-
SIiCloud-a xoş gəldiniz
-
-
SİZİN VƏ APPLE-İN ARASINDA OLAN BU QANUNİ SAZİŞ SİZİN iCLOUD MƏHSULUNDAN, PROQRAM TƏMİNATINDAN, XİDMƏTLƏRDƏN VƏ VEB SAYTLARDAN (BİRLİKDƏ “XİDMƏT” ADLANDIRILACAQ) İSTİFADƏNİZİ TƏNZİMLƏYİR. AŞAĞIDAKI ŞƏRTLƏRİ OXUYUB ANLAMAĞINIZ ÇOX VACİBDİR. “RAZIYAM” KLİKLƏMƏKLƏ XİDMƏTƏ DAXİL OLMAQ VƏ YA İSTİFADƏ ETMƏYİ SEÇMƏKLƏ BU ŞƏRTLƏRİN TƏTBİQ OLUNACAĞINA RAZILIQ VERİRSİNİZ.
Apple yalnız bu Sazişdə nəzərdə tutulmuş şərtlər altında sizin müəyyən İnternet xidmətlərindən istifadənizə, şəxsi məlumatlarınızın (əlaqələr, təqvimlər, fotolar, qeydlər, xatırlatmalar, sənədlər, proqram məlumatları və iCloud e-poçtu) saxlanmasına icazə verən və onların uyğun cihaz və kompüterlərdə və müəyyən məkan əsaslı xidmətlərdə istifadəsini mümkün edən Xidmət provayderidir. Cihazı yeniləşdirməyənə və əvvəllər iCloud-u aktivləşdirməyi seçməyənə kimi siz iOS 9 və ya daha yeni versiyada olan qurğuları işlətdikdə və cihazın quraşdırılması zamanı Apple Hesabı (əvvəllər “Apple ID” adlanırdı) ilə daxil olan zaman iCloud avtomatik aktivləşdirilir. Siz iCloud-u Parametrlərdə qeyri-aktiv edə bilərsiniz. iCloud aktiv olduqda, məzmununuz Apple tərəfindən Apple və ya üçüncü tərəf təminatçılarının serverlərində avtomatik olaraq saxlanılacaq ki, daha sonra həmin məzmuna daxil ola biləsiniz və ya məzmunu digər iCloud-u dəstəkləyən cihazlarınıza və ya kompüterlərinizə simsiz olaraq ötürə biləsiniz.
I. XİDMƏTİN İSTİFADƏSİNƏ DAİR TƏLƏBLƏR
A. Yaş. Xidmətdən istifadə yalnız 13 və ya daha yuxarı yaşa malik (yaxud müvafiq yurisdikdiyada nəzərdə tutulan minimum ekvivalent yaş) fərdlər üçün mümkündür və sizin yaşınız 13-dən az olduğu təqdirdə, Apple Hesabınız təsdiq edilmiş təhsil müəssisəsi tərəfindən verilibsə və ya valideyniniz, yaxud qəyyumunuz tərəfindən Ailə Paylaşımı xüsusiyyətinin bir hissəsi olaraq yaradılıbsa mümkündür. Biz yaşı 13-dən aşağı və ya müvafiq yurisdiksiya üzrə minimum yaşa uyğun olan yaşda uşaqların şəxsi məlumatlarını yoxlanılmış valideyn razılığı olmadan bilərəkdən toplamır, istifadə etmir və ya açıqlamırıq. Valideynlər və qəyyumlar da kiçik yaşlı uşaqlara İnternetdə yad insanlarla ünsiyyət qurmağın təhlükəli olduğunu xatırlatmalı və onların Xidmətdən istifadəsinə nəzarət etmək də daxil olmaqla uşaqları qorumaq üçün müvafiq ehtiyat tədbirləri görməlidirlər.
Xidmətdən istifadə etmək üçün sizə Amerika Birləşmiş Ştatlarının qanunlarına və ya yaşadığınız və ya Xidməti istifadə etdiyiniz ölkə də daxil olmaqla digər tətbiq edilən yurisdiksiyaya əsasən Xidmətin istifadəsinə qadağa qoyulmamalıdır. Bu Sazişi qəbul etməklə siz yuxarıda qeyd edilənləri başa düşdüyünüzü və qəbul etdiyinizi ifadə edirsiniz.
B. Qurğular və Hesablar. Xidmətlərdən istifadə uyğun cihazlar, İnternetə giriş və müəyyən proqram təminatı (rüsum tətbiq oluna bilər); periodik yeniləmələr tələb edə bilər; və bu faktorların fəaliyyətindən təsirlənə bilər. Apple, bir cihazdan yaradıla biləcək iCloud hesablarının (“Hesablar”) sayını və bir Hesabla əlaqəli cihazların sayını məhdudlaşdırmaq hüququnu özündə saxlayır. Tələb olunan proqram təminatının sonuncu versiyası müəyyən tranzaksiya və ya xüsusiyyətlər üçün tələb oluna bilər. Bu tələbləri yerinə yetirməyin sizin öhdəliyiniz olması ilə razılaşırsınız.
C. İstifadədə Məhdudiyyətlər. Siz Xidmətdən yalnız bu Sazişin icazə verdiyi məqsəd üçün və yalnız hər hansı tətbiq olunan qanun, nizamnamə və ya tətbiqi yurisdiksiyada ümumi qəbul edilmiş təcrübə ilə icazə verilən dərəcədə istifadə etməyə razılaşırsınız. iCloud xüsusiyyətlər səhifəsində təsvir edildiyi kimi sizin Hesaba 5 GB yaddaş tutumu ayrılıb. Əlavə yaddaş aşağıda təsvir edildiyi kimi, satın almaqla mümkün olur. Buraxılış zolağının və ya yaddaş tutumunun (məsələn ehtiyat nüsxə və ya e-poçt hesabının yeri) hər hansı müvafiq və ya münasib məhdudiyyətini keçmək qadağandır və bu iCloud-da ehtiyat nüsxə çıxarılmasına, sənədlər əlavə etməyə və ya sizin iCloud e-poçt ünvanına göndərilmiş yeni e-poçt məktubunu qəbul etməyə mane ola bilər. Əgər sizin Xidmətdən istifadəniz və ya digər hərəkətiniz qəsdən və ya bilməyərəkdən Apple-in Xidmətin və ya digər sistemlərin təminatına təhlükə yaradarsa, Apple-in Xidməti və Apple sistemlərini qorumaq üçün bütün müvafiq addımları atmağa səlahiyyəti var ki, bura sizin Xidmətə girişinizə xitam vermək də daxildir. Müvafiq məhdudiyyət pozğunluqları Hesabınızın bağlanması ilə nəticələnə bilər.
Əgər siz aidiyyəti qurum, aidiyyəti qurumun işgüzar tərəfdaşı və ya nümayəndəsi, yaxud işgüzar tərəfdaşsınızsa (45 Federal Qaydalar Toplusunun (FQT) §160.103-də müəyyən edilən şərtlər üzrə) onda Siz hər hansı “qorunan sağlamlıq haqda məlumatları” yaratmaq, qəbul etmək, təmin etmək və ya ötürmək üçün iCloud komponenti, funksiyası və ya digər qurğusundan istifadə etməyəcəyinizə (45 FQT-nin §160.103-də müəyyən edilən şərtlər üzrə), yaxud da iCloud-dan Apple-ı (yaxud hər hansı Apple Törəmə şirkətini) sizin və ya hər hansı üçüncü tərəfin işgüzar tərəfdaşı edəcəyi qaydada istifadə etməyəcəyinizə razılıq verirsiniz.
D. Xidmətin Mümkünlüyü. Xidmət və ya onun hər hansı funksiyası, yaxud hissəsi bütün dillərdə və ya ölkələrdə mövcud olmaya bilər və Apple Xidmət və ya onun hər hansı funksiyası, yaxud hissəsinin müəyyən bir yerdə mövcud olacağına zəmanət vermir. Xidmətə daxil olmaq və istifadə etmək üçün seçdiyiniz dərəcəni öz təşəbbüsünüzlə seçirsiniz və hər hansı tətbiqi qanunla uyğunluğuna görə də məsuliyyət daşıyırsınız.
E. Xidmətin Dəyişdirilməsi. Apple bu Sazişi istənilən vaxt dəyişdirmək və Xidmətdən istifadənizə dair yeni və əlavə şərtlər və ya qaydalar tətbiq etmək hüququna malikdir, bu şərtlə ki, qanuni, normativ və ya dövlət əməliyyatından irəli gələn hallara görə belə etmək, istifadəçinin təhlükəsizliyi, istifadəçinin məxfiliyi və ya texniki bütünlük problemlərini həll etmək, digər istifadəçilərdən xidmət pozuntularından yayınmaq məqsədilə; və ya təbii fəlakət, faciəvi hadisə, müharibə və ya Apple-in əsaslı nəzarətindən kənar baş verən oxşar hadisələrə görə əsaslı olmayana qədər Apple, Xidmətə və ya xidmətin müvafiq şərtlərinə istənilən maddi əks dəyişiklikdən 30 gün əvvəl sizə bildiriş verəcək. Ödənişli iCloud xidmətləri (məs, aşağıdakı iCloud+) ilə əlaqədar Apple, istifadəçinin təhlükəsizliyi, istifadəçinin məxfiliyi və ya texniki bütünlük problemlərini həll etmək, digər istifadəçilərdən xidmət pozuntularından yayınmaq məqsədilə; və ya təbii fəlakət, faciəvi hadisə, müharibə və ya Apple-in əsaslı nəzarətindən kənar baş verən oxşar hadisələrə görə dəyişiklik əsaslı hesab edilməyənə qədər cari ödəmə müddətiniz sona çatmazdan əvvəl Xidmətə hər hansı bir maddi əks dəyişiklik etməyəcək. Apple Xidmətə və ya istifadə şərtlərinə maddi əks dəyişikliklər etdiyi təqdirdə, sizin bu Sazişə və hesabınıza xitam vermək hüququnuz var, belə halda, Apple sonradan cari ödəmə müddətiniz üçün sizə istənilən ilkin ödənişin proporsional geri ödənişi ilə təmin edəcək. Apple, bu Bölmə I.E.-yə əsasən Xidmətə və ya xidmət şərtlərinə edilən istənilən dəyişikliyə görə qarşınızda öhdəlik daşımır.
II. XÜSUSİYYƏTLƏR VƏ XİDMƏTLƏR
A. Fotolar
1. iCloud Fotolar. iCloud Fotolar. iCloud Fotoları aktivləşdirdiyiniz halda, iOS cihazınız, macOS kompüteriniz və ya Windows kompüterinizdəki fotolarınız, videolarınız, Fotolar Proqramındakı metaverilələriniz və redaktə etdiyiniz məlumatlar iCloud-a avtomatik olaraq yüklənəcək və saxlanılacaq və sonra sizin bütün digər iCloud Fotolar aktivləşdirilmiş cihaz və kompüterlərinizə yerləşdiriləcək. Foto və video əksolunma qabiliyyəti cihazınızın parametrlərindən və mövcud yaddaş tutumundan asılı olacaq. Siz istənilən zaman tam əks olunma qabiliyyətli fotoları və videoları yükləyə bilərsiniz.
2. Shared Albums. Shared Albums-dən istifadə edərkən, siz fotoları və videoları silənə kimi Apple onları saxlayır. Shared Albums-a girişi olan cihazdan paylaşılan foto və videolarınıza daxil ola bilərsiniz. Shared Albums -a dəvət etdiyiniz şəxslər foto və videolara nəzər yetirə, yaddaşda saxlaya və paylaşa bilər, eləcə də, foto və videolarda dəyişiklik edə və şərh edə bilərlər. Əgər siz veb-keçid vasitəsilə fotoları paylaşmaq üçün Shared Albums-dən istifadə etməyi seçsəniz, bu fotolar təqdim edilən və ya veb-keçid imkanı olan istənilən kəs üçün açıq olacaq. Siz ayrı-ayrı fotoları, videoları, şərhləri və ya bütün Shared Albums-u dayandırmaq istəyirsinizsə, onları dərhal silə bilərsiniz. Lakin paylaşdığınız şəxslərin cihazında və ya kompüterində daha öncə saxlanılan şəkil və videolar silinməyəcək.
3. Paylaşılan Foto Kitabxanası. Sizdə iCloud Fotoları aktivləşdirilibsə, beş nəfərə qədər şəxslə bir Paylaşılan Kitabxana yarada və ya ona qoşula bilərsiniz. Foto və videoları Paylaşılan Foto Kitabxanasına yerləşdirdiyiniz zaman, onlar Şəxsi Kitabxananızdan Paylaşılan Kitabxanaya keçir. Bütün iştirakçıların Paylaşılan Kitabxanaya məzmun əlavə etmək, redaktə etmək və silmək üçün bərabər icazələri var. Paylaşılan Kitabxanadakı bütün iştirakçıların Paylaşılan Kitabxana məzmununa girişi var, lakin Paylaşılan Kitabxana məzmunu yalnız Paylaşılan Kitabxananı yaradan şəxsin iCloud Yaddaş kvotasına hesablanır. Kitabxana sahibinin iCloud yaddaşı bitərsə, məzmun daha Paylaşılan Kitabxanaya əlavə edilə bilməz və redaktələr, sevimlilər və metadata düzəlişləri kimi dəyişikliklər artıq sinxronlaşdırılmayacaq. Valideyn və ya qəyyum tərəfindən müəyyən edilmiş Apple Hesabı olan 13 yaşından (və ya müvafiq yurisdiksiyada minimum yaş həddindən) kiçik olan istifadəçilər yalnız digər Ailə üzvləri ilə birgə Paylaşılan Foto Kitabxanasında iştirak edə bilərlər.
B. Qovluq və Fayl Paylaşması. iCloud Qovluq və Fayl Paylaşmasından istifadə etdikdə, Apple tərəfinizdən silinənədək istənilən faylları yaddaşda saxlayır. Siz paylaşdığınız faylları iCloud Drive aktivləşdirilmiş istənilən cihazınızdan əldə edə bilərsiniz. Siz digər şəxslərə bu fayllara baxmaq, yaddaşda saxlamaq, nüsxəsini çıxarmaq və ya redaktə etmək üçün icazə verə bilərsiniz. Siz bu fayllar üzərində yalnız redaktə etmək və ya baxmaq icazəsi də təqdim edə bilərsiniz. Faylları veb link ilə paylaşmaq üçün iCloud Qovluq və Fayl Paylaşmasından istifadə edirsinizsə, bu fayllar veb link göndərilən hər kəs üçün əlçatan olacaq. Siz faylların paylaşılmasını istənilən zaman dayandıra bilərsiniz. Paylaşımı dayandırdığınız halda fayllar paylaşılan hər bir şəxsin cihazında iCloud Drive-dan silinəcək. Lakin, başqa bir cihaza və ya kompüterə daha öncə kopyalanmış fayllar silinməyəcək.
C. Mail Drop. Əgər iCloud-a daxil olmusunuzsa və siz böyükhəcmli qoşmalarla e-poçt məktubu göndərmək üçün macOS Poçt və iCloud Veb poçtu istifadə edirsinizsə, böyük fayl köçürmələrini həyata keçirmək üçün Mail Drop funksiyasından istifadə edə bilərsiniz. Mail Drop ilə sizin böyükhəcmli qoşmalarınızın sürətli çatdırılması üçün müvəqqəti olaraq iCloud serverinde saxlanılacaq. Göndərdiyiniz şəxsin elektron poçt tətbiqi proqramından asılı olaraq Apple həmin şəxslərə link və ya elektron poçt qoşmasının ön görünüşünü göndərəcək. Böyük həcmli elektron poçt qoşmalarının müvəqqəti saxlanması sizin iCloud yaddaş bazanıza təsir etməyəcək. Mail Drop haqqında daha ətraflı məlumat: https://support.apple.com/HT203093.
D. Üçüncü Tərəf Tətbiqləri. Əgər iCloud identifikasiya göstəricilərinizlə bəzi üçüncü tərəfin tətbiqlərinə daxil olsanız, həmin tətbiqə məlumatları şəxsi iCloud hesabınızda saxlamağa icazə verməyə razılaşırsınız və Apple üçün Xidmət və bu cür tətbiqlərdən istifadənizlə bağlı müvafiq üçüncü tərəf tətbiq tərtibatçısı adından bu cür məlumatları toplamaq, saxlamaq və emal etməyə razılaşırsınız. Tətbiqin sizin şəxsi iCloud hesabınızda saxladığı məlumat sizin yaddaş limitinizdən hesablanacaq. Belə məlumat eyni tətbiq tərtibatçısından yüklənmiş digər tətbiqlə paylaşıla bilər.
E. Ailə Paylaşımı. Ailə Paylaşımı ilə siz, Store və Apple abunəçiliyi kimi müəyyən satınalmaları ailə üzvləriniz ilə paylasa bilərsiniz. Siz həmçinin ailənizin paylaşmaq istədiyinə görə fotolar, təqvimlər, lokasiya və ekran vaxtı məlumatları kimi müəyyən məzmunları paylaşa bilərsiniz. Üçüncü tərəflərdən müəyyən abunəlikləri və tətbiqdaxili alışları da paylaşa bilərsiniz. Məzmun satınalmalarınızın paylaşılması ilə bağlı ətraflı məlumat üçün https://www.apple.com/legal/internet-services/itunes/ww/ veb-səhifəsində Apple Media Xidmətləri şərtləri və qaydalarına baxın. Ailə üzvləriniz ilə paylaşacağınız məzmun, cihazdan istifadə və lokasiya məlumatları haqqında ətraflı məlumat: https://www.apple.com/family-sharing/.
F. iCloud Yalnız Veb Hesabı. Əgər siz Xidmətə yalnız veb hesabı ilə qeyri-Apple markalı cihaz və ya kompüterdən daxil olsanız, sizin ancaq məhdud saylı Xidmət funksiyalarına girişiniz olacaq. Siz 1 GB pulsuz yaddaş alacaqsınız və onu yalnız veb hesabı ilə artıra bilməyəcəksiniz. Xidmətə yalnız veb hesabından daxil olmaq üçün bir şərt olaraq siz bu Sazişdə olan heç bir məhdudiyyətsiz Xidmətin istifadəsi ilə bağlı bütün tələblər, istifadəyə dair məhdudiyyətlər, mümkünlük, public beta, imtinalar və ya zəmanətlər, sizin məzmun, idarə və xitam ilə bağlı qaydalar da daxil olmaqla bütün müvafiq şərtlərlə razılaşırsınız. Yalnız veb istifadəçiləri üçün aktiv olmayan xüsusiyyətlərlə bağlı bu Sazişdə olan şərtlər sizin üçün uyğun olmayacaq. Bura məsələn, məkan əsaslı xidmətlərin istifadəsi və iCloud yaddaş yeniləmələri üçün rüsum ödənişləri daxildir. Siz daha sonra razılaşırsınız ki, əgər nəticə etibarilə sizin olub-olmamasından asılı olmayaraq, Apple markalı cihaz və ya Apple markalı kompüterdən öz yalnız veb hesabınıza daxil olsanız, Apple yalnız veb hesabınızı tam iCloud hesabına avtomatik olaraq yüksəldə və pulsuz yaddaş tutumu da daxil olmaqla, sizə Xidmətin bütün mümkün funksiyalarını təmin edə bilər. Əgər siz Apple markalı cihaz və ya Apple markalı kompüterdən öz veb hesabınıza daxil olmağı seçsəniz və nəticə etibarilə Xidmətin tam funksiyalarına yenilənsəniz, burada qeyd edilən bütün şərtlərin Xidmətdən istifadə ilə bağlı sizə tətbiq olunacağına razılaşırsınız. Əgər tam iCloud hesabına malik olmaq istəmirsinizsə, yalnız veb hesabınıza Apple markalı cihaz və ya kompüterdən daxil olmayın.
G. iCloud+. “iCloud+” əlavə yaddaşa və müəyyən premium funksiyalara giriş imkanı verən premium iCloud Abunəliyidir. iCloud+ abunəlik planları iCloud+ Abunəlikləridir. Məkanınızın tələblərindən asılı olaraq, iCloud+ Abunəliyiniz varsa və ya Ailə Paylaşım qrupunuzda kiminsə iCloud+ Abunəliyi varsa və onu sizinlə paylaşırsa, aşağıdakı iCloud+ funksiyalarından bir neçəsini və ya hamısını əldə edə bilərsiniz:
1. Şəxsi Rele. Şəxsi Rele, internet trafikinizi şifrələyərək və ən azı iki internet relesi ilə göndərərək vebə daha özəl və etibarlı şəkildə qoşulmanıza və göz atmanıza imkan verir. Şəxsi Rele istifadə edərkən bəzi veb saytlar, məsələn, yanlış region üçün məzmun göstərərək və ya daxil olmaq üçün əlavə addımlar atmaqla gözlənildiyi kimi davranmaya bilər. İstənilən vaxt iCloud Parametrlərindən Şəxsi Releni aktiv və ya deaktiv edə bilərsiniz. Əlavə olaraq, Şəxsi Rele internet provayderinizin məlumat istifadənizi məlumat məhdudiyyətlərindən azad etmə qabiliyyətinə təsir göstərə bilər və internet provayderinizdən əlavə ödənişlərə səbəb ola bilər. Şəxsi Rele əvvəlcə beta olaraq əlçatan ola bilər və belə halda, Bölmə VI.C-nin müddəalarına tabe olan bir Beta Funksiyasıdır. (Public Beta).
2. E-poçtumu Gizlət. E-poçtumu Gizlət, seçdiyiniz bir e-poçt ünvanına yönəldiləcək unikal, təsadüfi e-poçt ünvanları yaratmağa imkan verir. Apple, bu funksiyada əlçatan olan e-poçt ünvanlarının sayını məhdudlaşdırmaq və ya burada qeyd olunan şərtləri pozarsa, ləqəbdən istifadəni dayandırmaq hüququnu özündə saxlayır.
3. HomeKit Təhlükəsiz Video. iCloud+ platformasındakı HomeKit Təhlükəsiz Video, uyğun ev təhlükəsizlik kameralarından videonu iCloud-da saxlamağa və çəkilişlərinizə uzaqdan baxmağa imkan verir. HomeKit Təhlükəsiz Video, dəstəklənən iCloud+ planı, uyğun HomeKit təhlükəsizlik kamerası və ev habı olaraq çalışan HomePod, Apple TV və ya iPad tələb edir. Bəzi iCloud+ planları, əlçatan kameraların və ya video yayımlarının sayını məhdudlaşdıra bilər.
4. Fərdi E-poçt Domenləri. iCloud Mail ünvanınızı fərdi domen adı ilə fərdiləşdirə bilərsiniz (əlçatan olduqda) və ailənizin üzvlərini iCloud Mail hesabları ilə eyni domendən istifadə etməyə dəvət edə bilərsiniz. Hər bir şəxsin hər bir domen üçün üç ədədə qədər e-poçt ünvanı ola bilər. iCloud-da saxlanılan poçtlar iCloud yaddaşınıza hesablanır. iCloud yaddaş yeriniz tükənsə, daha çox yaddaş sahəsi olana qədər fərdi e-poçt ünvanlarınızdan yeni mesajlar ala bilməyəcəksiniz. Apple, iCloud Mail ünvanınızı qanunsuz, təcavüzkar, təhdid edən, zərərli, işgəncə, böhtan xarakterli, təhqiramiz, şiddət xarakterli, ədəbsiz, kobud, başqasının şəxsi həyatına təcavüz edən, nifrət xarakterli, irqi və ya etnik baxımdan təhqiramiz olan və ya başqa cür etiraz edilə bilən fərdi domen adı ilə fərdiləşdirməkdən imtina etmək hüququnu özündə saxlayır.
5. Apple Invites. Apple Invites sizə tədbirlər üçün dəvətnamələr yaratmağa, göndərməyə və onları idarə etməyə imkan verir. Apple Invites-ın köməyi ilə tədbirlər təşkil etmək üçün sizin yaşınız 13 və ya daha yuxarı (və ya müvafiq yurisdiksiyada ekvivalent minimal yaş) olmalıdır. Siz tədbir üçün Ümumi albom və ya Ümumi pleylist yarada bilərsiniz. Tədbirin qonaqları onlarda Apple hesabı, Ümumi pleylist üçün isə həm də Apple Music abunəliyi olduğu təqdirdə Ümumi alboma və ya Ümumi pleylistə giriş imkanı əldə və öz töhfələrini verə bilərlər.
Bəzi iCloud+ funksiyaları bütün ölkələrdə və ya bölgələrdə əlçatan deyil.
H. İkimərhələli Autentifikasiya və Avtomatik yığılan Zənglər/Mesajlar. Əgər Apple Hesabınız üçün İkimərhələli Autentifikasiyanı aktivləşdirməyi seçsəniz, siz (a) Apple-a ən azı bir telefon nömrəsi təqdim edirsiniz; və (b) Apple-dən təqdim olunan hər hansı telefon nömrəsində avtomatik yığılan və ya əvvəlcədən yazılan zəngləri qəbul etməyə razılaşırsınız. Biz bu cür zəngləri və ya mesajları (i) daxil olduğunuz zaman Hesabınızı təhlükəsiz saxlamağa kömək etmək; (ii) parolunuzu unutduğunuz zaman Hesabınıza daxil olmağa kömək etmək; yaxud (iii) əks təqdirdə Hesabınıza xidmət üçün və ya bu Sazişi, qaydalarımızı, müvafiq qanunvericiliyi və ya sizinlə bağladığımız digər hər hansı razılaşmanı qüvvəyə mindirmək üçün yerləşdirə bilərik.
I. Hesab Bərpası ilə bağlı Yardım. Hesabınıza və məlumatlarınıza yenidən giriş əldə etməyinizə kömək edə biləcək bir kod yaratmaq üçün cihazlarından istifadə edə biləcək bir və ya daha çox insanı bərpa kontaktı olaraq əlavə edə bilərsiniz. Bərpa kontaktının 13 yaşdan yuxarı olması (və ya müvafiq yurisdiksiyada ona bərabər minimum yaş), Apple Hesabı, ikimərhələli autentifikasiyası və cihaz parolunun aktiv olduğu bir Apple cihazı olmalıdır. Onlar hesabınıza birbaşa giriş əldə edə bilməyəcəklər. Bərpa kontaktlarınızı yeniləmək sizin məsuliyyətinizdir.
J. Qabaqcıl Məlumat Mühafizəsi. Qabaqcıl Məlumat Mühafizəsi ilə siz iCloud Yedəkləmə, Şəkillər, Qeydlər və iCloud Diskində saxlanılan fayllar da daxil olmaqla, iCloud-da məlumatlarınızın əlavə kateqoriyalarını daha yaxşı qorumaq üçün tam şifrələmənin istifadəsini aktivləşdirə bilərsiniz. Qabaqcıl Məlumat Mühafizəsini aktivləşdirmək üçün Hesabınız üçün ikimərhələli autentifikasiyanı aktivləşdirməlisiniz və şifrə və ya parol ilə həmin hesab üçün etibarlı cihazınız (ikimərhələli autentifikasiyadan istifadə edərək Hesabınıza daxil olduğunuz cihazlar) olmalıdır. Bundan əlavə, Hesabınızın şifrəsini unutduğunuz, etibarlı cihazlarınızdan heç birinə girişiniz olmadığı halda və cihazınızın giriş kodlarını və ya şifrələrini unutduğunuz halda Hesabınıza və məlumatlarınıza yenidən giriş əldə etmək üçün sizdən bərpa açarı yaratmağınız və ya ən azı bir hesab bərpa kontaktı təyin etməniz tələb olunacaq. Bərpa kontaktlarınızı istənilən vaxt dəyişə bilərsiniz, lakin onlar 13 yaşdan yuxarı (və ya bərpa kontaktının yerləşdiyi ərazidə minimum yaş həddinə çatmış) olmalı, ikimərhələli autentifikasiya aktivləşdirilmiş Apple Hesabı və şifrə və ya parol ilə quraşdırılmış Apple cihazına malik olmalıdırlar. Apple aktivləşdirdikdən sonra Qabaqcıl Məlumat Mühafizəsi ilə qorunan məlumatların bərpasında sizə kömək edə bilməyəcək, ona görə də bərpa açarınızı təhlükəsiz saxlamaq və/və ya bərpa kontaktlarınızı yenilənmiş olaraq saxlamaq sizin məsuliyyətinizdir. Apple bərpa açarınızın qorunmaması ilə bağlı və ya bərpa kontaktınızın Hesabınıza və məlumatlarınıza yenidən giriş əldə etməyə kömək edə bilməməsi və ya kömək etmək istəməməsinə görə hesabınıza və ya məlumatınıza daxil ola bilməməyinizə görə heç bir məsuliyyət daşımır. İdarə olunan Apple Hesabları və Uşaq hesabları Qabaqcıl Məlumat Mühafizəsi üçün uyğun deyil. İstənilən vaxt Qabaqcıl Məlumat Mühafizəsini deaktiv edə bilərsiniz.
K. Təhlükəsizlik Açarları. Təhlükəsizlik Açarları sizə Apple Hesabınızla daxil olmaq üçün istifadə ediləcək fiziki təhlükəsizlik açarını tələb etməyə imkan verir. Təhlükəsizlik Açarları Apple Hesabınız üçün ikimərhələli identifikasiyanı aktivləşdirmənizi və iki mərhələdən biri kimi FIDO sertifikatlı üçüncü tərəf təhlükəsizlik açarından istifadə etməyinizi tələb edir. Təhlükəsizlik Açarları sizə yeni açar əlavə etmək üçün etibarlı cihazdan istifadə etməyə və ya hesabınıza girişi qorumaq üçün Təhlükəsizlik Açarlarını tamamilə deaktiv etməyə imkan verir. Bununla belə, bütün təhlükəsizlik açarlarınızı, eləcə də etibarlı cihazlarınızı itirmisinizsə, hesabınıza girişi həmişəlik itirəcəksiniz və Apple hesabınıza və ya məlumatlarınıza yenidən giriş əldə etməyə kömək edə bilməyəcək. Apple fiziki təhlükəsizlik açarlarınızın qorunmaması və ya fiziki təhlükəsizlik açarlarınızın düzgün işləməməsi ilə bağlı olaraq hesabınıza və ya məlumatınıza giriş edə bilməməyinizə görə heç bir məsuliyyət daşımır. İdarə olunan Apple Hesabları və uşaq hesabları Təhlükəsizlik Açarları üçün uyğun deyil.
L. Rəqəmsal İrs. Rəqəmsal İrs ilə ölümünüzdən sonra hesabınızdakı müəyyən məlumatlara daxil olmaq və yükləmək üçün bir və ya daha çox kontakt əlavə etməyi seçə bilərsiniz. Təyin edilmiş kontaktlarınız Apple-a ölüm barədə sübut təqdim edərsə və lazım olan açarları varsa, avtomatik olaraq müəyyən hesab məlumatlarına giriş əldə edəcək və aktivləşdirmə kilidi bütün cihazlarınızdan silinəcəkdir. Rəqəmsal İrs kontaktlarınızı yeniləmək sizin məsuliyyətinizdir. Rəqəmsal İrs barədə ətraflı məlumat: http://support.apple.com/HT212360 və http://support.apple.com/HT212361.
M. Məkan Əsaslı Xidmətlərdən İstifadə
Apple və onun tərəfdaşları və aksionerləri GPS (və ya oxşar texnologiya, mümkün olan yerdə) və kraudsors Wi-Fi giriş nöqtələri və mobil telefon qüllələrindən istifadə etməklə cihaza əsaslanan məkan məlumatından asılı olan müəyyən xüsusiyyətlər və ya xidmətləri təmin edə bilərlər. Mümkün olan yerlərdə belə xüsusiyyət və xidmətləri təmin etmək üçün Apple, onun əməkdaşları və aksionerləri sizin cihazın coğrafi məkanı da daxil olmaqla olduğunuz yer barədə məlumatı, Hesabınızla, sizin Apple Hesabınız, cihaz ID-niz və adı və cihazın növü də daxil olmaqla qeyd edilən hər hansı qeydiyyatdan keçmiş cihazla bağlı məlumatı toplamalı, istifadə etməli, göndərməli, işləməli və saxlamalıdır.
Siz məkana əsaslanma funksiyalarından istifadə etməməklə və cihazınızda Find My (o cümlədən, əvvəlki Find My iPhone və Find My Friends tətbiqləri, birlikdə “Find My” adlanır) və ya Məkan Xidmətlərini Parametrlərdə (mümkün olduğu kimi) söndürməklə Apple, onun əməkdaşları və aksionerlərinin məkan və Hesab məlumatlarını toplamasına, istifadəsinə, göndərməsinə, işləməsiə və saxlamasına razılığınızdan istənilən vaxt imtina edə bilərsiniz. Xidmətin bir hissəsi kimi olduğu yer barədə məlumatdan istifadə edən və ya təmin edən üçüncü tərəfin xidmətlərindən istifadə edərkən siz üçüncü tərəf xidmətlərinin olduğu yer barədə məlumatların istifadəsinə dair üçüncü tərəfin şərtlərini və məxfilik siyasətini nəzərdən keçirməlisiniz. Xidmət tərəfindən təmin edilən olduğu yer barədə hər hansı məlumat dəqiq məlumatın tələb olunduğu vəziyyətlərdə və ya yanlış, qeyri-dəqiq, gecikmiş və ya natamam məkan məlumatlarının ölümlə, zədə ilə, əmlaka və ətraf-mühitə zərər yetirməklə nəticələnə biləcəyi hallarda əsaslanmaq üçün nəzərdə tutulmayıb. Apple Xidməti göstərən zaman qənaətbəxş bacarıq və lazımi dərəcədə ehtiyatlılıq göstərəcək, lakin nə Apple, nə də onun hər hansı xidmət və/yaxud digər məzmun provayderləri Xidmət tərəfindən göstərilən məkan məlumatlarının və ya hər hansı digər məlumatın mümkünlüyü, dəqiqliyi, tamlığı, etibarlılığı və ya vaxtlı-vaxtında olmasına zəmanət vermir. MƏKAN BİLDİRƏN XİDMƏTLƏR QƏZA KOORDİNAT SİSTEMİ KİMİ İSTİFADƏ ETMƏK ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB VƏ YA UYĞUN DEYİL.
N. Find My
iOS 13, iPad OS və ya macOS Catalina və ya daha sonrakı versiyaların icra olunduğu cihazda iCloud və Məkan Xidmətləri aktivləşdirildikdə, Find My (iOS 8 — iOS 12 icra olunduğu cihazlar üçün Find My iPhone) avtomatik olaraq həmin cihazda və ona qoşulmuş hər hansı Apple aksesuarında aktivləşdiriləcək. Aktivləşdirildikdə, cihazınız avtomatik olaraq Apple Hesabınızla əlaqələndiriləcək və hər hansı bir şəxs (siz də daxil olmaqla) Find My-ı söndürməzdən, iCloud-dan çıxmazdan, cihazı silməzdən və ya aktivləşdirməzdən əvvəl Apple Hesabı parolunuz tələb olunacaq. Apple və onun səlahiyyətli nümayəndələri siz xidmətdən əvvəl Find My-ı qeyri-aktiv etmədiyiniz təqdirdə Apple-in məhdud zəmanəti altındakı xidmətlər də daxil olmaqla, avadanlıq və proqram təminatı dəstəyi xidmətlərini yerinə yetirməyə bilər. Sizin iOS cihazınızı parol ilə qoruya, Lost Mode-u aktiv edə və/və ya qeydlər və əlaqələri qəbul edə və ya cavablaya bilmədiyinizə görə Apple heç bir məsuliyyət daşımır. Apple eyni zamanda iOS cihazınızı sizə qaytarmağa və ya iOS cihazınızda hər hansı məlumat itkisinə görə də məsuiliyyət daşımır.
Şəbəkəmi Tap kraudsors funksiyasıdır və Sizə və başqalarına itmiş cihazlar internetə qoşulmadıqda onları tapmaq imkanı verir. Cihazda Şəbəkəmi Tap aktivdirsə, Bluetooth (və ya oxşar texnologiyalar) ilə yaxınlıqdakı oflayn cihazları aşkarlayır. Cihaz itmiş oflayn cihazı aşkarladıqda, Wi-Fi və ya mobil bağlantı ilə onun təqribi yerini cihazla əlaqəli Apple Hesabına bildirir və beləcə cihazın sahibi Find My tətbiqində onun yerini görə bilir. Məkan bildirilməsi tam şifrlənmişdir və Apple bildirən cihazın və ya hər hansı oflayn cihazın yerini görə bilmir. Siz Şəbəkəmi Tap funksiyasını Parametrlərdə qeyri-aktiv edə bilərsiniz.
O. Ehtiyat nüsxəçıxarma
Cihazın ekranı kilidlənəndə, enerji mənbəyinə qoşulduqda və Wi-Fi şəbəkəsi vasitəsilə İnternetə qoşulduqda, iCloud Ehtiyat nüsxəçıxarma mütəmadi olaraq iOS cihazları üçün avtomatik olaraq ehtiyat nüsxə çıxarır. Əgər cihaz iCloud-da yüz səksən gün (180) ərzində ehtiyat nüsxə çıxarmasa, Apple bu cihazla bağlı istənilən ehtiyat nüsxələri silmək hüququna malikdir. Ehtiyat nüsxəçıxarma cihaz parametrləri, cihaz xarakteristikaları, fotolar və videolar, sənədlər, sizin mesajlarınızı zəng melodiyası, Health proqramı və digər proqram məlumatlarını əhatə edə bilər. Ətraflı məlumat: https://support.apple.com/HT207428. iTunes Store, App Store və ya Apple Books-dan satın aldığınız məzmun, kompüterinizdən sinxronlaşdırılmış media və iCloud Photo Library aktivləşdirildikdə foto qalereyanız iCloud ehtiyat nüsxəçıxarmaya daxil edilmir. Xidmətin təchizatı zamanı Apple qənaətbəxş bacarıq və lazımi dərəcədə ehtiyatlılıq göstərəcək, lakin BU SAZİŞİN ŞƏRTLƏRİNƏ ƏSASƏN TƏTBİQİ QANUNUN İCAZƏ VERDİYİ DƏRƏCƏDƏ APPLE XİDMƏT VASİTƏSİLƏ SAXLADIĞINIZ VƏ YA MÜRACİƏT ETDİYİNİZ HƏR HANSI MƏZMUNUN BİLMƏYƏRƏKDƏN VURULMUŞ ZƏRƏR, KORLANMA, İTMƏ VƏ YA SİLİNMƏYƏ MƏRUZ QALMAYACAĞINA ZƏMANƏT VERMİR VƏ BELƏ ZƏDƏLƏNMƏ, KORLANMA, İTMƏ VƏ YA SİLİNMƏ BAŞ VERƏRSƏ, APPLE BUNA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. Məlumat və verilənlərinizin müvafiq alternativ ehtiyat nüsxəsini çıxarmaq sizin məsuliyyətinizdir.
III. ABUNƏLİK YENİLƏMƏLƏRİ
iCloud+ Abunəliyi planları abunəlik əsasında satın alınır.
A. Ödəniş
Daha çox yaddaş və əlavə funksiyalar üçün iCloud+ Abunəlik xidmətinə keçdiyiniz zaman Apple avtomatik olaraq Apple Hesabı (məs., mövcud olarsa, iTunes Store, App Store, və ya Apple Books-da alış-veriş etmək üçün istifadə etdiyiniz ödəmə üsulu) ilə bağlı periodik ödəmə üsuluna və ya sizin Ailə hesabınızla bağlı ödəmə üsuluna mövcud vergilər də daxil olmaqla seçdiyiniz saxlama planı üçün saxlama haqqını təyin edəcək. Planlar və qiymətləndirmə haqqında ətraflı məlumat: üçün https://support.apple.com/HT201238. Əgər siz Ailə təşkilatçısısınızsa, o zaman siz Apple-in planı yeniləyən Ailə üzvləriniz üçün periodik əsaslı ödəmə üsulu təyin etməsi ilə razılaşırsınız. Apple eyni zamanda köçürmə məbləği üçün də əvvəlcədən razılıq əldə edə və vaxtaşırı olaraq Apple Hesabınız üzrə e-poçt ünvanına e-poçt vasitəsilə ödəniş xatırlatmalarını elan etmək və digər abunəliklə bağlı kommunikasiyalar üçün sizinlə əlaqə saxlaya bilər.
Siz cihazınızın Parametrlərindəki iCloud bölməsi vasitəsilə planınızı yeniləməklə və ya köhnə versiyaya keçməklə və ya Mac-dakı Sistem Seçimlərində iCloud panelinin altında və ya kompüterinizdə Windows üçün iCloud-da abunəliyinizi dəyişə bilərsiniz.
Yenilənmiş plan üçün tətbiq olunacaq rüsum dərhal qüvvəyə minəcək; yaddaş planında köhnə versiyaya keçmə növbəti illik və ya aylıq ödəniş tarixində qüvvəyə minəcək. SİZ BÜTÜN RÜSUMLARIN VAXTINDA ÖDƏNMƏSİ VƏ BÜTÜN RÜSUMLARIN ÖDƏNMƏSİ ÜÇÜN APPLE-İ ETİBARLI KREDİT KARTI VƏ YA ÖDƏMƏ HESABI İLƏ TƏMİN ETMƏK ÜÇÜN MƏSULİYYƏT DAŞIYIRSINIZ. Əgər Apple kredit kartınızdan və ya ödəmə hesabınızdan lazım olan rüsumu götürə bilmirsə, Apple sizin saxlanmış məzmuna girişinizi ləğv etmək və ya məhdudlaşdırmaq, saxlanmış məzmununuzu silmək və ya Hesabınıza xitam qoymaq hüququna malikdir. Əgər siz başqa kredit kart və ya ödəmə hesabı göstərmək istəyirsinizsə və ya sizin kredit kartda və ya ödəmə hesabının vəziyyətində dəyişiklik varsa, bu zaman iCloud-un Hesab Məlumatı bölməsində məlumatınızı onlayn olaraq dəyişməlisiniz; Apple sizin yeni ödəmə məlumatlarınızı yoxlayarkən Xidmətlərə girişiniz müvəqqəti olaraq dayana bilər. Seçilmiş planda yaddaş limitinizin çatması və ya keçməsi də daxil olmaqla, hesabınızla bağlı səbəblərə görə sizinlə e-poçt vasitəsilə əlaqə saxlaya bilərik.
Əks halın olmasına baxmayaraq əgər siz Braziliyadasınızda:
Apple, iCloud hesabınız ilə bağlı tərəfinizdən borclarınızın ödənilməsi məqsədi ilə toplama və köçürmə əməliyyatlarını həyata keçirmək üçün filial şirkətdən istifadə edə bilər. Bundan başqa, sizin ümumi xərclərinizə hər hansı kredit kart rüsumları daxil olacaqdır. Siz Apple-in törəmə şirkəti tərəfindən ödəmə mənbəyindən tutulacaq mövcud vergilər xaricində tətbiq olunan bütün vergilərə görə məsuliyyət daşıyırsınız. Siz bu cür əməliyyatların aparılması üçün Apple-in tələb etdiyi bütün hesab məlumatlarını təmin etməlisiniz. Siz qəbul edir və razılaşırsınız ki, hesabla bağlı Apple-in tələb etdiyi məlumatı vermədiyiniz təqdirdə Apple sizin hesabınızı dayandıra bilər.
B. İmtina Hüququ
Əgər ilkin satınalmadan sonra abunənizi ləğv etməyi seçsəniz və ya istənilən yeniləmə müddətinin başlamasının ardından illik ödəniş tarifinizdəsinizsə, Müştəri Dəstəyi ilə əlaqə saxlayaraq e-poçt ilə təsdiqinizi qəbul etdikdən sonra 14 gün ərzində aydın bildirişlə (aşağıda “Ümumi” bölməsində müvafiq ünvan təfərrüatlarına baxın) Apple-a məlumat verməklə bunu edə bilərsiniz. Ləğv etmək üçün səbəbi göstərməyinizə ehtiyac yoxdur.
Ləğvetmə üzrə son tarixə qədər siz 14 günlük müddət bitməmişdən əvvəl ləğvetmə ilə bağlı məlumatı göndərməlisiniz.
Aİ və Norveçdəki müştərilərin aşağıdakı ləğvetmə modeli formasından istifadə etməklə bizi məlumatlandırmaq hüququ vardır:
Kimə: Apple Distribution International Ltd., Hollyhill Industrial Estate, Hollyhill, Cork, İrlandiya Respublikasında:
Mən bununla aşağıda qeyd olunan üzrə müqavilədən imtina etməyimlə bağlı bildiriş verirəm:
[ABUNƏ PLANI VƏ MÜDDƏTİ, məs:, 200 GB AYLIQ iCLOUD ABUNƏ PLANI YENİLƏŞDİRMƏSİ]
[TARİX DAXİL ET] tarixində sifariş olunub
İstehlakçının adı
İstehlakçının ünvanı
Tarix
Ləğvetmənin təsirləri
Yaddaşınızı 5 GB-ə qədər azaldacağıq və ləğvetmə ilə bağlı bildirişinizi qəbul etdiyimiz gündən sonra 14 gün ərzində ödənişinizi geri qaytaracağıq. Əgər bu müddət ərzində 5 GB-dan çox yaddaşdan istifadə etmisinizsə, siz daha iCloud ehtiyat nüsxələri yarada bilməyəcək və ya yaddaşınızı azaltmayana kimi bəzi xüsusiyyətlərdən istifadə edə bilməyəcəksiniz. Əməliyyat üçün istifadə etdiyiniz eyni ödəniş üsulundan istifadə edəcəyik və bu cür geri qaytarma üçün sizdən heç bir əlavə haqq tutulmayacaq.
IV. Xidmətdən İstifadəniz
A. Hesabınız
Xidmətin qeydiyyatdan keçmiş istifadəçisi kimi siz Hesab yaratmalısınız. Öz Hesab məlumatlarınızı heç kəsə açıb deməyin. Siz Hesabınızın məxfiliyi və təhlükəsizliyi üçün və Hesabınızda baş verən bütün fəaliyyətlər üçün məsuliyyət daşıyırsınız və Hesabınızın təhlükəsizliyinin hər hansı formada pozulması barədə dərhal Apple-i məlumatlandırmağa razılıq verirsiniz. Siz daha sonra başa düşür və qəbul edirsiniz ki, Xidmət fərdi olaraq şəxsən istifadə üçün nəzərdə tutulub və siz öz Hesab və/və ya parolunuz barədə məlumatları digərləri ilə paylaşmamalısınız. Biz qənaətbəxş bacarıq və lazımi dərəcədə ehtiyatlılıq göstərəcəyik, lakin Apple bu qaydalara əməl etməməniz nəticəsində Hesabınızdan icazəsiz istifadəyə görə yaranan hər hansı itki ilə bağlı məsuliyyət daşımır.
Xidmətdən istifadə üçün Hesabınızın əsliliyini yoxlamaq məqsədilə Apple Hesabı və parolunuzu daxil etməlisiniz. Qeydiyyatdan keçən zaman və Xidmətdən istifadə edən zaman (“Xidmət Qeydiyyatı Tarixi”) düzgün və tam məlumat təmin etməyə razılıq verirsiniz və Xidmət Qeydiyyatı Məlumatını düzgün və tam saxlamaq üçün onu yeniləməyə razılıq verirsiniz. Düzgün, cari və tam Xidmət Qeydiyyat Məlumatı verə bilmədikdə bu Hesabınızın kəsilməsi və/və ya ona xitam verilməsi ilə nəticələnə bilər. Hesabınızın saxlanması və ödəmə rüsumları zamanı istifadə edilməsi üçün təmin etdiyiniz Xidmət Qeydiyyatı Məlumatının Apple tərəfindən saxlanması və istifadəsinə razılıq verirsiniz.
B. Digər Apple Məhsulları və Xidmətlərinin İstifadəsi
Apple və/və ya onun aksionerləri tərəfindən təmin edilən Xidmətin xüsusi komponent və ya xüsusiyyətləri, o cümlədən əvvəlki satınalmaları yükləyə bilmək qabiliyyəti və iTunes Match və/yaxud iCloud Music Library (əlavə rüsum tətbiq olunur) ayrıca proqram təminatı və ya digər lisenziya müqaviləsi və ya istifadə şərtləri tələb edir. Bu Xidmətin müəyyən komponent və ya xüsusiyyətlərini istifadə etmək üçün belə ayrıca müqavilə bağlamaq məqsədilə onu oxumalı, qəbul etməli və razılaşmalısınız.
C. Ötürmə Qadağandır
Bu Sazişdə heç nə hər hansı marağın, adın və ya Apple Hesabında lisenziyasının, e-poçt ünvanının, domen adının, iChat ID-nin, və ya Xidmətlə bağlı istifadə etdiyiniz bənzər mənbənin ötürülməsi kimi başa düşülə bilməz.
D. Vərəsəlik Hüququ Qadağandır
Rəqəmsal İrs qaydalarında və qanunda nəzərdə tutulmayana kimi, Siz Hesabınızın heç kəsə keçə bilməməsi və Apple Hesabı və ya Hesabınızla bağlı məzmuna dair hər hansı hüquqlarınızın vəfatınızla başa çatacağına razılıq verirsiniz. Ölüm haqqında şəhadətnamə ilə Hesabınız dayandırılacaq və Hesabınızdakı məzmun silinəcək. Ətraflı məlumat üçü https://support.apple.com/icloud veb-səhifəsində iCloud Dəstəklə əlaqə saxlayın.
E. Xidmətin Yenidən Satışı Qadağandır
Siz razılaşırsınız ki, Xidməti (və ya onun hər hansı bir hissəsini) yenidən istehsal etməyəcək, köçürməyəcək, nüsxəsini çıxarmayacaq, satmayacaq, yenidən satmayacaq, kirayə verməyəcək və dəyişməyəcəksiniz.
V. Məzmun və onu İdarə etməyiniz
A. Məzmun
“Məzmun” Xidmətin istifadəsi zamanı yaranan və ya qarşıya çıxan, məsələn məlumat faylları, cihazın xarakteristikası, yazılı mətn, proqram təminatı, musiqi, qrafika, fotoşəkillər, şəkillər, səslər, videolar, mesajlar və digər bənzər materiallar kimi hər hansı materiallardır. Siz başa düşürsünüz ki, açıq şəkildə və ya şəxsən göndərilməsindən asılı olmayaraq, Xidmətlə bağlı bütün Məzmun bu Məzmunu yaradan şəxsin müstəsna məsuliyyətindədir. Bu o deməkdir ki, Apple yox, siz Xidmətin istifadəsi zamanı yüklədiyiniz, göndərdiyiniz, e-poçt atdığınız, ötürdüyünüz, yadda saxladığınız hər hansı Məzmuna görə məsuliyyət daşıyırsınız. Siz başa düşürsünüz ki, Xidmətin istifadəsi zamanı təhqiredici, ədəbsiz və ya xoşagəlməz olan Məzmunla qarşılaşa bilərsiniz və başqalarını da onların xoşagəlməz hesab edə biləcəkləri Məzmunu görməyə məruz qoya bilərsiniz. Apple Xidmət vasitəsilə göndərilən Məzmuna nəzarət etmir və eyni zamanda belə Məzmunun düzgünlüyünə, tamlığına və keyfiyyətinə də zəmanət vermir. Siz başa düşürsünüz və qəbul edirsiniz ki, Xidmətdən və hər hansı Məzmundan istifadəniz yalnız sizin riskinizdir.
B. Sizin İdarə etməyiniz
Siz razılaşırsınız ki, Xidmətdən aşağıdakılar üçün istifadə ETMƏYƏCƏKSİNİZ:
1. qanunsuz, təcavüzkar, təhdid edən, zərərli, işgəncə, böhtan xarakterli, təhqiramiz, şiddət xarakterli, ədəbsiz, kobud, başqasının şəxsi həyatına müdaxilə edən, nifrət xarakterli, irqi və ya etnik baxımdan təhqiramiz və ya başqa cür etiraz edilə bilən hər hansı bir Məzmunu yükləmək, endirmək, göndərmək, e-poçt ilə göndərmək, ötürmək, saxlamaq, paylaşmaq, idxal etmək və ya başqa yollarla əlçatan etmək;
2. başqalarını izləmək, narahat etmək, qorxutmaq və ya zərər vermək;
3. Uşaqları hər hansı şəkildə istismar edən, onlara zərər verən və ya təhdid edən hər hansı fəaliyyətlə məşğul olmaq, o cümlədən məhdudiyyətsiz olaraq Uşaqların Cinsi İstismar Materialı, Uşaq Cinsi İstismar materialı və ya uşaqlara zərərli hər hansı digər məzmunun istehsalı, paylaşılması, yüklənməsi və ya saxlanması;
4. əgər siz yetkinlik yaşına çatmış şəxsinizsə, tanımadığınız kiçik yaşlı şəxsdən (18 yaşdan və ya yerli qanuna əsasən azyaşlı hesab etmək üçün digər yaşdan aşağı hər hansı şəxs) aşağıdakılar da daxil olmaqla şəxsi və ya digər məlumatı tələb etmək: tam adı və ya soyadı, ev ünvanı, zip/poçt indeksi, telefon nömrəsi, şəkil və ya azyaşlının məktəbi, kilsə, atletlər klubu və ya dostlarının adları;
5. özünüzü olmadığınız şəxs və ya varlıq kimi qələmə vermək — siz özünüzü başqa şəxs (məşhurlar da daxil olmaqla), varlıq, digər iCloud istifadəçisi, Apple işçisi və ya mülki və ya dövlət lideri kimi qələmə verə və ya təqdim edə bilməzsiniz və ya fiziki və hüquqi şəxslə şəxsiyyət dəyişdirmək (Apple şəxsiyyətinizin başqası tərəfindən təmsili və ya digər şəxsin adı və ya şəxsiyyətinin qeyri-qanuni mənimsənilməsi güman edilən zaman hər hansı Apple Hesabı və ya e-poçt ünvanı ləğv etmə və ya bloka salma hüququna malikdir);
6. müəllif hüquqlarının və ya digər intellektual mülkiiyyətin pozulmasında iştirak (yükləmək hüququnuzun olmadığı hər hansı məzmunu yükləmək də daxildir), və ya məxfilik, əmək və ya aşkarlamama sazişinin pozulması ilə hər hansı ticarət sirrinin və ya məxfiliyin açıqlanması;
7. hər hansı könüllü və ya səlahiyyət verilməmiş e-poçt mesajlarının, elanların, reklam materiallarının, lazımsız poçtlarının, spamların və ya zəncirvari məktubların, ticari reklam və məlumat elanlarının poçtla göndərilməsi, göndərilməsi, ötürülməsi və ya digər yolla mümkün edilməsi;
8. hər hansı TCP-IP paket başlığını və ya başlığın hər hansı hissəsinin məlumatını e-poçtda və ya xəbər qrupu poçtunda saxtalaşdırmaq və ya Xidmətdən göndərilmiş hər hansı Məzmuna alıcıları çaşdırmaq üçün yaradılmış başlıqda məlumat qoymaq (“spufinq”);
9. virusa yoluxmuş hər hansısa materialı və yaxud digər kompyuter kodunu, faylını və ya Xidmətin (və ya onun hansısa hissəsinin), yaxud da istənilən başqa proqram təminatını və texniki vasitələrin normal fəaliyyət göstərməsini məhdudlaşdırmaq və mane olmaq üçün hazırlanan proqramları yükləmək, ötürmək, elektron poçtla göndərmək, saxlamaq və yaxud əks təqdirdə düzəltmək;
10. xidmətə (internet brauzerləri kimi xidmətə avtomatik yollarla qoşulma üsulları da daxil olmaqla); yaxud xidmətə qoşulmuş hansısa server və ya şəbəkəyə, yaxud da xidmətə qoşulmuş şəbəkələrin hər hansı tələbləri, qayda və qanunlarına (məlumatın icazəsiz olaraq əldə edilməsi, istifadəsi və nəzarət edilməsi də daxil olmaqla) mane olmaq və ya müdaxilə etmək;
11. hər hansısa qeyri-qanuni fəaliyyəti planlaşdırmaq və yaxud onda iştirak etmək; və/yaxud
12. xidmətdən yuxarıdakı hər hansı qadağan olunmuş fəaliyyətlə əlaqədar istifadə edən digər istifadəçilərin şəxsi məlumatlarını toplamaq və saxlamaq.
C. Məzmunun Silinməsi
Apple bildiriş aldıqdan və ya Xidmətdə qanunsuz Məzmun aşkarladıqdan sonra bu cür Məzmuna girişin operativ şəkildə məhdudlaşdırılması üçün aşağıda E bölməsində təsvir edilən müvafiq sistem və proseslərdən istifadə edir. Apple-ın göstərilən müdafiə tədbirlərini işləyib hazırlamasına baxmayaraq, siz təsdiq edirsiniz ki, bu Sazişdə birbaşa nəzərdə tutulmuş və ya qüvvədə olan qanunvericiliklə tələb olunan hallar istisna olmaqla, Apple başqaları tərəfindən təmin edilən istənilən Məzmun üçün sizin qarşınızda məsuliyyət daşımır və ya məsul deyil və belə Məzmun müvafiqliyini müəyyən etmək üçün heç bir öhdəliyə malik deyildir. Buna baxmayaraq, Apple məzmunun qanuni olduğunu, bu razılaşma ilə uyğunluğunu və müvafiqliyini müəyyən etmək üçün bütün hallarda hüquqları özündə saxlayır və əgər belə məzmun qüvvədə olan qanunvericiliyi, bu razılaşmanın şərtlərini pozarsa və ya digər səbəblərdən qeyri-məqbul hesab edilərsə, heç bir əvvəlcədən bildiriş olmadan bu Məzmunu yoxlaya, köçürə, imtina edə, dəyişə və/yaxud kənarlaşdıra bilər.
D. Məzmununuzun ehtiyat nüsxəsinin çıxarılması
Siz şəxsi kompüterinizi və yaxud digər qurğunu, hər hansısa vacib sənədi, şəkli və yaxud Xidmət vasitəsi ilə saxladığınız və ya giriş əldə etdiyiniz Məzmunun ehtiyat nüsxəsinin çıxarılmasına görə məsuliyyət daşıyırsınız. Apple, Xidməti təmin etməkdə ağlabatan ustalıqdan və lazımi qayğıdan istifadə etməlidir, ancaq Apple Xidmətiniz vasitəsi ilə əldə edə biləcəyiniz və yaxud saxlaya biləcəyiniz istənilən Məzmunun diqqətsiz zədəyə, pozulmaya və ya itkiyə səbəb olmayacağına zəmanət və ya təminat vermir.
E. Hesaba və Məzmuna Giriş
Apple bu Sazişin hər hansı bir hissəsi ilə uyğunluğu həyata keçirmək və/və ya yoxlamaq üçün vacib və müvafiq olduğuna inandığı addımları atmaq hüququna malikdir. Siz Apple-in qarşınızda heç bir öhdəliyi olmadan Hesab məlumatlarınız və Məzmuna daxil ola, istifadə edə, saxlaya və/və ya hüquq-mühafizə orqanlarına, dövlət rəsmilərinə və/və ya üçüncü tərəfə açıqlaya bildiyini anlayır və buna razılaşırsınız (Apple bunun zəruri və ya müvafiq olduğunu lazım bilərsə, bunu etmək qanunla tələb olunarsa, yaxud Apple bu cür giriş, istifadə, açıqlama və ya saxlamanın aşağıdakılar üçün vacib olduğunu düşünürsə): (a) hüquqi prosesi və ya tələbi yerinə yetirmək; (b) hər hansı potensial pozuntu halının araşdırılması da daxil olmaqla, bu Sazişi həyata keçirmək; (c) təhlükəsizlik, yalançılıq və ya texniki məsələləri aşkar etmək, qarşısını almaq və ya müraciət etmək; və ya (d) Apple-in hüquqlarını, mülkiyyətini və ya təhlükəsizliyini, onun istifadəçilərini, üçüncü tərəfi və ya ictimaiyyəti qanunla tələb olunan və icazə verilən qaydada qorumaq. Apple istifadəçiləri qanunsuz Məzmundan qorumaq üçün Xidmətə tətbiq edilə bilən sistem və proseslər işləyib hazırlamışdır. Bu proseslərə xüsusi təhlükəli qanunsuz Məzmunun, o cümlədən cinsi istismar və uşaqlara qarşı zorakılıq ilə əlaqəli materialların Xidmətdə olma vaxtını minimuma endirməyə yönəlmiş bloklama funksiyaları və istifadəçilər arasında Məzmun mübadiləsinə nəzarət mexanizmləri aid ola bilər. Siz təsdiq edirsiniz ki, qüvvədə olan qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla, Apple başqaları tərəfindən təmin edilən istənilən Məzmun üçün məsuliyyət daşımır və ya məsul deyil və belə Məzmun müvafiqliyini yoxlamaq üçün heç bir öhdəliyə malik deyildir. Buna baxmayaraq, Apple-ın məxfilik siyasətinə əsasən, Apple Məzmunun qanunla və bu razılaşma ilə uyğunluğunu və müvafiqliyini müəyyən etmək üçün bütün hallarda hüquqları özündə saxlayır və əgər belə Məzmunun qanunsuz olduğu, bu razılaşmanın şərtlərini pozduğu, uşaqlar üçün zərərli və digər səbəblərdən qeyri-məqbul olduğu aşkarlanarsa, heç bir əvvəlcədən bildiriş olmadan, öz mülahizəsinə görə bu Məzmunu yoxlaya, köçürə, imtina edə, dəyişə və/yaxud kənarlaşdıra bilər.
F. Müəlliflik Xəbərdarlığı — DMCA
Əgər müəllif hüququna iddia etdiyiniz hər hansı Məzmunun Xidmətdən istifadə edən bir şəxs tərəfindən pozulmasına inanırsınızsa, https://www.apple.com/legal/trademark/claimsofcopyright.html veb-səhifəsində Müəllif Hüquqi ilə bağlı Qanunumuzda göstərildiyi kimi Apple-in Müəllif Hüququ Agenti ilə əlaqə saxlayın. Apple öz mülahizəsinə görə yenidən pozulmağa məruz qalan istifadəçilərin hesablarını dondura və ləğv edə bilər.
G. Bu Sazişin Pozulması
Əgər siz Xidmətdən istifadə edərkən Məzmunun qeyri-uyğunluğunu, qanunsuz və ya uşaqlar üçün zərərli olduğunu aşkar etsəniz və yaxud bu razılaşmanın pozulmasını güman edirsinizsə, bu barədə abuse@iCloud.com ünvanına elektron poçt göndərməklə məlumat verə bilərsiniz.
H. Tərəfinizdən Xidmətdə təqdim olunan və ya Mövcud olan Məzmun
1. Tərəfinizdən Lisenziya. Sizin üçün lisenziyalaşdıra biləcəyimiz material istisna olmaqla, Apple Xidmətə təqdim etdiyiniz və/və ya mümkün etdiyiniz heç bir materiala və Məzmuna görə mülkiyyətini iddia etmir. Buna baxmayaraq, Xidmətin kütlə və ya başqa istifadəçilər üçün mümkün olan ərazilərində (siz belə Məzmunu bölüşməyə razılaşdığınız) belə Məzmunu təqdim etmək və ya yerləşdirməklə, siz Apple-a, sizə heç bir təzminat vermədən və öhdəçilik olmadan, bu cür Məzmunun Xidmətdə təqdim və mümkün olduğu məqsədd üçün istifadə etmək, yaymaq, reproduksiya etmək, dəyişdirmək, uyğunlaşdırmaq, nəşr etmək, tərcümə etmək, ictimaiyyətə açıq təqdim və nümayiş etdirmək üçün qlobal, ödənişsiz, qeyri-eksklüziv lisenziya imtiyazını verirsiniz. Siz razılaşırsınız ki, tərəfinizdən təqdim olunan və yerləşdirilən istənilən Məzmun sizin yeganə məsuliyyyətinizdir və o, hər hansı bir başqa tərəfin hüquqlarını və ya istənilən qanunu pozmayacaq, qayda pozuntularına və yaxud qanundan kənar davranışlara köməklik etməyəcək və ya həvəsləndirməyəcək, yaxud da ədəbsiz, təhlükəli olmayacaq. Xidmətin kütlə və ya başqa istifadəçilər üçün mümkün olan ərazilərində belə Məzmunu təqdim etmək və ya yerləşdirməklə, siz belə materialın sahibi olduğunuzu və/və ya onu yaymaq üçün bütün zəruri hüquqlara, lisenziyalara və icazəyə malik olduğunuzu göstərirsiniz.
2. Məzmuna Dəyişikliklər. Siz başa düşürsünüz ki, Xidməti təmin etmək və bunun ardınca Məzmunun istifadəsini mümkün etmək üçün Apple müxtəlif ictimai şəbəkələrdən, müxtəlif mediada sizin Məzmununuzu ötürə bilər və kompüterlərin, qoşulma şəbəkələrinin və ya qurğuların texniki tələblərinə uyğun olmaq üçün sizin məzmunu dəyişə və yeniləyə bilər. Siz razılaşırsınız ki, lisenziya burada Apple-a buna bənzər istənilən tədirləri görməyə icazə verir.
3. Əmtəə Nişanı ilə bağlı Məlumat. Apple, Apple loqosu, iCloud, iCloud loqosu və Xidmətlə əlaqədar istifadə olunan digər Apple əmtəə nişanları, xidmət nişanları, qrafika və loqoları Apple Inc. şirkətinin əmtəə nişanları və yaxud ABŞ və digər ölkələrdə qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır. Apple-in əmtəə nişanlarının siyahısını burada tapa bilərsiniz: https://www.apple.com/legal/trademark/appletmlist.html. Xidmətlə əlaqədar istifadə olunan digər əmtəə nişanları, xidmət markaları, qafiklər və ya loqolar onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər. Yuxarıda qeyd edilən əmtəə nişanlarına dair sizə heç bir hüquq, yaxud lisenziya verilmir və siz razılaşırsınız ki, Xidmət çərçivəsində təmin edilən mülkiyyət bildirişlərini (o cümlədən, əmtəə nişanı və müəllif hüququ bildirişləri) silməyəcək, ixtisara salmayacaq və ya dəyişməyəcəksiniz.
VI. Proqram təminatı
A. Apple-in Mülkiyyət Hüquqları. Siz təsdiq edir və razılaşırsınız ki, Apple və/və ya onun aksionerləri Xidmətlə bağlı olan-qrafiklər, istifadəçi interfeysləri, xidməti tətbiq etmək üçün istifadə olunan proqram təminatı və Xidmətin bir hissəsi kimi sizə təqdim olunan hər hansı bir proqram təminatı və (dünyada mövcud olub-olmamasından və qeydiyyatda olub-olmamasından asılı olmayaraq) onların mövcud olan intellektual mülkiyyət hüquqları da daxil olmaqla, bütün qanuni hüquqa, titula və marağa malikdir. Siz daha sonra razılaşırsınız ki, Xidmət özündə (Proqram təminatı və ya onun istənilən başqa hissəsi daxil olmaqla) müəlliflik hüququ ilə məhdudlaşmayan müvafiq intellektual mülkiyyət və başqa qanunlar ilə qorunan mülkiyyətlə bağlı və məxfi informasiyaları ehtiva edir. Siz Sazişə uyğun olaraq Xidmətin istifadəsi istisna olmaqla heç nədən asılı olmayaraq heç vaxt şirkətin özəl məlumatlarından və ya materiallarından istifadə etməyəcəyinizə razılaşırsınız. Xidmətin heç bir hissəsi, bu şərtlərlə açıq şəkildə icazə verilən hallardan başqa, heç bir formada və ya hər hansı bir yolla reproduksiya edilə bilməz.
B. Apple Lisenziyası. PROQRAM TƏMİNATININ VƏ YA XİDMƏTİN İSTƏNİLƏN HİSSƏSİNİN İSTİFADƏSİ, SAZİŞDƏ XİDMƏTİN İSTİFADƏSİNƏ İCAZƏ VERİLƏN HALLAR İSTİSNA OLMAQLA, QƏTİ QADAĞANDIR VƏ BAŞQALARININ İNTELLEKTUAL MÜLKİYYƏT HÜQUQLARINI POZUR VƏ MÜƏLLIFLİK HÜQUQLARININ POZULMASI ÜÇÜN MÜMKÜN MALIYYƏ ZƏDƏLƏRİ DAXİL OLMAQLA, SİZİ VƏTƏNDAŞ VƏ CİNAYƏT CƏZALARINA MƏRUZ QOYA BİLƏR.
C. Public Beta. Apple vaxt-vaxtdan Apple-ı Beta Xüsusiyyətlərinin keyfiyyəti və istifadə rahatlığı ilə bağlı əks əlaqə ilə təmin etmək məqsədilə Public Beta Proqramının (“Proqram”) bir hissəsi kimi Xidmətin yeni və/və ya yenilənmiş xüsusiyyətlərini (“Beta funksiyaları”) təklif etməyi seçə bilər. Siz Proqramda iştirakınızın könüllü olmasını və bunun Apple ilə sizin aranızda heç bir hüquqi əməkdaşlıq, nümayəndəlik və ya iş münasibətləri yaratmadığını və Apple-in sizi hər hansı Beta Xüsusiyyətləri ilə təmin etməyə borclu olmadığını başa düşür və razılaşırsınız. Apple Proqram iştirakçıları üçün onlayn qeydiyyat və ya Xidmət yolu ilə qeydiyyat vasitəsilə belə Beta Xüsusiyyətlərini aktiv edə bilər. Apple-in sizi Proqramda qeydiyyatdan keçirmək və/və ya iştirak üzrə öhdəliyinizi müəyyən etmək üçün Hesabınızdan, cihaz və periferiya qurğularınızdan olan məlumatı toplaya və istifadə edə bildiyini başa düşür və razılaşırsınız. Siz bir dəfə Proqramda qeydiyyatdan keçməklə verilmiş Beta Xüsusiyyətinin əvvəlki qeyri-beta versiyasına geri qaytara bilmədiyinizi anlayırsınız. Belə geri qayıtmanın mümkün olduğu halda, siz Beta Xüsusiyyəti ilə yaradılmış məlumatı əvvəlki qeyri-beta versiyasına qaytara bilməzsiniz. Sizin Beta Xüsusiyyətlərindən istifadəniz və Proqramda iştirakınız bu Sazişlə və Beta Xüsusiyyətlərini ayrılıqda müşayiət edən əlavə lisenziya şərtləri ilə nizamlanır. Beta Xüsusiyyətləri “OLDUĞU KİMİ” və “MÜMKÜN OLDUĞU KİMİ” əsası ilə təmin edilir və bura qoşulmuş cihaz və periferiya qurğularındakı (məhdudiyyətsiz server və kompüterlər də daxil olmaqla) verilənlərin və/və ya məlumatların zədələnməsinə və ya itkisinə səbəb olacaq xəta və yanlışlıqlardan ibarət ola bilər. Hər hansı Proqramda iştirak etməzdən əvvəl Apple sizin cihazınızdakı və periferiya qurğularınızdakı bütün verilənlər və məlumatların ehtiyat nüsxələrini çıxarmanızı dəstəkləyir. Siz aydın şəkildə etiraf edirsiniz ki, Beta Xüsusiyyətlərinin bütün istifadəsi yalnız sizin riskinizdir. MƏHDUDİYYƏTSİZ OLARAQ HƏR HANSI İNTERNETƏ GİRİŞ HAQQI, EHTİYAT NÜSXƏÇIXARMA XƏRCLƏRİ, CİHAZ VƏ PERİFERİYA QURĞULARINIZIN İSTİFADƏSİ ÜÇÜN LAZIM OLAN XƏRCLƏR DƏ DAXİL OLMAQLA, HƏR HANSI PROQRAMDA İŞTİRAKINIZLA BAĞLI BÜTÜN RİSK VƏ XƏRCLƏRİ VƏ HƏR HANSI AVADANLIĞA, PROQRAM TƏMİNATINA, MƏLUMAT VƏ YA VERİLƏNLƏRƏ DƏYƏN ZƏRƏRİ ÖZ ÜZƏRİNİZƏ GÖTÜRÜRSÜNÜZ. Apple sizi Beta Xüsusiyyətləri üçün texniki və/və ya digər dəstəklə təmin edə və ya etməyə bilər. Əgər dəstək təmin edilərsə, bu Xidmət üçün olan normal dəstək əhatə dairəsindən əlavə olacaq və yalnız proqram vasitəsilə mümkün olacaq. Siz hər hansı dəstəyi qəbul etmək üçün Apple-in təmin etdiyi hər hansı dəstək qaydalarına və siyasətinə riayət edəcəyinizə razılaşırsınız. Apple istənilən vaxt bildirişlə və ya bildirişsiz Proqramın şərtlərini, qaydalarını və ya siyasətini (Proqramı başa çatdırmaq da daxil olmaqla) dəyişmək hüququna malikdir. Siz qəbul edirsiniz ki, Apple Beta Xüsusiyyətlərinin ticari versiyasını təmin etmək məcburiyyətində deyil və əgər belə ticari versiya mümkün olarsa o, Beta Xüsusiyyətlərində olandan fərqli xüsusiyyət və funksionallıqlara malik olacaq. Proqramın bir hissəsi kimi Apple sizi Beta Xüsusiyyətlərinin istifadəsi ilə bağlı şərhlər, təkliflər və ya digər əks əlaqələr göndərmək imkanı ilə təmin edəcək. Siz razılaşırsınız ki, ayrıca yazılı saziş olmadığı təqdirdə, Apple sizin hər hansı məqsədlə təmin etdiyiniz əks əlaqəni istifadə etməkdə müstəqil olacaq.
D. İxrac Nəzarəti. Xidmət və Proqram təminatından istifadə, o cümlədən Xidmət vasitəsilə məlumatların, proqram təminatının və ya digər Məzmunun ötürülməsi, poçtla göndərilməsi və ya yüklənməsi Birləşmiş Ştatların və başqa ölkələrin idxal və ixrac qanunlarına tabe ola bilər. Siz tətbiq olunan bütün ixrac və idxal qayda-qanunlarına əməl etməyə razılaşırsınız. Xüsusilə, ancaq məhdudiyyətsiz, Proqram təminatı (a) Birləşmiş Ştatların embarqo qoyduğu ölkələrə və yaxud (b) ABŞ Maliyyə Nazirliyinin Xüsusi Kateqoriyalı Vətəndaşların siyahısında və ya ABŞ Ticarət Nazirliklərinin İnkar olunan Şəxslər Siyahısında olan kəslərə ixrac edilə və ya təkrar ixrac edilə bilməz. Proqram təminatından və xidmətdən istifadə edərək zəmanət verirsiniz ki, siz nə bu ölkələrdən birində yaşayırsınız, nə də həmin siyahılardan birinə aidsiniz. Həmçinin razılaşırsınız ki, siz Birləşmiş Ştatların qanunu ilə qadağan edilən heç bir məqsəd üçün raketlərin, nüvə, kimyəvi və ya bioloji silahların inkişafı, tərtibatı, istehsalı və ya istehsalatı da daxil olmaqla, Proqram təminatından və ya Xidmətdən istifadə etməyəcəksiniz. Siz daha sonra: (a) Silahların Tənzimlənməsi üzrə Beynəlxalq Daşınmalara şamil edilən və (b) ilkin yazılı hökumət icazəsi olmadan ixrac edilə bilməyən hər hansı bir məlumat və ya proqram təminatını öz Hesabınıza yükləməməyə razılaşırsınız, bura həm də əvvəlcədən icazə əldə etmədən şifrələmə proqram təminatının və mənbə kodlarının müəyyən tipləri də daxildir. Bu zəmanət və öhdəlik bu Sazişin xitamından sonra da davam edəcəkdir.
E. Yeniləmələr. Vaxtdan vaxta, Apple Xidmətlə istifadə olunan proqram təminatını yeniləyə bilər. Xidmətdən istifadənizi davam etdirmək üçün bu yeniləmələr sizin kompyuterinizə və ya cihazınıza avtomatik olaraq yüklənə və quraşdırıla bilər. Bu yeniləmələr özündə səhvlərin düzəldilməsi, xüsusiyyətlərin genişləndirilməsi və ya təkmilləşdirməsi və ya Proqram təminatının tamamilə yeni versiyalarını saxlaya bilər.
VII. Xitam
A. Tərəfinizdən Könüllü Xitam
Siz istədiyiniz vaxt Apple Hesabınızı silə və/yaxud Xidmətdən istifadəni dayandıra bilərsiniz. Əgər siz öz cihazınızda iCloud istifadəsini dayandırmaq istəyirsinizsə, cihazınızda Parametrlər bölməsini açıb, iCloud-a, daha sonra “Çıx”-a toxunmaqla iCloud-u qeyri-aktiv edə bilərsiniz. Hesabınıza xitam vermək və Apple Hesabınızı silmək üçün https://support.apple.com/contact veb-səhifəsində Apple Dəstək ilə əlaqə saxlayın. Hesabınıza xitam versəniz və Apple Hesabınızı silmək üçün həmin Apple Hesabı ilə quraşdırdığınız digər Apple və ya üçüncü tərəf məhsulları və xidmətlərinə daxil ola bilməyəcəksiniz. Bu əməliyyatı qaytarmaq mümkün olmur. Hesabınıza xitam vermədən öncə ödədiyiniz hər hansı məbləğlər, o cümlədən xitam verdiyiniz müddətdə ödəniş ili üzrə əvvəlcədən ödənilən hər hansı rüsumlar geri qaytarılmır (bu Sazişlə açıq-aydın icazə verilən hallar istisna olmaqla). Hesabınıza xitam verilməsi istənilən toplanan rüsumları və ya xərcləri ödəmək üçün sizi heç bir öhdəlikdən azad etməyəcək.
B. Apple tərəfindən Xitam
Apple, istənilən vaxtda, müəyyən şərtlər daxilində və heç bir öəvvəlcədən xəbərdarlıq olmadan dərhal, Hesabınızın bütün və yaxud müəyyən hissələrinə xitam verə və/yaxud Xidmətdən istifadənizə qadağa qoya bilər. Belə xitama səbəb olan hallara daxildir: (a) Bu Sazişin və yaxud burada istinad edilən və/və ya Xidmətdə elan edilən istənilən başqa qaydaların və ya direktivlərin pozulması; (b) Sizin tərəfinizdən Hesabınızın ləğv edilməsi və yaxud dayandırılması üçün xahiş; (c) hüquq-mühafizə fəaliyyətindən, məhkəmə orqanından və ya başqa hökumət orqanından xahiş və/və ya sifariş; (d) Xidmətdən qanunsuz istifadə etdikdə; (e) gözlənilməz texniki və ya təhlükəsizlik məsələləri və ya problemləri ilə əlaqədar.; (f) fırıldaq və qeyri-qanuni fəaliyyətlərdə sizin iştirakınız; yaxud (g) xidmət ilə əlaqədə ödəməli olduğunuz hansısa məbləği ödəməyəndə, bu şərtlə ki, qeyri-maddi pozuntu halı olduğu təqdirdə, Apple-ə yalnız sizə 30 günlük bildiriş verdikdən və yalnız siz 30 günlük müddətdə pozulmanı həll etmədiyiniz halda, xitam verməyə icazə veriləcək. Bu cür hər hansı bir xitam və dayandırmanın hər biri Apple tərəfindən öz mülahizəsinə görə həyata keçirilir və Hesabınıza xitamın verilməsi və yaxud Xidmətə girişinizin məhdudlaşdırılması səbəbi ilə yarana bilən hər hansısa zərərə görə, Apple sizin və ya hansısa üçüncü tərəfin qarşısında məsuliyyət daşımır. Bundan əlavə, (a) əgər sizin Hesabınız bir (1) il ərzində işləməyibsə; yaxud (b) Xidmətdə və ya onun istənilən hissəsində ümumi kəsilmə varsa, Apple sizin Hesabınız ilə əlaqələndirilən ünvana elektron poçt vasitəsilə 30 gün əvvəldən bildiriş göndərərək Hesabınıza xitam verə bilər. Xidmətin ümumi kəsilməsi bildirişi, qanuni, normativ və ya dövlət əməliyyatından irəli gələn hallara görə belə etmək, istifadəçinin təhlükəsizliyi, istifadəçinin məxfiliyi və ya texniki bütünlük problemlərini həll etmək, digər istifadəçilərdən xidmət pozuntularından yayınmağa görə; və ya təbii fəlakət, faciəvi hadisə, müharibə və ya Apple-in əsaslı nəzarətindən kənar baş verən oxşar hadisələrə görə əsaslı olmayana qədər burada müəyyən edildiyi kimi təmin ediləcək. Belə xitam olduğu təqdirdə, Apple, sonradan cari ödəmə müddətiniz üçün sizə istənilən ilkin ödənişin proporsional geri ödənişi ilə təmin edəcək. Apple, bu Bölmə VIIB-yə əsasən Xidmətə və ya xidmət şərtlərinə edilən istənilən dəyişikliyə görə qarşınızda öhdəlik daşımır.
C. Xitamın Təsirləri
Hesabınıza xitam verilməsi ilə əlaqədar siz Xidmətə və onun hər hansı bir hissəsinə, o cümlədən Hesabınız, Apple Hesabınız, elektron poçt hesabınız və Məzmun da daxil olmaqla hər hansı bir hissəsinə giriş hüququnu itirə bilərsiniz. Bundan əlavə, bir müddət sonra Apple hesabınızda saxlanan və ya onun bir hissəsi olan məlumat və faktları ləğv edəcəkdir. Sizin həmçinin ayrı proqram təminatı lisenziyasına əsasən istifadə edə bildiyiniz Xidmətin hər hansısa fərdi komponentinə də bu lisenziya razılaşmalarına əsasən xitam veriləcək.
VIII. Keçidlər və digər Üçüncü Tərəf Materialları
Xidmətin müəyyən Məzmunu, komponentləri və ya xüsusiyyətləri üçüncü tərəf materialları və/və ya başqa veb-saytlara, resurslara və ya Məzmuna hiperkeçidləri ehtiva edə bilər. Apple belə üçüncü tərəf üzərində heç bir nəzarətə malik ola bilmədiyi üçün, siz təsdiq edirsiniz və razılaşırsınız ki, Apple bu cür tərəflərin və yaxud mənbələrin mümkünlüyü üçün məsuliyyət daşımır və belə saytların və resursların dəqiqliyinə zəmanət vermir və yaxud bu saytlarda və mənbələrdə mövcud olan hər hansı məzmun, reklam, məhsul və ya materiallar üçün məsuliyyət daşımır. Siz daha sonra bu cür saytlar və mənbələrdə mövcud olan məzmun, reklam, məhsul və yaxud materialladan istifadənizlə birbaşa və yaxud dolayısıyla əlaqədar olaraq məruz qaldığınız zərərə görə Apple-in heç bir məsuliyyət daşımadığını təsdiqləyir və buna razılaşırsınız.
IX. ZƏMANƏTLƏRİN HÜQUQİ İMTİNASI; MƏSULİYYƏTİN MƏHDUDİYYƏTİ
BƏZİ YURİSDİKSİYA MÜƏYYƏN ZƏMANƏTLƏRİN İSTİSNASINA İMKAN VERMİR, ELƏCƏ DƏ, BELƏ İSTİSNALAR MÜVAFİQ QANUN İLƏ XÜSUSİLƏ QADAĞAN EDİLİR. AŞAĞIDA TƏYİN EDİLƏN İSTİSNALARIN BƏZİLƏRİ SİZƏ AİD OLMAYA BİLƏR. MƏSƏLƏN, AVSTRALİYADA MƏSKUNLAŞMIŞ İSTEHLAKÇILAR ÜÇÜN BU LİSENZİYADAKI HEÇ BİR ŞƏRT AVSTRALİYA İSTEHLAKÇI QANUNUNUNDA (İSTEHLAKÇI ZƏMANƏTLƏRİ DAXİL) NƏZƏRDƏ TUTULAN QANUNİ HÜQUQLARINIZA TƏSİR ETMİR.
APPLE XİDMƏTİ TƏMİN ETMƏKDƏ QƏNAƏTBƏXŞ ÜSULDAN VƏ LAZIMİ QAYĞIDAN İSTİFADƏ EDƏCƏK. AŞAĞIDAKI HÜQUQİ İMTİNALAR BU XÜSUSİ ZƏMANƏTƏ TABEDİR.
APPLE XİDMƏTDƏN İSTİFADƏNİZİN KƏSİLMƏZ VƏ YAXUD SƏHVSİZ OLACAĞINA ZƏMANƏT VERMİR, ZAMİN DURMUR VƏ SİZ RAZILAŞIRSINIZ Kİ, VAXTAŞIRI APPLE BİR MÜDDƏTLİK XİDMƏTİ SİLƏ VƏ YAXUD SAZİŞİN ŞƏRTLƏRİNƏ UYĞUN OLARAQ XİDMƏTİ LƏĞV EDƏ BİLƏR.
SİZ AÇIQ AYDIN BAŞA DÜŞÜRSÜNÜZ Kİ, XİDMƏT “OLDUĞU KİMİ” VƏ “MÜMKÜN ŞƏKİLDƏ” TƏQDİM OLUNUR. APPLE VƏ ONUN FİLİALLARI, NÜMAYƏNDƏLİKLƏRİ, İŞÇİLƏRİ, DİREKTORLARI, ƏMƏKDAŞLARI, AGENTLƏRİ, TƏRƏFDAŞLARI VƏ LİSENZİYAÇILARI KEYFİYYƏTƏ, MÜƏYYƏN MƏQSƏDƏ UYĞUNLUĞA VƏ QAYDA POZULMAMASINA GÖRƏ ZƏMANƏTLƏR DAXİL OLMAQLA, LAKİN BUNUNLA MƏHDUDLAŞMAYARAQ, HEÇ BİR YAZILI, YAXUD ŞİFAHİ ZƏMANƏT VERMİR. XÜSUSƏN DƏ APPLE VƏ ONUN FİLİALLARI, NÜMAYƏNDƏLİKLƏRİ, İŞÇİLƏRİ, DİREKTORLARI, ƏMƏKDAŞLARI, AGENTLƏRİ, TƏRƏFDAŞLARI VƏ LİSENZİYAÇILARI (I) XİDMƏTİN TƏLƏBLƏRİNİZƏ CAVAB VERƏCƏYİNƏ; (II) XİDMƏTİN VAXTINDA, FASİLƏSİZ, ETİBARLI VƏ SƏHVSİZ TƏMİN EDİLƏCƏYİNƏ; (III) XİDMƏT İSTİFADƏSİ İLƏ ƏLDƏ EDİLƏN MƏLUMATLARIN DƏQİQ VƏ ETİBARLI OLACAĞINA; VƏ (IV) XİDMƏTDƏ BAŞ VERƏN SƏHVLƏR VƏ YA QÜSURLARIN DÜZƏLDİLƏCƏYİNƏ ZƏMANƏT VERMİR.
APPLE XİDMƏTİN İTKİLƏRSİZ, POZUNTUSUZ, VİRUSLARSIZ, MÜDAXİLƏSİZ, KƏSİNTİSİZ VƏ YAXUD DİGƏR TƏHLÜKƏSİZLİK MÜDAXİLƏLƏRİ OLMADAN İSTİFADƏSİNƏ ZƏMANƏT VERMİR VƏ APPLE BUNUNLA ƏLAQƏDAR OLAN İSTƏNİLƏN MƏSULİYYƏTI TƏKZİB EDİR.
XİDMƏTDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ YÜKLƏNƏN VƏ YAXUD BAŞQA CÜR ƏLDƏ EDİLƏN HƏR HANSİ BİR MATERİAL ÖZ MÜLAHİZƏNİZ VƏ RİSKİNİZLƏ ƏLDƏ EDİLİR, VƏ BELƏ BİR MATERİALIN YÜKLƏNMƏSİ NƏTİCƏSİNDƏ KOMPÜTERİNİZƏ DƏYƏN ZƏRƏRƏ, YAXUD DA HƏR HANSISA MƏLUMATIN İTMƏSİNƏ GÖRƏ YALNIZ SİZ ÖZÜNÜZ MƏSULİYYƏT DAŞIYIRSINIZ. SİZ DAHA SONRA TƏSDİQ EDİRSİNİZ Kİ, XİDMƏT, ONDAN İSTİFADƏ NƏTİCƏSINDƏ ƏLDƏ EDİLƏN MATERİAL VƏ FAKTLAR ÖLÜMƏ, ŞƏXSİ XƏSARƏTƏ, FİZİKİ VƏ EKOLOJİ ZƏRƏRƏ SƏBƏB OLA BİLƏCƏK MÜHİT VƏ VƏZİYYƏTLƏRDƏ İSTİFADƏ EDİLMƏK ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB VƏ UYĞUN DEYİL.
MƏSULİYYƏTİN MƏHDUDİYYƏTİ
BƏZİ YURİDİKSİYALAR XİDMƏT TƏCHİZATÇILARI TƏRƏFİNDƏN MƏSULİYYƏTİN İSTİSNASINA VƏ YAXUD MƏHDUDİYYƏTİNƏ İMKAN VERMİRLƏR. BELƏ İSTİSNALARIN QÜVVƏDƏ OLAN QANUNLA QADAĞAN EDİLMƏSİ HALLARINDA, AŞAĞIDA VERİLMİŞ BƏZİ İSTİSNALAR SİZƏ ŞAMİL EDİLƏ BİLMƏZ.
APPLE XİDMƏTİ TƏMİN ETMƏKDƏ QƏNAƏTBƏXŞ ÜSULDAN VƏ LAZIMİ QAYĞIDAN İSTİFADƏ EDƏCƏK. AŞAĞIDA GÖSTƏRİLƏN MƏHDUDİYYƏTLƏR (A) APPLE-İN MÜVAFİQ TƏCRÜBƏ VƏ QAYĞIDAN İSTİFADƏ EDƏ BİLMƏMƏSİ; (B) APPLE-İN HƏDSİZ LAQEYDLİYİ, BİLƏRƏKDƏN NALAYİQ HƏRƏKƏTİ VƏ YA SAXTAKARLIĞI; YAXUD (C) ÖLÜM VƏ YA ŞƏXSİ XƏSARƏT NƏTİCƏSİNDƏ YARANAN İTKİLƏRƏ ŞAMİL OLUNMUR.
SİZ AÇIQ-AŞKAR BAŞA DÜŞÜRSÜNÜZ VƏ RAZILAŞIRSINIZ Kİ, APPLE VƏ ONUN FİLİALLARI, SUBSİDİARLARI, ƏMƏKDAŞLARI, DİREKTORLARI, İŞÇİLƏRİ, AGENTLƏRİ, PARTNYORLARI VƏ AKSİONERLƏRİ, İNDİ SADALAYACAĞIMIZ SƏBƏBLƏRLƏ BİRBAŞA, DOLAYLI, TƏSADÜFİ, XÜSUSİ, ARDICIL VƏ NÜMUNƏ ZƏRƏRLƏR GƏLİRLƏRİN, ETIBARIN, MƏLUMATIN, XİDMƏTLƏRİN VƏ ƏMTƏƏLƏRİN ALINMASINA ÇƏKİLƏN XƏRCLƏRİN İTKİSİ VƏ YAXUD DİGƏR QEYRİ-MADDİ İTKİLƏR DƏ (HƏTTA ƏGƏR APPLE BU ZƏRƏRLƏRİN MÜMKÜN OLA BİLƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİBSƏ BELƏ) DAXİL OLMAQLA İSTƏNİLƏN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR: (I) XİDMƏTİN İSTIFADƏSİ, YAXUD DA İSTİFADƏ EDİLƏ BİLMƏMƏSİ; (II) XİDMƏTDƏ EDİLƏN HƏR HANSISA DƏYİŞİKLİK VƏ YAXUD XİDMƏTİN VƏ YA ONUN HƏR HANSISA HİSSƏSİNİN MÜVƏQQƏTİ VƏ YA DAİMİ DAYANDIRILMASI; (III) İCAZƏSİZ GİRİŞ VƏ YAXUD SİZİN MƏLUMATLARIN DƏYİŞDİRİLMƏSİ; (IV) XİDMƏT VASİTƏSİLƏ MƏLUMATLARIN GÖNDƏRİLMƏSİ, SAXLANMASI VƏ ƏLDƏ EDİLMƏSİNDƏKİ UĞURSUZLUQ VƏ YAXUD ONLARIN SİLİNMƏSI VƏ YA POZULMASI; (V) XİDMƏTDƏ HƏR HANSISA ÜÇÜNCÜ TƏRƏFİN DAVRANIŞI VƏ BƏYANATI; VƏ (VI) XİDMƏTLƏ ƏLAQƏDAR OLAN HƏR HANSI BİR MƏSƏLƏ.
BU MÜQAVİLƏNİN DİGƏR ŞƏRTLƏRİNƏ BAXMAYARAQ, ƏGƏR YAPONİYANIN İSTEHLAKÇI MÜQAVİLƏSİ HAQQINDA QANUNU TƏTBİQ OLUNURSA, APPLE-IN MÜQAVİLƏ POZUNTUSUNDAN VƏ YA ONUN TƏRƏFİNDƏN TÖRƏDİLMİŞ HÜQUQ POZUNTUSUNDAN IRƏLİ GƏLƏN ZƏRƏRLƏRƏ GÖRƏ APPLE-IN MƏSULİYYƏTİNİ MƏHDUDLAŞDIRAN ŞƏRTLƏR, BELƏ ZƏRƏRİN APPLE-IN QƏSDƏN YANLIŞ DAVRANIŞI VƏ YA KOBUD SƏHLƏNKARLIĞI NƏTİCƏSİNDƏ BAŞ VERDİYİ HALLARDA TƏTBİQ OLUNMAYACAQ
TƏZMİNAT
Qanunla qadağan edilmədiyi halda, siz Apple və onun Filialları, subsidiarlar, əməkdaşlar, direktorlar, işçilər, agentlər, partnyorlar və aksionerlərini üçüncü tərəfin əsaslı vəkil ödənişi tələbi də daxil olmaqla indi sadayalacağımız səbəblərlə əlaqədar yarana biləcək bütün şikayət və tələblərdən uzaq tuta biləcəyiniz, qoruyacağınız barədə zəmanət verməyə razılaşırsınız: (a) Xidmət vasitəsi ilə təqdim etdiyiniz, göndərdiyiniz, ötürdüyünüz və ya əlçatan etdiyiniz hər hansısa Məzmun; (b) Sizin Xidmətdən istifadəniz; (c) Bu Sazişin sizin tərəfinizdən pozulması; (d) Apple tərəfindən məqbul çərçivədə bu sazişin pozulması nəticəsində həyata keçirilən araşdırmanın bir hissəsi olan görülən hər hansı bir tədbir; (e) Sizin digər bir kimsənin hər hansısa bir hüququnu pozmanız. Bu o deməkdir ki, siz məqbul çərçivədə Apple-ı və onun Filiallarını, subsidiarlarını, əməkdaşlarını, direktorlarını, işçilərini, agentlərini, partnyorlarını və aksionerlərini razılaşmanın pozulmasını aşkarladıqları təqdirdə həyata keçirdikləri araşdırma nəticəsində Məzmununuzdan hər hansısa məlumatın silinməsi, sizə xəbərdarlıq edilməsi, Xidmətə girişinizə qadağa qoyulmasına görə məhkəməyə verə bilməzsiniz. Bu imtina və kompensasiya şərtləri, bu Saziş ilə təsvir edilən və ya baxılan bütün pozuntulara aid edilir. Bu öhdəlik bu Sazişin və/və ya sizin Xidmətdən istifadənizin sonuna kimi davam edəcək. Siz təsdiq edirsiniz ki, Hesabınızdan istifadə edərək Xidmətin istifadə olunmasına görə məsuliyyət daşıyırsınız və bu Saziş sizin Hesabınızın bütün və hər hansısa bir istifadəsinə aid edilir. Siz bu Sazişi yerinə yetirməyə və Apple-i Hesabınızdan istifadəyə görə (hətta əgər bu istifadə sizin icazəniz olmadan baş veribsə) yarana bilən hər hansısa şikayətdən və ya tələbdən müdafiyə edəcəyinizə razılaşırsınız.
X. ÜMUMİ
A. Bildirişlər
Apple Sazişə edilən hər hansı bir dəyişikliklər də daxil olmaqla, Xidmətə dair bildirişlər barədə iCloud e-poçt ünvanınıza (və/və ya hesabınızla əlaqəli olan digər alternativ e-poçt ünvanınıza) iMessage və ya SMS ilə müntəzəm qaydada məktub yollayaraq və yaxud internet səhifəsində və/və ya Xidmətdə məlumat yerləşdirərək sizi xəbərdar edir.
Hindistanda məskunlaşmısınızsa, “2021 İnformasiya Texnologiyaları (Vasitəçilər üçün Qaydalar) Qaydalarına” əsasən, irad/şikayətinizi şikayətlər üzrə əməkdaşa yönləndirin:
“Vasitəçilər üzrə Təlimatlar” ilə bağlı məsələlər üçün:
Şikayətlər üzrə Menecer: Nikhil Pai
Veb forma: Apple.co/IndiaGrievanceIntermediaries
Vacib Qeyd:
Nəzərə alın ki, şikayətlər üzrə menecer veb formasına keçidlər vasitəsi ilə yalnız “2021 İnformasiya Texnologiyaları (Vasitəçilər üçün Qaydalar) Qaydalarına” əsaslanan iCloud ilə bağlı şikayətlər həll ediləcək.
B. Tənzimləyici Qanun
Növbəti paraqrafda açıq-aydın göstərildiyi kimi, sizin və Apple-in arasında olan bu Saziş və əlaqələr hüquq normalarının konfliktləri istisna edilməklə Kaliforniya Ştatının qanunları ilə idarə ediləcək. Siz və Apple razılaşırsınız ki, bu Saziş ilə əlaqədar yaranan hər hansısa şikayəti və ya anlaşılmazlığı həll etmək üçün bu barədə Kaliforniyanın Santa Klara qraflığında yerləşən məhkəmələrin şəxsi və xüsusi yurisdiksiyasına müraciət edəcəksiniz. Əgər siz (a) ABŞ vətəndaşı deyilsinizsə; (b) siz ABŞ-da yaşamırsınızsa; (c) siz ABŞ-dan Xidmətə giriş əldə etmirsinizse; və siz (d) aşağıda müəyyənləşdirilən ölkələrdən birinin vətəndaşısınızsa, razılaşırsınız ki, bu Saziş nəticəsində yaranan istənilən münaqişə və ya iddia aşağıda verilmiş müvafiq qanun ilə idarə ediləcəkdir və siz bununla ştatda, əyalətdə və yaxud ölkədə yerləşən qeyri-müstəsna yurisdiksiyaya birdəfəlik tabe olursunuz:
Əgər siz Avropa İttifaqının istənilən ölkəsinin və ya Birləşmiş Krallıq, İsveçrə, Norveç və ya İslandiya vətəndaşısınızsa, tənzimləyici qanun və forum sizin adi yaşayış yerinizin məhkəmələri və qanunları olacaq.
Əgər siz Yaponiya vətəndaşısınızsa, tənzimləyici qanun və forum Yaponiyanın Tokio şəhərinin məhkəmələri və qanunları olacaq.
Bu Sazişin tətbiqindən xüsusilə çıxarılan qanun Malların Beynəlxalq Satışında Birləşmiş Millətlər Təşkilatı Konvensiyası kimi tanınan qanundur.
C. Tam Razılaşma
Bu Saziş sizin və Apple-in arasında bütün razılaşmanı təşkil edir, sizin Xidmətdən istifadənizə nəzarət edir və sizin və Apple-in arasındakı Xidmət ilə əlaqəli istənilən əvvəlki razılaşmaları tamamilə əvəz edir. Siz həmçinin kənar xidmətlər, üçüncü tərəfin məzmunu və ya üçüncü tərəfin proqram təminatından istifadə edərkən əlavə müddəalara və şərtlərə tabe ola bilərsiniz. Əgər bu Sazişin hər hansı hissəsi etibarsız və ya qüvvədən düşmüş hesab edilsə, həmin hissə tətbiq olunan qanuna uyğun olaraq mümkün qədər tərəflərin əsl niyyətini əks etdirmək üçün izah ediləcək və qalan hissələr tam qüvvədə qalacaq. Bu Sazişin hər hansısa şərtinin və ya hüququnun Apple tərəfindən yerinə yetirilməsindəki uğursuzluğu bu şərtdən və ya hüquqdan imtina edilməsinə əsas verməməlidir. Bu Sazişdə başqa açıq şəkildə qeyd olunmazsa, siz bu sazişdə heç bir üçüncü tərəf benefisiarlarının olmadığına razılaşırsınız.
D. Burada istifadə edilən “Apple” aşağıdakıları bildirir:
• ABŞ-da, eləcə də Porto Rikoda məskunlaşmış istifadəçilər üçün One Apple Park Way, Kupertino, Kaliforniya 95014 ünvanında yerləşən Apple Inc. şirkəti;
• Kanadada məskunlaşmış istifadəçilər üçün 120 Bremner Blvd., Suite 1600, Toronto ON M5J 0A8, Kanada ünvanında yerləşən Apple Canada Inc. şirkəti;
• Meksika, Orta və ya Cənubi Amerika və ya hər hansı bir Karib dənizi ölkəsində və ya ərazisindəki istifadəçilər üçün (Porto Riko xaric) 2811 Ponce de Leon Boulevard, Floor 12, Coral Gables, Florida 33134 ünvanında yerləşən Apple Services LATAM LLC şirkəti;
• Butan, Bruney, Kamboca, Fici, Laos, Makao, Maldiv, Mikroneziya, Monqolustan, Myanma, Nauru, Nepal, Palau, Papua-Yeni Qvineya, Cənubi Koreya, Solomon adaları, Şri-Lanka, Tonqa və Vanuatuda məskunlaşmış istifadəçilər üçün 7 Ang Mo Kio Street 64, Singapur 569086 ünvanında yerləşən Apple Services Pte. Ltd.;
• Yaponiyada olan istifadəçilər üçün Roppongi Hills, 6-10-1 Roppongi, Minato-ku, Tokyo 106-6140, Tokyo ünvanında yerləşən iTunes K.K.
• Avstraliya və ya Yeni Zelandiyada, onların ərazilərinin və ya bağlı yurisdiksiyalarının hər hansı birində məskunlaşmış istifadəçilər üçün Level 3, 20 Martin Place, Sidney NSW 2000, Avstraliya ünvanında yerləşən Apple Pty Limited şirkəti; və
• Bütün digər istifadəçilər üçün Hollyhill Industrial Estate, Hollyhill, Kork, İrlandiya Respublikasında yerləşən Apple Distribution International Ltd. şirkəti.
ELEKTRON MÜQAVİLƏ BAĞLANMASI
Sizin Xidmətdən istifadəniz razılaşmalar imzalamaq üçün və/və ya əməliyyatları elektron şəkildə etmək üçün imkanı özündə saxlayır. SİZ TƏSDİQ EDİRSİNİZ Kİ, ELEKTRON ŞƏKİLDƏ GÖNDƏRDİKLƏRİNİZ SİZİN BELƏ RAZILAŞMALAR VƏ SAZİŞLƏRLƏ BAĞLI OLMANIZ VƏ ÖDƏNİŞ ETMƏK ÜÇÜN RAZILIĞINIZI VƏ NİYYƏTİNİZİ NÜMAYİŞ ETDİRİR. SİZİN ELEKTRON GÖNDƏRDİKLƏRİNİZLƏ BAĞLI OLMANIZ BARƏDƏ RAZILAŞMANIZ VƏ NİYYƏTİNİZ, BU XİDMƏTƏ DAXİL ETDİYİNİZ BÜTÜN ƏMƏLIYYATLARLA BAĞLI OLAN, BİLDİRİŞLƏR VƏ İMTİNALAR, QAYDALAR, MÜQAVİLƏLƏR VƏ TƏTBİQ ETMƏLƏR DƏ DAXİL OLMAQLA, HƏR BİR HESABATA AİD EDİLİR. Öz elektron yazılarınıza daxil olmaq və onları qorumaq üçün siz yalnız məsuliyyətinizə aid olan müəyyən texniki vasitələrə və proqram təminatına ehtiyac duya bilərsiniz.
E. Məxfilik
Xidmətdən istifadəniz, https://www.apple.com/legal/privacy/ ünvanında əlçatan olan Apple Məxfilik Siyasətinə tabedir.
Sonuncu düzəliş: 15 sentyabr 2025-ci il