımır və ya məsul deyil və belə Məzmun pre – skrin etmək üçün heç bir vəzifəyə malik deyildir. Buna baxmayaraq, Apple, məzmunun bu razılaşma ilə uyğunluğunu və müvafiqliyini müəyyən etmək üçün, bütün hallarda hüquqları qoruyur. Və əgər belə məzmunun, bu razılaşmanın pozulmaq iqtidarında olması aşkarlanarsa heç bir öncəki bildiriş olmadan bu məzmunu köçürə, imtina edə, dəyişə və kənarlaşdıra bilər.

 

          D. Məzmununuzun ehtiyat nüsxəsinin çıxarılması

 

 Siz, şəxsi kompyuterinizi və yaxud digər qurğunu, hər hansısa vacib sənədi,şəkli və yaxud xidmət vasitəsi ilə saxladığınız və ya giriş əldə etdiyiniz Məzmunun ehtiyat nüsxəsinin çıxarılmasına görə məsuliyyət daşıyırsınız. Apple, Xidməti təmin etməkdə ağlabatan ustalıqdan və lazımi qayğıdan stifadə etməlidir, ancaq Apple zəmanət vermir və ya zəmin durmur ki, sizin Xidmət vasitəsi ilə əldə etdiyiniz və yaxud saxladığınız istənilən Məzmun , diqqətsiz zədəyə, pozulmaya və ya itkiyə səbəb olmayacaq.

 

          E. Hesabınıza və Məzmununuza giriş

 

Apple bu Sazişin hər hansı bir hissəsi ilə uyğunluğu həyata keçirmək və/və ya yoxlamaq üçün vacib və müvafiq olduğuna inandığı addımları atmaq hüququna malikdir. Siz anlayır və razılaşırsınız ki, əgər hüquqi cəhətdən belə etmək lazım olduğuna inanarsa və əmin olarsa ki, belə daxil olma, istifadə, aşkarlama və ya saxlama aşağıdakılar üçün vacibdir Applesizin qarşınızda heç bir öhdəliyi olmadan sizin Hesab məlumatları və Məzmuna daxil ola, istifadə edə, saxlaya və/və ya hüquq mühafizə orqanlarına, dövlət rəsmilərinə və/və ya üçüncü tərəfə aça bilər : (a) hüquqi prosesi və ya tələbi yerinə yetirmək; (b) hər hansı potensial pozuntu halının araşdırılması da daxil olmaqla bu Sazişi həyata keçirmək; (c) təhlükəsizlik, yalançılıq və ya texniki məsələləri aşkar etmək, qarşısını almaq və ya müraciət etmək; və ya (d) Apple-in hüquqlarını, mülkiyyətini və ya təhlükəsizliyini, onun istifadəçilərini, üçüncü tərəfi və ya ictimaiyyəti qanunla tələb olunan və icazə verilən qaydada qorumaq.

 

          F. Müəlliflik xəbərdarlığı - DMCA

 

Əgər siz düşünürsünüz ki, sizin Məlumata dair müəlliflik hüquqlarınız Xidmətdən istifadə edən hər hansı şəxs tərəfindən pozulubsa, xahiş edirik Apple-ın Müəlliflik Hüquqları üzrə agenti ilə http://www.apple.com/legal/trademark/claimsofcopyright.html vasitəsi ilə əlaqə saxlayasınız. Apple öz mülahizəsinə əsasən təkrar pozuntulara yol verən istifadəçilərin Hesablarını müvəqqəti bağlaya və / və ya ləğv edə bilər.

 

          G. Bu Sazişin Pozulması

 

Əgər siz Xidmətdən istifadə edərkən, Məzmunun qeyri-uyğunluğunu aşkar etsəniz, və yaxud da bu razılaşmanın pozulmasını guman edirsinizsə, bu barədə abuse@iCloud.com ünvanına elektron poçt göndərməklə məlumat verə bilərsiniz .

 

          H. Sizin tərəfinizdən Xidmətdə təqdim olunan və ya Mümkün olan Məzmun

 

1. Sizin tərəfinizdən lisenziya. . Sizin üçün lisenziyalaşdıra biləcəyimiz material istisna olmaqla, Apple Xidmətə təqdim etdiyiniz və/və ya mümkün etdiyiniz heç bir materiala və Məzmuna görə mülkiyyətini iddia etmir. Buna baxmayaraq, Xidmətin kütlə və ya başqa istifadəçilər üçün mümkün olan ərazilərində, (hansılarla ki, siz belə Məzmunu bölüşməyə razılaşmısınız) belə Məzmunu təqdim etmək və ya yerləşdirməklə, siz Apple-a, sizə heç bir təzminat vermədən və öhdəçilik olmadan, bu cür Məzmunu Xidmətdə bu Məzmunun nə üçün təqdim və mümkün olduğu məqsəddə istifadə etmək, yaymaq, reproduksiya etmək, dəyişdirmək, uyğunlaşdırmaq, nəşr etmək, tərcümə etmək, ictimaiyyətə açıq təqdim və nümayiş etdirmək üçün ümumdünya, ödənişsiz, qeyri-eksklüziv lisenziya imtiyazını verirsiniz. Siz razılaşırsınız ki,sizin tərəfinizdən təsdiq olunan və yerləşdirilən istənilən Məzmun sizin yeganə məsuliyyyətinizdir, və o, hər hansı bir başqa tərəfin hüquqlarını və ya istənilən qanunu pozmayacaq,qaydapozuntularına və yaxud da qanundan kənar davranışlara köməklik etməyəcək və ya həvəsləndirməyəcək, yaxud da ədəbsiz,təhlükəli olmayacaq. Xidmətin kütlə və ya başqa istifadəçilər üçün mümkün olan ərazilərində, belə Məzmunu təqdim etmək və ya yerləşdirməklə, siz təmsil edirsiniz ki, belə materialın sahibisiniz və/və ya onu yaymaq üçün bütün zəruri hüquqlara, lisenziyalara və icazəyə maliksiniz.

 

2. Məzmuna Dəyişikliklər. . Siz başa düşürsünüz ki, Xidməti təmin etmək və bunun ardınca Məzmunu mümkün etmək üçün , Apple müxtəlif ictimai şəbəkələrdən, müxtəlif mediada sizin Məzmununuzu ötürə bilər, və kompüterlərin, qoşulma şəbəkələrinin,və ya qurğuların texniki tələblərinə uyğun olmaq üçün sizin məzmunu dəyişə və yeniləyə bilər. Siz razılaşırsınız ki, lisenziya burada Apple-a buna bənzər istənilən tədirləri görməyə icazə verir.

 

3. Əmtəə nişanı Məlumatı. . Apple, Apple loqosu, iCloud, iCloud loqosu və Xidmətlə əlaqədar istifadə olunan digər Apple əmtəə nişanları, xidmət nişanları, qrafika və loqoları Apple Inc. şirkətinin əmtəə nişanları və yaxud ABŞ və digər ölkələrdə qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır. Apple-inəmtəə nişanlarının siyahısını buradan tapa bilərsiniz - http://www.apple.com/legal/trademark/appletmlist.html. Xidmətlə əlaqədar istifadə olunan digər əmtəə nişanları, xidmət markaları, qafiklər və ya loqolar onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər. Yuxarıda qeyd edilən əmtəə nişanlarına dair sizə heç bir hüquq yaxud lisenziya verilmir və siz razılaşırsınız ki, Xidmət çərçivəsində təmin edilən mülkiyyət bildirişlərini (o cümlədən, əmtəə nişanı və müəllif hüququ bildirişləri) silməyəcək, ixtisara salmayacaq və ya dəyişməyəcəksiniz.

 

VI. Proqram təminatı

 

          A. Apple-in Xüsusiyyətçilik Hüquqları. YSiz təsdiq edirsiniz və razılaşırsınız ki, Apple və/və ya onun aksionerləri Xidmətlə bağlı olan-qrafiklər, istifadəçi interfeysləri, xidməti tətbiq etmək üçün istifadə oluna proqram təminatı, və Xidmətin bir hissəsi kimi sizə təqdim olunan hər hansı bir proqram təminatı və (dünyada mövcud olub olmamasından və qeydiyyatda olub olmamasından asılı olmayaraq) onların mövcud olan intellectual mülkiyyət hüquqları da daxil olmaqla bütün qanuni hüquqa, titula və marağa malikdirlər. Siz daha sonra razılaşırsınız ki, Xidmət özündə (Proqram təminatı və ya onun istənilən başqa hissəsi daxil olmaqla) müəlliflik hüquqi ilə məhdudlaşmayan müvafiq intellektual mülkiyyət və başqa qanunlar ilə qorunan məxsusi və məxfi informasiyaları ehtiva edir. Siz razılaşırsınız ki, bu Sazişə uyğun olaraq Xidmətin istifadəsi istisna olmaqla heç nədən asılı olmayaraq heç vaxt firmanın özəl məlumatlarından və ya materiallarından istifadə etməyəcəksiniz. Xidmətin heç bir hissəsi, bu şərtlərlə açıq şəkildə icazə verilən hallardan başqa, heç bir formada və ya hər hansı bir yolla reproduksiya edilə bilməz.

 

          B. Apple tərəfindən Lisenziya. PROQRAM TƏMİNATININ VƏ YA XİDMƏTİN İSTƏNİLƏN HİSSƏSİNİN İSTİFADƏSİ, SAZİŞDƏ XİDMƏTİN İSTİFADƏSİNƏ İCAZƏ VERİLƏN HALLAR İSTİSNA OLMAQLA, CİDDİ QADAĞAN EDİLİR VƏ BAŞQALARININ İNTELLEKTUAL MÜLKİYYƏT HÜQUQLARINI POZUR VƏ MÜƏLLIFLİK HÜQUQLARININ POZULMASI ÜÇÜN MÜMKÜN MALIYYƏ ZƏDƏLƏRİ DAXİL OLMAQLA, SİZİ VƏTƏNDAŞ VƏ CİNAYƏT CƏZALARINA MƏRUZ QOYA BİLƏR. 

 

          C. İxrac Nəzarəti. Köçürmək, poçtla göndərilmə, və ya məlumatın yüklənməsi də daxil olmaqla Xidmətin və Proqram təminatının istifadəsi, proqram təminatı və yaxud xidmət vasitəsi ilə digər məzmunlar, Birləşmiş Ştatların və başqa ölkələrin idxal və ixrac qanunlarına tabe ola bilər . Siz tətbiq olunan bütün ixrac və idxal qayda-qanunlarına əməl etməyə razılaşırsınız. Xüsusilə, ancaq məhdudiyyətsiz, Proqram təminatı (a) Birləşmiş Ştatların embarqo qoyduğu ölkələrə və yaxud (b) ABŞ Maliyyə Nazirliyinin Xüsusilə Müəyyən edilən Vətəndaşların siyahısında və ya ABŞ Ticarət Nazirliklərinin İnkar olunan Şəxslər Siyahısında olan kəslərə ixrac edilə bilməz və ya yenidən ixrac edilə bilməz. Proqram təminatından və xidmətdən istifadə edərək zəmanət verirsiniz ki, siz nə bu ölkələrdən birində yaşayırsınız , nə də həmin siyahılardan birinə aidsiniz. Həmçinin razılaşırsınız ki, siz, Birləşmiş Ştatlar qanunu ilə qadağan edilən heç bir məqsədlər üçün , raketlərin. nüvə, kimyəvi və ya bioloji silahların inkişafı, layihəsi, istehsalı və ya istehsalatı da daxil olmaqla , Proqram təminatından və ya Xidmətdən istifadə etməyəcəksiniz. Siz daha sonra, ilkin yazılı hökumət icazəsi olmadan ixrac edilə bilməyən hər hansı bir məlumat və ya proqram təminatını öz Hesabınıza yükləməməyə razılaşırsınız: əvvəlcədən icazə əldə etməyən şifrələmə proqram təminatının müəyyən tipləri də daxil olmaqla. Bu zəmanət və öhdəlik bu Razılaşmanın başa çatdırmasından sonra da davam edəcəkdir.

 

          D. Yeniləmələr. Vaxt vaxtdan AppleXidmət tərəfindən istifadə olunan proqram təminatını yeniləyə bilər. Xidmətdən istifadənizi davam etdirmək üçün bu yeniləmələr sizin kompyuterinizə və ya qurğunuza avtomatik olaraqyüklənə və yerləşdirilə bilər. Bu yeniləmələr özündə , səhvlərin düzəldilmələrini, xüsusiyyətlərin genişləndirilmələrini və ya təkmilləşdirmələri və ya Proqram təminatının tamamilə yeni versiyalarını saxlaya bilər. 

 

VII. Xitam

 

          A. Sizin tərəfinizdən Xitam

 

Siz istədiyiniz vaxt hesabınıza xitam verə bilər və/ yaxud Xidmətdən istifadəni dayandıra bilərsiniz. Əgər siz öz qurğunuzda iCloud istifadəsini dayandırmaq istəyirsinizsə, qurğunuzda Parametrlər bölməsini açıb , iCloud`un üzərinə vurub daha sonra Hesabı Sil düyməsini basaraq iCloud hesabınızı qurğunuzdan silə bilərsiniz. Hesabınıza xitam vermək üçün www.apple.com/support/icloud səhifəsində iCloud Dəstək`lə əlaqə qurun. Hesabınıza xitam vermədən öncə ödədiyiniz məbləğlər geri qaytarılmır (bu Sazişlə açıq-aydın icazə verilən hallar istisna olmaqla), hesabların tərtibi ili ərzində əvvəlcədən ödənən istənilən haqqlar daxil olmaqla, hansının müddətində ki siz xitam vermisiniz. Hesabınıza xitam verilməsi istənilən toplanan rüsumları və ya xərcləri ödəmək üçün sizi heç bir öhdəçilikdən azad etməyəcək.

 

          B. Apple tərəfindən Xitam

 

Apple, istənilən vaxtda, müəyyən şərtlər daxilində və heç bir ön xəbərdarlıq olmadan dərhal, Hesabınızın bütün və yaxud müəyyən hissələrinə xitam verə və/və yaxud Xidmətdən istifadənizə qadağa qoya bilər. Belə xitama səbəb olan hallara daxildir: (a) Bu Sazişin və yaxud burada istinad edilən və/və ya Xidmətdə elan edilən istənilən başqa qaydaların və ya direktivlərin pozulması. (b) Sizin tərəfinizdən Hesabınızn ləğv edilməsi və yaxud sonlandırılması üçün xahiş.; (c) hüquq-icra fəaliyyətindən, məhkəmə orqanından və ya başqa hökumət orqanından xahiş və/və ya sifariş; (d) Xidmətin siz tərəfindən istifadəsi qanunsuz olduqda. ; (e) Gözlənilməz texniki və ya təhlükəsizlik məsələləri və ya problemləri ilə əlaqədar.; (f)Fırıldaq və qeyri-qanuni fəaliyyətlərdə sizing iştirakınız. ; yaxud (g) Xidmət ilə əlaqədə ödəməli olduğunuz hansısa məbləği ödəməyəndə. Bu sonlandırmanın və xitamın hər biri Apple tərəfindən həyata keçirilir və Hesabınızın sonlandırılması və yaxud Xidmətə girişinizin məhdudlanması səbəbi ilə yarana bilən hər hansısa zərərə görə, Apple sizin və ya hansısa üçüncü tərəfin qarşısında məsuliyyət daşımır. Bundan əlavə, (a) əgər sizin Hesabınız bir il ərzində işləməyibsə; yaxud (b) Xidmətə və ya onun istənilən hissəsinə maddi modifikasiya və ya ümumi kəsilmə varsa, Apple sizin Hesabınız ilə əlaqələndirilən ünvana elektron poçt vasitəsilə ön bildiriş göndərərək sizin Hesabınıza xitam verə bilər. Bu sonlandırmanın və xitamın hər biri Apple tərəfindən həyata keçirilir və Hesabınızın sonlandırılması və yaxud Xidmətə girişinizin məhdudlanması səbəbi ilə yarana bilən hər hansısa zərərə görə, Apple sizin və ya hansısa üçüncü tərəfin qarşısında məsuliyyət daşımır, baxmayaraq ki, o, istənilən əvvəlcədən ödənən haqqların və ya ödənişlərin münasib əvəzini ödəyəcək.

 

          C. Xitamın Təsirləri

 

Hesabınıza xitam verilməsi ilə əlaqədar olaraq siz Xidmətə və onun - sizin Hesabınız, Apple İD`niz, electron poçt hesabınız və Məzmun da daxil olmaqla hər hansı bir hissəsinə giriş haqqını itirəcəksiniz. Bundan əlavə, bir müddət sonra Apple, sizin hesabınız (lar)-da saxlanan və ya onun bir hissəsi olan məlumat və faktları ləğv edəcəkdir. Sizin həmçinin ayrı proqram təminatı lisenziyasına əsasən istifadə edə bildiyiniz Xidmətin hər hansısa fərdi komponenti də bu lisenziya razılaşmalarına əsasən sonlandırılacaq.

 

VIII. Əlaqələr və digər Üçüncü Tərəf Materialları

 

Xidmətin müəyyən Məzmunu, komponentləri və ya xüsusiyyətləri kənar materialları və/və ya başqa veb-saytlara, resurslara və ya Məzmuna hiperistinadları özündə saxlaya bilər. Apple , belə üçüncü tərəf üzərində heç bir nəzarətə malik ola bilmədiyi üçün, siz təsdiq edirsiniz və razılaşırsınız ki, Apple bu cür tərəflərin və yaxud mənbələrin mümkünlüyü üçün məsuliyyət daşımır, və belə saytların və resursların dəqiqliyinə zəmanət vermir , və yaxud bu saytlarda və mənbələrdə mövcud olan hər hansı məzmun, reklam, məhsul və ya materiallar üçün məsuliyyət daşımır. Siz daha sonra təsdiq edirsiniz və razılaşırsınız ki, bu cür saytlar və mənbələrdə mövcud olan məzmun, reklam, məhsul və yaxud materialladan istifadənizlə birbaşa və yaxud dolayısıyla əlaqədar olaraq məruz qaldığınız zərərə görə Apple heç bir məsuliyyət daşımır. 

 

Google Xəritə Xidməti

 

Google Xəritə Xidmətinin istifadəsi aşağıdakı əlavə şərtlərlə əlaqədardır: Google Xəritə Xidmətinin şərtləri burada http://maps.google.com/help/terms_maps.html və Google Xəritə Qanunə Bildirişləri burada http://maps.google.com/help/legalnotices_maps.html mövcuddur.

 

IX. ƏMANƏTLƏRİN HÜQUQİ İMTİNASI; MƏSULİYYƏTİN MƏHDUDİYYƏTİ

 

BƏZİ YURİSDİKSİYA MÜƏYYƏN ZƏMANƏTLƏRİN İSTİSNASINA İMKAN VERMİR, ELƏCƏ DƏ, BELƏ İSTİSNALAR MÜVAFİQ QANUN İLƏ XÜSUSİLƏ QADAĞAN EDİLİR. AŞAĞIDA TƏYİN EDİLƏN İSTİSNALARIN BƏZİLƏRİ SİZƏ AİD OLMAYA BİLƏR. 

 

APPLE, XİDMƏTİ TƏMİN ETMƏKDƏ QƏNAƏTBƏXŞ ÜSULDAN VƏ LAZIMİ QAYĞIDAN İSTİFADƏ EDƏCƏK. AŞAĞIDAKI HÜQUQİ İMTİNALAR BU XÜSUSİ ZƏMANƏTƏ TABEDİR.

 

APPLE SİZİN XİDMƏTDƏN İSTİFADƏNİZİN KƏSİLMƏZ VƏ YAXUD SƏHVSIZ OLACAĞINA ZƏMANƏT VERMİR, ZAMİN DURMUR VƏ SIZ RAZILAŞIRSINIZ Kİ, VAXTAŞIRI APPLE BİR MÜDDƏTLİK XİDMƏTİ SİLƏ VƏ YAXUD SAZİŞİN ŞƏRTLƏRİNƏ UYĞUN OLARAQ XİDMƏTİ LƏĞV EDƏ BİLƏR.

 

SİZ AÇIQ AYDIN BAŞA DÜŞÜRSÜNÜZ Kİ, XİDMƏT “OLDUĞU KİMİ” VƏ”MÜMKÜN OLDUĞU KİMİ” ƏSASDA TƏMİN EDİLİR. APPLE VƏ ONUN FİLİALLARI, NÜMAYƏNDƏLİKLƏRİ, İŞÇİLƏRİ, DİREKTORLARI, ƏMƏKDAŞLARI, AGENTLƏRİ, TƏRƏFDAŞLARI VƏ LİSENZİYAÇILARI KEYFİYYƏTƏ, MÜƏYYƏN MƏQSƏDƏ UYĞUNLUĞA VƏ QAYDA POZULMAMASINA GÖRƏ ZƏMANƏTLƏR DAXİL OLMAQLA, LAKİN BUNUNLA MƏHDUDLAŞMAYARAQ, HEÇ BİR YAZILI YAXUD ŞİFAHİ ZƏMANƏT VERMİR. XÜSUSƏN DƏ APPLE VƏ ONUN FİLİALLARI, NÜMAYƏNDƏLİKLƏRİ, İŞÇİLƏRİ, DİREKTORLARI, ƏMƏKDAŞLARI, AGENTLƏRİ, TƏRƏFDAŞLARI VƏ LİSENZİYAÇILARI (I) XİDMƏTİN SİZİN TƏLƏBLƏRİNİZƏ CAVAB VERƏCƏYİNƏ; (II) XİDMƏTİN VAXTINDA, FASİLƏSİZ, ETİBARLI VƏ SƏHVSİZ TƏMİN EDİLƏCƏYİNƏ; (III) XİDMƏT İSTİFADƏSİ İLƏ ƏLDƏ EDİLƏN MƏLUMATLARIN DƏQİQ VƏ ETİBARLI OLACAĞINA; VƏ (IV) XİDMƏTDƏ BAŞ VERƏN SƏHVLƏR VƏ YA DEFEKTLƏRİN DÜZƏLDİLƏCƏYİNƏ ZƏMANƏT VERMİR.

 

Apple Xidmətin itkilərsiz, pozuntusuz, viruslarsız, müdaxiləsiz, kəsintisiz və yaxud digər təhlükəsizlik müdaxilələri omadan istifadəsinə zəmanət vermir, və Apple bununla əlaqədar olan istənilən məsuliyyəti təkzib edir. 

 

Xidmətdən istifadə nəticəsində əldə etdiyiniz və yaxud yüklədiyiniz hər hansı bir material sizin öz riskiniz və ehtiyatınızla əldə edilir, və belə bir materialın yüklənməsi nəticəsində komputerinizə dəyən zərərə, yaxud da hər hansısa məlumatın itməsinə görə yalnəz siz özünüz məsuliyyət daşıyırsınız. Siz daha sonra təsdiq edirsiniz ki, Xidmət, ondan istifadə nəticəsində əldə edilən material və faktların ölümə, şəxsi xəsarətə, fiziki və ekoloji zərərə səbəb ola biləcək mühit və vəziyyətlədə istifadə edilmək üçün nəzərdə tutulmayıb və uyğun deyil.

 

          MƏSULİYYƏTİN MƏHDUDİYYƏTİ

 

BƏZİ YURİDİKSİYALAR, XİDMƏT TƏCHİZATÇILARI TƏRƏFİNDƏN MƏSULİYYƏTİN İSTİSNASINA VƏ YAXUD MƏHDUDİYYƏTİNƏ İMKAN VERMİRLƏR. BELƏ İSTİSNALARIN QÜVVƏDƏ OLAN QANUNLA QADAĞAN EDİLMƏSİ HALLARINDA, AŞAĞIDA VERİLMİŞ BƏZİ İSTİSNALAR SİZƏ ŞAMİL EDİLƏ BİLMƏZ.

 

APPLE, XİDMƏTİ TƏMİN ETMƏKDƏ QƏNAƏTBƏXŞ ÜSULDAN VƏ LAZIMİ QAYĞIDAN İSTİFADƏ EDƏCƏK. Aşağıda göstərilən məhdudiyyətlər bu səbəblərdən yaranan itkilərlə əlaqəli deyil; (A) Apple-inApple`ın lazim üsul və müvafiq diqqətdən istifadə etməsindəki uğursuzluq; (B) Apple-inApple`ın həddindən artıq laqeydliyi, qəsdən fırıldaqçılığı; və ya (C) Ölüm və yaxud şəxsi xəsarət. 

 

SİZ AÇIQ-AŞKAR BAŞA DÜŞÜRSÜNÜZ VƏ RAZILAŞIRSINIZ Kİ, APPLE VƏ ONUN FİLİALLARI, YARDIMÇILAR, ƏÇMƏKDAŞLAR, DİREKTORLAR , İŞÇİLƏR, AGENTLƏR, PARTNYORLAR VƏ AKSİONERLƏR, İNDİ SADALAYACAĞIMIZ SƏBƏBLƏRLƏ BİRBAŞA, DOLAYI, TƏSADÜFİ, XÜSUSI VƏ ARDICIL YOLLARLA ƏLAQƏLI OLAN ZƏDƏLƏR- GƏLİRLƏRİN, ETIBARIN, MƏLUMATIN, XİDMƏTLƏRİN VƏ ƏMTƏƏLƏRİN ALINMASINA ÇƏKİLƏN XƏRCLƏRİN İTKİSİ VƏ YAXUD DİGƏR QEYRI-MADDİ İTKİLƏR DƏ ( HƏTTA ƏGƏR APPLE BU ZƏRƏRLƏRİN MÜMKÜN OLA BİLƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİBSƏ BELƏ) DAXİL OLMAQLA İSTƏNİLƏN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR: (I) Xidmətin istifadəsi yaxud da istifadə edilə bilməməsi ; (II) Xidmətdə edilən hər hansısa dəyişiklik və yaxud Xidmətin və ya onun hər hansısa hissəsinin müvəqqəti və ya daimi dayandırılması; (III) İcazəsiz giriş və yaxud sizing məlumatların dəyişdirilməsi; (IV) Xidmət vasitəsilə məlumatların göndərilməsi, saxlanması və əldə edilmısindəki uğursuzluq və yaxud onların silinməsi və ya pozulması; (V) Xidmətdə hər hansısa üçüncü tərəfin davranışı və bəyanatı; və (VI) Xidmətlə əlaqədar olan hər hansı bir məsələ.

 

          TƏZMİNAT

 

Siz, Apple və onun Filialları, yardımçılar, əməkdaşlar, diektorlar , işçilər, agentlər, partnyorlar və aksionerləri, üçüncü tərəfin əsaslı vəkil ödənişi tələbi də daxil olmaqla, indi sadayalacağımız səbəblərlə əlaqədar yarana biləcək bütün şikayət və tələblərdən uzaq tuta biləcəyiniz, qoruyacağınız barədə zəmanət verməyə razılaşırsınız: (a) Xidmət vasitəsi ilə göndərdiyiniz, yerləşdirdiyiniz və ya əlçatan etdiyiniz hər hansısa Məzmun; (b) Sizin Xidmətdən istifadəniz; (c) Bu Razılaşmanın sizin tərəfinizdən pozulması ; (d) Apple tərəfindən , bu müqavilənin pozulması nəticəsində həyata keçirilən araşdırmanın bir hissəsi olan görülən hər hansı bir tədbir; (e) Sizin digər bir kimsənin hər hansısa bir hüququnu pozmanız. Bu o deməkdir ki, siz, Apple və onun Filialları, yardımçılar, əçməkdaşlar, diektorlar , işçilər, agentlər, partnyorlar və aksionerləri, razılaşmanın pozulmasını aşkarladıqları təqdirdə həyata keçirdikləri araşdırma nəticəsində Məzmununuzdan hər hansısa məlumatın silinməsi, sizə xəbərdarlıq edilməsi, Xidmətə girişinizə qadağa qoyulmasına görə məhkəməyə verə bilməzsiniz. Bu imtina və kompensasiya şərtləri, bu Saziş ilə təsvir edilən və ya baxılan bütün pozuntulara aid edilir. Bu öhdəçilik bu Razılaşmanın və ya, sizin Xidmətdən istifadənizin sonuna kimi davam edəcək. Siz təsdiq edirsiniz ki, Hesabınızdan istifadə edərək Xidmətin istifadə olunmasına görə məsuliyyət daşıyırsınız və bu Saziş sizin Hesabınızın bütün və hər hansısa bir istifadəsinə aid edilir. Siz bu Sazişi yerinə yetirməyə və Apple-i Hesabınızdan istifadəyə görə ( hətta əgər bu istifadə sizing icazəniz olmadan baş verib) yarana bilən hər hansısa şikayətdən və ya tələbdən müdafiyə edəcəyinizə razılaşırsınız .

 

X. ÜMUMİ

 

          A. Bildirişlər

 

Apple, Sazişə edilən hər hansı bir dəyişikliklər də daxil olmaqla Xidmətə dair bildirişlər barədə İCloud elektron ünvanınıza ( və yaxud hesabınızla əlaqəli olan digər alternative elektron ünvanınıza) müntəzəm qaydada mail yollayaraq və yaxud internet səhifəsində məlumat yerləşdirərək size məlumat verir.

 

          B. Tənzimləyici Qanun.

 

Növbəti paraqrafda açıq-aydın göstərildiyi kimi, sizin və Apple`ın arasında olan bu Saziş və əlaqələr hüquq normalarının konfliktləri istisna edilməklə Kaliforniya Ştatının qanunları ilə idarə ediləcəklər. Siz və Apple razılaşırsınız ki, bu Saziş ilə əlaqədar yaranan hər hansısa şikayəti və ya anlaşılmazlığı həll etmək üçün bu barədə Kaliforniyanın Santa Klara qraflığında yerləşən məhkəmələrin şəxsi və xüsusi yurisdiksiyasına müraciət edəcəksiniz. Əgər siz (a) ABŞ vətəndaşı deyilsiniz; (b) siz ABŞ-da yaşamırsınız; (c)siz ABŞ-dan Xidmətə giriş əldə etmirsiniz; və siz (d) aşağıda müəyyənləşdirilən ölkələrdən birinin vətəndaşısınız, siz beləliklə razılaşırsınız ki, bu Saziş nəticəsində yaranan istənilən münaqişə və ya iddia müvafiq qanun ilə idarə ediləcəkdir, və siz bununla ştatda, əyalətdə və yaxud ölkədə yerləşən qeyri-müstəsna yuridiksiyaya biryolluq tabe olursunuz. 

 

Əgər siz Avropa İttifaqının istənilən ölkəsinin və ya , İsveçrə, Norveç və ya İslandiya vətəndaşısınızsa , tənzimləyici qanun və forum sizin adi yaşayış yerinizin məhkəmələri və qanunları olacaq.

 

Bu Sazişin tətbiqindən xüsusilə çıxarılan qanun Malların Beynəlxalq Satışında Birləşmiş Millətlər Təşkilatı Konvensiyası kimi tanınan qanundur.

 

          C. Tam Razılaşma

 

Bu Saziş sizin və Apple-in arasında bütün razılaşmanı təşkil edir, sizin Xidmətdən istifadənizə nəzarət edir və sizin və Apple-in arasındakı Xidmət ilə əlaqəli istənilən əvvəlki razılaşmaları tamamilə əvəz edir. Siz həmçinin kənar məzmundan, kənar proqram təminatından və birləşdirilmi. Xidmətlərdən istəfadə edərkən əlavə müddəalara və şərtlərə tabe ola bilərsiniz. Əgər bu sazişin hər hansı hissəsi etibarsız və ya qüvvədən düşmüş hesab edilsə həmin hissə tətbiqi qanuna uyğun olaraq mümkün qədər tərəflərin əsl niyyətini əks etdirmək üçün izah ediləcək və qalan hissələr tam qüvvədə qalacaq. Bu Sazişin hər hansısa şərtinin və ya hüququnun Apple tərəfindən yerinə yetirilməsindəki uğursuzluğu bu şərtdən və ya hüquqdan imtina edilməsinə əsas verməməlidir. Bu Sazişdə başqa cür təmin edilmədiyi haldan başqa, siz razılaşırsınız ki, bu Sazişə heç bir kənar benefisiariyalar olmayacaq.

 

          D. “Apple” burada işləndiyi mənalarda:

 

• Apple İnc., Şimali, Cənubi və Mərkəzi Amerika ( Kanada istisna olmaqla), həmçinin Birləşmiş Ştatların ərazilərində və mülklərində; Şimali Amerika, Cənubi Amerika və Kərib dənizindəki Fransız və Britaniya mülklərindəki istifadəçilər üçün 1 İnfinite döngəsində, Kaliforniya, Kupertinoda yerləşir;

 

• Apple Kanada, Kanada və ya onun ərazilərinin istifadəçiləri üçün 7495 Birchmount yolunda, Markham-da , L3R 5G2-də yerləşir;

 

• iTunes K.K., Yaponiyadakı istifadəçilər üçün Roppongi Hills, 6-10-1 Roppongi-də, Minato ku-da, Tokio 106-6140-da yerləşir;

 

• Apple Pty Limited, Avstraliya, Yeni Zelandiyada və adaların əraziləri və sahələri də daxil olmaqla ordakı istifadəçilər üçün Avstraliya, Sidney NSÜ 2000, 255 Pitt küçəsi, paytaxt mərkəzində yerləşir; Və

 

• Apple Distribution International, Hollyhill Industrial Estateyerləşir Hollyhill, Cork, İrlandiya Respublikası, bütün istifadəçilər üçün. Apple-in Beynəlxalq Bölüşdümə, İTunes mənasını verdiyi ərazilərdəki istifadəçilər üçün S.à r.l, 31-33, rue Sainte Zithe, L-2763 Lüksemburqda yerləşir, və Apple Distribution International tərəfindən təklif olunan Xidmətlər üçün abunə yaddaşı xidmətlərinin satıcısı olacaq. Apple Distribution International Xidmətlərin operatoru və məlumat müfəttişi olacaq.

 

ELEKTRON KONTRAKT BAĞLANMASI

 

Sizin Xidmədən istifadəniz razılaşmalara daxil olmaq üçün və/və ya sazişləri elektronik etmək üçün imkanı özündə saxlayır. SİZ TƏSDİQ EDİRSİNİZ Kİ, SİZİN ELEKTRON TABELİLİKLƏRİNİZ SİZİN BELƏ RAZILAŞMALAR VƏ SAZIŞLƏRLƏ BAĞLI OLMANIZ VƏ ÖDƏNİŞ ETMƏK ÜÇÜN RAZILIĞINIZI VƏ NİYYƏTİNİZİ NÜMAYİŞ ETDİRİR. SİZİN ELEKTRON TABELİLİKLƏRLƏ BAĞLI OLMANIZ BARƏDƏ RAZILAŞMANIZ VƏ NİYYƏTİNİZ , BU XİDMƏTƏ DAXİL ETDİYİNİZ BÜTÜN ƏMƏLIYYATLARLA BAĞLI OLAN, BİLDİRİŞLƏR VƏ İMTİNALAR, QAYDALAR, MÜQAVİLƏLƏR VƏ TƏTBİQ ETMƏLƏR DƏ DAXİL OLMAQLA HƏR BİR HESABATA AİD EDİLİR Öz elektron hesabatlarınıza daxil olmaq və onları qorumaq üçün siz müəyyən texniki vasitələrə və proqram təminatına ehtiyac duya bilərsiniz, hansılar ki, yalnız sizin məsuliyyətinizdədirlər.

 

Sonuncu dəfə yoxlanılıb: 20 oktyabr, 2014