Legal

QAYDA VƏ ŞƏRTLƏR

Click here to view these terms in English.

QAYDA VƏ ŞƏRTLƏR

OYUN MƏRKƏZİ

AŞAĞIDA TƏSBİT EDİLMİŞ HÜQUQİ MÜQAVİLƏ (“MÜQAVİLƏ”) SİZİN OYUN MƏRKƏZİ XİDMƏTİNDƏN İSTİFADƏNİZİ TƏNZİMLƏYİR. ƏGƏR SİZ MƏRKƏZƏ DAXİL OLMAQ VƏ YA XİDMƏTDƏN İSTİFADƏ ETMƏYİ SEÇMİŞSİNİZSƏ, “RAZIYAM” (“AGREE”) DÜYMSİNİ BASMAQLA SİZ BU QAYDA VƏ ŞƏRTLƏRİN TƏTBİQ OLUNACAĞINA RAZILŞMIŞ OLURSUNUZ SİZ BİLDİRİRSİNİZ Kİ, “RAZIYAM” (“AGREE”) DÜYMƏSİNİ BASMAĞINIZ HAZIRKI MÜQAVİLƏ MÜDDƏALARINI QƏBUL VƏ ONLARA RİAYƏT EDƏCƏYİNİZƏ DAİR NİYYƏTİNİZİN KİFAYƏT SÜBUTUDUR. ƏGƏR SİZ YETKİNLİK YAŞINA ÇATMAMIŞZSA, VALİDEYNİNİZ VƏ YA QƏYYUMUNUZUN BAŞA DÜŞMƏSİ ÜÇÜN BU MÜQAVİLƏNİ ONLARLA NƏZƏRDƏN KEÇİRİN.

Apple Inc., liderlər sıralanmasında iştirak, çox oyunçulu oyunlar, və nailiyyətlərin izlənməsi daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, oyunlarla bağlı fəaliyyətə cəlb olunmağınıza imkan verən Oyun Mərkəzi xidmətinin (“Xidmət”) təchizatçısıdır. Xidmət bütün sahələrdə mövcud olmaya da bilər. Xidmətdən istifadə uyğun cihazların, İnternetə çıxışın, və müəyyən proqram təminatının olmasını tələb edir (ödənişlər də tətbiq oluna bilər); dövrü yenilikləri tələb edə bilər; və bu faktorların yerinə yetirilməsinin təsiri altında ola bilər.

Xidmətdən istifadə etmək üçün siz ABŞ-ın və ya, sizin daimi olduğunuz və ya ərazisində yerləşərək Xidmətdən istifadə etdiyiniz yurisdiksiyalar da daxil olmaqla, digər yurisdiksiyaların qanunları ilə Xidmətdən istifadə etmək hüququ olmayan şəxslərdən olmamalısınız. Hazırkı Müqaviləni qəbul etməklə siz yuxarıdakı cümlədə nəzərdə tutulanları anlayır və onlarla razılaşırsınız.

SİZİN HESABINIZ

Xidmətin qeydiyyatdan keçmiş istifadəçisi kimi Siz aşağıdakı İstifadə Qaydalarına uyğun hesab (“Hesab”) aça bilərsiniz. Hesab məlumatlarınızı başqa heç kimə açıqlamayın. Siz Hesabınızın və Hesabınız vasitəsilə baş verən bütün fəaliyyətinizin məxfiliyi və təhlükəsizliyinin saxlanmasına görə tək məsuliyyət daşıyırsınız və Hesabınızın təhlükəsizliyinin hər hansı pozuntusu barədə Apple’ı dərhal məlumatlandırmağa razı olursunuz. Apple, Hesabınızın icazəsiz istifadəsi nəticəsində yaranan hər hansı itkiyə görə məsuliyyət daşımır.

Siz Xidmət üçün qeydiyyata alınan və ondan istifadə etdiyiniz müddətdə düzgün və dolğun məlumat verəcəyinizi öz öhdənizə götürürsünüz, və qeydiyyat üçün təqdim etdiyiniz məlumatlarınızı düzgün və dolğun olması üçün yeniləcəyinizi öz öhdənizə götürürsünüz. Siz razılaşırsınız ki, Apple sizin Hesabınızı saxlamaq məqsədi ilə sizin qeydiyyat üçün təqdim etdiyiniz məlumatları saxlaya və istifadə edə bilər. Sizin özünüzdən başqa digər şəxsin, həmin digər şəxsin razılığı olmadan, hesab aça bilməzsiniz.

İSTİFADƏ QAYDALARI

Siz bu istifadə qaydalarına uyğun olaraq Xidmətdən istifadə etməyə razılıq verirsiniz. Apple, istifadə qaydalarını istənilən zaman dəyişdirmək hüququnu özündə saxlayır.

Siz Xidməti yalnız şəxsi və qeyri-kommersiya məqsədi üçün istifadə etməyə səlahiyyətlisiniz.

Siz Xidməti pozmamağa, adlamamağa, yenidən quraşdırmamağa, tərkib edən kodlara bölməməyə, və yaxud zərər vurmamağa və bunları etmək üçün başqa şəxsə yardım və səy göstərməməyə razı olursunuz.

Siz aşağıdakıları etməmək üçün Xidmətdən istifadə etməyə razı olursunuz:

a. qeyri-qanuni, təhqiramiz, hədə qorxu, zərərli, qanunsuz, böhtan xarakterli, sui-istifadə, pozucu, vulqar, ədəbsiz, digərinin məxfiliyinə müdaxilə edən, nifrət oyadan, irqi və ya etnik cəhətdən təhqiramiz və ya mübahisəli hər hansı məzmunu ötürmək, yükləmək, yerləşdirmək, elektron ünvanla göndərmək, saxlamaq və ya mümkün etmək;

b. başqasını təqib etmək, sataşmaq, hədə qorxu gəlmək və zərər vurmaq;

c. əgər yetkinsinizsə, aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşdırmadan Sizə şəxsən tanış olmayan azyaşlı şəxsdən (18 yaşından aşağı istənilən şəxs və ya yerli qanunun azyaşlı kimi müəyyən etdiyi digər belə yaş) şəxsi və ya digər məlumatları istəmək: soyad və ad, ev ünvanı, indeks/poçt kodu, telefon nömrəsi, şəkil, elektron ünvan, və ya azyaşlının getdiyi məktəb, məbəd, idman komandası və ya dostlarının adları:

d. kimsə və ya istənilən orqan kimi özünü qələmə vermək, Siz özünüzü başqası kimi (məşhurlar daxil olmaqla), orqan, digər Xidmət iştirakçısı, Apple’ın işçisi, mülki və ya hökumət rəhbəri kimi təmsil etməyin və ya doğru olmayan şəxs yaxud orqanla əlaqə nümayiş etdirməyin. (Apple, şəxsiyyətinizin səhv təmsil olunması və digər şəxsin ad və ya şəxsiyyətinin sui-istifadə edilməsi kimi hesab edilə bilən hər hansı ləqəbi rədd etmək və ya silmək hüququnu saxlayır);

e. hər hansı müəllif hüquqları pozuntusu və ya digər əqli mülkiyyət pozuntusu ilə məşğul olmaq, və ya məxfiliyin, məşğulluq və ya açıqlamama müqaviləsini pozmaqla hər hansı ticarət sirri və ya məxfi məlumatları aşkarlamaq;

f. kommersiya reklamı və informativ elanlar daxil olmaqla, lakin bununla məhdudlaşdırmadan hər hansı arzuolunmaz və ya icazəsiz elektron poçtu mesajları, reklam, məlumatlandırma materialları, spam və ya zəncir məktublarını poçtla göndərmək, ötürmək və ya mövcud saxlamaq;

g. elektron poçtu və ya xəbərlər qrupu mesajında başlıq məlumatlarının hər hansı tərəfində istənilən TCP-IP paket başlığını saxtalaşdırmaq və ya Xidmət vasitəsilə ötürülən hər hansı məzmunun əsli ilə bağlı alıcıları çaşdırmaq üçün nəzərdə tutulan məlumatları başlıq hissəsində göstərmək (“spoofing");

h. Xidmətin (və ya hər hansı bir hissəsinin) və ya hər hansı digər kompüter proqram və aparat təminatının normal funksiyasına zərər vurmaq, müdaxilə etmək və ya məhdudlaşdırmaq üçün nəzərdə tutulan fayl və proqramlar, virus və ya digər hər hansı kompüter kodunu ehtiva edən hər hansı materialı ötürmək, poçtla və elektron poçtla göndərmək, saxlamaq və ya başqa şəkildə mövcudluğunu qorumaq;

i. Xidmət (şifrə, və ya axtarış robotu kimi hər hansı avtomatlaşdırılmış vasitə ilə Xidmətə giriş daxil olmaqla), Xidmətlə bağlı hər hansı server və ya şəbəkə, və ya ona bağlı şəbəkələrin hər hansı siyasət, tələb və qaydalarına müdaxilə və işini pozma (məlumatlar və trafikin istifadəsi və ya monitorinqinə hər hansı icazəsiz giriş daxil olmaqla);

j. aşağıda qadağan edilən fəaliyyətin hər hansı biri ilə əlaqədar Xidmətin hər hansı digər istifadəçilərinə dair şəxsi məlumatları toplamaq və saxlamaq və/və yaxud hər hansı qeyri-qanuni fəaliyyəti planlaşdırmaq və ya məşğul olmaq;

k. bir oyunçunun digərin üzərində üstünlüyün əldə etməsi üçün Xidmət və ya oyun gedişatına hiylə ilə və ya başqa şəkildə müdaxilə etmək.

MƏXFİLİK

Xidmət, bu ünvanda Apple’ın Məxfilik Siyasətinin obyektidir http://www.apple.com/privacy. Məxfilik Siyasətində təsbit edildiyi kimi, Xidmətə qoşulması üçün başqaları dəvət etmək, liderlər sıralamasında iştirak etmək, dəvətlər və çox iştirak funksiyalarını aktivləşdirmək, status mesajlarını nümayiş etdirmək kimi Xidmətdən istifadə edərkən bölüşdüyünüz şəxsi məlumat digərlərə görünür və onlar tərəfindən oxuna, toplana və ya istifadə oluna bilər. Siz təqdim etmək üçün seçdiyiniz şəxsi məlumatlara görə məsuliyyət daşıyırsınız. Çoxsaylı oyunçuların oynaya biləcəyi oynayan zaman, eyni Wi-Fi şəbəkə, yerlə ərazi şəbəkəsi və ya Bluetooth-un eyni məsafəsində olan eyni oyunda Xidmətlərə çıxış əldə edən istifadəçilər sizin yaxınlıqda olduğunuzu və sizin ləqəbinizi və şəklinizi, və ya əgər sizin həmin istifadəçi ilə dostluq əlaqəniz varsa, haqqınızda olan məlumatların hamısını (bu xüsusiyyəti söndürmədiyiniz halda) görə bilərlər. Əgər siz özünün haqda açıq olan məlumatlar toplusunu (profili) “on” rejiminə qoymağı seçmişsinizsə, Xidmətdən istifadə edən digər şəxslər, sizin tam adınız, məşğuliyyətiniz (misal üçün, sizin oynadığınız oyunlar və oynadığınız vaxtlar), topladığınız xallar və nailiyyətləriniz də daxil olmaqla, sizin profilinizi görə bilər və digər şəxslərə sizi dostlarının siyahısına salmaq tövsiyə edilə bilər. Əgər sizin açıq profiliniz “off” rejiminə qoyulubsa, ancaq sizin dost olduğunuz şəxslər sizin tam profilinizi görə bilər və siz digər şəxslərə dost kimi tövsiyə olunmayacaqsınız; sizinlə dost olmayan digər iştirakçılar ancaq sizin təxəllüsünüz və şəklinizi görə bilərlər. Əgər siz dostluq xahişi göndərsəniz və ya qəbul etsəniz, sizin Apple ID ilə bağlı olan tam adınız dostluq xahişini göndərdiyiniz və ya qəbul etdiyiniz şəxslərə bəlli olacaqdır və Apple sizin oynadığınız oyunları dostlarınıza tövsiyə edə bilər.

Əgər siz digər istifadəçilərlə və ya Xidmətlər məlumatları paylaşmaq istəmirsinizsə, baxın http://www.apple.com/support/.

Xidmətin bəzi aspektləri 13 yaşından aşağı uşaqlar üçün bağlıdır, məsələn, istifadəçilərə şəxsiyyəti müəyyən edən məlumatları açıqlamaq imkanı verən xüsusiyyətlər. Lütfən müvafiq məhdudiyyətləri aktivləşdirin.

XİDMƏTƏ TƏQDİMATLAR

Xidmət ictimaiyyət tərəfindən məqbul olan və görünə bilən sahələri üzrə materialları təqdim etməyinizə imkan verən interaktiv xüsusiyyətlər təklif edə bilər (üçüncü tərəf məzmununa linklər daxil olmaqla). Tərəfinizdən təqdim olunmuş hər hansı material daxil olmaqla belə xüsusiyyətlərdən hər hansı istifadənizin öz məsuliyyətiniz olduğuna və hər hansı digər tərəfin hüquqlarını və hər hansı qanunu pozmamağa, qeyri qanuni, və ya ədəbsiz, mübahisəli və aşağı səviyyəli davranışa dəstək verməməyə və pozuntunu həvəsləndirməməyə razı olursunuz. Həmçinin bu təqdimatları etmək üçün bütün zəruri hüquq və lisenziyaları əldə etdiyinizə razılıq verirsiniz. Xidmət üzrə hər hansı material təqdim etməyinizlə əlaqədar düzgün və tam məlumat təmin etməyə razılıq verirsiniz. Siz Sizə heç bir kompensasiya və ya öhdəlik vermədən Xidmətin bir hissəsi kimi və ya Xidməti təmin etmək və marketinqini aparmaqla belə materiallardan istifadə etmək üçün Apple’a dünya miqyaslı, qonorarsız, qeyri-eksklüziv hüquq verirsiniz. Apple, hər hansı material yerləşdirməmək və ya dərc etməmək, bildiriş və ya öhdəlik vermədən istənilən zaman öz ixtiyarında hər hansı materialı ləğv və ya redaktə etmək hüququnu özündə saxlayır.

Apple, tərəfinizdən təqdim edilən və ya Xidmətdə başqa şəkildə mövcud olan istənil materialları yoxlamaq, hazırkı Müqavilənin hər hansı fərz edilən və ya aşkar pozuntusunu təhqiq etmək üçün bizim Müəllif Hüquqları Siyasəti çərçivəsində xitam vermə daxil olmaqla, lakin bununla məhdudlaşmadan öz ixtiyarında müvafiq hesab etdiyi tədbiri görmək öhdəliyinə deyil, hüququna malikdir (http://www.apple.com/legal/copyright.html).

ÜÇÜNCÜ TƏRƏF MATERİALLARI

Xidmət vasitəsilə müəyyən məzmun və xidmətlərə üçüncü tərəflərin materialları daxil ola bilər. Apple, Sizə rahatlıq üçün üçüncü tərəf İnternet saytlarına linklər təmin edə bilər. Apple’ın məzmun və ya düzgünlüyü yoxlamağa və ya qiymətləndirməyə cavabdeh daşımadığına və hər hansı üçüncü tərəf materialları və ya İnternet saytları, və ya üçüncü tərəflərin hər hansı digər materialları, məhsulları və ya xidmətlərinə görə öhdəlik və ya məsuliyyət daşımadığına razı olursunuz. Siz hər hansı digər tərəfin hüquqlarının pozulmasına gətirib çıxaracaq tərzdə hər hansı üçüncü tərəf materiallarını istifadə etməməyə və Apple’ın tərəfinizdən belə istifadəyə görə heç bir şəkildə məsuliyyət daşımadığına razı olursunuz.

MÜBAHİSƏLİ MATERİAL

Siz Xidmətdən istifadə etməklə təhqiredici, ədəbsiz və ya mübahisəli hesab edə biləcəyiniz materialla rastlaşa biləcəyinizi və belə məzmunun aydın ifadə edilmiş material kimi müəyyən edilə və edilməyə bilməsini başa düşürsünüz. Bununla belə, Siz Xidməti öz məsuliyyətinizlə istifadə etməyə razı olursunuz və Apple belə təhqiredici, ədəbsiz və ya mübahisəli hesab edilə bilən material üçün qarşınızda heç bir öhdəlik daşımır. Qiymətləndirmələr (reytinqlər) və izahlar yalnız sizin rahatlığınız üçün təqdim olunur, və siz razılaşırsınız ki, Apple onların dürüst olmağına görə cavabdeh deyildir.

ƏQLİ MÜLKİYYƏT

Siz, məhsullar, qrafik təsvirlər, istifadəçinin qarşılıqlı münasibəti (interface), audio kliplər, baş məqalə məzmunu, ssenari və Xidməti idarə etmək üçün istifadə olunan proqram təminatı daxil olmaqla və bunlarla məhdudlaşmadan, Apple və/və ya onun lisenziya sahiblərin məxsus olan patent məlumatları və materiallarını əhatə etməsinə və müəllif hüquqları daxil olmaqla, lakin bu hüquqlarla məhdudlaşdırılmadan müvafiq əqli mülkiyyət və digər qanunlarla qorunmasına razı olursunuz. Siz hazırkı Müqaviləyə əməl etməklə Xidmətdən istifadə istisna olmaqla heç bir halda belə patent məlumatları və ya materiallardan istifadə etməyəcəyinizə razı olursunuz. Bu qaydalarda açıq aydın ifadə edilmədiyi halda Xidmətin heç bir hissəsinin heç bir şəkildə və ya heç bir yolla reproduksiyası aparıla bilməz. Siz heç bir tərzdə Xidmətə əsaslanan törədici işləri dəyişdirməməyə, icarəyə verməməyə, kredit kimi verməməyə, satmamağa, paylamamağa və ya yaratmamağa razı olursunuz və şəbəkə gücündən sui-istifadə etmək daxil olmaqla, lakin bununla məhdudlaşmadan heç bir icazəsiz yolla Xidməti istismar etməyəcəksiniz.

Hazırkı Müqavilənin hər hansı digər müddəasına xələl gətirmədən Apple və onun lisenziya sahbiləri bildiriş vermədən istənilən zaman Xidmətin bir hissəsini təşkil edən hər hansı məhsul, məzmun və ya digər materialları dəyişdirmək, ləğv etmək, çıxarmaq və ya girişini dayandırmaq hüququnu özündə saxlayırlar. Apple, heç bir halda bu dəyişiklikləri etməsinə görə öhdəlik daşımayacaq. Apple, həmçinin hər halda və heç bir bildiriş və öhdəlik vermədən Xidmətin müəyyən xüsusiyyətləri və ya hissələrindən istifadəyə və ya girişinə məhdudiyyətlər qoya bilər.

Xidmətdə bütün müəllif hüquqları (məzmunun toplanması, elanlar, digər İnternet resurslarına linklər, və bu resursların təsviri daxil olmaqla) və əlaqədar proqram təminatı öz hüquqlarını qanunla qoruyan Apple və/və ya onun lisenziya sahiblərinə mənsubdur. HAZIRKI MÜQAVİLƏDƏ YOL VERİLƏN XİDMƏTLƏRDƏN İSTİFADƏSİ İSTİSNA OLMAQLA XİDMƏTİN HƏR HANSI BİR HİSSƏSİ VƏ YA PROQRAM TƏMİNATINDAN İSTİFADƏ QƏTİ QADAĞAN EDİLİR, DİGƏRLƏRİN ƏQLİ MÜLKİYYƏT HÜQUQLARINI POZUR VƏ MÜƏLLİF HÜQUQLARININ POZUNTUSUNA GÖRƏ MÜMKÜN MADDİ ZİYANI DAXİL OLMAQLA SİZİ MÜLKİ VƏ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETDİRƏ BİLƏR.

Xidmətlə əlaqədar istifadə olunan Apple, Apple loqosu, digər Apple ticarət nişanları, xidmət nişanları, qrafik təsvirləri və loqoları ABŞ və/və ya digər ölkələrdə Apple İnc.’ın ticarət nişanları və ya qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. Xidmətlə əlaqədar istifadə olunan digər ticarət nişanları, xidmət nişanları, qrafik təsvirlər və loqolar müvafiq sahiblərin ticarət nişanları ola bilər. Yuxarıda adı çəkilən ticarət nişanlarının hər hansı biri və belə nişanlardan hər hansı istifadə ilə əlaqədar Sizə heç bir hüquq və ya lisenziya verilmir.

XİTAM VERMƏ

Əgər Siz hazırkı Müqavilənin hər hansı müddəalarına əməl etməsəniz və ya Apple Sizin əməl etdiyinizə şübhə edərsə, Apple heç bir bildiriş vermədən öz ixtiyarı ilə (i) hazırkı Müqaviləni və/və ya Hesabınızı xətm edə bilər və Siz xitam tarixinə qədər və bu tarix daxil olmaqla Hesabınızda olan bütün məbləğə görə məsuliyyət daşıyacaqsınız, (ii) Xidmətə olan lisenziyanı ləğv edə və (iii) Xidmətə (və ya hər hansı bir hissəsinə) girişə qadağa qoya bilər.

Apple Sizə bildiriş verərək və ya vermədən Xidməti dəyişdirmək, ləğv etmək və ya fəaliyyətini dayandırmaq hüququnu özündə saxlayır və Apple belə hüquqları icra edərkən Siz və ya hər hansı üçüncü tərəf qarşısında öhdəlik daşımır.

TƏMİNATLARDAN İMTİNA; MƏSULİYYƏTİN MƏHDUDİYYƏTLƏRİ

APPLE SİZİN XİDMƏTDƏN İSTİFADƏNİZİN FASİLƏSİZ VƏ YA SƏHVSİZ OLACAĞINA ZƏMANET VERMİR, BİLDİRMİR VƏ BUNA TƏMİNAT VERMİR. APPLE’IN VAXTAŞIRI XİDMƏTİ QEYRİ MÜƏYYƏN MÜDDƏTƏ ARADAN GÖTÜRMƏSİNƏ VƏ YA İSTƏNİLƏN ZAMAN ONU LƏĞV ETMƏSİNƏ RAZILIQ VERİRSİNİZ.

SİZ XİDMƏTDƏN İSTİFADƏNİZİN VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏK İMKANINIZIN ÖZ MƏSULİYYƏTİNİZ OLDUĞUNA AÇIQ AYDIN RAZI OLURSUNUZ. XİDMƏT VƏ ONUN VASİTƏSİLƏ SİZƏ ÇATDIRILAN BÜTÜN MƏHSUL VƏ XİDMƏTLƏR (APPLE TƏRƏFİNDƏN AÇIQ AYDIN BƏYAN EDİLƏNLƏR İSTİSNA OLMAQLA) MƏHSULUN MÜƏYYƏN MƏQSƏD ÜÇÜN KOMMERSİYA KEYFİYYƏTİ VƏ YA YARARLILIĞI, TİTUL VƏ QEYRİ-POZUNTU DAXİL OLMAQLA “OLDUĞU KİMİ” VƏ “MÖVCUD OLDUQCA” TƏMİN EDİLİR. BƏZİ YURİSDİKSİYALAR NƏZƏRDƏ TUTULAN TƏMİNATIN İSTİSNA EDİLMƏSİNƏ İCAZƏ VERMƏDİKLƏRİ ÜÇÜN BU TƏMİNATIN YUXARIDAKI İSTİSNASI SİZƏ ŞAMİL EDİLMƏYƏ BİLƏR.

APPLE, ONUN DİREKTORLARI, RƏHBƏRLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI, MÜDİRLƏRİ VƏ YA LİSENZİYA SƏHİBLƏRİ SİZİN XİDMƏTDƏN İSTİFADƏ VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏNİZDƏN YARANAN HƏR HANSI BİRBAŞA, DOLAYI, ƏLAQƏLİ, CƏRİMƏ YARADAN, XÜSUSİ VƏ YA NƏTİCƏLİ ZƏRƏRƏ GÖRƏ ONLARIN MÜMKÜNLÜYÜ BİLDİRİLSƏ BELƏ VƏ YA XİDMƏT VASİTƏSİLƏ YERLƏŞDİRİLƏN, ÖTÜRÜLƏN VƏ YA DİGƏR ŞƏKİLDƏ MÖVCUD OLAN MƏZMUNUN (MƏHSULUN) İSTİFADƏSİ NƏTİCƏSİNDƏ MƏZMUNUN İSTƏNİLƏN SƏHVİ VƏ YA XATASI VƏ YA İSTƏNİLƏN İTKİ VƏ YA ZƏRƏR DAXİL OLMAQLA LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN XİDMƏTDƏN İSTİFADƏNİZLƏ İSTƏNİLƏN ŞƏKİLDƏ BAĞLI HƏR HANSI DİGƏR İDDİAYA GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAQ. BƏZİ DÖVLƏT VƏ YA YURİSDİKSİYALAR NƏTİCƏLİ VƏ YA ƏLAQƏLİ ZƏRƏRİN İSTİSNASI VƏ YA MƏHDUDİYYƏTİNƏ İCAZƏ VERMƏDİYİNDƏN APPLE’IN ÖHDƏLİYİ BELƏ DÖVLƏT VƏ YA YURİSDİKSİYALARDA QANUNLA YOL VERİLƏN HƏDDƏ QƏDƏR MƏHDUDLAŞDIRILACAQ.

APPLE XİDMƏTLƏRLƏ ƏLAQƏDAR TƏQDİM ETDİYİNİZ MƏLUMATLARI QORUMAQ ÜÇÜN ƏSASLI SƏYLƏR GÖSTƏRƏCƏK, LAKİN SİZ BU MƏLUMATLARI TƏQDİM ETMƏYİNİZİ ÖZ MƏSULİYYƏTİNİZ OLDUĞUNU QƏBUL EDİR VƏ APPLE BUNUNLA BELƏ MƏLUMATLARLA ƏLAQƏDAR HƏR HANSI İTKİ VƏ YA MƏSULİYYƏTİ RƏDD EDİR.

APPLE XİDMƏTİN İTKİ, MƏHVOLMA, HÜCUM, VİRUSLAR, MÜDAXİLƏ, HAKERLƏRİN HÜCUMU VƏ YA DİGƏR TƏHLÜKƏSİZ MÜDAXİLƏDƏN AZAD OLMASINA ZƏMANƏT VERMİR VƏ BUNUNLA ƏLAQƏDAR HƏR HANSI ÖHDƏLİYİ ÜZƏRİNƏ GÖTÜRMƏKDƏN İMTİNA EDİR. BƏZİ MƏHSULLAR YALNIZ BİR DƏFƏ YÜKLƏNƏ BİLƏR. YÜKLƏNDİKDƏN SONRA HƏR HANSI SƏBƏBDƏN İTDİYİNƏ GÖRƏ ƏVƏZ EDİLƏ BİLMƏZ. SİZ XİDMƏTDƏN ALINAN HƏR HANSI MƏHSULLAR DAXİL OLMAQLA ÖZ SİSTEMİNİZİN EHTİYAT NÜSXƏSİNİ YARATMAĞA CAVABDEH OLACAQSINIZ.

İMTİNA VƏ TƏZMİNAT

XİDMƏTDƏN İSTİFADƏ ETMƏKLƏ SİZ HAZIRKI MÜQAVİLƏNİ POZMAĞINIZ, XİDMƏTDƏN İSTİFADƏNİZ VƏ YA BU MÜQAVİLƏNİN ŞÜBHƏLİ POZUNTUSU BARƏDƏ APARDIĞI TƏHQİQATIN BİR HİSSƏSİ OLARAQ VƏ YA POZULMASINA DAİR NƏTİCƏ VƏ YA QƏRARI NƏTİCƏSİNDƏ APPLE TƏRƏFİNDƏN GÖRÜLƏN HƏR HANSI TƏDBİRLƏ ƏLAQƏDAR YARANAN HƏR HANSI İDDİA İLƏ ƏLAQƏDAR APPLE, ONUN DİREKTORLARI, RƏHBƏRLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI, MÜDİRLƏRİ VƏ LİSENZİYA SAHİBLƏRİNƏ ZƏRƏRİN ƏVƏZ OLUNMASINA TƏZMİNAT VERƏCƏYİNİZƏ VƏ ONLARI QORUMAĞA QANUNLA İCAZƏ VERİLMİŞ HƏDDƏ RAZILIQ VERİRSİNİZ. BU O DEMƏKDİR Kİ, SİZ HAZIRKI MÜQAVİLƏNİN POZULMASI BARƏDƏ APPLE’IN NƏTİCƏSİ SAYƏSİNDƏ VƏ YA ŞÜBHƏLİ POZUNTUNUN TƏHQİQATI ZAMANI ONUN İSTƏNİLƏN MƏLUMAT VƏ YA MƏZMUNU ARADAN GÖTÜRMƏK VƏ YA ONU İŞLƏTMƏKDƏN İMTİNA, SİZİN XİDMƏTƏ GİRİŞİNİZİ BAĞLAMAĞI, BU BARƏDƏ SİZİ XƏBƏRDAR ETMƏSİ VƏ YA HƏR HANSI DİGƏR TƏDBİR GÖRMƏSİ NƏTİCƏSİNDƏ YARANMIŞ HEÇ BİR ZƏRƏR GÖRƏ APPLE, ONUN DİREKTORLARI, RƏHBƏRLƏRİ, İŞÇİLƏRİ, ƏLAQƏLİ ŞƏXSLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI, MÜDİRLƏRİ VƏ LİSENZİYA SAHİBLƏRİNDƏN MƏHKƏMƏDƏ İDDİA QALDIRA VƏ YA ONUN ÖDƏNİLMƏSİNİ TƏLƏB EDƏ BİLMƏZSİNİZ. BU İMTİNA VƏ TƏZMİNAT MÜDDƏASI HAZIRKI MÜQAVİLƏDƏ TƏSVİR OLUNAN VƏ YA NƏZƏRDƏ TUTULAN BÜTÜN POZUNTULARA ŞAMİL EDİLİR.

DƏYİŞİKLİKLƏR

Apple Sizin Xidmətdən istifadənizə dair hazırkı Müqaviləyə istənilən zaman dəyişikliklər etmək və yeni, yaxud əlavə qayda və şərtlər tətbiq etmək hüququnu özündə saxlayır. Belə modifikasiya və əlavə şərt və qaydalar dərhal qüvvəyə minəcək və hazırkı Müqaviləyə daxil ediləcək. Xidmətdən davamlı istifadəniz onların qəbulu kimi nəzərə alınacaqdır.

QARIŞIQ

Hazırkı Müqavilə Siz və Apple arasında bütöv razılaşmanı təşkil edir və Siz və Apple arasında əvvəlki hər hansı müqaviləni üstələyərək Xidmətdən istifadənizi tənzimləyir. Həmçinin əlaqəli xidmətlər, üçüncü tərəf məzmunu və ya üçüncü tərəf proqram təminatından istifadə edərkən Sizə əlavə qayda və şərtlər tətbiq edilə bilər. Əgər hazırkı Müqavilənin hər hansı hissəsi etibarsız hesab edilsə və ya qüvvəyə minməsə, həmin hissə tərəflərin ilkin niyyətlərini mümkün qədər yaxın əks etdirmək üçün müvafiq qanunla uyğun tərzdə tərtib ediləcək və qalan hissələr tam qüvvədə qalacaq. Apple’ın hazırkı Müqavilədə hər hansı hüquq və ya müddəaları icra edə bilməməsi bu və ya digər müddəadan imtina kimi nəzərdə tutulmayacaq. Apple öz nəzarətindən kənar səbəblər üzündən hər hansı öhdəliyi yerinə yetirə bilməməsinə görə məsuliyyət daşımayacaq.

Xidmət Apple tərəfindən onun ABŞ-dakı ofisləri tərəfindən idarə olunur. Siz Xidmətdən istifadənizə şamil edilən bütün yerli, dövlət, federal, milli qanun, əsasnamə və qaydalara əməl etməyə razılıq verirsiniz. Xidmətdə bütün sövdələşmələr qanun münaqişəsi müddəalarını qüvvəyə mindirmədən Kaliforniya qanunu ilə tənzimlənir. Sizin Xidmətdən istifadəniz həmçinin digər qanunların predmeti ola bilər. Siz açıq aydın Apple ilə ortaya çıxan və ya Sizin Xidmətdən istifadənizlə əlaqədar hər hansı şəkildə yaranan hər hansı iddia və ya mübahisəyə görə eksklüziv yurisdiksiyanın Kaliforniya Ştatı məhkəmələrində həll ediləcəyinə razılıq verirsiniz. Elektron şəkildə çatdırılan bütün sövdələşmələrin itmə təhlükəsi və hüququ Kaliforniyada elektron təqdimat edildikdən sonra alıcıya ötürüləcək. Apple şirkətinin heç bir işçisi və ya agenti hazırkı Müqaviləni dəyişdirmək səlahiyyətinə malik deyil.

Apple, Sizin Hesab elektron ünvanınıza elektron məktub və ya Hesabınızın poçt ünvanına poçtla məktub göndərməklə və ya Xidmətdə yerləşdirməklə Sizi Xidmətlə bağlə bildirişlə təmin edə bilər. Bildirişlər dərhal qüvvəyə minəcək.

Apple, hazırkı Müqavilənin hər hansı hissəsinin icraatı və/və ya ona əməl olunmanı yoxlamaq üçün ağlabatan tərzdə zəruri və ya müvafiq hesab etdiyi tədbirləri görmək hüququnu özündə saxlayır. Apple, hazırkı Müqavilənin hər hansı hissəsinin icraatı və/və ya ona əməl olunmanı yoxlamaq məqsədilə ağlabatan tərzdə zəruri və ya müvafiq hesab etdiyi halda Sizə qarşı məsuliyyət yaratmadan istənilən Qeydiyyat Məlumatları və/və ya Hesab məlumatlarını hüquq mühafizə orqanlarına, hökumət rəsmilərinə və/və ya üçüncü tərəfə açıqlamaq hüququna malik olmasına razılıq verirsiniz (sizin Xidmət və/və ya məhsullardan istifadənizlə və/və ya Sizin Xidmət və/və ya məhsullardan istifadənizin qeyri qanuni və/və ya üçüncü tərəfin hüquqlarını pozması barədə üçüncü tərəfin iddiası ilə bağlı Apple’ın hər hansı hüquqi proseslə əməkdaşlıq etmək hüququ daxil olmaqla, lakin bununla məhdudlaşmadan).

Son yenilənmə tarixi: 15 sentyabr 2013-cü il