Legal

QAYDA VƏ ŞƏRTLƏR

A. ITUNES STORE (ITUNES MAĞAZASI), MAC APP STORE (MAC APP MAĞAZASI), APP STORE (APP MAĞAZASI) VƏ IBOOKS STORE (IBOOKS MAĞAZASI) MAĞAZALARININ SATIŞ ŞƏRTLƏRİ
B. ITUNES STORE-UN QAYDA VƏ ŞƏRTLƏRİ
C. MAC APP STORE, APP STORE VƏ IBOOKS STORE MAĞAZALARININ QAYDA VƏ ŞƏRTLƏRİ
D. APPLE MUSIC-İN QAYDA VƏ ŞƏRTLƏRİ

AŞAĞIDA TƏSBİT EDİLMİŞ HÜQUQİ MÜQAVİLƏLƏR SİZ VƏ İTUNES SARL (bundan sonra "ITUNES") ARASINDA BAĞLANIB VƏ SİZİN ITUNES STORE, MAC APP STORE, APP STORE VƏ IBOOKS STORE MAĞAZALARINDAN (bundan sonra "MAĞAZALAR") İSTİFADƏNİZİ TƏNZİMLƏYİR. BU MÜDDƏALARLA RAZISINIZSA, “RAZIYAM” (“AGREE”) DÜYMƏSİNİ BASIN. RAZI DEYİLSİNİZSƏ, “RAZIYAM” (“AGREE”) DÜYMƏSİNİ BASMAYIN VƏ ITUNES STORE, MAC APP STORE, APP STORE VƏ IBOOKS STORE MAĞAZALARINDAN İSTİFADƏ ETMƏYİN. HAZIRKI MÜQAVİLƏ ITUNES PROQRAMI KİMİ PROQRAMLARDAN İSTİFADƏ ÜÇÜN ƏLDƏ ETMİŞ OLDUĞUNUZ PROQRAM TƏMİNATI LİSENZİYALARINA XƏLƏL GƏTİRMƏDƏN TƏTBİQ EDİLİR.

BİZİM MƏHSUL VƏ XİDMƏTLƏRİMİZ BARƏDƏ DAHA ƏTRAFLI MƏLUMAT ALMAQ ÜÇÜN http://www.apple.com/support/ SƏHİFƏSİNƏ DAXİL OLUN.

A. ITUNES STORE, MAC APP STORE, APP STORE VƏ IBOOKS STORE MAĞAZALARININ SATIŞ ŞƏRTLƏRİ

ÖDƏNİŞLƏR, VERGİLƏR VƏ GERİ ÖDƏMƏ SİYASƏTİ

Kredit və ya debit kartı sövdələşmə üçün istifadə edildiyi təqdirdə, iTunes sifarişin məbləğinə qədər olan məbləğ üçün əvvəlcədən təsdiq olunmuş icazə əldə edə bilər. Hesablaşma sövdələşməniz zamanı və ya sövdələşmədən dərhal sonra aparılır. Alış etdiyiniz zaman, əvvəlcə məzmun kreditləri istifadə olunur, daha sonra Hədiyyə Sertifikatı, iTunes kartı, yaxud Güzəşt Hesabında olan kreditlər istifadə edilir; sonra isə Sizin kredit və ya debit kartınızdan hər hansı qalan balans çıxılır.

Siz sözü gedən Mağazalarda aldığınız bütün məhsullara görə ödəniş etməyə və iTunes-un alınmış istənilən məhsula görə ödənişi və Hesabınızla əlaqədar və ya Hesabınızda toplanan hər hansı əlavə məbləği (əgər varsa, hər hansı gecikdirilmiş ödənişləri də) ödəniş üsulunuzdan çıxarmasına razı olursunuz. Siz bütün ödənişlərin vaxtında ödənilməsi və iTunes-u bütün ödənişlərin ödənilməsi üçün etibarlı ödəniş üsulu ilə təmin etməklə əlaqədar məsuliyyət daşıyırsınız.

Siz Azərbaycanda mövcud olan hər hansı vergi öhdəlikləri üzrə məsuliyyət daşıyırsınız. iTunes-a ödənilməli olan bütün ödənişlər qüvvədə olan hər hansı vergilərdən azaddır.

Bütün məhsulların satışı və icarəsi qətidir.

Mağazalar vasitəsilə təklif edilən məhsulların qiymətləri istənilən zaman dəyişilə bilər və Mağazalar qiymətdə endirim və ya reklam təklifi təqdirində qiymətin saxlanmasını və ya geri ödənişini təmin etmir.

Əgər məhsul sövdələşmədən sonra, lakin yükləmədən öncə istifadəyə açıq olmazsa, tək çıxış yolunuz ödənişinizin geri verilməsidir. Əgər texniki problemlər səbəbindən məhsulunuz çatdırıla bilməzsə və ya çatdırılması əsassız şəkildə gecikdirilərsə, Sizin müstəsna və tək müdafiəniz ödənilən məbləğin iTunes tərəfindən müəyyən edilən tərzdə geri ödənilməsi və ya əvəz edilməsidir.

1-Click(®)

1-Click Amazon.com saytının lisenziya əsasında istifadə olunan qeydiyyatdan keçmiş xidmət nişanıdır. 1-Click siçan düyməsini və ya digər daxiletmə cihazıni bir dəfə basmaqla Mağazalarda alış etmənizə imkan verən rahat bir funksiyadır. Kompüterinizdə Mağazalara daxil olarkən, 1-Click alqı-satqısını Al düyməsini basmaqla ekrana çıxan dialoq vasitəsilə aktivləşdirə bilərsiniz (Hesab məlumatı bölməsində Xəbərdarlıqları Sıfırla düyməsini basmaqla bu seçimi ilkin vəziyyətinə qaytara bilərsiniz). iPad, iPod touch və ya İPhone (“iOS Cihazı”) kimi iOS tipli Apple brendli məhsullarınızda Mağazalara daxil olan zaman, məhsulun qiymətini göstərən düyməni basaraq Al düyməsini üzə çıxarmaqla 1-Click hər sövdələşmə üçün aktivləşdirilir. 1-Click aktivləşdikdən sonra Al düyməsinin basılması ilə dərhal yüklənmə başlanır və sövdələşməniz heç bir əlavə addım olmadan tamamlanır.

MƏZMUN KODLARI

Məzmun kodları nəqd ödənişlə kompensasiya edilə və nəqd təzminat əvəzində geri qaytarıla (qanunla tələb olunan hallar istisna olmaqla), mübadilə edilə, yenidən satıla, hədiyyələrin alınması üçün istifadə edilə, Apple Onlayn Mağazalarında və yaxud Apple Pərakəndə Satış Mağazalarında alış üçün istifadə edilə bilməz. İstifadə edilməmiş balanslar ötürülə bilməz.

Azərbaycan Respublikasında paylanma üçün nəzərdə tutulan Məzmun Kodları yalnız Azərbaycan Respublikasında yerləşən Mağazalar vasitəsilə qaytarıla bilər.

iTunes itirilmiş və ya oğurlanmış Məzmun Kodlarına görə məsuliyyət daşımır.

Məzmun Kodunun Mağazalarda saxta şəkildə əldə edildiyi və ya istifadə edildiyi hallarda iTunes hesabları bağlamaq və alternativ ödəniş formasını tələb etmək hüququnu özündə saxlayır.

ITUNES VƏ ONUN LİSENZİYA VERDİYİ ŞƏXSLƏR, FİLİALLARI VƏ LİSENZİYA SAHİBLƏRİ MALIN KOMMERSİYA KEYFİYYƏTİ VƏ YA MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLILIĞI DA DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN MƏZMUN KODLARI VƏ YA MAĞAZALARLA ƏLAQƏDAR HEÇ BİR BİRBAŞA VƏ YA EHTİMAL EDİLƏN TƏMİNAT VERMİR. MƏZMUN KODUNUN QEYRİ-FUNKSİONAL OLDUĞU TƏQDİRDƏ SİZİN YEGANƏ MÜDAFİƏNİZ VƏ BİZİM TƏK MƏSULİYYƏTİMİZ BU KODUN ƏVƏZ OLUNMASIDIR. BU MƏHDUDİYYƏTLƏR SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR. BƏZİ YURİSDİKSİYALAR NƏZƏRDƏ TUTULAN TƏMİNATLAR ÜZRƏ MƏHDUDİYYƏTLƏRƏ VƏ YA MÜƏYYƏN ZƏRƏRLƏR ÜZRƏ İSTİSNA VƏ MƏHDUDİYYƏTLƏRƏ YOL VERMİR. ƏGƏR BU QANUNLAR SİZƏ ŞAMİL EDİLİRSƏ, YUXARIDAKI İMTİNA, İSTİSNA VƏ YA MƏHDUDİYYƏTLƏRİN BƏZİLƏRİ VƏ YA HAMISI SİZƏ ŞAMİL EDİLMƏYƏ BİLƏR VƏ SİZ ƏLAVƏ HÜQUQLARA DA MALİK OLA BİLƏRSİNİZ.

HƏDİYYƏLƏR

Mağazalardan alınmış hədiyyələr yalnız Azərbaycan Respublikasında olan şəxslər üçün alına və onlar tərəfindən geri qaytarıla bilər. Hədiyyə alıcıları bəzi hədiyyələrdən istifadə etmək üçün uyğun gələn proqram təminatı və valideyn nəzarəti vasitələrinə malik olmalıdırlar.

TƏHLÜKƏSİZLİK HAQQINDA VACİB MƏLUMAT

Mağazalar vasitəsilə təklif edilən məhsullardan istifadə edərkən əzələ, oynaq və ya göz gərginliklərini aradan qaldırmaq üçün siz dəfələrlə fasilə etməli, ağrı, yorğunluq və ya narahatlıq hiss etdikdə isə daha çox istirahət etməlisiniz. İnsanların çox az faizi parlaq işığa və ya təsvirlərə baxarkən, həmçinin, video oyunlar oynayarkən və ya videolara baxarkən huşunu itirə və ya bayıla bilər. Simptomlar arasında başgicəllənməsi, ürəkbulanması, qeyri-ixtiyari hərəkətlər, huşun itirilməsi, görmə zəifliyi, qulaqda cingilti, donub qalma və digər narahatçılıqlar ola bilər. Sadalanan və ya onlara bənzər simptomlarla üzləşmisinizsə, Mağazalar vasitəsilə təklif edilən məhsullardan istifadə etməzdən öncə həkimlə məsləhətləşin; simptomlar məhsuldan istifadə edən zaman yarandıqda, həmin məhsullardan istifadəni dərhal dayandırın və həkimə müraciət edin. Valideynlər uşaqlarının Mağazalarda təklif edilən məhsullardan istifadə etdiyi zaman simptomların yaranıb-yaranmamasına nəzarət etməlidir.

İLKİN SİFARİŞLƏR

Məhsulları ilkin sifariş etməklə Siz məhsulun mövcud olduğu təqdirdə Mağazalara onun haqqını avtomatik olaraq hesabınızdan çıxarmaq və yükləmək səlahiyyəti verirsiniz. Siz öz ilkin sifarişinizi Məhsulun mövcud olması vaxtından əvvəl ləğv edə bilərsiniz.

AİLƏ PAYLAŞMASI

Ailə Paylaşması uyğun iTunes, App Mağazası, Mac App Mağazası və iBooks Mağazası məhsullarını “Ailənin” altıya qədər üzvü ilə (özünüz daxil) paylaşmağa imkan verir. Ailə qursanız və ya Ailəyə qoşulsanız, başqa Ailə üzvlərinin uyğun məhsullarına baxa və belə məhsulları öz uyğun cihaz və ya kompüterinizə yükləyə bilərsiniz. Siz həmçinin satınalmaları gizlədərək digər Ailə üzvlərinin onları sizdən yükləməsinə, yaxud baxmasına imkan verməyə bilərsiniz. Fotolar və videolar kimi məlumatları Fotolar proqramı, hadisələri Ailə Təqvimi, xatırladıcıları Xatırladıcı proqramı, məkan məlumatını Dostlarımı Tap və cihaz məkanını iPhone-umu Tap proqramı ilə paylaşa bilərsiniz. Ailə Paylaşması yalnız şəxsi, qeyri-kommersiya məqsədli istifadə üçündür. iTunes və iCloud hesabları tələb olunur; Ailə qurmaq və Ailəyə qoşulmaq üçün iOS 8 və/və ya OS X Yosemite tələb olunur. Müəyyən əməliyyatlar və funksiyalar proqramın ilkin versiyaları ilə çalışmaya bilər və proqramın yenilənməsini tələb edə bilər. Ailəyə qoşulsanız, Ailə Paylaşma funksiyaları uyğun cihazlarınızda və kompüterlərinizdə avtomatik aktivləşir.

Ailə “Təşkilatçısı” Ailədə iştirak etmək üçün digər üzvləri dəvət edə bilər. Təşkilatçı 18 yaşına çatmış və iTunes-da qeydiyyatdan keçmiş uyğun ödəniş metoduna sahib olmalıdır. Siz Təşkilatçısınızsa, 13 yaşdan kiçik hər hansı bir Ailə üzvünün valideyni və ya qanuni himayəçisi sayılırsınız. Təşkilatçının ödəniş metodu Ailə üzvünün həmin üzvün hesabına yazılan mağaza kreditini aşan satınalmalarda ödəniş etmək üçün istifadə edilir. Təşkilatçının ödəniş metodu istifadə edildikdə, Ailə üzvləri Təşkilatçının agentləri kimi fəaliyyət göstərir. Məhsullar sövdələşməni başladan Ailə üzvünün hesabı ilə əlaqələndirilir. AİLƏ ÜZVLƏRİNİ AİLƏYƏ QOŞULMAĞA DƏVƏT ETMƏKLƏ TƏŞKİLATÇı AİLƏ ÜZVLƏRİNİN SATıNALMALARı ÜÇÜN ÖDƏNİŞLƏRİN TƏŞKİLATÇı TƏRƏFİNDƏN TƏSDİQLƏNDİYİNƏ VƏ TƏŞKİLATÇıNIN XƏBƏRİ OLMADAN SATıNALMA HƏYATA KEÇİRİLMİŞ, AİLƏ ÜZVÜ TƏŞKİLATÇıNıN ONA VERDİYİ SƏLAHİYYƏTİ AŞMıŞ VƏ YA BİR NEÇƏ AİLƏ ÜZVÜ EYNİ MƏHSULU ALMıŞ OLSA BELƏ, BÜTÜN SATıNALMALARıN ONUN MƏSULİYYƏTİNDƏ OLDUĞUNA RAZıLAŞıR. TƏŞKILATÇı ÖDƏNİŞ METODU TƏMİNATÇıSı İLƏ BAĞLADıĞı MÜQAVİLƏ ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏYƏ GÖRƏ MƏSULİYYƏT DAŞıYıR VƏ BELƏ ÖDƏNİŞ METODUNA GİRİŞİN PAYLAŞILMASI NƏTİCƏSİNDƏ ÖDƏNİŞ METODU TƏMİNATÇISININ TƏKLİF ETDİYİ MÜDAFİƏ MƏHDUDLAŞDIRILDIĞI TƏQDİRDƏ BÜTÜN RİSKLƏRİ ÖZ ÖHDƏSİNƏ GÖTÜRÜR. Təşkilatçı istənilən vaxt ödəniş metodunu dəyişə bilər. Satınalma Ailə üzvü tərəfindən gizlədilsə belə, satınalma barədə qeyd müvafiq Ailə üzvünə və Təşkilatçıya göndərilir; Siz, yaxud Ailə üzvləriniz qəbzdə, yaxud ödəniş metodu bəyanatında qeyd edilən məbləğləri tanımasa, qəbzdəki Problemi Bildir bölməsindən istifadə edin.

Təşkilatçı Almaq üçün Soruş funksiyasından istifadə edərək, 18 yaşa çatmamış uşaqların satınalma, yaxud yükləməyə başlamazdan əvvəl pulsuz, yaxud ödənişli məhsulları yükləmək üçün Təşkilatçıdan icazə almasını tələb edə bilər. Ailə üzvlərindən yüklənən məhsullar və geri satınalma kodu ilə alınan məhsullara Almaq üçün Soruş şərti şamil olunmur. Əgər siz Təşkilatçısınızsa, sizin və/və ya təyin olunan yetkin şəxsin Almaq üçün Soruş şərtinin tətbiq olunduğu Ailə üzvünün valideyni, yaxud qanuni himayəçisi sayılırsınız. Almaq üçün Soruş tələbi iOS 8 və OS X Yosemite üçün optimallaşdırılıb; əvvəlki proqram versiyalarından məhsul satınalma və ya yükləmə sorğuları istifadəçilərə alternativ icazə prosesi təmin edə və ya satınalmalara heç icazə verməyə bilər və proqramın yenilənməsini tələb edə bilər. Almaq üçün Soruş təsdiqləri və ya imtinalarında baş verən gecikmələrin səbəb olduğu ziyana görə iTunes məsuliyyət daşımır.

Təşkilatçı hər hansı Ailə üzvünü Ailədən çıxara bilər, nəticədə həmin Ailə üzvü Təşkilatçının ödəniş metodu ilə alış icra edə bilməyəcək və digər Ailə üzvlərinin məhsulları və məlumatlarına baxa və onları paylaşa bilməyəcək. Ailə üzvü Ailədən çıxarsa, yaxud çıxarılarsa, qalan Ailə üzvləri çıxan üzvün məhsullarına və məlumatlarına baxa və onları yükləyə bilməyəcək və ya çıxan üzvdən daha əvvəl yüklənən məhsullara, o cümlədən çıxan üzv hələ Ailənin üzvü ikən Təşkilatçının ödəniş metodu ilə edilən satınalmalara daxil ola bilməyəcək. Eynilə, siz Ailədən çıxsanız, digər Ailə üzvlərinin məhsul və məlumatlarına və ya Ailə üzvünə müraciət etmək mümkün olmadığı zaman digər üzvlərdən daha əvvəl yüklədiyiniz məhsullara baxa və onları yükləyə bilməyəcəksiniz. Əgər Siz əvvəlcə ayrılan Ailə üzvü tərəfindən satın alınan və ya hansısa Ailə üzvündən yüklənən proqramdan App Daxili Alışlar etmisinizsə və artıq ailənin üzvü deyilsinizsə, həmin proqramı özünüz almalı və ona yenidən giriş əldə etmək üçün App Daxili Alışları bərpa etməlisiniz; App Daxili Alışlar icra etməzdən əvvəl bu Müqavilənin “App Daxili Alışlar” adlı bölməsini və proqram hazırlayanın siyasətlərini nəzərdən keçirin. 13 yaşdan kiçik istifadəçilər üçün şəxsi hesabları ancaq Ailə Paylaşması çərçivəsində yaratmaq mümkün olduğuna görə, həmin hesabı Ailədən çıxartmaq üçün silsəniz, Ailə üzvünün Apple ID-si və Apple ID tələb edən Apple xidmətlərinə və ya həmin Apple ID-si ilə əlaqəli məzmuna girişi ləğv ediləcək.

Eyni vaxtda ancaq bir Ailənin üzvü ola və ildə maksimum iki dəfə hər hansı Ailəyə qoşula bilərsiniz. Ailə ilə əlaqələndirdiyiniz mağaza hesabını hər 90 gün ərzində maksimum bir dəfə dəyişə bilərsiniz. Bütün Ailə üzvləri eyni iTunes Mağaza ölkəsi və ya regionundan istifadə etməlidir. Musiqi, filmlər, TV şouları və kitablar hər hesabda maksimum 10 cihaza iTunes Xidmətindən yüklənə bilər və bu cihazların yalnız beşi kompüter ola bilər; uyğun proqramlar Ailə üzvlərinin sahib olduğu və ya idarə etdiyi hər hansı cihaza yüklənə bilər. Bütün məhsullar, o cümlədən App Daxili Alışlar, yenidən yüklənməsi mümkün olmayan məzmun, abunələr və əvvəl alınmış bəzi proqramlar Ailə Paylaşması üçün uyğun deyildir. Bu Müqavilənin “Xitam” bölməsinə uyğun olaraq, Apple Ailəni kənarlaşdırmaq hüququna malikdir.

ELEKTRON MÜQAVİLƏ

Sizin Mağazalardan istifadə etməniz elektron şəkildə müqavilə və/və ya sövdələşmə bağlamaq qabiliyyətinizi özündə ehtiva edir. Siz təsdiq edirsiniz ki, elektron təqdimatlarınız belə müqavilə və sövdələşmələrlə əlaqədar məsuliyyətlər daşımanız və ödənişlər icra etmənizlə əlaqədar razılığınızı və niyyətinizi nəzərdə tutur. Elektron təqdimatlar yolu ilə öhdəlik daşımağa razılığınız və müvafiq niyyətiniz ləğvetmə bildirişi, siyasətlər, müqavilələr və arayışlar da daxil olmaqla bu saytda bağladiğiniz bütün sövdələşmələrə dair bütün sənədlərə şamil olunur. Elektron sənədlərinizə giriş əldə etmək və onları saxlamaq üçün tək məsuliyyətiniz olan müəyyən proqram və aparat təminatına malik olmanız tələb edilə bilər.

Əgər siz qeyri-Apple brendli cihazda və ya kompüterdə bu Müqavilədə əhatə edilən Hesabda qeydiyyatdan keçsəniz və/və ya Xidmətlərdən və/və ya Mağazalardan istifadə etsəniz, yalnız məhdud Hesab və ya Xidmətlər və/və ya Mağazalar funksionallıqlarına girişiniz olacaq. Siz öz Hesabınıza və ya Xidmətlərə və/və ya Mağazalara qeyri-Apple brendli cihazda və ya kompüterdə daxil olmanın bir şərti kimi, bu Müqavilədə aşkar edilən bütün müvafiq şərt və qaydalarla, o cümlədən, Hesabın və ya Xidmətlərin və/və ya Mağazaların istifadəsinə dair bütün tələblər, məzmununuz və davranışınızla əlaqədar zəmanətlərin və qaydaların istifadə məhdudiyyətləri, mövcudluğu və onlardan imtinalar ilə razılaşırsınız. Qeyri-Apple brendli cihaz və ya kompüter istifadəçiləri üçün təmin edilməyən funksiya və ya Xidmətlərlə əlaqədar bu Müqavilədə rast gəlinən şərtlər sizə tətbiq edilməyəcək. Bunlara, məsələn, App Store daxildir. Əgər sonradan öz Hesabınıza və ya hər hansı bir Xidmətə Apple brendli cihaz və ya kompüterdən daxil olmaq istəsəniz, bu Müqavilədə göstərilən şərt və qaydaların hamısının sizin bu cür Hesab və ya Xidmətdən istifadənizlə əlaqədar tətbiq edilməsinə razı olursunuz. iTunes tipoqrafik səhvlərə görə məsuliyyət daşımır.

B. İTUNES STORE-UN QAYDA VƏ ŞƏRTLƏRİ

SİZ VƏ ITUNES S.A.R.L. (“ITUNES”) ARASINDA BAĞLANAN HAZIRKI HÜQUQİ MÜQAVİLƏ SİZİN İTUNES STORE XİDMƏTİNDƏN ("XİDMƏT") İSTİFADƏNİZİ TƏNZİMLƏYİR.

İTUNES STOREXİDMƏTLƏRİ

iTunes sizə son istifadəçinin hazırkı Müqavilənin şərt və müddəalarına uyğun olaraq istifadəsi üçün nəzərdə tutulan rəqəmsal məzmun (“iTunes Məhsulları”) üçün lisenziyanı almaq və ya icarəyə götürmək imkanı verən Xidmətlərin təminatçısıdır.

XİDMƏTİN İSTİFADƏSİ ÜÇÜN TƏLƏBLƏR

Ancaq 13 yaşa çatmış və ya ondan yuxarı yaşda olan şəxslər hesab yarada bilər. 18 yaşa çatmamış şəxslər üçün hesabı onun valideyni və ya qanuni himayəçisi Ailə Paylaşmasından istifadə edərək yarada bilər. 18 yaşa çatmamış uşaqlar bu Müqaviləni valideyni və ya himayəçisi ilə birlikdə oxumalıdır ki, uşaq və onun valideyni və ya himayəçisi bu Müqaviləni anlasın.

Siz xidmətdən ancaq Azərbaycan Respublikasında istifadə edə bilərsiniz. Siz Xidmətdən göstərilən ərazidən kənarda istifadə etməməyə və ya istifadə etməyə çalışmamağa razılıq verirsiniz. iTunes sizin bu şərtə əmək etmənizi yoxlamaq üçün müvafiq texnologiyadan istifadə edə bilər.

Xidmətdən istifadə etmək üçün uyğun gələn avadanlıq, İnternetə çıxış və müəyyən proqram təminatı tələb olunur (ödənişlər tətbiq edilə bilər); vaxtaşırı yeniləmələr tələb oluna bilər; və bu amillərin təsirinə məruz qala bilər. Yüksək sürətli İnternet müntəzəm istifadə üçün məsləhət görülür, videolar üçün isə tələb edilir. Zəruri proqram təminatının ən son versiyası Xidmətə daxil olmaq üçün məsləhət görülür və bir sıra əməliyyatlar və funksiyalardan istifadə üçün, o cümlədən Xidmətdən qabaqcadan alınan iTunes Məhsullarının yüklənməsi üçün tələb oluna bilər. Siz vaxtaşırı dəyişə bilən bu tələblərə riayət etmək öhdəliyini daşımanızla razılaşırsınız. Xidmət hər hansı digər məhsul və ya təklifin tərkib hissəsi deyil və hər hansı məhsulun satın alınması və ya əldə edilməsi Xidmətə çıxışın əldə edilməsi və ya təmin edilməsi ilə əlaqədar zəmanət kimi başa düşülə bilməz.

SİZİN HESABINIZ

Xidmətin qeydə alınmış istifadəçisi kimi siz hesabınızı (“Hesab”) yarada bilərsiniz. Öz Hesabınıza dair məlumatları digər şəxslərə açıqlamayın. Hesabınızın və onda və ya onun vasitəsilə aparılan bütün əməliyyatların məxfiliyinin və təhlükəsizliyinin qorunmasına görə yalnız siz cavabdehlik daşıyırsınız və Hesabınızın təhlükəsizliyinin pozulması halını iTunes-a dərhal xəbər verəcəyinizlə razılaşırsınız. Hesabınızdan kənar şəxslərin icazəsiz istifadə etməsi səbəbilə yaranan itkilərə görə iTunes məsuliyyət daşımır.

iTunes Xidmətindən iTunes Məhsullarını almaq və yükləmək üçün siz ya Apple İD-ni və şifrənizi daxil etməklə, ya da Touch ID-dən istifadə etməklə satınalmalar üçün Hesabınızın eyniliyini təsdiq (autentifikasiya) etməlisiniz. Apple ID-ni və şifrənizi daxil edərək hesabınızı autentifikasiya etdikdən sonra, kompüterinizdə və ya iOS Cihazınızda onu yenidən autentifikasiya etmənizə on beş dəqiqə ərzində ehtiyac olmayacaqdır; autentifikasiya edilmiş olaraq qalmaq üçün kompüter və ya Apple TV-nin parolunuzu yadda saxlamasını seçə bilərsiniz. Bu vaxt ərzində siz iTunes Məhsullarını şifrənizi yenidən daxil etmədən ala və yükləyə bilərsiniz. Siz kompüterinizdə, iOS Cihazında və ya Apple TV-də ayarları uyğunlaşdırmaqla iTunes Məhsul əməliyyatlarını icra etmək seçimini söndürə və ya hər əməliyyatla əlaqədar parolun tələb edilməsi üçün ayarları dəyişə bilərsiniz. Daha ətraflı məlumat üçün, zəhmət olmasa http://support.apple.com/kb/HT1904http://support.apple.com/kb/HT4213 ünvanlarına istinad edin.

Siz Xidmət üçün qeydiyyatdan keçərkən və ondan istifadə edən müddətdə dəqiq və düzgün məlumatlar (“Qeydiyyat Məlumatı”) təmin etməyə və Qeydiyyat Məlumatının dəqiq və düzgünlüyünü təmin etmək üçün onu yeniləyəcəyinizə razılaşırsınız. Siz iTunes-un Hesabınızın saxlanılması və ödənişlərin tutulması ilə əlaqədar istifadə üçün təqdim etdiyiniz Qeydiyyat Məlumatını saxlaya və istifadə edə biləcəyi ilə razılaşırsınız.

AVTOMATİK ÇATDIRMA VƏ ƏVVƏL ALINANLARIN YÜKLƏNMƏSİ

Siz ilk dəfə musiqi əldə etdikdə, film və musiqi videosu iTunes Məhsulunu (bundan sonra birlikdə “iTunes Uyğun Məzmunu”) satın aldıqda (icarə deyil), həmin iTunes Uyğun Məzmununun surətlərini əlavə uyğun proqram təminatı olan iOS Cihazında və iTunes-un icazə verdiyi kompüterlərdə avtomatik alınmasını (bundan sonra “avto-yükləmə”) aşağıda göstərilən əlaqələndirmə qaydalarına uyğun olaraq həmin iOS Cihazını və ya kompüterləri (bundan sonra “Əlaqəli Cihaz”) əlaqələndirməklə seçə bilərsiniz. Hər bir Əlaqəli Cihaz üçün siz hansı növ iTunes Uyğun Məzmununun avtomatik yüklənə bilməsini müəyyən edə bilərsiniz. iOS Cihazları da daxil olmaqla, bildirişlər (“push notifications”) almaq imkanına malik olan (bundan sonra “Bildiriş Aktivləşdirilən”) Əlaqəli Cihazlarda iTunes Uyğun Məzmunu Əlaqəli Cihaz İnternetə qoşulu olan zaman ona avtomatik olaraq yüklənəcəkdir; Bildirişin Aktivləşdirilmədiyi Əlaqəli Cihazlarda iTunes Uyğun Məzmunu yükləmə növbəsində avtomatik çıxacaq və siz onu iTunes daxilində əl ilə yükləyə bilərsiniz.

Sizin rahatlığınız üçün, iTunes Uyğun Məzmununu aldıqdan sonra, bu əvvəl alınan (icarəyə götürülməyən) iTunes Uyğun Məzmununun müəyyən qismini hər hansı Əlaqəli Cihaza yükləyə bilərsiniz. Sizin əvvəl aldığınız bəzi iTunes Uyğun Məzmunu sonradan hər hansı vaxtda yüklənilməyə bilər və iTunes bu hallarda sizin qarşınızda heç bir məsuliyyət daşımır. Əvvəl aldığınız bəzi iTunes Uyğun Məzmununu sonradan yükləmək imkanına malik ola bilməyəcəyiniz səbəbilə, iTunes Uyğun Məzmununun hər hansı bir elementini yüklədikdən sonra onun itməsi, məhv olması və zədələnməsi ilə əlaqədar məsuliyyət daşıyırsınız və onun surətini saxlamağınız məsləhət görülür.

Əlaqəli Cihazların əlaqələndirilməsi aşağıdakı şərtlərə cavab verməlidir:

(i) Siz maksimum 10 Əlaqəli Cihazdakı Hesabdan iTunes Uyğun Məzmununu avtomatik yükləyə və ya əvvəl alınmış iTunes Uyğun Məzmununu yükləyə bilərsiniz, bu şərtlə ki, bunlardan iTunes-un icazə verdiyi kompüterlərin sayı 5-dən atıq olmasın.

(ii) Əlaqəli Cihaz eyni vaxtda yalnız bir Hesabla əlaqəli ola bilər.

(iii) Siz bir Əlaqəli Cihazı digər Hesaba yalnız hər 90 gündən bir dəyişdirə bilərsiniz.

(iv) Siz əvvəl əldə etdiyiniz hər hansı pulsuz məhsulu iTunes-un icazə verdiyi maksimum 5 kompüterdə olmaqla iTunes Xidmətdə pulsuz olduğu dövr ərzində qeyri-məhdud sayda cihazlara yükləyə bilərsiniz.

“Apple TV” Əlaqəli Cihaz deyildir. Bununla belə, alınmış (yəni icarəyə götürülməmiş) kino iTunes Məhsulları uyğun Apple TV-lərdə izlənilə bilər, bu şərtlə ki, siz bu cür film və ya kinoları eyni zamanda məhdud saylı Apple TV-lərdə izləyə bilərsiniz.

iTunes Uyğun Məzmununun bəzi hissələri böyük həcmdə ola bilər, və bu cür iTunes Uyğun Məzmununun məlumat bağlantısı ilə çatdırılması məlumatların ötürülməsi üçün çəkilən xərclərin çoxalmasına gətirib çıxara bilər.

İTUNES MATCH

iTunes Match sizə Hesabınız vasitəsilə əvvəl aldığınız və uyğunlaşdırılmış və yüklənmiş mahnılara və musiqi videolarına, əlaqəli metaməlumatlara, pleylistlərə və sizin iTunes Library ilə əlaqədar digər məlumatlarına (bundan sonra "iTunes Match Məhsulları") uzaqdan çıxış əldə etmənizə icazə verir.

Siz iTunes Match xidmətinə illik haqq ödəməklə abunə ola bilərsiniz. Abunə olmaq üçün siz iTunes-un bazasında etibarlı kredit kartına malik olmalısınız. Bu abunə haqqı geri qaytarılmır (tətbiq olunan qanunvericiliyin başqa cür tələb etdiyi hallar istisna olmaqla) və avtomatik olaraq siz onu ləğv edənədək bir illik müddətə yenilənəcəkdir. Müvafiq abunə haqqı hesabınızdan cari abunə dövrünün bitməsinə maksimum 24 saat vaxt qalmış tutulacaqdır. Siz avtomatik yenilənməni kompüterinizdəki iTunes Store (iTunes Mağazası) ayarlarına müvafiq dəyişiklik etməklə ləğv edə bilərsiniz. Abunə müddəti bitdikdən sonra siz artıq öz iTunes Match Məhsullarınıza iTunes Match vasitəsilə çıxış əldə edə bilməyəcəksiniz.

iTunes Match 25,000-ə qədər mahnıdan ibarət olan materialı özündə saxlayan kitabxanalarla ("library") işləyir və bu mahnılar ya (i) hazırda iTunes Xidmətdə yoxdur, ya da (ii) iTunes Xidmətindən sizin Hesabınızla alınmamışdır. Müəyyən meyarlara cavab verməyən və ya kompüteriniz üçün icazə verilməyən mahnılar iTunes Match-ə uyğun gəlmir. iTunes Match-i qurmaq və istifadə etmək üçün sizin iTunes kitabxananızdakı məlumat daşıyıcıları, əməliyyat sisteminiz və aparat təminatı identifikatorları haqqında informasiya toplanacaq və iTunes serverlərində sizin Hesabınızla əlaqələndiriləcəkdir.

iTunes Match avtomatik olaraq mahnı fayllarını skanlayır və sizin iTunes kitabxananızdakı informasiya vasitəsini müəyyən etmək üçün lazım olan digər məlumatları - misal üçün, mahnıların adlarını, mahnının ifaçısını və mahnının uzunluğunu toplayır. iTunes Match bu məlumatdan hazırda iTunes Store-da olan mahnılarla tutuşdurmaq üçün istifadə edəcək və uyğun gələn mahnıları iTunes Store-da olan formatda sizə təqdim edəcəkdir. Əgər mahnını tutuşdurmaq olmursa, o zaman mahnının sizin üçün nəzərdə tutulan surəti iTunes-a həmin və ya iTunes-un müəyyən etdiyi formatda yüklənəcəkdir. iTunes məhsulların növlərindən asılı olaraq (misal üçün, həddən artıq böyük həcmli fayllar) məhdudiyyətlər müəyyən etmək hüququnu özündə saxlayır. Uyğun gələn və ya yüklənən mahnılara və onlara aid metaməlumatlara iTunes Match üçün aktivləşdirilən Əlaqəli Cihazlardan çıxış əldə etmək olar. iTunes Match üçün Əlaqəli Cihazların əlaqələndirilməsi Əvvəl Alınanların Avtomatik Çatdırılmasına və Yüklənməsinə aid olan şərtlərlə eyni şərtlər əsasında aparılacaqdır və yüklənmiş və uyğunlaşdırılmış mahnılar və onlarla əlaqəli məlumatlar "iTunes Uyğun Məhsulu" sayılacaqdır. Siz iTunes Match Məhsullarına uyğun gələn Apple TV-dən də çıxış əldə edə bilərsiniz, bu şərtlə ki, bunu eyni zamanda məhdud saylı Apple TV-dən edəsiniz.

Siz iTunes Match-dən istifadə etdikdə, iTunes ifa etdiyiniz, dayandırdığınız və ya ötüb-keçdiyiniz treklər, istifadə etdiyiniz cihazlar və oxutmanın müddəti kimi məlumatları sistemə qeyd edəcək. iTunes Match-dən istifadə etməklə siz iTunes və onun törəmə şirkət və agentlərinin bu məlumatları, həmçinin sizin iTunes Match-dən istifadə məlumatlarınızı ötürməsinə, toplamasına, saxlamasına, işləməsinə və istifadə etməsinə, lisenziya sahiblərinə hesabatlar verməyə və müəllif qonorarları ödəməyə, o cümlədən, iTunes funksiya və xidmətlərini və digər Apple məhsul və xidmətlərini aşağıdakı ünvanda göstərilən Apple Məxfilik Siyasətinə müvafiq digər formada təmin etməyə və təkmilləşdirməyə razılıq verirsiniz: http://www.apple.com/legal/privacy/.

Siz bununla razılaşırsınız ki, iTunes Match-dən yalnız qanuna uyğun olaraq əldə etdiyiniz məhsullar üçün istifadə edəcəksiniz. Qeyri-qanuni məzmundan hər hansı növ istifadə digər şəxslərin hüquqlarını pozur və sizi mülki və ya cinayət xarakterli sanksiyalara, o cümlədən müəlliflik hüquqlarının pozulmasına görə maddi ziyana məruz qoya bilər.

iTunes Match "AS-İS" (olduğu kimi) təqdim olunur və tərkibində səhvlər və dürüst olmayan məlumatlar ola bilər ki, bunlar da xətalara, musiqi, pleylistlər və ifa tarixi ("play history") də daxil olmaqla, kompütürinizdə və ya cihazınızda və onlara qoşulmuş periferik avadanlıqlarda (serverlər və digər kompüterlər də daxil olmaqla, ancaq bunlarla məhdudlaşmadan) zədələnmə və ya məlumatların itirilməsinə gətirib çıxara bilər. iTunes Match-dən istifadə etməzdən əvvəl kompüterlərinizdə, cihazlarınızda və periferik avadanlıqlarınızda olan bütün məlumatları qorumaq məqsədi ilə surətlərini saxlamağınız ("back up") tövsiyə olunur. Siz bununla açıqca təsdiq edir və razılaşırsınız ki, iTunes Match-dən istifadə ilə bağlı risklər müstəsna olaraq sizin risklərinizdir. iTunes uyğunlaşdırılmış və yüklənmiş məhsullara çıxış imkanlarının olmaması da daxil olmaqla, sizin iTunes Match-dən istifadənizlə bağlı Qanunla icazə verilən səviyyədə heç bir məsuliyyət daşımayacaqdır.

MƏXFİLİK

iTunes Store http://www.apple.com/legal/privacy/ ünvanında yerləşən Apple Inc. şirkətinin ("Apple"-in) Məxfilik Siyasəti ilə idarə edilir. Apple-in Məxfilik Siyasəti 2002-ci il tarixli Elektron Kommunikasiyalar və Sövdələşmələr Aktının 51-ci Bölməsində göstərilən şəxsi məlumatların elektron toplanması prinsiplərinə müvafiq deyil. Siz Genius funksiyasını seçdikdə, Apple avtomatik və vaxtaşırı olaraq iTunes kitabxananızda informasiya vasitəsini müəyyən etmək üçün istifadə edilə bilən məlumatarı, məsələn, ifa tarixçənizi (“play history”) və pleylistinizi (“playlist”) toplayacaqdır. Bura iTunes-da alınan və ya əldə edilən informasiya vasitələri və digər mənbələrdən əldə edilən informasiya vasitələri daxildir. Bu məlumat anonim olaraq saxlanılacaq və sizin adınız və ya Hesabınızla əlaqəli olmayacaqdır. Siz Genius funksiyasından istifadə etdikdə Apple bu məlumatdan və sizin iTunes kitabxananızda olan məhsullardan, o cümlədən digər məlumatlardan sizə uyğun olan fərdləşdirilmiş tövsiyələr vermək üçün istifadə edəcəkdir.

Apple bu məlumatdan yalnız aşağıda göstərilən məqsədlər üçün istifadə edə və bu məlumatı həmin funksiyadan istifadə etməyi seçən digər istifadəçilərin iTunes kitabxanalarında olan məlumatları, sizin iTunes Mağazasından alış tarixçənizə aid məlumatlar, digər iTunes Mağazası istifadəçilərinin alış tarixçəsinə dair məlumatlar və üçüncü şəxslərdən alınan digər məlumatlar ilə birləşdirə bilər:

• Sizin üçün iTunes kitabxananızdan fərdləşdirilmiş pleylist yaratmaq.

• Sizə almaq və ya əldə etmək istədiyiniz informasiya vasitələri və digər məhsullar və xidmətlər barədə tövsiyələr vermək.

• Digər istifadəçilərə məhsullar və xidmətlər barədə tövsiyələr vermək.

Sizin məlumatlarınız hər zaman Apple Məxfilik Siyasətinə müvafiq olaraq idarə ediləcəkdir.

Siz

Genius funksiyasını seçdikdə, Genius işlədə bilən cihazlarda Genius pleylistini yarada bilərsiniz.

Əgər sizin iTunes kitabxanasındakı məlumatlarınızı göstərilən qaydada toplamağımızı və işlətməyimizi istəmirsinizsə, Genius funksiyasını aktivləşdirməyin. Siz istənilən zaman kompüterinizdəki iTunes-un Mağaza menyusunda Genius funksiyasını söndürməklə bu funksiyanı seçmək qərarınızı ləğv edə bilərsiniz. Bu halda, iTunes sizin iTunes kitabxananız haqqında məlumatları Apple-a göndərməyəcəkdir. Əgər siz öz kitabxananızı müxtəlif cihazlardan paylaşmağa razılıq vermisinizsə, o zaman bütün cihazlarda Genius funksiyasını söndürməlisiniz.

Genius funksiyasından istifadə etməyi seçməklə siz öz məlumatlarınızın yuxarıda göstərilən qaydada və Apple Məxfilik Siyasətinə müvafiq olaraq istifadəsinə razılıq verirsiniz.

MƏHSULUN MÖVCUDLUĞU

iTunes bildiriş vermədən məhsullar barədə seçimləri (o cümlədən hər hansı funksiyalara uyğunluğu) dəyişdirmək hüququnu özündə saxlayır.

MƏZMUNDAN İSTİFADƏ

Siz iTunes Məhsullarının sizin üçün yalnız lisenziya vasitəsilə təmin edilməsi ilə razılaşırsınız. Xidmətə və bəzi iTunes Məhsullarına sizin iTunes Məhsullarından istifadə imkanlarınızı məhdudlaşdıran təhlükəsizlik texnologiyası daxildir və iTunes Məhsullarının təhlükəsizlik texnologiyası ilə məhdudlaşdırılmış olub-olmamasından asılı olmayaraq, siz iTunes Məhsullarından iTunes və onun lisenziya verənləri tərəfindən müəyyən edilən müvafiq istifadə qaydalarına (bundan sonra “İstifadə Qaydaları”) uyğun olaraq istifadə etməlisiniz və iTunes Məhsullarından başqa cür istifadə müəllif hüquqlarının pozulması ilə nəticələnə bilər. Hər hansı təhlükəsizlik texnologiyası iTunes Məhsullarının ayrılmaz tərkib hissəsidir. iTunes istənilən vaxt İstifadə Qaydalarında dəyişiklik etmək hüququnu özündə saxlayır. Siz həmin İstifadə Qaydalarına aid təhlükəsizlik texnologiyasını hər hansı səbəbdən pozmayacağınıza, tərsinə və ya yenidən qurmayacağınıza, hissələrə bölməyəcəyinizə və digər formada müdaxilə etməyəcəyinizə, və ya bunları etməyə cəhd göstərməyəcəyinizə, həmçinin bunların icrasında digər şəxslərə köməklik göstərməyəcəyinizə razılıq verirsiniz. iTunes Qaydalara riayət etmək məqsədilə İstifadə Qaydalarına nəzarət və monitorinq edə bilər və iTunes sizə bildiriş vermədən İstifadə Qaydalarını icra etmək hüququnu özündə saxlayır. Siz iTunes Xidmətə yalnız iTunes tərəfindən iTunes Xidmətə çıxış əldə etmək üçün təqdim edilən proqram təminatı vasitəsilə çıxacağınıza razılaşırsınız. Siz sizə icazə verilməyən Hesaba daxil olmayacaqsınız və ya daxil olmağa cəhd göstərməyəcəksiniz. Siz iTunes Xidmətinə icazəsiz çıxış əldə etmək də daxil olmaqla, hər hansı səbəbdən proqram təminatına hər hansı bir formada və ya yolla dəyişiklik etməyəcəyiniz və ya proqram təminatının dəyişmiş versiyasından istifadə etməyəcəyinizlə razılaşırsınız. Sistem və ya şəbəkə təhlükəsizliyinin pozulması mülkü hüquq və ya cinayət məsuliyyəti ilə nəticələnə bilər.

İSTİFADƏ QAYDALARI

(i) Sizin iTunes Məhsullarından yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə etmək hüququnuz olacaq.

(ii) Siz (aşağıda göstərilən) Məzmunun Kirayəsi istisna olmaqla, iTunes Məhsullarını iTunes tərəfindən lisenziya verilmiş beş cihazda istifadə edə biləcəksiniz.

(iii) Sizin beş müxtəlif Hesabdan olan iTunes Məhsullarını uyğun cihazlarda vaxtaşırı saxlamaq imkanınız olacaq. Lakin, hər bir iPhone iTunes Məhsullarını vaxtaşırı olaraq yalnız tək bir iTunes lisenziyalı cihazla sinxronlaşdıra bilər və iPhone-un iTunes lisenziyalı fərqli cihazla sinxronlaşdırılması həmin iPhone-da saxlanılan iTunes Məhsullarının silinməsi ilə nəticələnəcək.

(iv) Sizin audio pleylisti yeddi dəfəyə qədər diskə yazmaq hüququnuz olacaq.

(v) Sizin iTunes video məhsullarını diskə yazmaq və iTunes Məhsullarını kökləmək hüququnuz olmayacaq.

(vi) iTunes Plus Məhsullarına sizin həmin Məhsullardan istifadənizi məhdudlaşdıran təhlükəsizlik texnologiyası daxil deyil və (ii) – (v) bəndlərindəki İstifadə Qaydaları iTunes Plus Məhsullarına şamil edilmir. Siz şəxsi və qeyri-kommersiya məqsədləri ilə iTunes Plus Məhsullarının istifadə üçün surətini çıxara, onları saxlaya və ya diskə yaza bilərsiniz.

(vii) Siz filmi iTunes lisenziyalı ən azı bir cihazdan əllə sinxronlaşdırmaq imkanına malik digər cihazlara əllə sinxronlaşdıra biləcəksiniz. Bu halda, film iTunes lisenziyalı, əsas və cihazla ilk sinxronlaşdırılmış cihazla və ya sizin sonradan əsasən iTunes istifadəsi üçün nəzərdə tutduğunuz cihazla əlaqələndirilməlidir.

(viii) HDMI vasitəsilə ötürülən film və teleşoulara baxmaq üçün HDCP-yə qoşulmaq tələb olunur.

(ix) Məzmun Kirayəsi

(a) Məzmun kirayələrinə hər dəfə yalnız bir cihazda nəzər salmaq mümkündür. Kirayə edilmiş məzmunun yerini dəyişdirərkən siz iTunes Xidmətinə qoşulmalısınız və bunu yalnız öz kompüterinizlə digər uyğun cihazlar arasında icra edə bilərsiniz. Sizin Apple TViPad, iPhone 4 və iPod touch-dan (4-cü nəsil) istifadə etməklə kirayə edilən məzmun kənarlaşdırıla bilməz. Kirayə edilən məzmunu uyğun cihaza yerləşdirsəniz, sonra həmin cihazı bərpa etmək üçün Xidmətdən istifadə etsəniz və ya Ayarlar > Sıfırla > Sil seçərək həmin cihazdan bütün məzmun və ayarları silsəniz, kirayə edilmiş məzmun birdəfəlik silinəcək.

(b) Siz kirayə məzmun aldıqdan sonra onu cəmi otuz (30) gün ərzində endirməlisiniz. Kirayə edilmiş məzmunu endirdikdən sonra onu izləmək/dinləmək üçün otuz (30) gün vaxtınız var. Filmi izləməyə başladıqdan sonra bu izləməni bitirmək üçün qırx-səkkiz (48) saat vaxtınız var.Kirayə edilmiş məzmunun izlənməsinin dayandırılması, ona fasilə verilməsi və ya onun yenidən yüklənməsi izləmək üçün nəzərdə tutulmuş vaxtı artırmır.

Bəzi iTunes Məhsulları, o cümlədən, Məzmun Kirayələri yalnız bir dəfə endirilə bilər və istənilən səbəbdən itirildikdə əvəz oluna bilməz. Endirildikdən sonra iTunes Məhsullarının itməsi, məhv olması və ya zədələnməsinə görə yalnız siz məsuliyyət daşıyırsınız və siz onların ehtiyat surətini çıxarmağı istəyə bilərsiniz.

iTunes Məhsullarının çatdırılması sizə iTunes Məhsullarından hər hansı kommersiya və ya reklam məqsədilə istifadə etmək hüququnu vermir. İstənilən diskə yazma və ixrac etmə imkanları sizə yalnız rahatlığınız üçün təmin edilir və iTunes Məhsulunda ehtiva edilən istənilən məzmunla əlaqədar müəllif hüquqları sahiblərinin heç bir hüquqlarının bağışlanması, imtinası və ya digər qaydada məhdudlaşdırılması ilə nəticələnmir.

Siz qəbul edirsiniz ki, iTunes Xidmətinin və iTunes Məhsullarının bəzi aspektləri və İstifadə Qaydalarının idarə olunması üçün iTunes-un mütəmadi iştirakı tələb edildiyindən, iTunes təmin etdiyi iTunes Xidmətinin hər hansı bir hissəsini dəyişsə və ya dayandırsa (iTunes bunu istənilən zaman edə bilər), siz iTunes Xidmətindən bu cür dəyişiklik və ya dayandırma baş verməzdən əvvəl olduğu kimi istifadə edə bilməyəcəksiniz və bu halda iTunes sizin qarşınızda heç bir məsuliyyət daşımayacaq.

ITUNES PASS

iTunes Pass-ın tam məbləği satın alındıqdan sonra alınır. Siz iTunes Xidmətinə qoşulmalı və sonuncu Pass məhsulu açıq olduğu gündən (yaxud alqı-satqı səhifəsində göstərilən digər müddətdən) etibarən 90 gün ərzində istənilən qalan Pass məzmununu endirməlisiniz, bundan sonra həmin məzmun satınalmanın bir hissəsi olaraq bir daha endirilə bilməz.

YÜKSƏK-DƏQİQLİKLİ (HD - HİGH-DEFİNİTİON) ITUNES MƏHSULLARI

HD iTunes Məhsullarına yalnız HD ilə təchiz edilmiş cihazlar vasitəsilə baxmaq mümkündür, lakin satın alınmış (icarəyə verilməmiş) HD iTunes Məhsullarına HD ilə təchiz edilməmiş cihazlarda istifadə etmək üçün standart versiya ("standard-definition version") daxildir.

XİDMƏTLƏ ƏLAQƏDAR SƏNƏDLƏRİN TƏQDİM EDİLMƏSİ

Xidmətin ictimaiyyət üçün açıq olduğu və ictimaiyyət tərəfindən göründüyü ərazilərdə Xidmət sizə (üçüncü şəxslərin məhsuluna keçidlər də daxil olmaqla) materiallar təqdim etməyə şərait yaradan interaktiv imkanlar təklif edə bilər. Siz təqdim etdiyiniz istənilən materiallar da daxil olmaqla həmin imkanlardan istifadə ilə əlaqədar şəxsən məsuliyyət daşıyacağınızla, bu cür istifadə nəticəsində hər hansı digər tərəfin hüquqlarının və hər hansı qanunların pozulmayacağına, hüquqpozucu və ya qanuna zidd davranışla nəticələnməyəcəyinə və ya mübahisəli, arzuolunmaz və ədəbsiz olmayacağına razı olursunuz. Siz həmçinin bütün zəruri hüquq və lisenziyaları əldə etmiş olduğunuzla razılaşırsınız. Siz bununla özünüzə hər hansı kompensasiya və ya öhdəlik tələb etmədən iTunes-u bu cür materiallardan App və Book Mağazasının bir hissəsi kimi və ya App və Book Məhsulları ilə əlaqədar istifadə etmək üçün ümumdünya səviyyəli, qonorarsız və qeyri-eksklüziv lisenziya ilə təmin etmiş olursunuz. iTunes istənilən vaxt öz qərarı ilə bildiriş vermədən və öhdəlik daşımadan hər hansı materialı yerləşdirməmək və ya dərc etməmək, həmçinin hər hansı materialı kənarlaşdırmaq və ya redaktə etmək hüququnu özündə saxlayır.

iTunes hazırkı Müqavilənin hər hansı məruzə edilən və ya aşkar pozuntusunu tədqiq etmək üçün tərəfinizdən təqdim edilən və ya Xidmət vasitəsilə əldə edilən hər hansı materialı yoxlamaq hüququna (öhdəliyinə deyil) malikdir və iTunes həmçinin öz qərarı ilə hazırkı Müqaviləyə və Apple-ın Müəllif Hüquqları Siyasətinə uyğun heç bir məhdudiyyətsiz xitam da daxil olmaqla, müvafiq hesab etdiyi istənilən tədbiri görə bilər. http://www.apple.com/legal/copyright.html).

ÜÇÜNCÜ ŞƏXSLƏRİN MATERİALLARI

Xidmət vasitəsilə təmin edilən müəyyən məzmun, iTunes Məhsulları və xidmətlərə üçüncü şəxslərin materialları daxil ola bilər. iTunes sizin rahatlığınız üçün üçüncü şəxslərin vebsəhifələrinə keçidlər təmin edə bilər. Siz razılaşırsınız ki, iTunes məhsulun yoxlanılması, qiymətləndirilməsi və ya düzgünlüyə görə məsuliyyət daşımır və iTunes istənilən üçüncü şəxs materialları və ya veb səhifələrinə, üçüncü şəxslərin digər materiallarına, məhsul və ya xidmətlərinə görə heç bir zəmanət vermir, məsuliyyət və ya öhdəlik daşımır. Siz razılaşırsınız ki, hər hansı üçüncü şəxs materiallarından hər hansı digər tərəfin hüquqlarının pozulmasına gətirib çıxaracaq tərzdə istifadə etməyəcəksinz və iTunes sizin tərəfinizdən bu cür istifadə ilə əlaqədar heç bir məsuliyyət daşımayacaq.

MÜBAHİSƏLİ MATERİAL

Siz anlayırsınız ki, Xidmətdən istifadə edərkən siz təhqiredici, ləyaqətsiz və ya mübahisəli hesab edə biləcəyiniz məlumatla qarşılaşa bilərsiniz və bu cür məzmun tam materialı əhatə edən məhsul kimi tanına və ya tanınmaya bilər. Buna baxmayaraq, siz Xidmətdən yalnız öz riskinizə əsasən istifadə etməyə və iTunes-un təhqiredici, ləyaqətsiz və ya mübahisəli materiala görə sizin qaşınızda heç bir məsuliyyət daşımayacağı ilə razılaşırsınız. Məhsul növləri və təsvirləri rahatlıq üçün təqdim edilir və siz razılaşırsınız ki, iTunes onların düzgünlüyünə zəmanət vermir.

İNTELLEKTUAL MÜLKİYYƏT

Siz razılaşırsınız ki, iTunes Məhsulları, qrafik təsvirlər, istifadəçi proqramı (interfeys), audio kliplər, video kliplər, mətbu nəşrlər və əlyazmalar və Xidməti icra etmək üçün istifadə edilən proqram təminatı da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, Xidmətin tərkibinə iTunes və/və ya onun lisenziya sahiblərinin sahib olduğu şəxsi məlumat və materiallar daxildir və o, müəlliflik hüququ da daxil olmaqla, lakin onunla məhdudlaşmadan tətbiq edilən intellektual mülkiyyət və digər qanunlarla qorunur. Siz razılaşırsınız ki, Xidmətdən hazırkı Müqaviləyə uyğun istifadə istisna olmaqla, həmin şəxsi məlumatdan və materialdan heç bir digər şəkildə istifadə etməyəcəksiniz. Hazırkı şərtlərdə aydın göstərilənlər istisna olmaqla, Xidmətin istənilən hissəsi hər hansı forma və üsulla yenidən hasil edilə bilməz. Siz heç bir tərzdə Xidmətin əsasında törəmə işləri dəyişdirməməyə, icarəyə, kirayəyə verməməyə, satmamağa, paylamamağa və ya yaratmamağa, həmçinin, şəbəkə gücündən sui-istifadə etməklə daxil olmaq və ya onu yükləmək də daxil olmaqla, heç bir icazəsiz yolla Xidmətdən istifadə etməyəcəyinizə razılaşırsınız.

Hazırkı Müqavilənin hər hansı digər müddəasına baxmayaraq, iTunes və onun lisenziya sahibləri bildiriş vermədən istənilən zaman Xidmətin bir hissəsini təşkil edən hər hansı iTunes Məhsullarını, məzmununu və ya digər materialları dəyişdirmək, ləğv etmək, kənarlaşdırmaq və ya onlara çıxışı dayandırmaq hüququnu özündə saxlayırlar. iTunes heç bir halda bu dəyişiklərə görə məsuliyyət daşımayacaq. iTunes həmçinin istənilən vaxt, heç bir bildiriş təqdim etmədən və məsuliyyət daşımadan, həmçinin öhdəlik vermədən Xidmətin müəyyən xüsusiyyətlərindən və ya hissələrindən istifadəyə və ya girişə məhdudiyyətlər qoya bilər.

Məzmunun toplanması, elanlar, digər İnternet resurslarına keçidlər və bu resursların təsvirləri də daxil olmaqla

Xidmət və əlaqədar proqram təminatı üzrə bütün müəllif hüquqları qanun və hüquqlarla əlaqədar bütün hüquqları özündə saxlayan iTunes-a və/və ya onun lisenziya sahiblərinə mənsubdur. HAZIRKI MÜQAVİLƏDƏ MÜƏYYƏN EDİLDİYİ QAYDADA XİDMƏTDƏN İSTİFADƏ İSTİSNA OLMAQLA, PROQRAM TƏMİNATINDAN VƏ YA XİDMƏTİN HƏR HANSI HİSSƏSİNDƏN İSTİFADƏ ETMƏK QƏTİ QADAĞANDIR VƏ DİGƏR ŞƏXSLƏRİN İNTELLEKTUAL MÜLKİYYƏT HÜQUQUNU POZUR VƏ SİZ MÜƏLLİF HÜQUQLARININ POZUNTUSUNA GÖRƏ MÜMKÜN MADDİ TƏZMİNAT DA DAXİL OLMAQLA MÜLKİ VƏ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLƏ BİLƏRSİNİZ.

Xidmətlə əlaqədar istifadə olunan Apple, Apple loqo, iTunes və digər Apple əmtəə nişanları, xidmət nişanları, qrafik təsvirləri və loqoları ABŞ və/və ya digər ölkələrdə Apple İnc. şirkətinin əmtəə nişanları və ya qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır. Xidmətlə əlaqədar istifadə olunan digər əmtəə nişanları, xidmət nişanları, qrafik təsvirlər və loqolar öz müvafiq sahiblərinin əmtəə nişanları ola bilər. Yuxarıda adı çəkilən əmtəə nişanlarına və həmin əmtəə nişanlarının istifadəsinə dair Sizə heç bir hüquq və ya lisenziya verilmir.

Xidmətin etibarlı Hesab sahibi kimi sizə iTunes proqramınızın iTunes Kitabxanasında saxlanılan musiqi üçün müəyyən albom örtük endirməyə məhdud imkan yaradıla bilər. Bu cür imkan yalnız rahatlıq üçün təqdim edilir və iTunes həmin albom örtüklərinə və ya sizin ondan istifadənizə görə heç bir məsuliyyət və ya öhdəlik daşımır və bununla əlaqədar heç bir zəmanət təmin etmir. Siz yalnız qanuni nüsxəsinə qanunla sahib olduğunuz musiqinin albom örtüyünə çıxış əldə edə bilərsiniz. Albom örtüyü yalnız şəxsi və qeyri-kommersiya məqsədləri ilə istifadə üçün təqdim edilir. Siz razılaşırsınız ki, albom örtüyündən hazırkı Müqaviləni və ya istənilən digər tərəfin hüquqlarını poza biləcək tərzdə istifadə etməyəcəksiniz və iTunes sizin bu cür istifadənizə görə heç bir məsuliyyət daşımır.

LƏĞV ETMƏ

Əgər siz bu Müqavilənin hər hansı müddəasını pozsanız və ya iTunes-də Müqavilənin hər hansı müddəasının siz tərəfdən pozulması barədə şübhə yaranarsa, iTunes öz qərarı ilə və sizə məlumat vermədən: (i) bu Müqaviləyə və/və ya sizin Hesabınıza xitam verə bilər və siz xitam tarixinədək (xitam tarixi də daxil olmaqla) Hesabınızda nəzərdə tutulan bütün məbləğlərin ödənilməsi ilə əlaqədar məsuliyyət daşıyacaqsınız və/və ya (ii) proqram təminatı lisenziyasına xitam verə bilər və/və ya (iii) Xidmətə (və ya onun hər hansı hissəsinə) çıxışınızı ləğv edə bilər.

iTunes istənilən vaxt və sizə bildiriş verməklə və ya bildiriş vermədən Xidmətə (və ya onun hər hansı hissəsinə) dəyişiklik etmək, onu müvəqqəti və ya daimi dayandırmaq hüququnu özündə saxlayır və iTunes bu hüququndan istifadə etdikdə sizin və ya hər hansı üçüncü şəxsin qarşısında heç bir məsuliyyət daşımayacaqdır.

ZƏMANƏTLƏRDƏN İMTİNA; MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

İTUNES SİZƏ İTUNES XİDMƏTİNİN MANEƏSİZ VƏ YA SƏHVSİZ TƏMİN EDİLƏCƏYİ İLƏ ƏLAQƏDAR QARANTİYA, ZƏMANƏT VƏ YA BƏYANAT VERMİR VƏ SİZ RAZILAŞIRSINIZ Kİ, İTUNES VAXTAŞIRI OLARAQ SİZƏ BİLDİRİŞ VERMƏDƏN İTUNES XİDMƏTİNİ QEYRİ-MÜƏYYƏN MÜDDƏTƏ ARADAN QALDIRA VƏ YA DAYANDIRA BİLƏR.

SİZ ÖZÜNÜZÜN İTUNES XİDMƏTİNDƏN İSTİFADƏ ETMƏNİZİN VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏNİZİN SİZİN RİSKİNİZ OLMAMASI İLƏ AÇIQCA RAZILAŞIRSINIZ. BÜTÜN NƏZƏRDƏ TUTULAN MƏHSUL VƏ YA XİDMƏTLƏRİN XİDMƏTƏ YARARLILIĞI, ONLARIN TƏYİNATA VƏ MƏQSƏDƏ UYĞUNLUĞU, MÜLKİYYƏT HÜQUQLARI VƏ HÜQUQ POZMALARDAN AZAD OLMASINA DAİR ZƏMANƏTLƏR DƏ DAXİL OLMAQLA, İTUNES-UN ƏKS HALI AÇIQCA GÖSTƏRDİYİ HALLAR İSTİSNA OLMAQLA, İTUNES XİDMƏTİ VƏ İTUNES XİDMƏTİ VASİTƏSİLƏ SİZİN ÜÇÜN TƏMİN EDİLƏN BÜTÜN MƏHSULLAR VƏ XİDMƏTLƏR NƏZƏRDƏ TUTULAN VƏ YA AÇIQCA QEYD OLUNAN İSTƏNİLƏN NÖV ZƏMANƏTSİZ, OLDUĞU KİMİ VƏ MÖVCUD HƏCMDƏ VƏ KEYFİYYƏTDƏ SİZİN İSTİFADƏNİZƏ TƏQDİM EDİLİR.

İTUNES, ONUN DİREKTORLARI, VƏZİFƏLİ ŞƏXSLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI VƏ LİSENZİYA SAHİBLƏRİ HEÇ BİR HALDA HƏR HANSI MƏZMUNDA BURAXMAYA VƏ YA XƏTAYA, YAXUD İTUNES XİDMƏTİNDƏ YERLƏŞDİRİLƏN, ONUN VASİTƏSİLƏ ÖTÜRÜLƏN VƏ YA DİGƏR FORMADA TƏQDİM EDİLƏN HƏR HANSI MƏHSULUN İSTİFADƏSİ NƏTİCƏSİNDƏ YARANAN İTKİ VƏ YA ZƏRƏR (ONLARIN MÜMKÜNLÜYÜ BARƏDƏ MƏLUMATIN OLUB-OLMAMASINDAN ASILI OLMAYARAQ) DƏ DAXİL OLMAQLA, SİZİN HƏR HANSI İTUNES XİDMƏTİNDƏN İSTİFADƏNİZDƏN İRƏLİ GƏLƏN BİRBAŞA, DOLAYI, TƏSADÜFİ, CƏZA XARAKTERLİ, XÜSUSİ, VƏ YA GÖRÜNƏ BİLƏN DOLAYI ZƏRƏRƏ VƏ SİZİN HƏR HANSI İTUNES XİDMƏTİNDƏN İSTİFADƏNİZƏ AİD OLAN HƏR HANSI İDDİAYA GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAQDIR. BƏZİ YURİSDİKSİYALARDA DOLAYI VƏ TƏSADÜFİ ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏTİN İSTİSNA OLUNMASINA VƏ YA ONUN MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERİLMİR, BU YURİSDİKSİYALARDA İTUNES-UN MƏSULİYYƏTİ QANUNUN İCAZƏ VERDİYİ MAKSİMAL HƏDD İLƏ MƏHDUDLAŞDIRILACAQDIR.

İTUNES SİZİN İTUNES XİDMƏTİ İLƏ BAĞLI TƏQDİM ETDİYİNİZ MƏLUMATLARI QORUMAQ ÜÇÜN MƏNTİQİ SƏYLƏR GÖSTƏRƏCƏKDİR, BUNUNLA BELƏ SİZƏ RAZILAŞIRSINIZ Kİ, BU CÜR MƏLUMATLARI TƏQDİM ETMƏNİZ MÜSTƏSNA OLARAQ SİZİN RİSK DAİRƏNİZDƏDİR VƏ İTUNES BU MƏLUMATLA BAĞLI HƏR HANSI İTKİYƏ VƏ YA ÖHDƏLİYƏ GÖRƏ İSTƏNİLƏN MƏSULİYYƏTİ DAŞIMAQDAN İMTİNA EDİR.

İTUNES İTUNES XİDMƏTİNİN İTKİDƏN, ZƏRƏRDƏN, HÜCUMDAN, VİRUSDAN, MÜDAXİLƏDƏN, XAKER HÜCUMUNDAN VƏ YA TƏHLÜKƏSİZLİYƏ DİGƏR MÜDAXİLƏLƏRDƏN AZAD OLMASI BARƏDƏ QARANTİYA VƏ YA ZƏMANƏT VERMİR VƏ İTUNES BUNLARLA BAĞLI MƏSULİYYƏTDƏN İMTİNA EDİR. BƏZİ İTUNES MƏHSULLARI YALNIZ BİR DƏFƏ ENDİRİLƏ BİLƏR; ONLAR ENDİRİLDİKDƏN SONRA İTİRİLƏRSƏ, BƏRPA EDİLMƏLƏRİ MÜMKÜN OLMAYACAQDIR. XİDMƏTDƏN ALINAN, ƏLDƏ EDİLƏN VƏ YA İCARƏYƏ GÖTÜRÜLƏN ITUNES MƏHSULLARI DA DAXIL OLMAQLA, SİSTEMİNİZİN EHTİYAT NÜSXƏSİNİN ÇıXARıLMASıNA GÖRƏ SİZ MƏSULİYYƏT DAŞIYIRSINIZ.

HÜQUQLARDAN İMTİNA VƏ ZƏRƏRİN ƏVƏZİNİN ÖDƏNİLMƏSİ

İTUNES XİDMƏTİNDƏN İSTİFADƏ ETMƏKLƏ SİZ RAZILAŞIRSINIZ Kİ, QANUNUN İCAZƏ VERDİYİ MAKSİMUM SƏVİYYƏDƏ İTUNES-U, ONUN DİREKTORLARINI, VƏZİFƏLİ ŞƏXSLƏRİNİ, İŞÇİLƏRİNİ, ƏLAQƏLİ ŞƏXSLƏRİNİ, AGENTLƏRİNİ, PODRATÇILARINI VƏ LİSENZİYA SAHİBLƏRİNİ SİZİN BU MÜQAVİLƏNİ POZMANIZDAN, İTUNES XİDMƏTİNİ İSTİFADƏ ETMƏNİZDƏN VƏ YA İTUNES TƏRƏFİNDƏN BU MÜQAVİLƏNİN POZULMASI ŞÜBHƏSİ OLDUĞUNA GÖRƏ ARAŞDIRMA TƏDBİRLƏRİNİN APARILMASINDAN VƏ YA ONUN HAZIRKI MÜQAVİLƏNİN POZULMASINI AŞKAR ETMƏSİNDƏN VƏ YA MÜVAFİQ QƏRAR QƏBUL ETMƏSİNDƏN İRƏLİ GƏLƏN İDDİALARDAN QORUMALI VƏ ONLARA DƏYƏN ZƏRƏRİN ƏVƏZİNİ ÖDƏMƏLİSİNİZ. BU O DEMƏKDİR Kİ, SİZ İTUNES-U, ONUN DİREKTORLARINI, VƏZİFƏLİ ŞƏXSLƏRİNİ, İŞÇİLƏRİNİ, ƏLAQƏLİ ŞƏXSLƏRİNİ, AGENTLƏRİNİ, PODRATÇILARINI VƏ LİSENZİYA SAHİBLƏRİNİ HƏR HANSI MƏLUMATI VƏ YA MƏHSULU İŞLƏTMƏMƏK VƏ YA SİLMƏK, SİZƏ XƏBƏRDARLIQ ETMƏK, SİZİN İTUNES XİDMƏTİNƏ ÇIXIŞINIZI MÜVƏQQƏTİ VƏ YA DAİMİ OLARAQ LƏĞV ETMƏK, VƏ YA EHTİMAL EDİLƏN POZUNTUNUN ARAŞDIRILMASI İLƏ BAĞLI HƏR HANSI DİGƏR TƏDBİRLƏRİN GÖRÜLMƏSİ BARƏDƏ QƏRARINA VƏ YA İTUNES-UN POZUNTUNUN BAŞ VERDİYİ BARƏDƏ QƏRARA GƏLMƏSİNƏ GÖRƏ MƏHKƏMƏYƏ VERƏ VƏ YA ONLARDAN YUXARIDA GÖSTƏRİLƏNLƏR NƏTİCƏSİNDƏ DƏYƏN ZİYANIN TUTULMASINI TƏLƏB EDƏ BİLMƏZSİNİZ. BU HÜQUQLARDAN İMTİNA VƏ ZƏRƏRİN ƏVƏZİNİN ÖDƏNİLMƏSİ BU MÜQAVİLƏDƏ QEYD OLUNAN VƏ YA NƏZƏRDƏ TUTULAN BÜTÜN POZUNTULARA AİDDİR.

DƏYİŞİKLİKLƏR

iTunes hazırkı Müqaviləyə istənilən vaxt dəyişiklik etmək və sizin Xidmətdən istifadəyə dair yeni və ya əlavə şərtlər və müddəalar müəyyən etmək hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər və əlavə şərtlər və müddəalar dərhal qüvvəyə minəcək və bu Müqaviləyə daxil olacaq. Sizin iTunes Xidmətindən davamlı istifadəniz bunları qəbul etməniz deməkdir.

DİGƏR MÜDDƏALAR

Bu Müqavilə sizinlə iTunes arasında olan razılaşmanın bütövlüyünü əks etdirir və sizin Xidmətdən istifadənizi tənzimləyir, eyni zamanda sizin və iTunes arasında əvvəl əldə edilmiş bütün razılaşmalardan üstün tutulur. Sizə əlaqəli xidmətlərdən, bəzi iTunes Məhsullardan, üçüncü şəxslərin məhsullarından, və ya üçüncü şəxslərin proqram təminatından istifadə etdiyiniz zaman əlavə şərtlər və müddəalar tətbiq oluna bilər. Əgər bu Müqavilənin hər hansı hissəsi etibarsız və ya hüquqi qüvvəsi olmayan elan edilərsə, həmin hissə mümkün qədər tərəflərin ilkin niyyətini əks etdirmək məqsədi ilə qanunvericiliyə müvafiq olaraq şərh ediləcək, və Müqavilənin qalan hissələri üz hüquqi qüvvəsini saxlayacaq və etibarlı olacaqdır. iTunes tərəfindən onun hər hansı hüququnun və ya Müqavilənin hər hansı müddəasının tətbiq edilməməsi, həmin müddəadan irəli gələn hüquqlarından imtina kimi şərh edilə bilməz. iTunes onun iradəsindən kərnar olan səbəblərdən öhdəliklərini icra edə biləməməsinə görə məsuliyyət daşımayacaqdır.

Xidmət iTunes tərəfindən onun Lüksemburq ofislərindən idarə olunur. Siz razılaşırsınız ki, siz sizin Xidmətdən istifadənizə tətbiq olunan bütün yerli, ştat, federal və mülki qanunlara, normativ aktlara, fərman və sərəncamlara riayət edəcəksiniz. Xidmətdə bütün sövdələşmələr qanun münaqişəsi müddəalarını qüvvəyə mindirmədən Kaliforniya qanunu ilə tənzimlənir. Sizin Xidmətdən istifadəniz həmçinin digər qanunların predmeti ola bilər. Hazırkı Müqavilə və Sizin Xidmətdən istifadənizlə əlaqədar ortaya çıxan hər hansı mübahisə (“Mübahisə”) Beynəlxalq Ticarət Palatasının qaydalarına uyğun olaraq üç arbitr qarşısında ingilis dilində icbari arbitraj yolu ilə həll ediləcək. Hər bir tərəf bir arbitr seçəcək və seçilən iki arbitr üçüncü arbitri seçəcək. Arbitrlərin heç biri Azərbaycan Respublikasının və ya Lüksemburqun vətəndaşı ola bilməz. Prosessual işlər Azərbaycan Respublikasında və ya arbitrlər tərəfindən razılaşdırılmış məkanda keçiriləcək. Arbitrlər yalnız kompensasiya zərərini təmin etmək səlahiyyətinə malik olacaq və cərimə məzmunlu zərərin ödənilməsinə qərar verməyəcək. Tərəflər, onların nümayəndələri, digər iştirakçılar və arbitrlər arbitrajın mövcudluğu, predmeti və nəticəsinin məxfiliyini qoruyacaqlar. Yuxarıdakı məqamlara xələl gətirmədən istənilən tərəf öz ixtiyarı ilə istənilən səlahiyyətli yurisdiksiya məhkəməsində hüquqi müdafiə vasitəsi kimi məhkəmə qadağası ilə təmin olunmağa addım ata bilər (ilkin məhkəmə qadağası daxil olmaqla, lakin bununla məhdudlaşdırılmadan). Üstün tərəf onun əleyhinə digər tərəfin Mübahisədə qaldırılan istənilən hüquqi prosessual işdə hər hansı məhkəmə və ya arbitraj prosesinin xərcləri və ağlabatan vəkil haqqları daxil olmaqla, lakin məhdudlaşmadan, öz hüquqi xərclərinə görə kompensasiya almaq hüququna malikdir. iTunes məhkəmə işi üçün ödəyə bilməli olduğunuz həcmi ötüb keçən hər hansı arbitraj ödənişlərini Sizə avans şəklində ödəyəcək, bir şərtlə ki, iTunes arbitrajda son nəticədə üstün olduğu təqdirdə Siz həmin məbləği geri ödəyəsiniz. Elektron şəkildə çatdırılan bütün sövdələşmələrin itmə təhlükəsi və hüququ Lüksemburqda elektron təqdimat edildikdən sonra alıcıya ötürüləcək. iTunes’un heç bir işçisi və ya agenti hazırkı Müqaviləni dəyişdirmək səlahiyyətinə malik deyil.

iTunes sizə Xidmətlə bağlı Hesabınızın elektron poçt ünvanınıza və ya Hesabınızın adi poçt ünvanınıza məktub göndərməklə, və ya Xidmətdə yerləşdirməklə bildirişlər göndərə bilər. Bildirişlər dərhal qüvvəyə minəcəkdir.

iTunes bu Müqaviləyə riayət olunmasının icrasını təmin etmək və/ və ya yoxlamaq üçün zəruri və lazım olan ağlabatan addımları atmaq hüququnu özündə saxlayır. Siz razılaşırsınız ki, iTunes-un sizin qarşınızda heç bir məsuliyyətə səbəb olmadan bu Müqavilənin hər hansı müddəasını icra etmək və ya ona riayət olunmasını yoxlamaq məqsədi üçün (o cümlədən sizin Xidmətdən və/və ya iTunes Məhsullarından istifadə etmənizlə bağlı, və/və ya sizin Xidmətdən və/və ya iTunes Məhsulundan istifadənizin qanuna zidd və ya üçüncü şəxslərin hüquqlarının pozulması barədə iddialarla bağlı hüquqi proses çərçivəsində əməkdaşlıq etmək də iTunes-un hüququ da daxil olmaqla, ancaq bunlarla məhdudlaşmadan) iTunes-un zəruri və lazım bildiyi həddə hər hansı Qeydiyyat Məlumatını və/və ya Hesabınıza dair məlumatları hüquq mühafizə orqanlarına, dövlət məmurlarına və/ və ya üçüncü şəxslərə açıqlaya bilər.

iTunes haqqında: Bizim qeydiyyat nömrəmiz RCS Lüksemburq B 101 120 və qeydiyyata alınmış ofisimiz 31-33, rue Sainte Zithe, L-2763 Lüksemburq-dadır.

C. MAC APP STORE, APP STORE VƏ IBOOKS STORE MAĞAZALARININ QAYDA VƏ ŞƏRTLƏRİ

SİZ VƏ İTUNES S.A.R.L. (bundan sonra "ITUNES") ARASINDA BAĞLANAN HAZIRKI HÜQUQİ MÜQAVİLƏ SİZİN MAC APP STORE, APP STORE VƏ IBOOKS STORE MAĞAZALARINDAN (bundan sonra "APP VƏ BOOK MAĞAZALARI") İSTİFADƏNİZİ VƏ ONLARIN VASİTƏSİLƏ SİZƏ ITUNES TƏRƏFİNDƏN SATILAN LİSENZİYALARIN ALINMASINI TƏNZİMLƏYİR.

MAC APP STORE, APP STORE VƏ IBOOKS STORE

iTunes yalnız hazırkı Müqavilədə təsbit edilmiş qayda və şərtlər çərçivəsində son istifadəçi istifadəsi üçün App Store və Mac App Store-dan (birlikdə "App Store Məhsulları") proqram təminatı və rəqəmsal kitab məzmuna (bundan sonra “iBook Store Məhsulları”) iTunes’dan lisenziya almanıza icazə verən Mağazalar təchizatçısıdır. Öz adlarından çıxış edən fərdi şəxslər, kommersiya təşkilatları və təhsil müəssisələri App Store Məhsullarının istehlakçıları ola bilərlər. App Store Məhsulları və iBook Store Məhsulları birlikdə "App və Book Məhsulları" adlandırılacaq.

APP VƏ BOOK MAĞAZALARININ İSTİFADƏSİ ÜÇÜN TƏLƏBLƏR

Ancaq 13 yaşa çatmış və ya ondan yuxarı yaşda olan şəxslər hesab yarada bilər. 13 yaşa çatmamış şəxslər üçün hesabı onun valideyni və ya qanuni himayəçisi Ailə Paylaşmasından istifadə edərək yarada bilər. 18 yaşa çatmamış uşaqlar bu Müqaviləni valideyni və ya himayəçisilə birlikdə oxumalıdır ki, uşaq və onun valideyni və ya himayəçisi bu Müqaviləni anlasın.

App və Book Mağazalarından ancaq Azərbaycan Respublikasında istifadə edə bilərsiniz. Siz Mağazalardan göstərilən ərazidən kənarda istifadə etməməyə və ya istifadə etməyə çalışmamağa razılıq verirsiniz. iTunes sizin bu şərtə əmək etmənizi yoxlamaq üçün müvafiq texnologiyadan istifadə edə bilər.

 

App və Book Mağazalarından istifadə etmək üçün müvafiq avadanlıq, İnternetə çıxış və müəyyən proqram təminatı tələb olunur (ödənişlər tətbiq oluna bilər); dövri yeniləmələr tələb oluna bilər; və bu amillər Mağazalardan istifadəyə təsir göstərə bilər. Yüksək sürətli İnternet qətiyyətlə tövsiyə edilir. Mağazalara daxil olmaq üçün tələb olunan proqram təminatının (iTunes və Mac App Mağazası proqramı da daxil olmaqla, lakin onunla məhdudlaşmayan) ən son versiyası məsləhət görülür və eyni zamanda bu ən son versiya bir sıra əməliyyatların aparılması və xüsusiyyətlərdən istifadə üçün, o cümlədən Mağazalardan qabaqcadan alınan Məhsulların yüklənməsi üçün tələb oluna bilər. Siz bu tələblərə (onlar vaxtaşırı dəyişə bilər) riayət olunması öhdəliyinin sizin üzərinizə düşməsi ilə razılaşırsınız. App və Book Mağazaları hər hansı digər məhsul və ya təklifin tərkib hissəsi deyildir və hər hansı məhsulun satın alınması və ya əldə edilməsi App və Book Mağazalarına çıxış əldə etmək və ya çıxışın təmin edilməsi barədə zəmanət kimi başa düşülə bilməz.

SİZİN HESABINIZ App və Book

Mağazalarının qeydiyyatdan keçirilmiş istifadəçisi kimi siz hesabınızı (“Hesab”) yarada bilərsiniz. Öz Hesabınıza dair məlumatları digər şəxslərə açıqlamayın. Sizin Hesabınızın və onda və ya onun vasitəsilə aparılan bütün əməliyyatların məxfiliyinin və təhlükəsizliyinin qorunmasına görə siz müstəsna olaraq cavabdehlik daşıyırsınız və Hesabınızın təhlükəsizliyinin pozulması halı barədə iTunes-a dərhal məlumat verəcəyinizə razı olursunuz. Hesabınızdan kənar şəxslərin istifadəsinə etməsi səbəbilə yaranan itkilərə görə iTunes cavabdeh deyil.

App və Book Mağazalarından App Mağazası Məhsullarını almaq və yükləmək üçün siz Apple ID-ni və şifrənizi daxil etməli və ya Touch ID istifadə etməli və satınalmalar üçün öz Hesabınızın eyniliyini təsdiq (autentifikasiya) etməlisiniz. Apple ID-nizi və şifrənizi daxil edərək hesabınızı autentifikasiya etdikdən sonra, onu on beş dəqiqə ərzində yenidən autentifikasiya etmənizə ehtiyac olmayacaqdır; autentifikasiya edilmiş olaraq qalmaq üçün kompüter parolunuzu yadda saxlamasını seçə bilərsiniz. Bu vaxt ərzində siz App və Book Mağazası Məhsullarını şifrənizi yenidən daxil etmədən ala və endirə bilərsiniz. Siz kompüterinizdə və ya iOS Cihazında ayarları uyğunlaşdırmaqla App və Book Mağazası Məhsullarını almaq imkanınıza müvafiq dəyişikliklər edə bilər və ya hər App və Book Məhsulu əməliyyat üçün parolun tələb edilməsi üçün ayarları dəyişə bilərsiniz. Daha ətraflı məlumat üçün, zəhmət olmasa http://support.apple.com/kb/HT1904http://support.apple.com/kb/HT4213 daxil olun.

Siz App və Book Mağazaları üçün qeydiyyatdan keçərkən və ondan istifadə edən müddətdə dəqiq və düzgün məlumatlar verəcəyinizə (“Qeydiyyat Məlumatı”) və Qeydiyyat Məlumatlarının dəqiqliyini və düzgünlüyünü təmin etmək üçün onları yeniləyəcəyinizə razılaşırsınız. Siz həmçinin razılaşırsınız ki, iTunes Hesabın saxlanılmasında və haqların tutulmasında istifadə üçün təqdim etdiyiniz Qeydiyyat Məlumatlarını saxlaya və istifadə edə bilər.

AVTOMATİK ÇATDIRMA VƏ ƏVVƏL ALINANLARIN YÜKLƏNMƏSİ

Siz ilk dəfə App və Book Mağazalarından (Mac App Mağazasından əldə edilən məhsullar xaric olmaqla) App Store Məhsullarını və ya iBooks Store Məhsullarını (bundan sonra birlikdə “Uyğun Məzmun” əldə etdikdə, həmin Uyğun Məzmunun surətlərinin əlavə uyğun proqram təminatı olan iOS Cihazında və iTunes-un icazə verdiyi kompüterlərdə avtomatik qəbul edilməsini (bundan sonra “avto-yükləmə”) aşağıda göstərilən əlaqələndirmə qaydalarına uyğun olaraq həmin iOS Cihazını və ya kompüterləri (bundan sonra “Əlaqəli Cihaz”) əlaqələndirməklə seçə bilərsiniz. Siz hər bir Əlaqəli Cihazın hansı tip Uyğun Məzmunu avtomatik yükləyə bilməsini müəyyən edə bilərsiniz. iOS Cihazları da daxil olmaqla, bildirişlər (“push notifications”) almaq imkanına malik olan (bundan sonra “Bildiriş Aktivləşdirilən”) Əlaqəli Cihazlarda Məhsullar Əlaqəli Cihaz İnternetə qoşulu olan zaman ona avtomatik olaraq yüklənəcəkdir; Windows əməliyyat sistemi ilə işləyənlər də daxil olmaqla, Bildiriş Aktivləşdirilməyən Əlaqəli Cihazlarda Uyğun Məzmun avtomatik olaraq yükləmə növbəsində çıxacaq və siz onun iTunes daxilində əl ilə yüklənməsini həyata keçirə bilərsiniz.

Sizin rahatlığınız üçün, Uyğun Məzmunu aldıqdan sonra, siz bu əvvəl alınan Uyğun Məzmunun bəzilərini hər hansı Əlaqəli Cihaza yükləyə bilərsiniz. Sizin əvvəl aldığınız bəzi Uyğun Məzmun sonradan hər hansı vaxtda yüklənilməyə bilər və iTunes bu hallarda sizin qarşınızda heç bir məsuliyyət daşımır. Nəzərə alaraq ki, siz əvvəl aldığınız bəzi Uyğun Məzmununu sonradan yükləmək imkanına malik olmaya bilərsiniz, Uyğun Məzmununun hər hansını yüklədikdən sonra onu itirməmək, məhv etməmək, zədələməmək sizin öhdəliyinizdədir və onun surətini saxlamağınız məsləhət görülür.

Əlaqəli Cihazların əlaqələndirilməsi aşağıdakı şərtlərə cavab verməlidir:

(i) Siz Hesabdan Uyğun Məzmununu avtomatik yükləməklə və ya əvvəl alınmış Uyğun Məzmunu maksimum 10 Əlaqəli Cihaza yükləyə bilərsiniz, bu şərtlə ki, bunlardan iTunes-un icazə verdiyi kompüterlərin sayı 5-dən atıq olmasın.

(ii) Əlaqəli Cihaz eyni vaxtda yalnız bir Hesabla əlaqəli ola bilər.

(iii) Siz bir Əlaqəli Cihazı digər Hesaba hər 90 gündən bir yalnız bir dəfə dəyişdirə bilərsiniz.

(iv) Siz əvvəl yüklədiyiniz hər hansı pulsuz məhsulu onun Mağazalarda pulsuz olduğu dövr ərzində məhdud olmayan sayda cihazlara köçürə bilərsiniz, bu şərtlə ki, bunlar arasında iTunes-un icazə verdiyi kompüterlərin sayı 5-dən artıq olmasın.

Yuxarıdakı (i) və (iv) bəndləri App Store Mağazası Məhsullarına şamil edilmir.

Uyğun Məzmununun bəzi hissələri böyük həcmdə ola bilər və bu Uyğun Məzmununun məlumat bağlantısı ilə çatdırılması məlumatların ötürülməsi üçün çəkilən xərclərin çoxalması ilə nəticələnə bilər.

YENİLƏMƏLƏRİN AVTOMATİK ÇATDIRILMASI

Cihazınız və ya kompüteriniz cihaz və ya kompüterdə olan proqramlara yeniləmələrin olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq App Store və Mac App Store-a müraciət edəcək və yeniləmə varsa, avtomatik yüklənə və quraşdırıla bilər. Siz iTunes-un App Store və Mac App Store vasitəsilə yeniləmələri kompüterinizə və ya cihazınıza avtomatik yükləyə və quraşdıra bilməsi ilə razılaşırsınız. Cihaz və ya kompüterinizin avtomatik yeniləmə ayarlarını istənilən vaxt dəyişərək, avtomatik yeniləmələri söndürə bilərsiniz.

APP PAKETLƏRİ

Bəzi App Mağazası Məhsulları çoxsaylı element (“App Paketləri”) ehtiva edə bilər. App Paketi üzərində göstərilən qiymət App Paketini aldığınız zaman sizdən tutulacaq qiymətdir. App Paketinin qiyməti artıq aldığınız yaxud əldə etdiyiniz App Mağazası Məhsullarıv ilə tarazlaşmaq üçün endirilə bilər, lakin App Paketini tamamlamaq üçün minimum ödəniş tətbiq oluna bilər.

MƏXFİLİK

App və Book Mağazaları http://www.apple.com/legal/privacy/ ünvanında göstərilən Apple-ın Məxfilik Siyasəti ilə idarə edilir.

APP VƏ BOOK MƏHSULLARINDAN VƏ APP VƏ BOOK MAĞAZALARINDAN İSTİFADƏ

iTunes App və Book Məhsullarından istifadə etmək üçün Sizə lisenziya satır. İTunes-dan alındıqdan sonra həmin lisenziya Sizin həmin Məhsuldan istifadənizi tənzimləyən birbaşa Siz və Məhsulun nəşriyyatçısı arasında (“Nəşriyyatçı”) məcburi qüvvəyə malik müqaviləni təşkil edir. Siz anlayırsınız ki, App və Book Mağazaları və müəyyən App və Book Məhsullarına Sizin bu Məhsullardan istifadənizi məhdudlaşdıran təhlükəsizlik texnologiyası daxildir və App və Book Məhsullarının bu texnologiya ilə məhdudlaşdırılıb məhdudlaşdırılmamasından asılı olmayaraq, Siz iTunes və Nəşriyyatçıların (“İstifadə Qaydaları”) müəyyən etdiyi müvafiq istifadə qaydalarına uyğun olaraq App və Book Məhsullarından istifadə edəcəksiniz və bu Məhsulların hər hansı digər istifadəsi müəllif hüquqlarının pozuntusunu təşkil edə bilər. Hər hansı təhlükəsizlik texnologiyası App və Book Məhsulların bölünməz hissəsini təşkil edir. iTunes istənilən zaman İstifadə Qaydalarını dəyişdirmək hüququnu özündə saxlayır. Siz hər hansı səbəbdən bu Qaydalara aid hər hansı təhlükəsizlik texnologiyasını pozmamağa, ləğv etməməyə, yenidən quraşdırmamağa, sökməməyə və ya zərər vurmamağa və yaxud da bu hərəkətləri etməyə cəhd göstərməməyə və ya başqa şəxsin bunları etməsinə kömək göstərməməyinizə razı olursunuz. İstifadə qaydalarına əməletmə məqsədləri üçün iTunes tərəfindən nəzarət və monitorinq edilə bilər və iTunes Sizə bildiriş etmədən İstifadə Qaydalarını tətbiq etmək hüququnu özündə saxlayır. Siz App və Book Mağazalara giriş üçün təmin edilən proqram təminatından başqa vasitə ilə App və Book Mağazalara daxil olmamağa razı olursunuz. Siz Sizə icazə verilməyən Hesaba daxil ola və ya daxil olmaya cəhd göstərə bilməzsiniz. Siz App və Book Mağazalara icazəsiz girişin əldə edilməsi daxil olmaqla hər hansı məqsədlər üçün hər hansı şəkildə və ya tərzdə aparat təminatını dəyişdirməməyə və bu təminatın dəyişdirilmiş versiyalarından istifadə etməməyə razı olursunuz. Sistemin və ya şəbəkə təhlükəsizliyinin pozulması mülki və ya cinayət məsuliyyətinə cəlb olunmaqla nəticələnə bilər.

Məhsulların çatdırılması Məhsullarla əlaqədar reklam istifadəsi hüquqlarını Sizə köçürmür.

Bunu qəbul edirsiniz ki, iTunes-un Siz və App və Book Məhsulların Nəşriyyatçısı arasında lisenziyanın bir tərəfi olmamasına baxmayaraq, App və Book Mağazalarının, App və Book Məhsullarının bəzi aspektləri və İstifadə Qaydalarının idarə edilməsi iTunes-un daimi iştirakını tələb etdiyindən, əgər iTunes App və Book Mağazalarının hər hansı hissəsini dəyişdirərsə və ya işini dayandırarsa (iTunes bunu istədiyi vaxt edə bilər), Siz bu dəyişiklik və ya fəaliyyətin dayandırılmasına qədər istifadə etdiyiniz dərəcədə App və Book Məhsullardan istifadə etmək imkanında olmaya bilərsiniz və bu halda iTunes qarşınızda heç bir öhdəlik daşımır.

APP VƏ BOOK MAĞAZALARINA TƏQDİMATLAR

App və Book Mağazaları həmin Mağazaların digər istifadəçiləri və ictimaiyyət tərəfindən daxil oluna və baxıla bilən App və Book Mağaza sahələri üzrə Sizin materialları təqdim etməyinizə imkan verən (üçüncü tərəf məzmununa linklər daxil olmaqla) interaktiv xüsusiyyətlər təklif edə bilər. Siz bu cür xüsusiyyətlərdən, o cümlədən, təqdim etdiyiniz materiallardan hər hansı şəkildə istifadənizin yalnız Sizin məsuliyyətiniz olacağına, heç bir digər tərəfin hüquqlarını və ya hər hansı qanunları pozmayacağına, qeyri-qanuni istifadəyə töhfə verməyəcəyinə və ya pozuntunu həvəsləndirməyəcəyinə, və yaxud ədəbsiz, mübahisəli və ya münaqişəli olmayacağına razı olursunuz. Siz həmçinin bütün zəruri hüquq və lisenziyaları əldə etmiş olduğunuzla razılaşırsınız. Siz App və Book Mağazalarında hər hansı materialları təqdim etməyinizlə əlaqədar düzgün və tam məlumatlar təmin etməyə razı olursunuz. Bununla Siz özünüzə hər hansı kompensasiya və ya öhdəlik tələb etmədən App və Book Məhsulları ilə əlaqədar və ya App və Book Mağazalarının bir hissəsi kimi bu materiallardan istifadə etmək üçün iTunes-u dünya miqyaslı, qonorarsız, qeyri-eksklüziv lisenziya ilə təmin edirsiniz. iTunes hər hansı materialı bildiriş və ya öhdəlik vermədən istənilən zaman yerləşdirməmək və ya dərc etməmək, ləğv və ya redaktə etmək hüququnu özündə saxlayır. Siz reklam Məzmun Kodundan istifadə etməklə yüklənmiş App və Book Mağazaları Məhsulları üçün resenziya və ya reytinq təqdim edə bilməzsiniz.

iTunes hazırkı Müqavilənin hər hansı fərz edilən və ya aşkar pozuntusunu tədqiq etmək üçün tərəfinizdən təqdim edilən və ya App və Book Mağazalarında olan hər hansı materialı monitorinq etmək və Apple Inc. Şirkətinin Müəllif Hüquqları Siyasəti çərçivəsində məhdudiyyət qoymadan ləğvetmə də daxil olmaqla müvafiq hesab etdiyi istənilən tədbiri görmək öhdəliyini deyil, hüququnu özündə saxlayır (http://www.apple.com/legal/copyright.html).

ÜÇÜNCÜ TƏRƏF MATERİALLARI

App və Book Mağazaları vasitəsilə təqdim edilən müəyyən məzmuna, App və Book Məhsulları və xidmətlərinə üçüncü tərəflərin materialları daxil ola bilər. iTunes Sizə rahatlıq üçün üçüncü tərəf vebsaytlarına keçidlər təmin edə bilər. Siz iTunes-un məzmun və ya düzgünlüyü yoxlamağa və ya qiymətləndirməyə görə məsuliyyət daşımadığına və hər hansı üçüncü tərəf materialları və ya İnternet saytları, və ya üçüncü tərəflərin hər hansı digər materialları, məhsulları və ya xidmətlərinə görə öhdəlik və ya məsuliyyət daşımadığına razı olursunuz. Siz hər hansı üçüncü tərəf materiallarından istənilən digər tərəfin hüquqlarının pozulmasına gətirib çıxaracaq tərzdə istifadə etməməyə və iTunes-un sizin bu cür istifadənizə görə heç bir şəkildə məsuliyyət daşımadığına razı olursunuz.

MÜBAHİSƏLİ MATERİAL

Siz App və Book Mağazalarından istifadə etməklə təhqiramiz, ədəbsiz və ya mübahisəli hesab edə biləcəyiniz materialla rastlaşa biləcəyinizi və belə məzmunun aydın ifadə edilmiş material kimi müəyyən edilə və edilməyə bildiyini başa düşürsünüz. Bununla belə, Siz App və Book Mağazalarından öz riskinizlə istifadə etməyə və iTunes-un belə təhqiramiz, ədəbsiz və ya mübahisəli hesab edilə bilən material üçün qarşınızda heç bir öhdəlik daşımayacağı ilə razılaşırsınız. App və Book Məhsul növləri və təsvirləri rahatlıq üçün təmin edilir və Siz iTunes’un onların düzgünlüyünə zəmanət verməməsi ilə razılaşırsınız.

ƏQLİ MÜLKİYYƏT Siz r

azılaşırsınız ki, App və Book Mağazalarının tərkibinə App və Book Məhsulları, qrafik təsvirlər, istifadə interfeysi, audio kliplər, mətbu nəşrlər, əlyazmalar və App və Book Mağazalarını idarə etmək üçün istifadə olunan proqram təminatı da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, iTunes və/və ya Nəşriyyatçılara məxsus olan mülkiyyət məlumat və materialları daxildir və müəllif hüquqları da daxil olmaqla, lakin onlarla məhdudlaşmadan, müvafiq əqli mülkiyyət və digər qanunlarla qorunur. Siz həmin mülkiyyət məlumatı və materiallarından App və Book Mağazasından hazırkı Müqaviləyə uyğun istifadə məqsədləri istisna olmaqla, heç bir digər şəkildə istifadə etməyəcəyinizə razı olursunuz. Bu qaydalarda aydın göstərilən hallar istisna olmaqla, App və Book Mağazalarının heç bir hissəsi hər hansı forma və üsulla yenidən hasil edilə bilməz. Siz törəmə işləri App və Book Mağazalarına əsasən heç bir tərzdə dəyişdirməməyə, icarəyə, kirayəyə verməməyə, satmamağa, paylamamağa və ya yaratmamağa, həmçinin, şəbəkə gücündən sui-istifadənin və ya onun yükləndirilməsinin də daxil olduğu, lakin onlarla məhdudlaşdırılmayan heç bir icazəsiz yolla App və Book Mağazalarından istifadə etməyəcəyinizə razılaşırsınız.

Hazırkı Müqavilənin hər hansı digər müddəasına xələl gətirmədən iTunes və Nəşriyyatçılar bildiriş vermədən istənilən zaman Mağazaların bir hissəsini təşkil edən hər hansı App və Book Məhsulu, məzmun və ya digər materialları dəyişdirmək, ləğv etmək, çıxarmaq və ya girişini dayandırmaq hüququnu özündə saxlayırlar. iTunes heç bir halda bu dəyişiklikləri etməsinə görə öhdəlik daşımayacaq. iTunes həmçinin hər halda və heç bir bildiriş və öhdəlik vermədən App və Book Mağazalarının müəyyən xüsusiyyətləri və ya hissələrindən istifadəyə və ya girişə məhdudiyyətlər qoya bilər.

(Məzmunun toplanması, elanlar, digər İnternet resurslarına keçidlər və bu resursların təsviri daxil olmaqla) App və Book Mağazaları və müvafiq proqram təminatı ilə əlaqədar bütün müəllif hüquqları qanunla bütün hüquqları özündə saxlayan iTunes-a və/və ya onun lisenziya sahiblərinə mənsubdur.

HAZIRKI MÜQAVİLƏDƏ YOL VERİLƏN APP VƏ BOOK MAĞAZALARINDA İSTİFADƏ İSTİSNA OLMAQLA, PROQRAM TƏMİNATININ VƏ YA MAĞAZALARIN HƏR HANSI BİR HİSSƏSİNİN İSTİFADƏSİ QƏTİ QADAĞAN EDİLİR, DİGƏRLƏRİNİN ƏQLİ MÜLKİYYƏT HÜQUQLARINI POZUR VƏ SİZİ MÜƏLLİF HÜQUQLARININ POZUNTUSUNA GÖRƏ MÜMKÜN MADDİ ZİYANLAR DA DAXİL OLMAQLA MÜLKİ VƏ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDƏ BİLƏR.

App və Book Mağazalarında istifadə olunan Apple, Apple loqosu, iTunes, App Store və digər Apple ticarət nişanları, xidmət nişanları, qrafik təsvirləri və loqoları ABŞ və/və ya digər ölkələrdə Apple İnc.’in ticarət nişanları və ya qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. App və Book Mağazaları ilə əlaqədar istifadə olunan digər ticarət nişanları, xidmət nişanları, qrafik təsvirlər və loqolar müvafiq sahiblərinin ticarət nişanları ola bilər. Yuxarıda adı çəkilən ticarət nişanlarının hər hansı biri və belə nişanlardan hər hansı istifadə ilə əlaqədar Sizə heç bir hüquq və ya lisenziya verilmir.

XİTAM VERMƏ

Əgər Siz hazırkı Müqavilənin hər hansı müddəalarına əməl etməsəniz və ya iTunes-da bununla əlaqədar şübhə yaranarsa, iTunes öz ixtiyarı ilə, Sizə heç bir bildiriş vermədən: (i) hazırkı Müqaviləyə və/və ya Sizin Hesabınıza xitam verə bilər və Siz xitam tarixinə qədər və bu tarix də daxil olmaqla Hesabınızda olan bütün məbləğə görə məsul olacaqsınız, (ii) proqram təminatı lisenziyasını ləğv edə və (iii) App və Book Mağazalarına (və ya hər hansı bir hissəsinə) girişə qadağa qoya bilər.

iTunes Mağazaları (və ya onların hər hansı hissəsini və ya məzmununu) dəyişdirmək, ləğv etmək və ya fəaliyyətini dayandırmaq hüququnu özündə saxlayır və iTunes belə hüquqları icra edərkən Siz və ya hər hansı üçüncü tərəf qarşısında öhdəlik daşımır.

ZƏMANƏTLƏRDƏN İMTİNA; ÖHDƏLİK MƏHDUDİYYƏTLƏRİ

ITUNES SİZİN APP VƏ BOOK MAĞAZALARINDAN İSTİFADƏNİZİN FASİLƏSİZ VƏ YA SƏHVSİZ OLACAĞINI TƏMİN, TƏMSİL ETMİR VƏ YA ZƏMANƏT VERMİR VƏ SİZ RAZILAŞIRSINIZ Kİ, ITUNES VAXTAŞIRI OLARAQ, SİZƏ BİLDİRİŞ VERMƏDƏN, APP VƏ BOOK MAĞAZALARINI QEYRİ-MÜƏYYƏN MÜDDƏTƏ ARADAN QALDIRA VƏ YA LƏĞV EDƏ BİLƏR.

SİZ APP VƏ BOOK MAĞAZALARINDAN İSTİFA EDƏ BİLMƏNİZİN VƏ YA BİLMƏMƏNİZİNÖZ MƏSULİYYƏTİNİZ OLDUĞUNA AÇIQ AYDIN RAZI OLURSUNUZ. APP VƏ BOOK MAĞAZALARI VƏ ONLAR VASİTƏSİLƏ SİZƏ ÇATDIRILAN BÜTÜN MƏHSUL VƏ XİDMƏTLƏR (ITUNES TƏRƏFİNDƏN AÇIQ AYDIN BƏYAN EDİLƏNLƏR İSTİSNA OLMAQLA) MƏHSULUN MÜƏYYƏN MƏQSƏD ÜÇÜN KOMMERSİYA KEYFİYYƏTİ VƏ YA YARARLILIĞI, MÜLKİYYƏT HÜQUQU VƏ ƏQLİ MÜLKİYYƏT HÜQUQUNUN POZULMAMASI ZƏMANƏTLƏRİ DƏ DAXİL OLMAQLA ƏR HANSI MÖVCUD VƏ YA NƏZƏRDƏ TUTULAN ZƏMANƏT OLMADAN, “OLDUĞU KİMİ” VƏ “MÖVCUD OLDUQCA” TƏMİN EDİLİR. BƏZİ YURİSDİKSİYALAR NƏZƏRDƏ TUTULAN TƏMİNATIN İSTİSNA EDİLMƏSİNƏ İCAZƏ VERMƏDİKLƏRİNDƏN, BU TƏMİNATIN YUXARIDAKI İSTİSNASI SİZƏ ŞAMİL EDİLMƏYƏ BİLƏR.

İTUNES, ONUN DİREKTORLARI, VƏZİFƏLİ ŞƏXSLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI VƏ LİSENZİYA SAHİBLƏRİ HEÇ BİR HALDA HƏR HANSI MƏZMUNDA VƏ YA APP VƏ BOOK MAĞAZALARINDA BURAXMA VƏ YA XƏTA, YAXUD BU MAĞAZALARDA YERLƏŞDİRİLƏN, ONLAR VASİTƏSİLƏ ÖTÜRÜLƏN VƏ YA DİGƏR FORMADA TƏQDİM EDİLƏN HƏR HANSI MƏHSULUN VƏ YA APP VƏ BOOK MAĞAZALARININ İSTİFADƏSİ NƏTİCƏSİNDƏ YARANAN İTKİ VƏ YA ZƏRƏR (BU BARƏDƏ MƏLUMATIN XƏBƏR VERİLMƏSİNDƏN ASILI OLMAYARAQ) DƏ DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN, SİZİN HƏR HANSI APP VƏ BOOK MAĞAZALARINDAN İSTİFADƏNİZDƏN İRƏLİ GƏLƏN BİRBAŞA, DOLAYI, TƏSADÜFİ, CƏZA XARAKTERLİ, XÜSUSİ, VƏ YA MƏNTİQİ ZƏRƏRƏ VƏ BU MAĞAZALARDAN İSTİFADƏNİZLƏ ƏLAQƏDAR HƏR HANSI İDDİAYA GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAQDIR.BƏZİ DÖVLƏT VƏ YURİSDİKSİYALAR MƏNTİQİ VƏ YA TƏSADÜFİ ZƏRƏRLƏRƏ GÖRƏ MƏSULİYYƏTİN İSTİSNASINA VƏ YA MƏHDUDLAŞDIRILMASNA İCAZƏ VERMƏDİYİNDƏN, ITUNES-UN ÖHDƏLİYİ BELƏ DÖVLƏT VƏ YURİSDİKSİYALARDA QANUNLA YOL VERİLƏN HƏDDƏ QƏDƏR MƏHDUDLAŞDIRILACAQ. ITUNES

APP VƏ BOOK MAĞAZALARI İLƏ BAĞLI TƏQDİM ETDİYİNİZ MƏLUMATLARI QORUMAQ ÜÇÜN ƏSASLI SƏYLƏR GÖSTƏRƏCƏK, LAKİN SİZ BU MƏLUMATLARIN TƏMİN EDİLMƏSİNİN ÖZ MƏSULİYYƏTİNİZ OLDUĞUNU QƏBUL EDİRSİNİZ VƏ ITUNES BU MƏLUMATLA BAĞLI HƏR HANSI İTKİYƏ VƏ YA ÖHDƏLİYƏ GÖRƏ İSTƏNİLƏN MƏSULİYYƏTİ DAŞIMAQDAN İMTİNA EDİR.

ITUNES APP VƏ BOOK MAĞAZALARININ İTKİ, DAĞILMA, HÜCUM, VİRUSLAR, MÜDAXİLƏ, XAKER HÜCUMU VƏ YA DİGƏR TƏHLÜKƏSİZLİK MÜDAXİLƏSİNDƏN AZAD OLMASINA ZƏMANƏT VERMİR VƏ BUNUNLA ƏLAQƏDAR HƏR HANSI ÖHDƏLİYİ ÖZ ÜZƏRİNƏ GÖTÜRMƏKDƏN İMTİNA EDİR. BƏZİ APP VƏ BOOK MƏHSULLARI YALNIZ BİR DƏFƏ ENDİRİLƏ BİLƏR. ENDİRİLDİKDƏN SONRA HƏR HANSI SƏBƏBDƏN İTDİYİNƏ GÖRƏ ƏVƏZ EDİLƏ BİLMƏZ. APP VƏ BOOK MAĞAZALARINDAN ALINAN VƏ YA ƏLDƏ EDİLƏN APP VƏ BOOK MƏHSULLARI DA DAXIL OLMAQLA, SİSTEMİNİZİN EHTİYAT NÜSXƏSİNİN ÇIXARILMASINA GÖRƏ SİZ MƏSULİYYƏT DAŞIYIRSINIZ.

İMTİNA VƏ TƏZMİNAT

APP VƏ BOOK MAĞAZALARINDAN İSTİFADƏ ETMƏKLƏ SİZ HAZIRKI MÜQAVİLƏNİ POZMAĞINIZ, APP VƏ BOOK MAĞAZALARINDAN İSTİFADƏNİZ VƏ YA ITUNES-UN BU MÜQAVİLƏNİN POZUNTUSU EHTİMALI İLƏ ƏLAQƏDAR APARDIĞI TƏHQİQATIN BİR HİSSƏSİ OLARAQ, YAXUD GƏLDİYİ MÜVAFİQ NƏTİCƏ VƏ YA QƏBUL ETDİYİ MÜVAFİQ QƏRAR NƏTİCƏSİNDƏ GÖRDÜYÜ HƏR HANSI TƏDBİRLƏ ƏLAQƏDAR YARANAN İSTƏNİLƏN İDDİA İLƏ ƏLAQƏDAR ITUNES, ONUN DİREKTORLARI, RƏHBƏRLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI, MÜDİRLƏRİ VƏ LİSENZİYA SAHİBLƏRİNİN ÇƏKDİYİ ZƏRƏRLƏRİ QANUNLA İCAZƏ VERİLMİŞ SƏVİYYƏDƏ KOMPENSASİYA EDƏCƏYİNİZƏ VƏ ONLARI ZƏRƏRDƏN QORUYACAĞINIZA RAZILIQ VERİRSİNİZ. BU O DEMƏKDİR Kİ, SİZ HAZIRKI MÜQAVİLƏNİN POZULMASI BARƏDƏ ITUNES-UN GƏLDİYİ QƏNAƏTƏ ƏSASƏN VƏ YAPOZUNTU EHTİMALININ TƏHQİQATI ZAMANI ONUN İSTƏNİLƏN MƏLUMAT VƏ YA MƏZMUNU ARADAN GÖTÜRMƏK VƏ YA İŞLƏTMƏKDƏN İMTİNA ETMƏK, SİZİN APP VƏ BOOK MAĞAZALARINA GİRİŞİNİZİ BAĞLAMAQ, BU BARƏDƏ SİZİ XƏBƏRDAR ETMƏK VƏ YA HƏR HANSI DİGƏR TƏDBİR GÖRMƏKLƏ ƏLAQƏDAR QƏBUL ETDİYİ QƏRARLAR NƏTİCƏSİNDƏ YARANMIŞ HƏR HANSI ZƏRƏRƏ GÖRƏ ITUNES, ONUN DİREKTORLARI, RƏHBƏRLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI, MÜDİRLƏRİ VƏ LİSENZİYA SAHİBLƏRİ ƏLEYHİNƏ MƏHKƏMƏDƏ İDDİA QALDIRA VƏ YA ZƏRƏRLƏRİN ÖDƏNİLMƏSİNİ TƏLƏB EDƏ BİLMƏZSİNİZ. BU İMTİNA VƏ TƏZMİNAT MÜDDƏASI HAZIRKI MÜQAVİLƏDƏ TƏSVİR OLUNAN VƏ YA NƏZƏRDƏ TUTULAN BÜTÜN POZUNTULARA ŞAMİL EDİLİR.

DƏYİŞİKLİKLƏR

iTunes Sizin App Və Book Mağazalarından istifadənizə dair hazırkı Müqaviləyə istənilən zaman dəyişikliklər etmək və yeni, yaxud əlavə qayda və şərtlər tətbiq etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklər və əlavə şərt və qaydalar dərhal qüvvəyə minəcək və hazırkı Müqaviləyə daxil ediləcək. Sizin App Və Book Mağazalarından davamlı istifadəniz bunları qəbul etmənizin təsdiqi hesab ediləcəkdir.

QARIŞIQ

Hazırkı Müqavilə Siz və iTunes arasında bütöv razılaşmanı təşkil edir və Siz və iTunes arasında əvvəlki hər hansı müqaviləni üstələyərək App Və Book Mağazalarindan istifadənizi tənzimləyir. Həmçinin əlavə xidmətlər, müəyyən App və Book Məhsullarından, üçüncü tərəf məzmunundan və ya üçüncü tərəf proqram təminatından istifadə edərkən Sizə əlavə qayda və şərtlər də tətbiq edilə bilər. Hazırkı Müqavilənin hər hansı bir hissəsi etibarsız hüquqi qüvvəsi olmayan hesab edilərsə, həmin hissə tərəflərin ilkin niyyətlərini mümkün qədər yaxından əks etdirmək üçün qanunvericiliyə müvafiq olaraq şərh ediləcək və Müqavilənin qalan hissələri tam hüquqi qüvvəsini və etibarını saxlayacaq. iTunes-un hazırkı Müqavilə ilə əlaqədar hər hansı hüquq və ya müddəaları icra edə bilməməsi bu və ya digər müddəadan azad edilmə kimi nəzərdə tutulmayacaq. iTunes öz nəzarətindən kənar səbəblər üzündən hər hansı öhdəliyi yerinə yetirə bilməməyə görə məsuliyyət daşımayacaq.

Mağazalar iTunes tərəfindən onun Lüksemburqdakı ofisləri tərəfindən idarə olunur. Siz App Və Book Mağazalarindan istifadənizə şamil edilən bütün yerli, dövlət, federal, milli qanun, əsasnamə və qaydalara əməl etməyə razılıq verirsiniz. Mağazalarda bütün sövdələşmələr qanun münaqişəsi müddəaları qüvvəyə minmədən Kaliforniya qanunu ilə tənzimlənir. Sizin Mağazalardan istifadəniz həmçinin digər qanunların predmeti ola bilər. Hazırkı Müqavilə və Sizin Mağazalardan istifadənizlə əlaqədar ortaya çıxan hər hansı münaqişə (“Münaqişə”) Beynəlxalq Ticarət Palatasının qaydalarına uyğun olaraq üç arbitr qarşısında ingilis dilində icbari arbitraj yolu ilə həll ediləcək. Hər bir tərəf bir arbitr seçəcək və seçilən iki arbitr üçüncü arbitri seçəcək. Arbitrlərin heç biri Azərbaycan Respublikasının və ya Lüksemburqun vətəndaşı ola bilməz. Prosessual işlər Azərbaycan Respublikasında və ya arbitrlər tərəfindən razılaşdırılmış məkanda keçiriləcək. Arbitrlər yalnız kompensasiya zərərini təmin etmək səlahiyyətinə malik olacaq və cərimə məzmunlu zərərin ödənilməsinə qərar verməyəcək. Tərəflər, onların nümayəndələri, digər iştirakçılar və arbitrlər arbitrajın mövcudluğu, predmeti və nəticəsinin məxfiliyini qoruyacaqlar. Yuxarıdakı məqamlara xələl gətirmədən istənilən tərəf öz ixtiyarı ilə istənilən səlahiyyətli yurisdiksiya məhkəməsində hüquqi müdafiə vasitəsi kimi məhkəmə qadağası təminatını tələb edə bilər (ilkin məhkəmə qadağası da daxil olmaqla, lakin onunla məhdudlaşdırılmadan). Üstün tərəf onun əleyhinə digər tərəfin Mübahisədə qaldırılan istənilən hüquqi prosessual işdə hər hansı məhkəmə və ya arbitraj prosesinin xərcləri və məqsədəuyğun vəkil haqqları da daxil olmaqla, lakin onlarla məhdudlaşmadan, öz hüquqi xərclərinə görə kompensasiya almaq hüququna malikdir. iTunes məhkəmə işi üçün ödəyə bilməli olduğunuz həcmi ötüb keçən hər hansı arbitraj ödənişlərini Sizə avans şəklində ödəyəcək, bir şərtlə ki, iTunes son nəticədə arbitraj məhkəməsində qalib gəldiyi təqdirdə Siz həmin məbləği geri ödəyəsiniz. Elektron şəkildə çatdırılan bütün sövdələşmələrin itmə təhlükəsi və hüququ Lüksemburqda elektron təqdimat edildikdən sonra alıcıya ötürüləcək. iTunes-un heç bir işçisi və ya agenti hazırkı Müqaviləni dəyişdirmək səlahiyyətinə malik deyil.

iTunes Hesab elektron ünvanınıza elektron məktub və ya Hesabınızın poçt ünvanına poçtla məktub göndərməklə və ya App və Book Mağazalarında bildirişlər yerləşdirməklə Sizi App və Book Mağazalarına dair məlumatlarla təmin edə bilər. Bildirişlər dərhal qüvvəyə minəcək.

iTunes hazırkı Müqavilənin hər hansı hissəsinin icrası və/və ya ona əməl edilməsini yoxlamaq üçün zəruri və ya müvafiq hesab etdiyi tədbirləri məqsədəuyğun şəkildə icra etmək hüququnu özündə saxlayır. iTunes hazırkı Müqavilənin hər hansı hissəsinin məqsədəuyğun şəkildə icrasını və/və ya ona əməl edilməsini yoxlamaq məqsədilə zəruri və ya müvafiq hesab etdiyi halda Sizə qarşı öhdəlik yaratmadan istənilən App və Book Qeydiyyat Məlumatları və/və ya Hesab məlumatlarını hüquq mühafizə orqanlarına, hökümət rəsmilərinə və/və ya üçüncü tərəflərə açıqlamaq hüququna malik olduğuna razılıq verirsiniz (Sizin App və Book Mağazaları və/və ya App və Book Məhsullarından istifadənizlə və/və ya Sizin App və Book Mağazalarından və/və ya App və Book Məhsullarından istifadənizin qeyri qanuniliyi və/və ya üçüncü tərəfin hüquqlarını pozması barədə üçüncü tərəfin iddiası ilə bağlı hər hansı hüquqi proseslə əməkdaşlıq etmək hüququ da daxil olmaqla, lakin bununla məhdudlaşdırılmadan).

iTunes haqqında: bizim qeydiyyata alınmış nömrəmiz - RCS Lüksemburq B 101 120, qeydiyyata alınmış ofisimiz isə 1 – 33, rue Sainte Zithe, L-2763 Lüksemburq ünvanında yerləşir.

MAC APP STORE VƏ APP STORE’UN DİGƏR QAYDA VƏ ŞƏRTLƏRİ

MAC APP MAĞAZASI VƏ APP MAĞAZASI MƏHSULLARININ LİSENZİYASI

iTunes Mac App Mağazası və App Mağazası vasitəsilə proqram təminatı məhsullarından (birlikdə, “App Mağazası Məhsulları”) istifadə etmək lisenziyasını satır. App Mağazası Məhsullarının aşağıdakı şəkildə iki (2) kateqoriyası vardır: (i) Apple tərəfindən hazırlanmış və iTunes tərəfindən Sizə lisenziyası verilən App Mağazası məhsulları (“Apple Məhsulları”); və (ii) üçüncü tərəf tərəfindən hazırlanmış və sizə lisenziyası verilmiş App Mağazası Məhsulları (“Üçüncü Tərəf Məhsulları”). Mac App Mağazası proqramında və ya App Mağazası proqramında müəyyən App Mağazası məhsulu kateqoriyası (Apple Məhsulu və ya Üçüncü Tərəf Məhsulu) müəyyən edilmişdir.

 

Sizin hər bir App Mağazası Məhsulu ilə əlaqədar lisenziyanız aşağıda təsbit edilmiş Lisenziyalı Proqram üzrə Son İstifadəçinin Lisenziya Müqaviləsi ilə tənzimlənir və Sizinlə həmin App Mağazası Məhsulunun nəşriyyatçısı (“Nəşriyyatçı”) arasında bağlanan etibarlı son istifadəçi lisenziya müqaviləsi ilə App Mağazası Məhsulu əhatə olunmayıbsa, Siz bu şərtlərin Sizə şamil olunduğuna razılıq verirsiniz. Bu halda Nəşriyyatçının son istifadəçi lisenziya müqaviləsi həmin App Mağazası Məhsuluna tətbiq ediləcək. Nəşriyyatçı Sizə açıq-aşkar tərzdə verilməyən App Mağazası Məhsulu ilə əlaqədar bütün hüquqları özündə saxlayır.

 

Siz Mac App Mağazası və App Mağazası vasitəsilə əldə etdiyiniz hər bir Apple Məhsuluna dair lisenziyanın Siz və iTunes arasında mütləq müqavilə olduğunu qəbul edirsiniz. Qəbul edirsiniz ki, iTunes’dan Üçüncü Tərəf Məhsulunu əldə etdikdən sonra Siz həmin məhsulun istifadəsini tənzimləyən mütləq müqaviləni birbaşa Üçüncü Tərəf Məhsulunun Nəşriyyatçısı ilə bağlayırsınız. iTunes həmin Üçüncü Tərəf Məhsulu ilə əlaqədar Siz və Nəşriyyatçı arasında lisenziyanın tərəfi deyildir. Hər Üçüncü Tərəf Məhsulunun Nəşriyyatçısı yalnız həmin Üçüncü Tərəf Məhsuluna görə, ehtiva etdiyi məzmun, imtina edilməyən hər hansı təzminat və həmin məhsula aid ola bilən Siz və ya digər hər hansı tərəfin malik ola biləcəyi hər hansı iddialara görə məsuliyyət daşıyır.

Qəbul edir və razılaşırsınız ki, iTunes və onun əlaqəli şəxsləri Lisenziyalı Proqramın Son İstifadəçisinin Lisenziya Müqaviləsi və ya hər Üçüncü Tərəf Məhsulu üçün olan halda Nəşriyyatçının son istifadəçi lisenziya müqaviləsinin üçüncü tərəf benefisiarlarıdır. Həmçinin belə Üçüncü Tərəf Məhsulu ilə əlaqədar lisenziyanın qayda və şərtlərini qəbul etmənizdən sonra iTunes-un üçüncü tərəf benefisiarı kimi Sizin əleyhinizə belə lisenziyanı tətbiq etmək hüququna malik olmasına (və hüququ qəbul etmiş hesab edilməsinə) razılıq verirsiniz.

APP DAXİLİ ALIŞLAR

Müəyyən App Store Məhsullarına App Store Məhsulu daxilində (“App Daxili Alışlar”) əlavə funksionallıq və ya istifadə üzrə məzmuna əlavə xidmətlər və ya lisenziyalar almanıza imkan verən funksionallıq daxil ola bilər. App Store Məhsulundan (məsələn, virtual döyüş sursatı) istifadə zamanı istehlak edilən App Daxili Alışlarını cihazlar arasında ötürmək olmaz; yalnız bir dəfə endirilə bilər; və endirildikdən sonra əvəz edilə bilməz. İstehlak edilən App Daxili Alış tərəfinizdən alındıqdan və qəbul edildikdən sonra iTunes hər hansı itki, dağıntı və ya zərər halında qarşınızda heç bir öhdəlik daşımayacaq. Bütün App Daxili Alışlar bu qayda və şərtlərin məqsədləri üçün App Store Məhsulları sayılır və Üçüncü Tərəf Məhsulları daxilində edilən App Daxili Alışlar Üçüncü Tərəfin Məhsulları sayılır və nəzərə alınır.

Siz App Daxili Alışları əldə etmək məqsədilə Məhsulları almaq üçün etdiyiniz təsdiqdən ayrıca olaraq, sizdən tələb olunan zaman, öz şifrəsinizi daxil etməklə şəxsiyyətinizi təsdiq etməlisiniz, yalnız bu cür təsdiqi edərək App Daxili Alışlar əldə etdikdən sonra siz on beş dəqiqə ərzində şifrənizi yenidən daxil etmədən digər App Daxili Alışlar edə bilərsiniz. Aşağıdakı saytda göstərilən addımları izləməklə iOS Cihazınızda App Daxili Alışları etmək funksiyasını ləğv edə bilərsiniz: http://support.apple.com/kb/HT4213.

APP DAXİLİ ABUNƏLƏR

Müəyyən App Mağazası Məhsullarına sizə abunəçilik əsasında məzmunu əldə etmək imkanını verən funksionallıq daxil ola bilər (“App Daxili Abunələr”). App Daxili Abunələrin haqqı geri ödənilə bilməz. App Daxili Abunələr seçdiyiniz müvafiq müddətə avtomatik yenilənəcək və tətbiq edildiyi təqdirdə, Hesabınızdan cari App Daxili Abunənin vaxtının bitməsindən əvvəl 24 saatdan çox olmayan müddətdə çıxılacaqdır. Siz Hesabınızda App Abunələrini İdarə Et (Manage App Subscriptions) düyməsini və dəyişdirmək istədiyiniz abunəni seçməklə ödənişli App daxili Abunələrin avtomatik yenilənməni ləğv edə bilərsiniz. Abunənin avto-yenilənmə xüsusiyyəti Nəşriyyatçının abunə haqqını qaldırdığı təqdirdə söndürüləcəkdir. App Mağazası Məhsulunu cihazınızdan silərək pulsuz App Daxili Abunələri ləğv edə bilərsiniz. Müəyyən ödənişli App Daxili Abunələr sizin Hesabınızdan müvafiq məbləğ tutmazdan əvvəl pulsuz sınaq müddətini təklif edə bilər. Əgər siz qərara gəlsəniz ki, App Daxili Abunəni almaq istəmirsiniz, o zaman pulsuz sınaq müddətində Hesab ayarlarınıza daxil olmaqla avtomatik yenilənməni söndürün. Müəyyən App Daxili Abunələr “Newsstand” (“Kiosk”) məhsulları kimi qeyd oluna bilər, bu halda onlar endirildikdən sonra cihazınızın “Newsstand Application” (“Kiosk Proqramları”) bölümündə görünəcəkdir. Siz həmçinin App Mağazası Məhsulu daxilində satış yerində ödənişli App Daxili Abunə təklifi haqqında əlavə məlumatları nəzərdən keçirməlisiniz. Nəşriyyatçı ictimaiyyətə açıq məxfilik siyasətinə uyğun olaraq öz məhsulları barəsində Sizə marketinq mesajlarını göndərə bilməsi üçün Sizdən adınız, elektron poçt ünvanınız və Hesabınızda sadalanan indeks kodunu təqdim etmək üçün icazənizi xahiş edə bilər. Nəşriyyatçı bu məlumatlara malik olduqdan sonra özünün məxfilik siyasətinə uyğun olaraq bu məlumatdan faydalanacaq. Biz Sizə öz şəxsi məlumatlarınızı onlara verməyə razı olmazdan əvvəl Nəşriyyatçının məxfilik təcrübəsi barədə məlumatlar əldə etmənizi tövsiyə edirik. Daha ətraflı məlumat üçün lütfən Nəşriyyatçının məxfilik siyasətinə nəzər salın və ya onunla birbaşa əlaqə saxlayın. POPULAR NEAR ME Məkan Təyinetmə Xidmətlərini aktivləşdirən Popular Near Me seçdikdə Apple vaxtaşırı olaraq müəyyən App Mağazası Məhsullarınıza dair məlumatları, məsələn, Sizin hər bir App Mağazası Məhsuluna sərf etdiyiniz zaman və hər App Mağazası Məhsulunun neçə dəfə işə salınması haqqında məlumatları avtomatik toplayır. Bu məlumat anonim olaraq saxlanılacaq və sizin adınız və ya Hesabınızla əlaqəli olmayacaqdır. Apple Sizə şəxsi istifadəyə uyğunlaşdırılmış tövsiyyələr vermək məqsədilə bu məlumatlardan, eləcə də, App Mağazası Məhsulunun endirilmə tarixi kimi digər məlumatlardan istifadə edəcək.

Apple bu məlumatlardan aşağıdakı məqsədlərlə istifadə edə və onu bu xüsusiyyəti seçmiş digər istifadəçilərdən toplanmış məlumatlarla, iTunes Mağazasından alış tarixi məlumatlarınız, App Mağazasından endirilmə məlumatları, digər istifadəçilərdən toplanmış App Mağazası Məhsulunun endirilmiş məcmu məlumatları və App Mağazası Məhsullarının müştəri reytinqləri kimi digər məlumatlarla birləşdirə bilər:

• Sizi almaq, endirmək və ya istifadə etmək istədiyiniz App Mağazası Məhsulları, informasiya daşıyıcısı və digər məhsul və xidmətlərlə əlaqədar tövsiyələrlə təmin etmək.

• digər istifadəçiləri tövsiyələrlə təmin etmək.

Bütün dövrlərdə sizin məlumatlarınız Apple Məxfilik Siyasətinə müvafiq şəkildə idarə ediləcəkdir.

Genius işlədə bilən cihazlarda Proqramlar üçün Genius funksiyasını seçdiyiniz zaman həmin sistemdə Genius tövsiyələrini yarada biləcəksiniz. Əgər siz cihaz, yaxud sistemdə olan məlumatlarınızın bu qaydada tərəfimizdən toplanmasını və işlədilməsini istəmirsinizsə, o zaman Məkan Xidmətlərini aktivləşdirməyin və ya Popular Near Me funksiyasından istifadə etməyin. Siz cihazınızdakı Məkan Xidmətləri ayarlarının Sistem Xidmətləri menyusunda Popular Near Me funksiyasını söndürməklə istənilən zaman seçimdən imtina edə bilərsiniz.

 

MAC APP STORE MƏHSULUNUN İSTİFADƏ QAYDALARI

Burada təsbit edilmiş hallar istisna olmaqla,

(i) Əgər siz öz adınızdan çıxış edən fərdi şəxssinizsə, siz özünüzə məxsus olan və ya nəzarətinizdə olan Mac OS X ilə çalışan hər hansı Apple brendli məhsullarda (“Mac Kompüteri”) şəxsi, qeyri-kommersiya məqsədilə istifadə üçün Mac App Store-dan proqram (“Mac App Store Məhsulu”) endirə və ondan istifadə edə bilərsiniz.

(ii) Əgər Siz kommersiya və ya təhsil müəssisəsinizsə, Siz (a) Sizə məxsus olan və ya nəzarətinizdə olan və istənilən fərd tərəfindən istifadə edilən bir və ya bir neçə Mac Kompüterində həmin yeganə şəxs və ya (b) Sizə mənsub və ya nəzarətinizdə olan tək bölüşdürülən Mac Kompüteri üzrə çoxsaylı fərdlər tərəfindən istifadə üçün Mac App Store Məhsulunu yükləyə bilərsiniz. Məsələn, tək işçi həm özünün Mac Kompüteri desktopunda həm də Mac Kompüteri laptopunda Mac App Store Məhsulundan istifadə edə bilər və ya çoxsaylı tələbələr resurs mərkəzi və ya kitabxanada yerləşən tək Mac Kompüterində növbə ilə Mac App Store Məhsulundan istifadə edə bilərlər. Aydınlıq məqsədi üçün çoxsaylı istifadəçilər tərəfindən növbə ilə istifadə olunan hər bir Mac Kompüteri ayrıca lisenziya tələb edir.

(iii) Mac App Store-dan Mac App Store Məhsulunu endirmək üçün istifadə edilmiş Apple ID ilə giriş tələb edə bilər. Mac App Store Məhsulları yalnız Mac App Store vasitəsilə yenilənə bilər.

APP STORE MƏHSULLARININ İSTİFADƏ QAYDALARI

(i) Siz öz adınızdan çıxış edən fərdi şəxssinizsə, siz sizə məxsus olan və ya nəzarətinizdə olan istənilən iOS Cihazına şəxsi, qeyri-kommersiya məqsədləri üçün App Store Məhsulunu endirə və sinxronlaşdıra bilərsiniz.

(ii) Əgər Siz kommersiya və ya təhsil müəssisəsinizsə, Siz (a) Sizə məxsus olan və ya nəzarətinizdə olan və istənilən fərd tərəfindən istifadə edilən bir və ya bir neçə iOS Cihazında həmin yeganə şəxs və ya (b) Sizə məxsus olan və ya nəzarətinizdə olan tək bölüşdürülən iOS Cihazının çoxsaylı fərdlər tərəfindən istifadəsi üçün App Store Məhsulunu endirə bilərsiniz. Məsələn, tək işçi həm özünün iPhone, həm də iPad cihazında App Store Məhsulundan istifadə edə bilər və ya çoxsaylı tələbələr resurs mərkəzində və ya kitabxanada yerləşən tək iPad cihazında növbə ilə App Store Məhsulundan istifadə edə bilərlər. Aydınlıq məqsədi üçün çoxsaylı istifadəçilər tərəfindən növbə ilə istifadə olunan hər bir iOS Cihazı ayrıca lisenziya tələb edir. (iii) Siz uyğun iOS Cihazında beş müxtəlif hesabdan olan App Store Məhsullarını saxlaya bilərsiniz.

(iv) Siz iTunes-un tanıdığı ən azı bir cihazdan əl üsulu ilə sinxron rejimə malik iOS Cihazlarına App Store Məhsullarını əl ilə sinxronlaşdıra bilərsiniz, o şərtlə ki, App Store Məhsulu iTunes-un tanıdığı əsas cihazda Hesabla bağlı olsun. Burada iTunes-un tanıdığı əsas cihaz iOS Cihazı ilə ilk olaraq sinxronlaşdırılmış və ya Sizin iTunes proqramından istifadə etməklə əsas olaraq təyin etdiyiniz cihazdır.

MAC APP STORE VƏ APP STORE MƏHSULLARININ SAXLANMASI VƏ DƏSTƏK

Lisenziyalı Proqram üzrə Son İstifadəçinin Lisenziya Müqaviləsi və ya müvafiq qanunla tələb edildiyi halda ayrıca son istifadəçinin lisenziya müqaviləsində müəyyən edildiyi kimi, iTunes yalnız Apple Məhsulları ilə əlaqədar hər hansı təmir və dəstək xidmətlərinin göstərilməsinə görə cavabdeh olacaq. Lisenziyalı Proqram üzrə Son İstifadəçinin Lisenziya Müqaviləsi və ya Nəşriyyatçının son istifadə lisenziya müqaviləsi ilə müəyyən edildiyi kimi, hər hansı Üçüncü Tərəf Məhsulunun Nəşriyyatçısı həmin məhsulla əlaqədar təmir və dəstək xidmətlərini göstərməyə məsul olacaq.

LİSENZİYALI PROQRAM ÜZRƏ SON İSTİFADƏÇİNİN LİSENZİYA MÜQAVİLƏSİ

Mac App Mağazası və App Mağazası (birlikdə, “App Mağazaları”) vasitəsilə satılan Mac App Mağazası Məhsulları və App Mağazası Məhsulları (birlikdə, “App Mağazası Məhsulları”) Sizin üçün satılmır, lisenziyalaşdırılır. App Mağazaları vasitəsilə əldə etdiyiniz hər bir App Mağazası Məhsuluna olan lisenziyanız hazırkı Lisenziyalı Proqram üzrə Son İstifadəçinin Lisenziya Müqaviləsini (“Standard EULA”) əvvəlcədən qəbul etməyinizdən asılıdır və Siz bu Müqavilənin şərtlərinin App Mağazaları vasitəsilə lisenziya aldığınız hər bir App Mağazası Məhsuluna şamil olunduğuna razı olursunuz, bir şərtlə ki, Siz və həmin App Mağazası Məhsulunun Nəşriyyatçısı arasında həmin App Mağazası Məhsulu etibarlı son istifadəçi lisenziya müqaviləsi ilə əhatə olunsun. Belə halda, həmin ayrıca son istifadəçi lisenziya müqaviləsinin şərtləri üstün hesab ediləcək. Hazırkı Standart EULA və ya ayrıca son istifadəçi lisenziya müqaviləsi çərçivəsində hər hansı Apple Məhsuluna Sizin lisenziyanız iTunes tərəfindən, hər hansı Üçüncü Tərəf Məhsuluna olan lisenziyanız isə həmin Üçüncü Tərəf Məhsulunun Nəşriyyatçısı tərəfindən verilir. Bu Standard EULA çərçivəsində lisenziya predmeti olan hər hansı App Mağazası Məhsuluna bu sənəddə “lisenziyalı proqram” kimi istinad edilir. Nəşriyyatçı və ya iTunes (“Lisenziya Sahibi”) hazırkı Standart EULA çərçivəsində Sizə açıq-aşkar verilməyən Lisenziya Proqramına aid olan bütün hüquqları özünü saxlayır.

 

a. Lisenziyanın tətbiq dairəsi: Lisenziya Sahibi tərəfindən Lisenziya Proqramı üçün Sizə verilən bu lisenziya Sizə məxsus olan və ya nəzarətinizdə olan iOS (iPad, iPhone və iPod touch da daxil olmaqla, lakin onlarla məhdudlaşmadan) və ya, zəruri hallarda, Mac OS X ilə (“Mac Kompüterləri”) çalışan (birlikdə, “Apple Cihazı(ları)”) istənilən Apple brendli məhsullarda Mac App Store, App Store və iBooks Store-un Qayda və Şərtlərində təsbit edilən istifadə qaydalarına (“İstifadə Qaydaları”) uyğun olaraq Lisenziyalı Proqramdan istifadə etmək üçün ötürülə bilməyən lisenziya ilə məhdudlaşdırılır. Bu Lisenziya Sizə məxsus olmayan və ya nəzarətinizdə olmayan hər hansı Apple Cihazında Lisenziyalı Proqramdan istifadə etməyə icazə vermir və İstifadə Qaydalarında təsbit edilən hallar istisna olmaqla, Siz Lisenziyalı Proqramı eyni zamanda çoxsaylı cihazlar tərəfindən istifadə edilə bildiyi şəbəkədə yerləşdirə və ya onu paylaya bilməzsiniz. Siz Lisenziyalı Proqramı kirayə verə, icarəyə götürə, sata, ötürə, yenidən paylaya və ya sub-lisenziya şəklində verə bilməzsiniz və əgər özünüzün Mac Kompüter və ya iOS Cihazınızı üçüncü tərəfə satsanız, bunu etməzdən əvvəl Lisenziyalı Proqramı Mac Kompüteri və ya iOS Cihazından çıxarmalısınız. Siz (bu lisenziya və İstifadə Qaydalarının yol verdiyi hallar istisna olmaqla) Lisenziyalı Proqramın törəmə işlərini, hər hansı yeniliklərini və ya hər hansı hissəsinin nüsxəsini çıxara, tersine ve ya yenidən quraşdıra, hissələrə bölə və mənbə kodunu aşkarlamaq üçün səy göstərə bilməzsiniz. (Lisenziyalı Proqramda daxil edilmiş hər hansı açıq mənbəli komponentləri tənzimləyən lisenziya şərtlərinin yol verə bildiyi hədd və ya yuxarıdakı hər hansı məhdudiyyətin müvafiq qanunla qadağan edildiyi hallar istisna olmaqla). Bununla əlaqədar göstərilən hər hansı cəhd Lisenziya Sahibi və onun lisenziya sahiblərinin hüquqlarının pozulmasıdır. Bu məhdudiyyəti pozduğunuz halda, Siz məhkəmə təqibi və zərərlərə məruz qalacaqsınız.

Hazırkı lisenziyanın şərtləri Lisenziya Proqramının əslini əvəz edən və/və ya tamamlayan və Lisenziya Sahibi tərəfindən təmin edilən hər hansı yenilikləri tənzimləyəcək (nə qədər ki, bu yeniliklər həmin lisenziya şərtlərinin üstün olduğu ayrıca lisenziya ilə müşayiət olunur).

b. Məlumatlardan istifadəyə razılıq: Razı olursunuz ki, Lisenziya Sahibi proqram təminatı yeniliklərinin təmin olunması, məhsul dəstəyi və Lisenziya Müqaviləsinə dair Sizə digər xidmətləri (əgər varsa) tənzimləmək üçün dövri olaraq toplanan texniki məlumatlar, cihazınız, sistem və proqram təminatı və ikinci dərəcəli texniki məlumatlar da daxil olmaqla, lakin onlarla məhdudlaşmayan bu məlumatları toplaya və onlardan istifadə edə bilər. Lisenziya Sahibi öz məhsullarının keyfiyyətini yaxşılaşdırmaq və ya Sizi xidmət və texnologiyalarla təmin etmək məqsədilə bu məlumatlardan Sizin şəxsiyyətinizi müəyyən etməyəcək şəkildə istifadə edə bilər.

c. Xitam. Lisenziya, Siz və ya Lisenziya Sahibi tərəfindən xitam verilənə qədər etibarlıdır. Bu lisenziya çərçivəsindəki hüquqlarınıza bu lisenziyanın şərtlərinə əməl etmədiyiniz halda Lisenziya Sahibi tərəfindən avtomatik şəkildə bildiriş verilmədən xitam veriləcək. Lisenziyanın xitamından sonra Siz Lisenziyalı Proqramın bütün istifadəsini dayandırmalı və onun tam və ya qismən bütün nüsxələrini məhv etməlisiniz.

d. Xidmətlər; Üçüncü Tərəf Materialları. Lisenziya Proqramı, Lisenziya Sahibi və/və ya üçüncü tərəfin xidmət və İnternet saytlarına çıxışa imkan verə bilər (birlikdə və fərdi olaraq “Xarici Xidmətlər”). Xarici Xidmətlərdən istifadə üçün İnternetə çıxış tələb edilir və belə Xidmətlərdən bəzilərinin istifadəsi Sizin əlavə şərtlər qəbul etmənizi tələb edir. iTunes Store Mağaza hesabı ilə əlaqədar bu proqram təminatından istifadə etməklə Siz iTunes Store-un ən son Qayda və Şərtləri və İstifadə Qaydalarına razı olursunuz. Bu qayda və şərtlərlə aşağıdakı sayt vasitəsilə tanış ola bilərsiniz: http://www.apple.com/legal/internet-services/itunes/ww/.

Xarici Xidmətlərin hər hansı birindən istifadə etməklə Siz başa düşürsünüz ki, məzmununun ədəbsiz dil kimi müəyyən edilməsinin mümkün olduğu və ya olmadığı təhqiramiz, ədəbsiz və ya mübahisəli hesab edilə bilən məzmunla rastlaşa bilərsiniz və müəyyən URL ünvanının hər hansı axtarışı və ya açılması mübahisəli materiala avtomatik və təsadüfi linklər və ya istinadlar yarada bilər. Bununla belə, Siz Xarici Xidmətləri öz məsuliyyətinizlə istifadə etməyə və təhqiramiz, ədəbsiz və ya mübahisəli sayıla bilən məzmun üçün nə Lisenziya Sahibi, nə də onun agentlərinin Sizin qarşınızda heç bir məsuliyyət daşımadığına razı olursunuz.

Müəyyən Xarici Xidmətlər üçüncü tərəflərdən məzmun, məlumatlar, proqramlar və ya materialları (“Üçüncü Tərəf Materialları”) nümayiş etdirə, daxil edə və ya onları qəbul edə bilər və ya müəyyən üçüncü tərəf saytlarına keçidlər göstərə bilər. Xidmətlərdən istifadə etməklə Siz razı olur və qəbul edirsiniz ki, nə Lisenziya Sahibi, nə də onun agentləri Üçüncü Tərəfin belə materialları və ya saytları ilə əlaqədar məzmun, düzgünlük, tamlıq, vaxtında görülən iş, etibarlılıq, müəllif hüquqlarına əməl etmə, leqallıq, ləyaqət, keyfiyyət və ya digər hər hansı aspektinin yoxlanması və ya qiymətləndirilməsinə görə məsuliyyət daşımır. Lisenziya Sahibi, onun agentləri, əməkdaşları, əlaqəli və törəmə şirkətləri hər hansı Xarici Xidmətləri, Üçüncü Tərəfin Materialları və ya İnternet saytları və ya digər istənilən material, məhsullar və üçüncü tərəf xidmətlərinə görə Sizə heç bir təminat vermir və ya Sizin qarşınızda heç bir öhdəlik və ya məsuliyyət daşımayacaq. Üçüncü Tərəfin Materialları və digər İnternet saytlarına keçidlər yalnız rahatlıq üçün Sizə təmin edilir.

Hər hansı Xarici Xidmət tərəfindən nümayiş etdirilən maliyyə məlumatları yalnız ümumi məlumat məqsədi üçündür və investisiya məsləhəti kimi etibar edilməməlidir. Xarici Xidmətlər vasitəsilə əldə edilən məlumatlara əsasən hər hansı qiymətli kağız sövdələşmələrini icra etməzdən əvvəl Siz ölkəniz və ya bölgənizdə maliyyə və ya qiymətli kağızlar üzrə hüquqi cəhətdən ixtisaslaşmış maliyyə və ya qiymətli kağızlar sahəsində təcrübəli bir peşəkarla məsləhətləşməlisiniz. Hər hansı App Mağazası Məhsulunun və ya Xarici Xidmətin üzərində göstərilən tibbi məlumat ümumi məqsədlidir və həkimlə məsləhətləşmədən tibbi diaqnostika və ya müalicə məqsədləri üçün istifadə edilməməlidir. App Mağazası Məhsulunda göstərilən məlumata etibar etməzdən əvvəl həkimlə məsləhətləşməlisiniz. Hər hansı Xarici Xidmət tərəfindən təmin edilən məkan məlumatları yalnız əsas naviqasiya məqsədləri üçündür və dəqiq məkan məlumatlarının lazım olduğu situasiyalar üçün və ya səhv, qeyri-düzgün, vaxtı gecikdirilmiş, yaxud məkanla əlaqədar natamam məlumatların ölüm, şəxsi xəsarət, yaxud əmlak və ətraf mühit zərərinə gətirib çıxaracağı hallar üçün nəzərdə tutulmamışdır. Nə Lisenziya Sahibi, nə də onun agentləri və ya onun məzmun provayderləri birja məlumatları, məkanla bağlı məlumatlar və ya hər hansı Xarici Xidmət tərəfindən nümayiş etdirilən hər hansı digər məlumatların mövcudluğu, düzgünlüyü, tamlığı, etibarlılığı, və ya vaxtında təmin edilməsinə görə təminatlar vermir.

Razı olursunuz ki, Xarici Xidmətlər Lisenziya Sahibi və/və ya onun agentləri və/və ya lisenziya alıcılarına aid özəl məzmun, məlumat və materialları əhatə edir və müəllif hüquqları da daxil olmaqla, lakin onlarla məhdudlaşdırılmadan müvafiq intellektual mülkiyyət haqqında və digər qanunlarla qorunur və hazırkı Standart EULA şərtlərinə zidd tərzdə və ya üçüncü tərəf və iTunes və ya Aplle-ın hər hansı intellektual mülkiyyət hüquqlarını pozan tərzdə belə özəl məzmun, məlumat və ya materiallardan istifadə etməyəcəksiniz. Xarici Xidmətlərin heç bir hissəsinin surətini heç bir şəkildə və ya heç bir yolla çıxarmaq olmaz. Siz heç bir tərzdə Xarici Xidmətlərə əsaslanan törəmə işləri dəyişdirmək, icarəyə vermək, kirayə götürmək, kreditə vermək, paylamaq və ya yaratmaq, hər hansı kompüter virusları, qurdları, troyan atları və ya digər zərərli proqram təminatını ötürmək və ya şəbəkə gücündən sui-istifadə etmək və ya endirmək məqsədilə Xarici Xidmətlərdən istifadə də daxil olmaqla, lakin bununla məhdudlaşmadan, hər hansı icazəsiz yolla Xarici Xidmətlərdən faydalanmayacaqsınız. Bundan əlavə, Siz hər hansı tərzdə hər hansı digər tərəfdən sui-istifadə etmək, onlara hədə-qorxu gəlmək, onları hörmətdən salmaq və ya hüquqlarını pozmaq üçün Xarici Xidmətlərdən heç bir tərzdə istifadə etməməyə və Lisenziya Sahibi və ya onun agentlərinin Sizin Xarici Xidmətlərdən istifadəniz zamanı məruz qala biləcəyiniz hər hansı sataşma, hədə-qorxu, böhtan, təhqir, hüquq pozuntusu və ya qeyri-qanuni məzmunlu mesajlara görə heç bir şəkildə məsuliyyət daşımadığına razı olursunuz.

Əlavə olaraq, Apple Cihazlarından məqbul ola bilən, nümayiş etdirilən və ya keçidi göstərilən Xarici Xidmətlər və Üçüncü Tərəf Materialları bütün dillərdə və ya bütün ölkə və ya bölgələrdə mövcud deyildir. Lisenziya Sahibi belə Xarici Xidmətlər və Materialların hər hansı konkret yerdə istifadəyə müvafiq və ya mövcud olması ilə əlaqədar heç bir bəyanat irəli sürmür. Belə Xarici Xidmət və Materiallardan istifadə etmək və girişi əldə etmək seçiminə gəldiyiniz halda, bunu Siz öz təşəbbüsünüzlə edə bilərsiniz və müvafiq qanunlara əlaqədar yerli qanunlar da daxil olmaqla, lakin onlarla məhdudlaşdırılmadan, əməl etmək Sizin məsuliyyətinizdir. Lisenziya Sahibi bildiriş vermədən istənilən zaman Xarici Xidmətləri dəyişdirmək, ləğv etmək, çıxarmaq və ya girişinə qadağa qoymaq hüququnu özündə saxlayır. Lisenziya Sahibi heç bir halda hər hansı belə Xarici Xidmətə girişin ləğv edilməsi və ya çıxarılmasına görə öhdəlik daşımır. Lisenziya Sahibi həmçinin hər hansı halda və bildiriş vermədən və ya öhdəlik daşımadan müəyyən Xarici Xidmətlərdən istifadəyə məhdudiyyətlər qoya bilər.

e. TƏMİNATIN OLMAMASI: SİZ AÇIQ-AYDIN QƏBUL EDİR VƏ RAZI OLURSUNUZ Kİ, LİSENZİYALI PROQRAMDAN İSTİFADƏ ÖZ MƏSULİYYƏTİNİZDİR VƏ QƏNAƏTBƏXŞ KEYFİYYƏT, İCRA, DÜZGÜNLÜK VƏ SƏYLƏRİN GÖSTƏRİLMƏSİ SİZİN MƏSULİYYƏTİNİZDİR. MÜVAFİQ QANUNUN YOL VERDİYİ MAKSİMUM HƏDDƏ LİSENZİYA PROQRAMI VƏ BU PROQRAMLA TƏMİN EDİLƏN HƏR HANSI XİDMƏT “OLDUĞU KİMİ” VƏ “MÜMKÜN HƏCM VƏ KEYFİYYƏTDƏ” BÜTÜN ÇATIŞMAZLIQLAR VƏ HƏR HANSI TƏMİNATLAR OLMADAN TƏMİN EDİLİR VƏ LiSENZİYA SAHİBİ, BUNUNLA SATILA BİLMƏ QABİLİYYƏTİ, KEYFİYYƏTİ, MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLILIĞI, DƏQİQLİYİ, RAHAT İSTİFADƏSİ, HABELƏ ÜÇÜNCÜ TƏRƏF HÜQUQLARINI POZMAMA NƏZƏRDƏ TUTULAN TƏMİNAT VƏ/VƏ YA ŞƏRTLƏRİ DƏ DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN, LİSENZİYALI PROQRAM VƏ İSTƏNİLƏN XİDMƏTƏ GÖRƏ AŞKAR, NƏZƏRDƏ TUTULAN VƏ YA QANUNLA TƏLƏB OLUNAN BÜTÜN TƏMİNATLARDAN İMTİNA EDİR. LİSENZİYA SAHİBİ SİZİN LİSENZİYALI PROQRAMDAN İSTİFADƏNİZƏ MÜDAXİLƏNİ, BU PROQRAMIN TƏMİN ETDİYİ XİDMƏTLƏRDƏ OLAN FUNKSİYALARIN TƏLƏBLƏRİNİZƏ CAVAB VERƏCƏYİNƏ, VƏ YA LİSENZİYALI PROQRAMIN FƏALİYYƏTİNİN VƏ YA XİDMƏTLƏRİN FASİLƏSİZ VƏ YA SƏHVSİZ OLACAĞINA VƏ YA LİSENZİYALI PROQRAMDA ÇATIŞMAZLIQLARIN DÜZƏLDİLƏCƏYİNƏ TƏMİNAT VERMİR. LİSENZİYA SAHİBİ VƏ YA ONUN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ TƏRƏFİNDƏN VERİLƏN ŞİFAHİ VƏ YA YAZILI MƏLUMATLAR TƏMİNAT TƏŞKİL ETMƏYƏCƏK. LİSENZİYALI PROQRAM VƏ YA XİDMƏTLƏRİN NÖQSANLI OLDUĞU AŞKAR EDİLƏRSƏ, SİZ BÜTÜN ZƏRURİ XİDMƏT, TƏMİR VƏ YA DÜZƏLİŞLƏRİN BÜTÜN XƏRCİNİ ÖZ ÜZƏRİNİZƏ GÖTÜRƏCƏKSİNİZ. BƏZİ YURİSDİKSİYALAR İSTEHLAKÇININ MÜVAFİQ QANUNİ HÜQUQLARI ÜZƏRİNDƏ MƏHDUDİYYƏTLƏR VƏ YA MÜTLƏQ ÖHDƏLİKLƏRİN İSTİSNA EDİLMƏSİNƏ YOL VERMİRLƏR, BUNA GÖRƏ DƏ YUXARIDAKI İSTİSNA VƏ MƏHDUDİYYƏTLƏR SİZƏ ŞAMİL EDİLMƏYƏ BİLƏR.

f. Məsuliyyətin Məhdudlaşdırılması. LİSENZİYA SAHİBİ SİZİN LİSENZİYALI PROQRAMDAN İSTİFADƏ ETMƏNİZDƏN VƏ YA EDƏ BİLMƏMƏNİZDƏN YARANAN VƏ YA ONUNLA ƏLAQƏDAR GƏLİR İTKİSİ, MƏLUMAT İTKİSİ, BİZNES MÜDAXİLƏSİ VƏ YA DİGƏR HƏR HANSI KOMMERSİYA ZƏRƏRİ DƏ DAXİL OLMAQLA, LAKİN ONLARLA MƏHDUDLAŞMADAN HƏR HANSI ƏLAQƏLİ, XÜSUSİ, DOLAYI VƏ YA NƏTİCƏLİ ZƏRƏR VƏ YA ŞƏXSİ XƏSARƏTƏ GÖRƏ, ONLARIN MÜMKÜNLÜYÜ BİLDİRİLSƏ BELƏ, MƏSULİYYƏT NƏZƏRİYYƏSİNDƏN ASILI OLMADAN (KONTRAKT, DELİKT, VƏ S.) QANUNLA QADAĞAN EDİLƏN HALLAR İSTİSNA OLMAQLA HEÇ BİR HALDA MƏSULİYYƏT DAŞIMAYACAQ. BƏZİ YURİSDİKSİYALAR ŞƏXSİ XƏSARƏT VƏ YA TƏSADÜFİ, YAXUD QƏSDƏN VURULMUŞ ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASINA YOL VERMİR, ONA GÖRƏ DƏ BU MƏHDUDİYYƏT SİZƏ ŞAMİL EDİLMƏYƏ BİLƏR. Lisenziya Sahibinin bütün zərərə görə Sizin qarşınızda ümumi öhdəliyi heç bir halda əlli dollar ($50.00) məbləğini ötüb keçə bilməz (şəxsi xəsarət haqqında müvafiq qanunla tələb edilən hal istisna olmaqla). Yuxarıda qeyd olunan məhdudiyyətlər hətta yuxarıda qeyd edilən müdafiə vasitəsi əsas məqsədini doğurmasa da tətbiq ediləcəkdir.

g. Siz Lisenziyalı Proqramın əldə olunduğu yurisdiksiyanın qanunları və ABŞ qanunları ilə yol verilən hallar istisna olmaqla Lisenziyalı Proqramdan istifadə edə və ya onu ixrac, yaxud yenidən ixrac edə bilməzsiniz. Lisenziyalı Proqram xüsusilə də, heç bir məhdudiyyət qoyulmadan (a) ABŞ-nın embarqo qoyduğu ölkələrə və ya (b) ABŞ Xəzinədarlıq Departamentinin Xüsusi Müəyyən Edilmiş Şəxslərin siyahısı və ya ABŞ Ticarət Departamentinin İnkar Edilmiş Şəxslər və ya Orqanlar siyahısındakı istənilən şəxsə ixrac və ya yenidən ixrac edilə bilməz. Lisenziyalı Proqramdan istifadə etməklə Siz hər hansı belə ölkədə və ya siyahıda olmadığınızı göstərir və buna təminat verirsiniz. Siz həmçinin bu məhsullardan nüvə, raket, kimyəvi və ya bioloji silahların hazırlanması, dizaynı, istehsalı da daxil olmaqla, lakin bunlarla məhdudlaşdırılmadan ABŞ qanunvericiliyi ilə qadağan olunan hər hansı məqsədlər üçün istifadə etməyəcəyinizə razı olursunuz.

h. Lisenziyalı Proqram və əlaqədar sənədlər həmin terminin 48 C.F.R. (Federal Qaydalar Məcəlləsi) §2.101-də “Kommersiya Kompüter Proqram Təminatı” və “Kommersiya Kompüter Proqram Təminatı Sənədlər”ində müəyyən edildiyi kimi “Kommersiya Məhsullarıdır”. Bu terminlər 48 C.F.R. §12.212 və ya 48 C.F.R. §227.7202-də müvafiq hallarda istifadə olunur. 48 C.F.R. §12.212 və ya 48 C.F.R. §227.7202-1-dən 227.7202-4-yə qədər müvafiq hallarda Kommersiya Kompüter Proqram Təminatı və Kommersiya Kompüter Proqram Təminatı Sənədləri (a) yalnız kommersiya əşyaları kimi və (b) burada göstərilən qayda və şərtlərə uyğun olaraq bütün digər son istifadəçilərə verilən həmin hüquqlarla ABŞ Hökuməti son istifadəçilərinə lisenziya verilir. Dərc olunmamış hüquqlar ABŞ-nın müəllif hüquqları qanunları çərçivəsində saxlanılır.

i. Azərbaycan Respublikasının qanunları bu lisenziyanı və Sizin Lisenziyalı Proqramdan istifadənizi tənzimləyir. Sizin Lisenziyalı Proqramdan istifadəniz digər yerli, dövlət, milli və ya beynəlxalq qanunların predmeti ola bilər.

IBOOKS STORE-UN ƏLAVƏ QAYDA VƏ ŞƏRTLƏRİ

IBOOKS STORE MƏHSULLARINA DAİR LİSENZİYA

Siz iBooks Store vasitəsilə iTunes-un Sizə mövcud məzmundan (“iBooks Store Məhsulları”) istifadə etmək lisenziyasını satdığını qəbul edirsiniz. iTunes-dan alındıqdan sonra həmin lisenziya Sizin iBooks Store Məhsulundan istifadənizi tənzimləyən, Sizlə iBooks Store Məhsulunun üçüncü tərəf nəşriyyatçısı (“Nəşriyyatçı”) arasında birbaşa öhdəlik müqaviləsini təşkil edir; iTunes həmin iBooks Store Məhsulu ilə münasibətdə Siz və Nəşriyyatçı arasında lisenziya tərəfi deyil; hər iBooks Store Məhsulunun Nəşriyyatçısı həmin mağaza məhsuluna dair istifadə qaydalarını tətbiq etmək hüququnu özündə saxlayır. Hər bir iBooks Store Məhsulunun Nəşriyyatçısı həmin mağazanın məhsuluna, içərisindəki məzmuna, hər hansı təminatlara və həmin mağaza məhsulu və ya Sizin həmin məhsuldan istifadənizlə əlaqədar Siz və ya digər hər hansı tərəfin hər hansı iddialarına görə tək məsuldur.

Siz razılaşırsınız ki, kompüter vasitəsilə alınan hər hansı iBooks Store Məhsulu istənilən kompüterdə görünməyəcək və yalnız müvafiq proqram təminatı ilə təchiz edilmiş iOS cihazında görünəcək.

IBOOKS STORE MƏHSULUNDAN İSTİFADƏ QAYDALARI

(i) Sizin iBooks Store Məhsullarından yalnız şəxsi, qeyri-kommersiya məqsədləri ilə istifadə etmək səlahiyyətiniz olacaq.

(ii) Siz iPad, iPod touch və ya iPhone kimi müəyyən iOS əsaslı cihazlarda eyni vaxtda beş müxtəlif hesaba qədər iBooks Store Məhsullarını saxlaya biləcəksiniz.

(iii) Siz istənilən zaman beş iTunes lisenziyalı cihazda iBooks Store Məhsullarını saxlaya biləcəksiniz.

(iv) iBooks Store Məhsullarının çatdırılması iBooks Store Məhsullarında hər hansı güzəştli istifadə hüquqlarını və ya iBooks Store Məhsullarını diskə köçürməklə əlaqədar hər hansı hüquqların Sizə ötürülməsini nəzərdə tutmur.

(v) Siz ən azı bir iTunes lisenziyalı cihazdan əl üsullu sinxron rejimə malik cihazlara iBooks Store Məhsullarını əl üsulu ilə sinxronlaşdıra bilərsiniz, bu şərtlə ki, iBooks Store məhsulu əsas iTunes lisenziyalı cihazda hesabla bağlı olsun. Burada əsas iTunes lisenziyalı cihaz iTunes-dan istifadə etməklə əsas olaraq müəyyənləşdirdiyiniz və ya ilk sinxronlaşdırdığınız cihazdır.

D. APPLE MUSIC-İN QAYDA VƏ ŞƏRTLƏRİ

SİZ VƏ İTUNES S.A.R.L. (bundan sonra "ITUNES") ARASINDA BAĞLANAN HAZIRKI HÜQUQİ MÜQAVİLƏ SİZİN APPLE MUSIC XİDMƏTİNDƏN VƏ ORADAN ƏLDƏ EDİLƏ BİLƏN HƏR HANSI FUNKSİYADAN (bundan sonra "APPLE MUSIC XİDMƏTİ") İSTİFADƏNİZİ TƏNZİMLƏYİR. APPLE MUSIC XİDMƏTİ iTunes sizə yalnız son istifadəçinin hazırkı Müqavilənin şərt və müddəalarına uyğun olaraq istifadəsi üçün nəzərdə tutulan rəqəmsal musiqi və digər məzmuna (“Apple Music Məhsulları”) giriş imkanı verən Apple Music Xidmətinin təminatçısıdır. APPLE MUSIC XİDMƏTİNİN İSTİFADƏSİ İLƏ ƏLAQƏDAR TƏLƏBLƏR Apple ID-nizin sizə təsdiq edilmiş təhsil müəssisəsinin xahişi ilə təmin edildiyi və ya valideyniniz, yaxud himayəçiniz tərəfindən Ailə Paylaşması funksiyasının bir hissəsi kimi müəyyən edildiyi hallar istisna olmaqla, Apple Music Xidməti yalnız ən azı 13 yaşa (və ya yerli qanuna uyğun olaraq ekvivalent minimal yaşa) çatmış (və ya yerli qanuna uyğun olaraq ekvivalent minimal yaşa) çatmış şəxslər tərəfindən istifadə edilə bilər. Yetkinlik yaşına çatmamış uşaqlar bu Müqaviləni valideyni və ya himayəçisi ilə birlikdə oxumalıdır ki, uşaq və onun valideyni və ya himayəçisi bu Müqaviləni anlasın. Biz şəxsi məlumatları 13, və ya müvafiq yurisdiksiyaya əsasən ekvivalent minimal yaşa çatmamış uşaqlardan təsdiq edilə bilən valideyn razılığı olmadan bilərəkdən toplamırıq, istifadə etmirik və ya açıqlamırıq. Valideynlər və himayəçilər həmçinin hər hansı uşağa xatırlatmalıdırlar ki, İnternetdə yad adamlarla ünsiyyət qurulması təhlükəli ola bilər və uşaqların Apple Music Xidmətindən istifadəsinə nəzarət etməli və onları qorumaq üçün müvafiq ehtiyat tədbirləri də görməlidirlər. Apple Music Xidmətindən ancaq Azərbaycan Respublikasında istifadə edə bilərsiniz. Siz Apple Music Xidmətindən göstərilən ərazidən kənarda istifadə etməməyə və ya istifadə etməyə çalışmamağa razılıq verirsiniz. iTunes sizin bu şərtə əmək etmənizi yoxlamaq üçün müvafiq texnologiyadan istifadə edə bilər. Apple Music Xidmətindən istifadə etmək üçün uyğun gələn avadanlıq, İnternetə çıxış və müəyyən proqram təminatı tələb olunur; dövri yeniləmələr tələb oluna bilər; və Xidmətdən istifadə bu amillərin təsirinə məruz qala bilər. Yüksək sürətli İnternet müntəzəm istifadə üçün məsləhət görülür, videolar üçün isə tələb edilir; İnternetə çıxış və ya mobil məlumatların ötürülməsi ilə əlaqədar ödənişlər tətbiq edilə bilər.

iOS 8.4, iTunes 12.2 və ya Android 4.1 və ya daha sonrakı versiyaları tələb edir.

Zəruri proqram təminatının ən son versiyası məsləhət görülür və bir sıra əməliyyatlar və ya funksiyalardan istifadə üçün tələb oluna bilər.

Siz vaxtaşırı dəyişə bilən bu tələblərə riayət olunması öhdəliyinin sizin üzərinizə düşməsi ilə razılaşırsınız. SİZİN APPLE MUSIC HESABINIZ

Apple Music Xidmətinin qeydə alınmış istifadəçisi kimi siz iTunes Store-un Qayda və Şərtlərinin "Sizin Hesabınız" bəndində göstərilmiş şərtlərinə uyğun olaraq Hesab yarada bilərsiniz.

Apple Music Xidmətinin müəyyən funksiyalarından istifadə etmək üçün siz Apple İD-ni və şifrənizi daxil etməklə, ya da Touch ID-dən istifadə etməklə Hesabınızın eyniliyini təsdiq (autentifikasiya) etməlisiniz.

Siz Apple Music Xidməti üçün qeydiyyatdan keçərkən və ondan istifadə edən müddətdə dəqiq və düzgün iTunes Qeydiyyat Məlumatlarını təmin etməyə razılaşırsınız.

iTunes sizin Apple Music Xidmətindən istifadəniz haqqında məlumatı kitabda qeydiyyata salır.

Bu məlumata sizin dinlədiyiniz Apple Music Məhsulları (ötürməniz və ya dayanmanız da daxil olmaqla) və dinləmə sessiyanızın müddəti də daxildir, lakin bununla məhdudlaşmır. iTunes həmçinin İP ünvanı, cihaz növü, əməliyyat sistemi versiyası və növü və unikal cihaz identifikatorları kimi cihaz məlumatlarını da toplaya bilər.

Sizin iTunes üçün təmin etdiyiniz hər hansı musiqi tərcihi məlumatı da Hesabınızla əlaqədar saxlanacaq. iTunes bu məlumatlardan Apple Music Xidmətini təmin etmək, Sizə şəxsi istifadəyə uyğunlaşdırılmıAş tövsiyələr vermək, lisenziya sahiblərinə hesabatlar vermək və müəllif qonorarları ödəmək, Apple Music Xidməti də daxil olmaqla Apple məhsul və Xidmətlərini fərdiləşdirmək və təkmilləşdirmək, müvafiq reklam təmin etmək, saxtakarlıq hallarına qarşı müdafiə etmək və bu Müqaviləni icra etmək kimi məqsədlərlə istifadə edəcək. Apple Music Xidmətindən istifadə etməklə siz iTunes və onun törəmə şirkət və agentlərinin bu məlumatları yuxarıda qeyd edilmiş və http://www.apple.com/legal/privacy/ ünvanında göstərilən Apple Məxfilik Siyasətinə müvafiq olaraq icazə verilmiş digər məqsədlər üçün ötürməsinə, toplamasına, saxlamasına, işləməsinə və istifadə etməsinə razılıq verirsiniz.

APPLE MUSIC ABUNƏÇİLİYİ

Siz Apple Music Xidmətinə abunəçilik (bundan sonra "Apple Music Abunəçiliyi") alsanız, iTunes onun haqqını siz avtomatik yenilənməni qeyri-aktivləşdirənə qədər sizin Apple İD-niz ilə əlaqədar ödəniş üsulundan və ya sizin Ailə Paylaşması Təşkilatçınızın hesabı ilə əlaqədar ödəniş üsulundan avtomatik olaraq çıxacaq. Siz cihaz və ya kompüterinizin Hesab Parametrləri menyusunda və ya cihazınızdakı Parametrlər proqramında Apple Music Abunəçiliyinizin avtomatik yenilənməsini istənilən vaxt söndürə bilərsiniz. Avtomatik yenilənməni söndürsəniz, sizin Apple Music Abunəçilik müddətinizin qalan vaxtı ərzində Apple Music Xidmətinə girişiniz olmaqda davam edəcək.

Apple Music Abunəçilik müddətiniz başa çatdıqda, siz Apple Music Xidməti vasitəsilə giriş əldə edilə bilən və ya cihazınızda saxlanan Apple Music Məhsullarına və iCloud Music Library-də saxlanan istənilən mahnıya girişin də daxil olduğu, lakin onunla məhdudlaşmadan, Apple Music Xidmətinin Apple Music Abunəçiliyi tələb edən hər hansı funksiyasına girişinizi itirəcəksiniz.

Apple Music Abunəçilik alışları qətidir.

Müvafiq abunə haqqı ödəniş üsulunuzdan cari Apple Music Abunəçilik dövrünün bitməsinə maksimum 24 saat vaxt qalmış tutulacaqdır.

Apple Music Abunəçiliyinə ailə məzənnəsi ilə (mümkün hallarda) münasib olmaq üçün, siz Ailə Paylaşmasına abunə olmalısınız.

Əgər siz Ailə Təşkilatçısısınızsa, iTunes-un onun haqqını avtomatik yenilənmə müfaviq Ailə üzvünün cihazında və ya kompüterində qeyri-aktivləşdirilənə qədər sizin ödəniş üsulundan və ya sizin Ailə Paylaşması Təşkilatçınızın hesabı ilə əlaqədar ödəniş üsulundan avtomatik olaraq çıxacağı ilə razılaşırsınız.

SİZ BÜTÜN APPLE MUSİC ABUNƏÇİLİYİ ÖDƏNİŞLƏRİNİ VAXTINDA ÖDƏMƏK VƏ ITUNES-U ETİBARLI ÖDƏNİŞ ÜSULU İLƏ TƏMİN ETMƏK ÜZRƏ ÖHDƏLİK DAŞIYIRSINIZ. Əgər iTunes ödəniş üsulunuzdan zəruri Apple Music Abunəçiliyi ödənişlərini müvəffəqiyyətlə çıxa bilməzsə, iTunes sizin Apple Music Abunəçiliyinizi ləğv etmək hüququnu özündə saxlayır.

Apple Music Abunəçiliyiniz ləğv edilərsə, siz Apple Music Xidmətinin Apple Music Abunəçiliyi tələb edən hər hansı funksiyasına girişinizi itirəcəksiniz.

Əgər siz fərqli bir ödəniş üsulunu təyin etmək istəyirsinizsə, və ya sizin ödəniş üsulu statusunuzda dəyişiklik varsa, bu məlumatı öz cihazınızdakı və ya kompüterinizdəki Hesab Parametrləri menyusunda dəyişməlisiniz; bu, iTunes sizin yeni ödəniş məlumatınızı təsdiq etdiyi müddət ərzində sizin Apple Music Xidmətinə girişinizi müvəqqəti olaraq poza bilər.

Biz sizin Apple Music Abunəçiliyinizin avtomatik yenilənməyəcəyi və ya ləğv ediləcəyi də daxil olmaqla, lakin onlarla məhdudlaşmayan səbəblərdən sizin Hesabınız və ya hər hansı Apple Music Xidməti funksiyanızla əlaqədar sizinlə e-poçt vasitəsilə əlaqə saxlaya və ya sizə bildirişlər göndərə bilərik.

Mümkün hallarda sizə kuryeriniz vasitəsilə Apple Musiqi Abunəçiliyi ("Kuryer Abunəçiliyi") təklif edilə bilər.

Əgər Kuryer Abunəçiliyi alsanız, kuryeriniz Apple Music Abunəçiliyinin dəyərini sizdən çıxacaq.

Sizin kuryerlə münasibətiniz bu Müqavilə ilə deyil, kuryerin şərt və qaydaları ilə tənzimlənir və Kuryer Abunəçiliyi ilə əlaqədar hər hansı münaqişə iTunes-a deyil, sizin kuryerinizə yönləndirilməlidir.

Apple Music Xidmətindən istifadə etməklə siz razılaşırsınız ki, kuryeriniz sizin kuryer hesabı məlumatınızı, telefon nömrənizi və abunəçilik məlumatınızı iTunes-la mübadilə edə və iTunes bu məlumatdan sizin Kuryer Abunəçiliyinizin statusunu müəyyənləşdirmək üçün istifadə edə bilər.

ICLOUD MUSIC LIBRARY

iCloud Music Library funksiyası Apple İD ilə sistemə daxil olan Apple Music Xidməti abunəçiləri tərəfindən istifadə edilə bilər. iCloud Music Library iTunes Mağazasından alınmış mahnı və musiqi videolarını, o cümlədən, əlaqədar metaməlumatları, pleylistləri və Apple Music-in aktivləşdirilmiş olduğu digər cihazlarınızdan digər məlumatları saxlayır və sizin onlara uzaqdan çıxış əldə etmənizə icazə verir. Apple Music Xidmətinə abunə olursunuzsa, iCloud Music Library avtomatik aktivləşdirilir.

Əlavə cihazlarda Apple Music Xidmətinə daxil olduğunuz zaman iCloud Music Library-ni aktivləşdirməniz tələb olunacaq.

Siz öz cihazınızda Apple Music parametrlərində və kompüterinizdəki iTunes Ümumi Tərcihlərində iCloud Music Library-ni aktivləşdirə bilərsiniz.

Siz iCloud Music kitabxanasında 25,000-ə qədər mahnını saxlaya bilərsiniz. iTunes Store-dan alınan mahnılar bu limitə daxil deyil.

Müəyyən meyarlara cavab verməyən və ya kompüteriniz üçün icazə verilməyən mahnılar iCloud Music Library-yə uyğun gəlmir.

Apple Music Abunəçiliyiniz sona çatdıqda, siz iCloud Music Library-nizdə saxlanan məzmuna daxil ola bilməyəcəksiniz, lakin Tunes Store-dan əvvəllər alınan mahnıları iTunes Store-un Qayda və Şərtlərinin "Avtomatik çatdırma və əvvəlki alınanların yüklənməsi" bəndində göstərildiyi kimi və bu bəndin şərtlərinə uyğun olaraq yükləyə bilərsiniz.

Siz bununla razılaşırsınız ki, iCloud Music Library-dən yalnız qanuna uyğun olaraq əldə etdiyiniz məzmun üçün istifadə edəcəksiniz.

Qeyri-qanuni məzmundan hər hansı növ istifadə digər şəxslərin hüquqlarını pozur və sizi mülki və ya cinayət xarakterli sanksiyalara, o cümlədən müəlliflik hüquqlarının pozulmasına görə ziyanın pul şəklində ödənilməsi öhdəliyinə məruz qoya bilər.

Siz Apple Music Abunəçiliyinizi qurarkən və ya iCloud Music Library-ni aktivləşdirərkən, Apple Music Xidməti cihazınızdakı və ya kompüterinizdəki mahnı fayllarını skanlayacaq və Music Library-nizdə informasiya daşıyıcılarının müəyyənləşdirilməsi üçün istifadə edilə bilən digər məlumatları, məsələn, mahnıların, mahnı ifaçılarının adlarını və ya mahnların müddətlərini toplayacaq. iCloud Music Library bu məlumatdan hazırda Apple Music Xidmətində mövcud olan mahnıları müəyyənləşdirmək üçün istifadə edəcək və müəyyənləşdirilmiş mahnıları sizə Apple Music Xidmətində həmin an mövcud olan formatda təqdim edəcək.

Cihazınızda müəyyən edilməmiş mahnılar yerli saxlama məkanında qalacaq, kompüterinizdə müəyyən edilməmiş mahnılar isə iCloud Music Library-yə eyni formatla və ya iTunes tərəfindən müəyyən edilmiş formatda yüklənir.

Siz öz Apple Music Abunəçiliyinizi quraşdırmazdan və ya iCloud Music Library-ni aktivləşdirməzdən əvvəl Music Library-nizin ehtiyat nüsxəsini saxlamalısınız.

Apple iCloud Music Library ilə əlaqədar itirilən məzmun üçün heç bir öhdəlik daşımır. iCloud Music Library məzmun üçün ehtiyat nüsxənin anbarı kimi istifadə edilməməlidir. iTunes yüklənən məzmunun növlərini (məsələn, həddən böyük faylları) məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

Müəyyən edilən və ya yüklənən mahnılar və əlaqədar metaməlumatlarz sizin öz Hesabınızla daxil olduğunuz və iCloud Music Library üçün aktivləşdirilmiş Apple Music-ə uyğun gələn cihazdan çıxış əldə etmək olacaq. Siz öz Apple Music Abunəçiliyinizi qurarkən və ya iCloud Music Library-ni aktivləşdirərəkən, iTunes sizin ifa etdiyiniz, dayandırdığınız və ya buraxdığınız treklər, istifadə etdiyiniz cihazlar və oxutmanın zamanı və müddəti kimi məlumatları sistemə daxil edir.

iCloud Music Library-dən istifadə etməklə siz iTunes və onun törəmə şirkət və agentlərinin bu məlumatları, həmçinin sizin iCloud Music Library-dən istifadə məlumatlarınızı ötürməsinə, toplamasına, saxlamasına, işləməsinə və istifadə etməsinə, lisenziya sahiblərinə hesabatlar verməyə və müəllif qonorarları ödəməyə, o cümlədən, Apple Music funksiya və xidmətlərini və digər Apple məhsul və xidmətlərini http://www.apple.com/legal/privacy/ ünvanında göstərilən Apple Məxfilik Siyasətinə müvafiq digər formada təmin etməyə və təkmilləşdirməyə razılıq verirsiniz.

APPLE MUSIC XİDMƏTİNƏ TƏQDİMATLAR

Apple Music Xidmətinin ictimaiyyət üçün açıq olduğu və ictimaiyyət tərəfindən göründüyü ərazilərdə Apple Music Xidməti sizə (sizin adınız, şəkliniz, məzmununuz, məlumatlarınız və üçüncü şəxslərin məzmunu da daxil olmaqla, lakin onlarla məhdudlaşmayan) materiallar təqdim etməyə şərait yaradan interaktiv imkanlar təklif edə bilər.

Razı olursunuz ki, təqdim etdiyiniz materiallar daxil olmaqla bu xüsusiyyətlərdən hər hansı şəkildə istifadəniz Sizin tək məsuliyyətiniz olacaq, hər hansı digər tərəfin hüquqlarını və hər hansı qanunları pozmayacaq, qeyri-qanuni istifadəyə töhfə verməyəcək və ya pozuntunu həvəsləndirməyəcək, və yaxud ədəbsiz, mübahisəli və ya münaqişəli olmayacaq.

Siz həmçinin bu cür materiallar və onların paylaşdırılması ilə əlaqədar bütün zəruri hüquq və lisenziyaları əldə etməyinizə razı olursunuz.

Siz Apple Music Xidməti üzrə hər hansı materialları təqdim etməyinizlə əlaqədar düzgün və tam məlumatları təmin etməyə razı olursunuz.

Siz bununla özünüzə hər hansı kompensasiya və ya öhdəlik tələb etmədən Apple Music Məhsulları ilə əlaqədar və Apple Music Xidmətinin bir hissəsi kimi bu cür materiallardan istifadə etmək üçün iTunes-u dünya miqyaslı, qonorarsız, qeyri-eksklüziv lisenziya ilə təmin etmiş olursunuz. iTunes hər hansı material yerləşdirməmək və ya dərc etməmək, bildiriş vermədən və ya öhdəlik daşımadan öz ixtiyarında olan hər hansı materialı istənilən zaman ləğv və ya redaktə etmək hüququnu özündə saxlayır.

iTunes hazırkı Müqavilənin hər hansı fərz edilən və ya aşkar pozuntusunu tədqiq etmək üçün tərəfinizdən təqdim edilən və ya Apple Music Xidmətində olan hər hansı materialı monitorinq etmək və Apple Müəllif Hüquqları Siyasəti çərçivəsində məhdudiyyət qoymadan ləğvetmə də daxil olmaqla müvafiq hesab etdiyi istənilən tədbiri görmək öhdəliyini deyil, hüququnu özündə saxlayır (http://www.apple.com/legal/copyright.html).

APPLE MUSIC TƏQDİMATLARININ DİREKTİVLƏRİ

Apple Music Xidmətinə təqdim edilən məzmun vaxtaşırı olaraq yenilənə bilən aşağıdakı direktivlərlərlə ("DİREKTİVLƏR") idarə edilir.

Əgər siz Apple Music Xidmətinə bu Direktivlərə uyğun gəlməyən məzmunun təqdim edildiyiniz görsəniz, zəhmət olmasa, Problemin Xəbər Verilməsi funksiyasından istifadə edin.

Siz Apple Music Xidmətindən aşağıdakı məqsədlər üçün istifadə edə bilməzsiniz:

- qeyri-qanuni, sataşma, hədə-qorxu, böhtan, şər, sui-istifadə, zorakı xarakterli, nalayiq, ədəbsiz, başqasının məxfiliyinə xələl gətirən, nifrət dolu, irqi və ya etnik cəhətdən təhqiramiz və ya digər şəkildə xoşagəlməz olan məzmun da daxil olmaqla, lakin onlarla məhdudlaşmayan mübahisəli, təhqiramiz və ya zərərli məzmun yerləşdirmək;

- subyektin icazəsi olmadan götürülən və ya paylaşdırılan telefon nömrələri, ünvanlar, ödəniş məlumatları və ya fotoşəkil, yaxud videolar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan şəxsi, özəl və ya məxfi məlumatlar yerləşdirmək;

- azyaşlıdan şəxsi məlumatlar xahiş etmək;

- özünüzü digər şəxs, ifaçı, qurum, digər Apple Music istifadəçisi, Apple əməkdaçı, və ya mülki, yaxud hökümət rəhbəri kimi yalandan təqdim etmək, və ya hər hansı bir şəxs, yaxud qurumla əlaqənizi yanlış təqdim etmək (iTunes sizin kimliyinizin təqlidi və ya yalandan təqdimi, yaxud digər bir şəxsin adının və ya kimliyinin qanunsuz mənimsənilməsi hesab edilə bilən hər hansı Apple İD, istifadəçi adı, istifadəçinin direktoriya nişanı və ya digər identifikatoru istənilən zaman öz iradəsi ilə rədd etmək, yenidən tələb etmək, dəyişdirmək və ya bloklamaq hüququnu özündə saxlayır);

- (sizin sahib olmadığınız və ya yerləşdirmək icazənizin olmadığı məzmunun yerləşdirilməsi də daxil olmaqla) müəllif hüquqları və ya digər əqli mülkiyyətin pozuntusu ilə məşğul olmaq və ya məxfilik, işəgötürmə və ya gizlilik müqaviləsini pozaraq hər hansı ticarət sirrini və ya məxfi məlumatı açıqlamaq;

- tələb edilməmiş və ya icazə verilməmiş reklam, reklam materialları və ya informativ elanlar da daxil olmaqla, lakin onlarla məhdudlaşdırılmayan spam xarakterli məlumatları yerləşdirmək və ya ötürmək; - hər hansı qeyri-qanuni fəaliyyəti planlaşdırmaq və ya onunla məşğul olmaq.

MƏHSULUN MÖVCUDLUĞU

iTunes və onun lisenziya sahibləri bildiriş vermədən istənilən zaman Apple Music Xidmətinin bir hissəsini təşkil edən hər hansı Apple Music Məhsullarını, məzmununu və ya digər materialları dəyişdirmək, ləğv etmək, kənarlaşdırmaq və ya onlara çıxışı dayandırmaq hüququnu özündə saxlayırlar.

iTunes heç bir halda bu dəyişikliklərə görə məsuliyyət daşımayacaq. iTunes həmçinin istənilən vaxt, heç bir bildiriş təqdim etmədən və məsuliyyət daşımadan, Apple Music Xidmətinin müəyyən xüsusiyyətlərindən və ya hissələrindən istifadəyə və ya girişə məhdudiyyətlər qoya bilər.

MƏZMUNDAN İSTİFADƏ

Siz razılaşırsınız ki, Apple Music Xidmətinə Sizin Apple Music Məhsullarından istifadənizi məhdudlaşdıran təhlükəsizlik texnologiyası daxildir və Apple Music Məhsullarının bu texnologiya ilə məhdudlaşdırılıb-məhdudlaşdırılmamasından asılı olmayaraq, Siz iTunes və lisenziya sahiblərinin müəyyən etdiyi müvafiq istifadə qaydalarına (“İstifadə Qaydaları”) uyğun olaraq Apple Music Məhsullarından istifadə edəcəksiniz və Apple Music Məhsullarının hər hansı digər istifadəsi müəllif hüquqlarının pozuntusunu təşkil edə bilər.

Hər hansı təhlükəsizlik texnologiyası Apple Music Məhsullarının ayrılmaz tərkib hissəsidir. iTunes istənilən vaxt Apple Music İstifadə Qaydalarında dəyişiklik etmək hüququnu özündə saxlayır.

Siz hər hansı səbəbdən bu Apple Music İstifadə Qaydalarına aid hər hansı təhlükəsizlik texnologiyasını pozmamağa, tərsinə və ya yenidən qurmamağa, sökməməyə və ya zərər vurmamağa, bütün bunları etməyə cəhd göstərməməyə və ya başqa şəxsin bunları etməsinə kömək göstərməməyə razı olursunuz.

iTunes Apple Music İstifadə Qaydalarına riayət etmək məqsədilə onlara nəzarət və monitorinq edə bilər və iTunes sizə bildiriş vermədən Apple Music İstifadə Qaydalarını icra etmək hüququnu özündə saxlayır.

Siz Apple Music Xidmətinə giriş üçün iTunes tərəfindən təmin edilən proqram təminatından başqa vasitə ilə Apple Music Xidmətinə daxil olmamağa razı olursunuz.

Siz Sizə icazə verilməyən Hesaba daxil ola və ya daxil olmaya cəhd göstərə bilməzsiniz.

Siz Apple Music Xidmətinə icazəsiz girişin əldə edilməsi də daxil olmaqla hər hansı məqsədlər üçün proqram təminatını istənilən şəkildə və ya tərzdə dəyişdirməməyə və onun dəyişdirilmiş versiyalarından istifadə etməməyə razı olursunuz.

Sistemin və ya şəbəkə təhlükəsizliyinin pozulması mülki və ya cinayət məsuliyyətinə cəlb olunmaqla nəticələnə bilər.

APPLE MUSIC İSTİFADƏ QAYDALARI

- Sizin Apple-in icazə verdiyi hallar istisna olmaqla, Apple Music Məhsullarından yalnız şəxsi, qeyri-kommersiya məqsədləri ilə istifadə etmək səlahiyyətiniz olacaq.

- Sizə Apple Music Xidmətindən öz Hesabınızla əlaqələndirilmiş on cihazda istifadə etmək icazəsi veriləcək ki, bunlardan da yalnız beşi kompüter ola bilər. Fərdi Apple Music Abunəçiliyi sizə Apple Music Məhsullarını eyni zamanda yalnız bir cihaza yayımlamaq imkanı verir; ailə Apple Music Abunəçiliyi isə sizə və Ailə üzvlərinizə Apple Music Məhsullarını eyni zamanda altıya qədər cihaza yayımlamaq imkanı verir.

- Sizin Apple Music Məhsullarını diskə yazmaq hüququnuz olmayacaq.

- Apple Music Xidmətinin və ya Apple Music Məhsullarının təminatı sizə Apple Music Xidmətindən və ya Apple Music Məhsullarından hər hansı kommersiya və ya reklam məqsədilə istifadə etmək hüququnu vermir.

ÜÇÜNCÜ TƏRƏF MATERİALLARI

Apple Music Xidməti vasitəsilə müəyyən Apple Music Məhsulları, məzmunu və xidmətlərinə üçüncü tərəflərin materialları daxil ola bilər. iTunes Sizin rahatlığınız üçün üçüncü tərəf İnternet saytlarına linklər təmin edə bilər.

Siz iTunes-un məzmun və ya düzgünlüyü yoxlamağa və ya qiymətləndirməyə görə məsuliyyət daşımadığına və hər hansı üçüncü tərəf materialları, İnternet saytları, məhsulları və ya xidmətlərinə görə öhdəlik və ya məsuliyyət daşımadığına razı olursunuz.

Siz istənilən üçüncü tərəf materiallarından hər hansı digər tərəfin hüquqlarının pozulmasına gətirib çıxaracaq tərzdə istifadə etməməyə və iTunes-un tərəfinizdən bu cür istifadəyə görə heç bir şəkildə məsuliyyət daşımadığına razı olursunuz.

MÜBAHİSƏLİ MATERİAL

Siz Apple Music Xidmətindən istifadə etməklə təhqiramiz, ədəbsiz və ya mübahisəli hesab edə biləcəyiniz materialla rastlaşa biləcəyinizi və belə məzmunun aydın ifadə edilmiş material kimi müəyyən edilə və edilməyə bildiyini başa düşürsünüz.

Siz Apple Music Xidmətindən yalnız öz riskinizə əsasən istifadə etməyə və iTunes-un təhqiramiz, ədəbsiz və ya mübahisəli materiala görə sizin qaşınızda heç bir məsuliyyət daşımayacağı ilə razılaşırsınız.

Apple Music Məhsul növləri və təsvirləri rahatlıq üçün təqdim edilir və siz iTunes-un onların düzgünlüyünə zəmanət verməməsi ilə razılaşırsınız.

ƏQLİ MÜLKİYYƏT

Siz razılaşırsınız ki, Apple Music Xidmətinin tərkibinə Apple Music Məhsulları, qrafik təsvirlər, istifadəçi interfeysi, audio, video kliplər, mətbu nəşrlər və əlyazmalar və Apple Music Xidmətini icra etmək üçün istifadə edilən proqram təminatı da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, iTunes və/və ya onun lisenziya sahiblərinin sahib olduğu şəxsi məlumat və materiallar daxildir və Apple Music Xidməti müəlliflik hüququ da daxil olmaqla, lakin onunla məhdudlaşmadan, müvafiq əqli mülkiyyət və digər qanunlarla qorunur.

Siz həmin mülkiyyət məlumatı və materiallarından Apple Music Xidmətindən hazırkı Müqaviləyə uyğun istifadə məqsədləri istisna olmaqla, heç bir digər şəkildə istifadə etməyəcəyinizə razı olursunuz.

Hazırkı şərtlərdə aydın göstərilən hallar istisna olmaqla, Apple Music Xidmətinin heç bir hissəsi hər hansı forma və üsulla yenidən hasil edilə bilməz.

Siz törəmə işləri Apple Music Xidmətinə əsasən heç bir tərzdə dəyişdirməməyə, icarəyə, kirayəyə verməməyə, satmamağa, paylamamağa və ya yaratmamağa, həmçinin, şəbəkə gücündən sui-istifadənin və ya onun yükləndirilməsinin də daxil olduğu, lakin onlarla məhdudlaşdırılmayan heç bir icazəsiz yolla Apple Music Xidmətindən istifadə etməyəcəyinizə razılaşırsınız.

(Məzmunun toplanması, elanlar, digər İnternet resurslarına keçidlər və bu resursların təsvirləri də daxil olmaqla) Apple Music Xidməti və müvafiq proqram təminatı ilə əlaqədar bütün müəllif hüquqları qanunla bütün hüquqları özündə saxlayan iTunes-a və/və ya onun lisenziya sahiblərinə mənsubdur.

HAZIRKI MÜQAVİLƏDƏ YOL VERİLƏN APPLE MUSİC XİDMƏTİNDƏ İSTİFADƏ İSTİSNA OLMAQLA, PROQRAM TƏMİNATININ VƏ YA APPLE MUSİC XİDMƏTİNİN HƏR HANSI BİR HİSSƏSİNİN İSTİFADƏSİ QƏTİ QADAĞAN EDİLİR, DİGƏRLƏRİNİN ƏQLİ MÜLKİYYƏT HÜQUQLARINI POZUR VƏ SİZİ MÜƏLLİF HÜQUQLARININ POZUNTUSUNA GÖRƏ MÜMKÜN MADDİ ZİYANLAR DA DAXİL OLMAQLA MÜLKİ VƏ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDƏ BİLƏR.

Apple Music Xidmətinin etibarlı istifadəçisi kimi sizə hər hansı cihazda saxlanılan musiqi üçün müəyyən albom örtüyü endirməyə məhdud imkan yaradıla bilər.

Bu cür imkan yalnız rahatlıq üçün təqdim edilir və iTunes həmin albom örtüklərinə və ya sizin onlardan istifadənizə görə heç bir məsuliyyət və ya öhdəlik daşımır və bununla əlaqədar heç bir zəmanət təmin etmir.

Siz albom örtüyünə yalnız Apple Music Xidməti ilə əlaqədar çıxış əldə edə bilərsiniz.

Albom örtüyü yalnız şəxsi və qeyri-kommersiya məqsədləri ilə istifadə üçün təmin edilir.

Siz albom örtüyündən bu Müqaviləni və ya hər hansı digər tərəfin hüquqlarını pozacaq tərzdə istifadə etməməyə və iTunes-un tərəfinizdən bu cür istifadəyə görə heç bir şəkildə məsuliyyət daşımadığına razı olursunuz.

XİTAM VERMƏ

Əgər Siz hazırkı Müqavilənin hər hansı müddəalarına əməl etməsəniz və ya iTunes-da bununla əlaqədar şübhə yaranarsa, iTunes öz ixtiyarı ilə, Sizə heç bir bildiriş vermədən və Hesabınızla əlaqədar bütün məbləğlər üzrə öhdəliyinizi ləğv etmədən:

(i) hazırkı Müqaviləni və/və ya Sizin Hesabınıza xitam verə; və/və ya (ii) proqram təminatına lisenziyanı ləğv edə; və/və ya (iii) Apple Music Xidmətinə (və ya onun hər hansı bir hissəsinə) girişə qadağa qoya bilər.

ZƏMANƏTLƏRDƏN İMTİNA; ÖHDƏLİK MƏHDUDİYYƏTLƏRİ

ITUNES SİZİN APPLE MUSİC XİDMƏTİNDƏN İSTİFADƏNİZİN FASİLƏSİZ VƏ YA SƏHVSİZ OLACAĞINI TƏMİN, TƏMSİL ETMİR VƏ YA ZƏMANƏT VERMİR VƏ SİZ RAZILAŞIRSINIZ Kİ, ITUNES VAXTAŞIRI OLARAQ, SİZƏ BİLDİRİŞ VERMƏDƏN, APPLE MUSIC XİDMƏTİNİ QEYRİ-MÜƏYYƏN MÜDDƏTƏ ARADAN QALDIRA VƏ YA LƏĞV EDƏ BİLƏR.

SİZ APPLE MUSİC XİDMƏTİNDƏN İSTİFADƏ EDƏ BİLMƏNİZİN VƏ YA BİLMƏMƏNİZİN ÖZ RİSKİNİZLƏ HƏYATA KEÇİRİLDİYİNƏ AÇIQCA RAZI OLURSUNUZ.

APPLE MUSIC XİDMƏTİ VƏ VƏ SİZƏ ONUN VASİTƏSİLƏ ÇATDIRILAN BÜTÜN MƏHSUL VƏ XİDMƏTLƏR (ITUNES TƏRƏFİNDƏN AÇIQCA BƏYAN EDİLƏNLƏR İSTİSNA OLMAQLA) SİZİN TƏRƏFİNİZDƏN “OLDUĞU KİMİ” VƏ “MÖVCUD OLDUQCA” İSTİFADƏ ÜÇÜN, MƏHSULUN MÜƏYYƏN MƏQSƏD ÜÇÜN KOMMERSİYA KEYFİYYƏTİ VƏ YA YARARLILIĞI, MÜLKİYYƏT HÜQUQU VƏ ƏQLİ MÜLKİYYƏT HÜQUQUNUN POZULMAMASI ZƏMANƏTLƏRİ DƏ DAXİL OLMAQLA HƏR HANSI MÖVCUD VƏ YA NƏZƏRDƏ TUTULAN ZƏMANƏT OLMADAN TƏMİN EDİLİR.

BƏZİ YURİSDİKSİYALAR NƏZƏRDƏ TUTULAN TƏMİNATIN İSTİSNA EDİLMƏSİNƏ İCAZƏ VERMƏDİKLƏRİNDƏN, BU TƏMİNATIN YUXARIDAKI İSTİSNASI SİZƏ ŞAMİL EDİLMƏYƏ BİLƏR.

İTUNES, ONUN DİREKTORLARI, VƏZİFƏLİ ŞƏXSLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI VƏ LİSENZİYA SAHİBLƏRİ HEÇ BİR HALDA HƏR HANSI MƏZMUNDA VƏ YA APPLE MUSİC MƏHSULLARINDA BURAXMA VƏ YA XƏTA, YAXUD APPLE MUSİC XİDMƏTİNDƏ YERLƏŞDİRİLƏN, ONUN VASİTƏSİLƏ ÖTÜRÜLƏN VƏ YA DİGƏR FORMADA TƏQDİM EDİLƏN HƏR HANSI MƏHSULUN VƏ YA APPLE MUSIC MƏHSULLARININ İSTİFADƏSİ NƏTİCƏSİNDƏ YARANAN İTKİ VƏ YA ZƏRƏR (BU BARƏDƏ MƏLUMATIN XƏBƏR VERİLMƏSİNDƏN ASILI OLMAYARAQ) DƏ DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN, SİZİN HƏR HANSI APPLE MUSIC XİDMƏTİNDƏN İSTİFADƏNİZDƏN İRƏLİ GƏLƏN BİRBAŞA, DOLAYI, TƏSADÜFİ, CƏZA XARAKTERLİ, XÜSUSİ, VƏ YA MƏNTİQİ ZƏRƏRƏ VƏ SİZİN APPLE MUSUC XİDMƏTİNDƏN İSTİFADƏNİZLƏ ƏLAQƏDAR HƏR HANSI İDDİAYA GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAQDIR.

BƏZİ DÖVLƏT VƏ YURİSDİKSİYALAR MƏNTİQİ VƏ YA TƏSADÜFİ ZƏRƏRLƏRƏ GÖRƏ MƏSULİYYƏTİN İSTİSNASINA VƏ YA MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERMƏDİYİNDƏN, ITUNES-UN ÖHDƏLİYİ BELƏ DÖVLƏT VƏ YURİSDİKSİYALARDA QANUNLA YOL VERİLƏN HƏDDƏ QƏDƏR MƏHDUDLAŞDIRILACAQ.

APPLE SİZİN APPLE MUSIC XİDMƏTİ İLƏ BAĞLI TƏQDİM ETDİYİNİZ MƏLUMATLARI QORUMAQ ÜÇÜN MƏNTİQİ SƏYLƏR GÖSTƏRƏCƏKDİR, BUNUNLA BELƏ, SİZƏ RAZILAŞIRSINIZ Kİ, BU CÜR MƏLUMATLARI TƏQDİM ETMƏNİZ MÜSTƏSNA OLARAQ SİZİN RİSK DAİRƏNİZDƏDİR VƏ İTUNES BU MƏLUMATLA BAĞLI HƏR HANSI İTKİYƏ VƏ YA ÖHDƏLİYƏ GÖRƏ İSTƏNİLƏN MƏSULİYYƏTİ DAŞIMAQDAN İMTİNA EDİR. ITUNES ITUNES XİDMƏTİNİN İTKİDƏN, ZƏRƏRDƏN, HÜCUMDAN, VİRUSDAN, MÜDAXİLƏDƏN, XAKER HÜCUMUNDAN VƏ YA TƏHLÜKƏSİZLİYƏ DİGƏR MÜDAXİLƏLƏRDƏN AZAD OLMASINA QARANTİYA VƏ YA ZƏMANƏT VERMİR VƏ ITUNES BUNLARLA BAĞLI MƏSULİYYƏTDƏN İMTİNA EDİR.

APPLE MUSIC XİDMƏTİNDƏN ƏLDƏ EDİLƏN VƏ YA ONUNLA ƏLAQƏDAR ALINAN HƏR HANSI MƏZMUN VƏ YA MƏLUMATLAR DA DA DAXIL OLMAQLA, SİSTEMİNİZİN APPLE MUSIC XİDMƏTİNDƏN İSTİFADƏDƏN ÖNCƏ, İSTİFADƏ ZAMANI VƏ İSTİFADƏDƏN SONRA EHTİYAT NÜSXƏSİNİN ÇıXARILMASıNA GÖRƏ SİZ MƏSULİYYƏT DAŞIYIRSINIZ.

İMTİNA VƏ TƏZMİNAT

APPLE MUSIC XİDMƏTİNDƏN İSTİFADƏ ETMƏKLƏ SİZ HAZIRKI MÜQAVİLƏNİ POZMAĞINIZ, APPLE MUSIC XİDMƏTİNDƏN İSTİFADƏNİZ VƏ YA ITUNES-UN BU MÜQAVİLƏNİN POZUNTUSU EHTİMALI İLƏ ƏLAQƏDAR APARDIĞI TƏHQİQATIN BİR HİSSƏSİ OLARAQ, YAXUD GƏLDİYİ MÜVAFİQ NƏTİCƏ VƏ YA QƏBUL ETDİYİ MÜVAFİQ QƏRAR NƏTİCƏSİNDƏ GÖRDÜYÜ HƏR HANSI TƏDBİRLƏ ƏLAQƏDAR YARANAN İSTƏNİLƏN İDDİA İLƏ ƏLAQƏDAR ITUNES, ONUN DİREKTORLARI, RƏHBƏRLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI, MÜDİRLƏRİ VƏ LİSENZİYA SAHİBLƏRİNİN ÇƏKDİYİ ZƏRƏRLƏRİ QANUNLA İCAZƏ VERİLMİŞ SƏVİYYƏDƏ KOMPENSASİYA EDƏCƏYİNİZƏ VƏ ONLARI ZƏRƏRDƏN QORUYACAĞINIZA RAZILIQ VERİRSİNİZ.

BU O DEMƏKDİR Kİ, SİZ HAZIRKI MÜQAVİLƏNİN POZULMASI BARƏDƏ ITUNES-UN GƏLDİYİ QƏNAƏTƏ ƏSASƏN VƏ YA POZUNTU EHTIMALININ TƏHQİQATI ZAMANI ONUN İSTƏNİLƏN MƏLUMAT VƏ YA MƏZMUNU YIĞIŞDIRMAQ VƏ YA İŞLƏTMƏKDƏN İMTİNA ETMƏK, SİZİN APPLE MUSIC XİDMƏTİNƏ GİRİŞİNİZİ BAĞLAMAQ, BU BARƏDƏ SİZİ XƏBƏRDAR ETMƏK VƏ YA HƏR HANSI DİGƏR TƏDBİR GÖRMƏKLƏ ƏLAQƏDAR QƏBUL ETDİYİ QƏRARLAR NƏTİCƏSİNDƏ YARANMIŞ HƏR HANSI ZƏRƏRƏ GÖRƏ ITUNES, ONUN DİREKTORLARI, RƏHBƏRLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI, MÜDİRLƏRİ VƏ LİSENZİYA SAHİBLƏRİ ƏLEYHİNƏ MƏHKƏMƏDƏ İDDİA QALDIRA VƏ YA ZƏRƏRLƏRİN ÖDƏNİLMƏSİNİ TƏLƏB EDƏ BİLMƏZSİNİZ.

BU İMTİNA VƏ TƏZMİNAT MÜDDƏASI HAZIRKI MÜQAVİLƏDƏ TƏSVİR OLUNAN VƏ YA NƏZƏRDƏ TUTULAN BÜTÜN POZUNTULARA ŞAMİL EDİLİR.

DƏYİŞİKLİKLƏR

iTunes Sizin Apple Music Xidmətindən istifadənizə dair hazırkı Müqaviləyə istənilən zaman dəyişikliklər etmək və yeni, yaxud əlavə qayda və şərtlər tətbiq etmək hüququnu özündə saxlayır.

Belə dəyişikliklər və əlavə şərt və qaydalar dərhal qüvvəyə minəcək və hazırkı Müqaviləyə daxil ediləcək.

Sizin Apple Music Xidmətindən davamlı istifadəniz bunları qəbul etmənizin təsdiqi hesab ediləcəkdir.

MÜƏLLİF HÜQUQLARI HAQQINDA BİLDİRİŞ

Hər hansı Apple Music Məhsullarının və ya Apple Music Xidməti vasitəsilə istifadə edilə bilən hər hansı digər məzmunun tərəfinizdən iddia edilən müəllif hüququnu pozduğunu fərz edirsinizsə, zəhmət olmasa, bizim http://www.apple.com/legal/trademark/claimsofcopyright.html ünvanında təsvir edilmiş Müəllif Hüquqları Siyasətində təsvir edildiyi kimi Apple-in Müəllif Hüquqları Nümayəndəsi ilə əlaqə saxlayın. iTunes təkrar pozucular hesab edilən istifadəçilərin Hesablarını öz qərarı ilə dayandıra və/və ya onlara xitam verə bilər.

QARIŞIQ MƏSƏLƏLƏR

Hazırkı Müqavilə Siz və iTunes arasında bütöv razılaşmanı təşkil edir və Siz və iTunes arasında əvvəlki hər hansı müqaviləni üstələyərək Apple Music Xidmətindən istifadənizi tənzimləyir.

Əlaqəli xidmətlərdən, üçüncü şəxslərin məzmunundan və ya üçüncü şəxslərin proqram təminatından istifadə etdiyiniz zaman Sizə əlavə şərt və müddəalar da tətbiq edilə bilər.

Əgər bu Müqavilənin hər hansı hissəsi etibarsız və ya hüquqi qüvvəsi olmayan elan edilərsə, həmin hissə mümkün qədər tərəflərin ilkin niyyətini əks etdirmək məqsədi ilə qanunvericiliyə müvafiq olaraq şərh ediləcək və Müqavilənin qalan hissələri tam hüquqi qüvvəsini və etibarını saxlayacaq.

Apple tərəfindən bu Müqavilənin hər hansı hüququnun və ya müddəasının tətbiq edilməməsi həmin və ya hər hansı digər müddəadan irəli gələn hüquqlardan imtina təşkil etməyəcək. iTunes onun iradəsindən kərnar olan səbəblərdən öhdəlikləri icra edə bilməməsinə görə məsuliyyət daşımayacaqdır.

Apple Music Xidməti iTunes tərəfindən onun Lüksemburq ofislərindən idarə olunur.

Siz Apple Music Xidmətindən istifadənizə şamil edilən bütün yerli, dövlət, federal, milli qanun, əsasnamə və qaydalara əməl etməyə razılıq verirsiniz.

Apple Music Xidmətindəki bütün sövdələşmələr qanun münaqişəsi müddəalarını qüvvəyə mindirmədən

Azərbaycan Respublikasının]

qanunu ilə tənzimlənir.

Sizin Apple Music Xidmətindən istifadəniz həmçinin digər qanunların predmeti ola bilər.

Siz bununla açıqca razılaşırsınız ki, iTunes ilə hər hansı iddia və ya münaqişə, və yaxud sizin Apple Music Xidmətindən istifadənizlə hər hansı tərzdə əlaqədar eksklüziv yurisdiksiya Azərbaycan Respublikasının məhkəmələrinə aiddir.

Elektron şəkildə çatdırılan bütün sövdələşmələrin itmə təhlükəsi və mülkiyyət hüququ qəbulediciyə Azərbaycan Respublikasında elektron təqdimat edildikdən sonra alıcıya ötürüləcək.

Heç bir iTunes əməkdaşının və ya agentinin bu Müqaviləni dəyişdirmək səlahiyyəti yoxdur.

iTunes Apple Music Xidməti ilə bağlı elektron poçt ünvanınıza və ya Hesabınızın poçt ünvanınıza məktub göndərməklə, və ya Apple Music Xidmətində bildirişlər yerləşdirməklə Sizi Apple Music Xidmətinə dair məlumatlarla təmin edə bilər.

Bildirişlər dərhal qüvvəyə minəcək.

iTunes bu Müqaviləyə riayət olunmasının icrasını təmin etmək və/ və ya yoxlamaq üçün zəruri və lazım olan ağlabatan addımları atmaq hüququnu özündə saxlayır.

iTunes hazırkı Müqavilənin hər hansı hissəsinin məqsədəuyğun şəkildə icrasını və/və ya ona əməl edilməsini yoxlamaq məqsədilə zəruri və ya müvafiq hesab etdiyi halda Sizə qarşı öhdəlik yaratmadan istənilən Hesab məlumatlarını hüquq mühafizə orqanlarına, hökümət rəsmilərinə və/və ya üçüncü tərəflərə açıqlamaq hüququna malik olduğuna razılıq verirsiniz (Sizin Apple Music Xidmətindən və/və ya Apple Music Məhsullarından istifadənizlə və/və ya Sizin Apple Music və/və ya Apple Music Məhsullarından istifadənizin qeyri-qanuniliyi və/və ya üçüncü tərəfin hüquqlarını pozması barədə üçüncü tərəfin iddiası ilə bağlı hər hansı hüquqi proseslə əməkdaşlıq etmək hüququ da daxil olmaqla, lakin bununla məhdudlaşdırılmadan).

Son yenilənmə: 30 iyun, 2015