Apple Media Xidmətlərinin Şərt və Qaydaları

Bu şərt və qaydalar sizinlə Apple arasında müqavilə (“Saziş”) yaradır. Sazişi diqqətlə oxuyun.

MÜNDƏRİCAT

A. GİRİŞ

B. ÖDƏNİŞLƏR, VERGİLƏR VƏ GERİ ÖDƏNİŞLƏR

C. HESAB

D. MƏXFİLİK

E. ƏLÇATANLIQ

F. XİDMƏTLƏR VƏ MƏZMUNDAN İSTİFADƏ QAYDALARI

G. XİDMƏTLƏRƏ XİTAM VERİLMƏSİ VƏ ONLARIN MÜVƏQQƏTİ DAYANDIRILMASI

H. ENDİRMƏLƏR

I. ABUNƏLİKLƏR

J. MƏZMUN VƏ XİDMƏTİN ƏLÇATANLIĞI

K. ÜÇÜNCÜ TƏRƏF CİHAZLARI VƏ AVADANLIQLARI

L. XİDMƏTLƏRİMİZƏ SİZİN TƏRƏFİNİZDƏN TƏQDİM EDİLƏNLƏR

M. AİLƏ PAYLAŞIMI 

N. MÖVSÜMİ GİRİŞ VƏ LİMİTSİZ GİRİŞ 

O. ƏLAVƏ APP STORE ŞƏRTLƏRİ 

P. APP STORE, APPLE BOOKS, APPLE PODCASTS VƏ SEÇİLMİŞ MƏZMUN ÜÇÜN ƏLAVƏ ŞƏRTLƏR   

Q. ƏLAVƏ APPLE MUSIC ŞƏRTLƏRİ

R. ƏLAVƏ APPLE FITNESS+ ŞƏRTLƏRİ  

S. SATIŞ VASİTƏÇİSİ ÜZVLÜYÜ

T. BAŞQA ŞƏRTLƏR BÜTÜN XİDMƏTLƏRƏ TƏTBİQ EDİLƏN ŞƏRTLƏR

A. GİRİŞ

Bu Saziş Sizin Apple-ın xidmətlərindən ("Xidmətlər") istifadənizi tənzimləyir, həmin xidmətlər vasitəsilə siz məzmun, Tətbiqlər (aşağıda müəyyən olunduğu kimi) və digər tətbiqdaxili xidmətləri (ümumilikdə "Məzmun") satın ala, əldə edə, lisenziyalaşdıra, icarəyə götürə və ya abunə ola bilərsiniz. Məzmun Xidmətlər vasitəsilə Apple və ya üçüncü şəxs tərəfindən təklif oluna bilər. Xidmət nümunələrinə mümkün olan hallarda App Store, Abunəliklər (aşağıda müəyyən edildiyi kimi), Apple Arcade, Apple Books, Apple Fitness+, Apple Games, Game Center, Apple Music, Apple News, Apple One, Apple Podcasts, Apple Sports, Apple TV, iTunes və Shazam daxildir. Xidmətlərimiz ölkənizdə və ya yaşadığınız ərazidə (“Yaşadığınız Ölkə”) istifadəniz üçün əlçatandır. Müəyyən bir ölkədə və ya ərazidə Xidmətlərdən istifadə üçün hesab yaratmaqla onu Yaşadığınız Ölkə kimi təyin etmiş olursunuz. Xidmətlərimizdən istifadə etmək üçün uyğun avadanlıq, proqram təminatı (ən son versiya tövsiyə olunur və bəzən tələb olunur) və İnternetə giriş (rüsumlar tətbiq oluna bilər) lazımdır. Bu amillər Xidmətlərimizin keyfiyyətinə təsir göstərə bilər.

B. ÖDƏNİŞLƏR, VERGİLƏR VƏ GERİ ÖDƏNİŞLƏR

Xidmətlərimizdə Məzmunu pulsuz və ya ödənişli əldə edə bilərsiniz, bunlardan hər hansı biri “Tranzaksiya” adlanır. Hər bir Tranzaksiya sizinlə Apple və/yaxud siz və Xidmətlərimizdə Məzmunu təmin edən təşkilat arasında elektron müqavilədir. Bununla belə, Apple Distribution International Ltd. və ya Apple Services Pte. Ltd.-nin müştərisisinizsə, o zaman həmin müəssisə məhsul səhifəsində və/və ya müvafiq Xidmətin əldə edilməsi prosesində göstərildiyi kimi Apple Books, Apple Podcasts və ya App Store-dan əldə etdiyiniz bəzi Məzmunlar üzrə satıcıdır. Belə halda, siz Məzmunu Apple Distribution International Ltd. və ya Apple Services Pte. Ltd.-dən əldə edirsiniz, müvafiq olaraq, o, Məzmun provayderi tərəfindən lisenziyalaşdırılmışdır (məsələn, Tətbiq Provayderi (aşağıda göstərildiyi kimi), kitab naşiri və s.). İlk Tranzaksiyanızı həyata keçirdiyiniz zaman sizdən gələcək Tranzaksiyalar üçün şifrənizi hansı tezlikdə soruşacağımızı seçməyinizi xahiş edəcəyik. Müvafiq Apple avadanlığında Tranzaksiyalar üçün Touch ID-ni aktiv etsəniz, bütün Tranzaksiyaları barmaq izinizlə doğrulamanızı tələb edəcəyik və Tranzaksiyalar üçün Face ID-ni aktiv etsəniz, üz tanımadan istifadə edərək bütün Tranzaksiyaları doğrulamanızı tələb edəcəyik. Bu təlimatlara əməl etməklə istənilən vaxt şifrə ayarlarınızı idarə edə bilərsiniz: https://support.apple.com/HT204030

Apple seçdiyiniz ödəniş metodundan istənilən ödənişli Tranzaksiyaların ödənişini, o cümlədən müvafiq vergiləri tutacaq. Onu Apple Pulqabınıza da əlavə etmisinizsə, Apple şirkəti Apple Pulqabında seçdiyiniz ödəniş metodundan Apple Pay istifadə edərək ödəniş tuta bilər. Bir neçə ödəniş metodunu Apple Hesabınızla əlaqələndirə bilərsiniz və razılaşırsınız ki, Apple Tranzaksiyalar üçün həmin ödəniş metodlarını saxlaya və onlardan ödəniş tuta bilər. Əsas ödəniş metodunuz hesab ayarlarında ödənişlər səhifəsinin yuxarısında görünür. 

Əsas ödəniş metodunuzdan hər hansı səbəbdən (məs, müddətin bitməsi və ya kifayət qədər vəsaitin olmaması) ödəniş tutula bilmirsə, Apple-a digər uyğun ödəniş metodlarınızdan hesab ayarları ödəniş səhifəsində göründükləri kimi yuxarıdan aşağıya doğru ödəniş tutmağa cəhd etməyə icazə verirsiniz. Sizdən ödəniş tuta bilməsək, tutulmamış məbləğlərə görə siz məsuliyyət daşıyırsınız və sizdən yenidən ödəniş tutmağa cəhd edə və ya başqa ödəniş metodu təqdim etməyinizi tələb edə bilərik. Məzmunu əvvəlcədən sifariş etsəniz, Məzmun sizə çatdırıldıqda sizdən ödəniş tutulacaq (Məzmun əlçatan olana qədər ləğv etməsəniz). Yerli qanunlara uyğun olaraq, ödəniş şəbəkələri və ya maliyyə institutlarınız tərəfindən təqdim edildikdə, Apple ödəniş metodlarınızla bağlı ödəniş məlumatınızı avtomatik yeniləyə bilər. Mağaza krediti və hədiyyə kartları/kodları ilə bağlı şərtlər burada verilmişdir: https://www.apple.com/legal/internet-services/itunes/giftcards/ww/. Tranzaksiyalar üçün fakturaların necə təmin edilməsi haqqında ətraflı məlumat: http://support.apple.com/HT201359. Bütün Tranzaksiyalar yekundur. Məzmun qiymətləri istənilən vaxt dəyişə bilər. Texniki problemlər Məzmunun çatdırılmasının qarşısını alırsa və ya əsassız olaraq gecikdirirsə, eksklüziv və yeganə çarə Məzmunun dəyişdirilməsi, ya da Apple tərəfindən müəyyən edildiyi kimi ödənilmiş qiymətin geri qaytarılmasıdır. Apple-ın əks iddia qaldırmasına imkan verən fırıldaqçılıq, sui-istifadə və ya qeyri-qanuni və ya digər manipulyasiya xarakterli davranışlara dair sübutlar aşkar etdikdə, Apple vaxtaşırı olaraq ödənişi dayandıra və ya ləğv edə və ya geri ödəniş sorğusundan imtina edə bilər. 

C. HESAB 

Xidmətlərimizdən istifadə etmək və Məzmununuza giriş üçün Apple Hesabı tələb oluna bilər. Apple Hesabı (əvvəllər Apple ID adlanırdı) Apple ekosistemində istifadə etdiyiniz hesabdır. Game Center-dən istifadə bu Sazişə tabedir və həmçinin Game Center hesabı tələb olunur. Hesabınız dəyərlidir, onun məxfiliyini və təhlükəsizliyini qorumağa görə siz məsuliyyət daşıyırsınız. Apple hesabınızın icazəsiz istifadəsi nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımır. Hesabınızın oğurlandığından şübhələnirsinizsə, Apple ilə əlaqə saxlayın.

Hesab yaratmaq və Xidmətlərimizdən istifadə etmək üçün on üç (13) yaşınız (yaxud Apple Hesabının yaradılması prosesində göstərildiyi kimi Yaşadığınız Ölkədə ekvivalent minimum yaş) olmalıdır. Bu yaşdan kiçik şəxslər üçün Apple Hesabları Ailə Paylaşımından istifadə edən valideyn və ya qanuni qəyyum və ya təsdiq edilmiş təhsil müəssisəsi tərəfindən yaradıla bilər, lakin müəyyən cihazlar belə Apple Hesablarının cihazda müəyyən Xidmətlərə daxil olmasına mane ola bilər. Azyaşlı üçün hesab yaradan valideyn və ya qanuni qəyyum, hər ikisinin başa düşdüyünə əmin olmaq üçün azyaşlı ilə birlikdə bu Müqaviləni nəzərdən keçirməlidir.   

Siz http://support.apple.com/HT212360 keçid linkində təsvir olunduğu kimi Apple Hesabınız üçün Köhnə Kontaktı əlavə edə, onu xəbərdar edə və ya silə bilərsiniz. Köhnə Kontaktın Apple Hesabınıza girişi aşağıda təsvir olunduğu kimi məhduddur: http://support.apple.com/HT212361

D. MƏXFİLİK

Xidmətlərimizdən istifadəniz, https://www.apple.com/legal/privacy keçid linkində əlçatan olan Apple Məxfilik Siyasətinə tabedir.

E. ƏLÇATANLIQ

Xidmətlərlə bağlı əlçatanlıq funksiyaları və digər əlçatanlıqla bağlı məlumatlar haqqında öyrənmək üçün https://www.apple.com/accessibility/labels keçid linkinə daxil olun.

F. XİDMƏTLƏR VƏ MƏZMUNDAN İSTİFADƏ QAYDALARI

Xidmətlərdən və Məzmundan istifadəniz bu bölmədə (“İstifadə Qaydaları”) göstərilən qaydalara uyğun olmalıdır. Xidmətlər və Məzmundan başqa şəkildə istifadə bu Sazişin əhəmiyyətli dərəcədə pozulmasıdır. Apple bu İstifadə Qaydalarına əməl etdiyinizə əmin olmaq üçün Xidmətlər və Məzmundan istifadənizə nəzarət edə bilər.

Bütün Xidmətlər:

- Xidmətlər və Məzmundan yalnız şəxsi, qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilərsiniz (aşağıda App Store Məzmun bölməsində qeyd olunanlar və ya Apple tərəfindən başqa şəkildə müəyyən edilən hallar istisna olmaqla).

- Apple tərəfindən Xidmətlərin və ya Məzmunun çatdırılması sizə heç bir kommersiya və ya reklam məqsədi ilə istifadə hüquqlarını ötürmür və müəllif hüquqları sahiblərinin hər hansı hüquqları və ya onlardan imtina imkanı vermir.

- Hər cihazda beşə (5) qədər fərqli Apple Hesabı ilə Məzmundan istifadə edə bilərsiniz.

- İstənilən Xidmət üçün eyni vaxtda Apple Hesabınızla ona (10) qədər cihaza (lakin maksimum beş (5) kompüterdə) daxil ola bilərsiniz, lakin eyni vaxtda Məzmun yayımı və ya endirmələr aşağıda Apple Music və Apple TV məzmunu bölməsində müəyyən edildiyi kimi daha az sayda cihazlarla məhdudlaşdırıla bilər. Hər bir kompüter həmçinin eyni Apple Hesabından istifadə etməklə avtorizasiya edilməlidir (kompüterlərin avtorizasiyası haqqında ətraflı məlumat: https://support.apple.com/HT201251). Cihazlar doxsan (90) gündə bir dəfə fərqli Apple Hesabı ilə əlaqələndirilə bilər.

- İstənilən vasitə ilə oxutma saylarının, endirmələrin, reytinqlərin və ya rəylərin idarə edilməsi — məsələn (i) bot, skript və ya avtomatlaşdırılmış prosesdən istifadə edilməsi; və ya (ii) hər hansı bir kompensasiya və ya təşviqin təqdim edilməsi və ya qəbul edilməsi kimi manipulyasiyalar edə bilməzsiniz.

- Siz Məzmun və ya Xidmətlərin hər hansı bir hissəsini qırmaq, kopyalamaq və ya ölçmək, təhlil etmək və ya monitorinqini həyata keçirmək üçün heç bir proqram təminatı, cihaz, avtomatlaşdırılmış proses və ya hər hansı oxşar və ya ekvivalent mexaniki prosesdən istifadə edə bilməzsiniz.

- Endirdikdən sonra Məzmunu itirməmək, məhv etməmək və ya zədələməmək sizin məsuliyyətinizdədir. Məzmununuzu müntəzəm olaraq yedəkləməyi tövsiyə edirik.

- Xidmətlərə və ya Məzmuna daxil olan hər hansı təhlükəsizlik texnologiyasına müdaxilə edə və ya ondan yayına bilməzsiniz.

- Yalnız Apple proqram təminatından istifadə etməklə Xidmətlərimizə daxil ola bilərsiniz və bu proqram təminatını dəyişdirə və ya dəyişdirilmiş versiyalarını istifadə edə bilməzsiniz.

- Video Məzmun HDCP bağlantısı tələb edir.

Audio və Video Məzmun Satışı və İcarəsi:

- Rəqəmsal Hüquq İdarəetməsi (DRM) olmayan Məzmundan sahib olduğunuz və ya nəzarət etdiyiniz münasib sayda uyğun cihazda istifadə edə bilərsiniz. DRM ilə qorunan Məzmun beşə qədər (5) kompüterdə və həmin kompüterlərdən sinxronizasiya etdiyiniz istənilən sayda cihazda istifadə oluna bilər. 

- Məzmun icarəsi eyni anda bir cihazda görünə bilər və otuz (30) gün ərzində oxudulmalı və oxutmanın başlanmasından sonra qırx səkkiz (48) saat ərzində tamamlanmalıdır (dayandırmaq, durdurmaq və ya yenidən başlatmaq bu müddəti uzatmır).

- Alınmış musiqinin audio pleylistini yeddi (7) dəfəyə qədər dinləmək üçün diskə yaza bilərsiniz; bu məhdudiyyət DRM-siz Məzmun üçün tətbiq edilmir. Digər Məzmun diskə yazıla bilməz.

- Alınmış Məzmun ümumiyyətlə Apple-dan endirmək, yenidən endirmək və ya başqa yolla giriş üçün əlçatan qalacaq. Baş vermə ehtimalı az olsa da, satınalmadan sonra Məzmun Xidmətlərdən silinə və əlavə endirmə və ya Apple-dan giriş üçün əlçatan olmaya bilər (məsələn, Apple məzmunu əlçatan etmək hüququnu Məzmun provayderindən itirdiyi üçün). Məzmundan yararlanmağa davam edə bilmək üçün biz sizə bütün satın alınmış Məzmunu sahib olduğunuz cihaza endirməyi və yedəkləməyi tövsiyə edirik.

App Store Məzmunu:

- “Tətbiqlər” termininə istənilən Apple platforması və/və ya əməliyyat sistemi üçün tətbiqlər və App Clips, o cümlədən tətbiqdaxili satınalmalar, genişləndirmələr (klaviaturalar kimi), stikerlər və bu cür tətbiqlərdə və ya App Clips-də əlçatan olan Abunəliklər daxildir.

- Kommersiya müəssisəsi, hökumət təşkilatı və ya təhsil müəssisəsi (“Müəssisə”) adından fəaliyyət göstərən şəxslər (i) Müəssisənin sahib olduğu və ya nəzarət etdiyi bir (1) və ya bir neçə cihazda tək bir şəxs; və ya (ii) Müəssisənin sahib olduğu və ya nəzarət etdiyi bir paylaşılan cihazda bir neçə şəxs tərəfindən istifadə üçün qeyri-Arcade Tətbiqlərini endirə və sinxronlaşdıra bilər. Qeyd edək ki, bir neçə istifadəçi tərəfindən ardıcıl və ya kollektiv şəkildə istifadə edilən hər bir cihaz üçün ayrıca lisenziya tələb edilir.

Apple Music:

- Fərdi Apple Music üzvlüyü sizə eyni anda bir cihazda yayımlamağa imkan verir; Ailə üzvlüyü sizə və ya Ailə üzvlərinizə eyni anda altıya (6) qədər cihazda yayımlamağa imkan verir.

Apple Arcade:

- Apple Arcade Tətbiqləri yalnız etibarlı Apple Arcade sınağı və ya Abunəliyi ilə endirilə və ya yenidən endirilə bilər.

- Abunəliyiniz başa çatarsa, Apple Arcade vasitəsilə endirilmiş Tətbiqlər artıq sizin üçün əlçatan olmayacaq.

Apple TV Məzmunu:

- Əksər kanallar üçün video Məzmunu eyni vaxtda üç (3) cihazda yayımlaya bilərsiniz. 

- Apple TV Məzmunundan İstifadə Qaydaları haqqında ətraflı məlumat: https://support.apple.com/HT210074

G. XİDMƏTLƏRƏ XİTAM VERİLMƏSİ VƏ ONLARIN MÜVƏQQƏTİ DAYANDIRILMASI

Bu Müqavilənin hər hansı müddəasına əməl edə bilməsəniz və ya Apple əməl edə bilmədiyinizdən şübhələnsə, Apple sizə xəbərdarlıq etmədən: (i) bu Saziş və/yaxud Apple Hesabınızı ləğv edə bilər və siz Apple Hesabınız əsasında ləğv edilmə tarixinə qədər (bu tarix daxil olmaqla) ödənilməli olan bütün məbləğlərə görə məsuliyyət daşıyacaqsınız; və/və ya (ii) proqram təminatı üzrə lisenziyanızı ləğv edə bilər; və/və ya (iii) Xidmətlərə girişinizi qadağan edə bilər.

Apple, Xidmətləri (və ya onun hər hansı bir hissəsini və ya Məzmununu) sizə xəbərdarlıq edərək və ya xəbərdarlıq etmədən istənilən vaxt dəyişdirmək, dayandırmaq və ya ləğv etmək hüququnu özündə saxlayır və Apple bu hüquqlardan istifadə etdiyi təqdirdə sizin və ya üçüncü tərəfin qarşısında heç bir məsuliyyət daşımır.

H. ENDİRMƏLƏR 

Endirə biləcəyiniz Məzmun miqdarı məhdud ola bilər və bəzi endirilmiş Məzmun endiriləndən və ya ilk dəfə oxudulduqdan müəyyən bir müddətdən sonra vaxtı bitə bilər. Müəyyən Məzmun ümumiyyətlə endirmək üçün əlçatan olmaya bilər.

Əvvəllər əldə edilmiş Məzmunu eyni Apple Hesabı (“Əlaqəli Cihazlar”) ilə daxil olunan cihazlarınıza yenidən endirə (“Yenidən endirmə”) bilərsiniz. Yaşadığınız Ölkədə yenidən endirmək üçün əlçatan Məzmun növlərinə burada baxa bilərsiniz: https://support.apple.com/HT204632. Məzmun artıq Xidmətlərimizdə təklif edilmirsə, həmin məzmun Yenidən endirmək üçün əlçatan olmaya bilər.

Məzmun həmçinin istənilən vaxt Xidmətlərimizdən silinə bilər (məsələn, Apple məzmunu əlçatan etmək hüququnu Məzmun provayderindən itirdiyi üçün), bundan sonra onu Apple saytından endirmək, yenidən endirmək və ya başqa yolla əldə etmək mümkün deyil. Məzmununuzu müntəzəm olaraq yedəkləməyi tövsiyə edirik.

I. ABUNƏLİKLƏR

Xidmətlər və müəyyən Tətbiqlər sizə abunəlik əsasında Məzmun və ya Xidmətlərə giriş əldə etməyə imkan verə bilər (“Abunəliklər”). Abunəliklər hesab ayarlarınızın Abunəlikləri İdarəetmə bölməsində ləğv edilənə qədər avtomatik yenilənir. Abunəliklərinizi ləğv etmək haqqında ətraflı məlumat əldə etmək üçün https://support.apple.com/HT202039 linkinə baş çəkin. Abunəliyin qiyməti artarsa, sizə bildiriş göndəriləcək və lazım gələrsə, davam etmək üçün razılığınız tələb olunacaq. Ən son Abunəlik dövrünün başlamasına maksimum iyirmi dörd (24) saat qalmış sizdən ödəniş tutulacaq. Ödəniş metodunuzdan hər hansı səbəbdən (məs, müddətin bitməsi və ya kifayət qədər vəsaitin olmaması) ödəniş tuta bilməsək və Abunəliyi ləğv etməmisinizsə, tutulmamış məbləğlərə görə siz məsuliyyət daşıyacaqsınız və ödəniş metodu məlumatınızı yeniləyə biləcəyiniz üçün ödəniş metodundan tutmağa çalışacağıq. Bu, növbəti Abunəlik dövrünüzün başlanğıcında dəyişikliklə nəticələnə bilər və qəbzinizdə göstərildiyi kimi, hər bir dövr üçün sizə faktura verilmə tarixi dəyişə bilər. Bəzi Abunəliklər ödəniş metodunuzdan ödəniş tutmazdan əvvəl pulsuz sınaq təklif edə bilər. Ödəniş metodunuzdan ödəniş tutulmağa başlamazdan əvvəl Abunəlikdən çıxmaq qərarına gəlsəniz, pulsuz sınaq müddətinin bitməsinə ən azı iyirmi dörd (24) saat qalmış Abunəliyi ləğv edin. Abunəlik üzrə razılığınız tələb olunan ciddi dəyişikliklərə təsdiq verməsəniz, yaxud Abunəliyinizi yeniləmək üçün ödəniş metodunuzdan ödəniş tutmağa müvəffəq olmasaq, Abunəliyinizi ləğv etmək hüququnu özümüzdə saxlayırıq.

Məzmun provayderi kimi Apple tərəfindən təklif olunan Abunəliyin (“Apple Abunəliyi”) pulsuz sınağına başlasanız və bitməmiş ləğv etsəniz, pulsuz sınağı yenidən aktivləşdirə bilməzsiniz. iCloud istisna olmaqla, Apple Abunəlikləri üzrə pulsuz sınaq və ya pulsuz təkliflər Apple One-ın hər hansı pulsuz sınaq və ya təklifləri ilə birləşdirilə bilməz. Hər hansı Apple Abunəliyi üzrə pulsuz sınaq və ya pulsuz təklifdən istifadə edirsinizsə və Apple One-a abunəsinizsə, Apple One Abunəliyiniz vasitəsilə belə Apple Abunəliklərinə girişiniz olsa belə, pulsuz sınaq və ya təklifləriniz dayandırılmayacaq. Qəbul edirsiniz ki, pulsuz sınaq və ya pulsuz təklifiniz Apple One-ın abunəçisi olduğunuz müddətdə başa çata bilər və Apple-ın belə vaxtı keçmiş pulsuz sınaq və ya pulsuz təklifin hər hansı bir hissəsini bərpa etmək, əvəzini ödəmək və ya başqa şəkildə sizə kompensasiya vermək öhdəliyi yoxdur. Hər hansı Xidmət və ya Məzmun üzrə Abunəliyiniz başa çatdıqda, həmin Xidmətin Abunəlik tələb edən hər hansı funksionallığından və ya Məzmunundan istifadə hüququnuzu itirəcəksiniz.

J. MƏZMUN VƏ XİDMƏTİN ƏLÇATANLIĞI

Yaşadığınız Ölkədə əlçatan olmayan Xidmətlər, Məzmun növləri, funksiyalar və ya funksionallıqlarla bağlı bu Sazişdə verilmiş şərtlər, həmin imkanlar sizin üçün əlçatan olana qədər sizə tətbiq edilmir. Yaşadığınız Ölkədə əlçatan olan Məzmun növlərini görmək üçün Xidmətlərə keçin və ya aşağıdakı keçid linkinə baş çəkin: https://support.apple.com/HT204411. Yaşadığınız Ölkədə əlçatan olan müəyyən Xidmətlər və Məzmun Yaşadığınız Ölkədən kənara səyahət edərkən sizin üçün əlçatan olmaya bilər.

K. ÜÇÜNCÜ TƏRƏF CİHAZLARI VƏ AVADANLIQLARI

Apple brendinə aid olmayan cihazda Xidmətlərə giriş edərkən onların bütün funksiyalarından istifadə mümkün olmaya bilər. Əlavə olaraq, müəyyən Xidmətlər bəzi hallarda və/və ya müəyyən fəaliyyətlər üçün üçüncü tərəf avadanlığını tələb edə, onlara yönləndirə və ya istifadə etməyi təklif edə bilər; belə istifadə bu cür avadanlığın qayda və şərtlərinə tabedir və müvafiq istehsalçının təlimatlarına uyğun olaraq həyata keçirilməlidir. Xidmətlərdən istifadə etməklə razılaşırsınız ki, Apple vaxtaşırı üçüncü tərəf avadanlıqlarında öz proqram təminatına kiçik yeniləmələri avtomatik endirə və quraşdıra bilər.

L. XİDMƏTLƏRİMİZƏ SİZİN TƏRƏFİNİZDƏN TƏQDİM EDİLƏNLƏR

Xidmətlərimiz sizə şərhlər, reytinqlər və rəylər, şəkillər, videolar və podkastlar kimi materialları (əlaqəli metadata və rəsmlər daxil olmaqla) təqdim etməyə və ya dərc etməyə icazə verə bilər. Bu cür funksiyalardan istifadəniz vaxtaşırı yenilənə bilən aşağıdakı Təqdimetmə Qaydalarına uyğun olmalıdır və Təqdimetmə Qaydalarımızı pozan materiallardan xəbərdar olsaq, onları siləcəyik. Hər hansı təhqiredici, vulqar və ya qeyri-qanuni məzmun da daxil olmaqla, Təqdimetmə Qaydalarına uyğun olmayan materiallar görsəniz, reportaproblem.apple.com veb-səhifəsi vasitəsilə və ya Apple Dəstəyi ilə əlaqə saxlayaraq bizə bu barədə məlumat verin. Qanunla qadağan edilən hallar istisna olmaqla, bununla Apple-a Xidmətlər və əlaqəli marketinq çərçivəsində təqdim etdiyiniz materiallardan istifadə etmək, həmçinin Apple-ın daxili məqsədləri üçün təqdim etdiyiniz materiallardan istifadə etmək üçün dünya miqyasında, müəllif hüququ olmadan, daimi, qeyri-eksklüziv lisenziya verirsiniz. Apple avtomatik məzmun filtrləri və/və ya insan tərəfindən baxış da daxil olmaqla hər hansı təqdim edilmiş materialı izləyə və silmək və ya redaktə etmək qərarına gələ bilər. 

Təqdimetmə Qaydaları: Xidmətlərdən aşağıdakılar üçün istifadə edə bilməzsiniz:

- (i) istifadə etmək üçün icazəniz, hüququnuz və ya lisenziyanız olmayan və ya (ii) hər hansı üçüncü tərəfin hüquqlarını pozan materialları dərc etmək;

- etiraz edilə bilən, təhqiredici, qeyri-qanuni, aldadıcı, səhv və ya zərərli məzmunu dərc etmək;

- başqalarına məxsus şəxsi, özəl və ya məxfi məlumatları dərc etmək;

- azyaşlıdan şəxsi məlumatları tələb etmək;

- özünüzü başqa şəxs və ya quruma bağlı olaraq göstərmək və ya qələmə vermək;

- istənməyən və ya icazəsiz reklam, tanıtım materialları və ya məlumatlandırıcı elanlar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, spam göndərmək və ya ötürmək;

- hər hansı kompensasiya və ya təşviq müqabilində reytinq və ya rəy dərc etmək, dəyişdirmək və ya silmək; 

- vicdansız, təhqiramiz, zərərli, aldadıcı və ya pis niyyətli reytinq və ya rəy, eləcə də nəzərdən keçirilən Məzmunla əlaqəsi olmayan reytinq və ya rəy dərc etmək;

- hər hansı qeyri-qanuni, saxtakarlıq və ya manipulyasiya xarakterli fəaliyyəti planlaşdırmaq və ya bu fəaliyyətlə məşğul olmaq.

M. AİLƏ PAYLAŞIMI

Ailənin təşkilatçısı (“Təşkilatçı”) minimum on səkkiz (18) yaşında (yaxud Yaşadığı Ölkədə ekvivalent yetkinlik yaşına çatmış) olmalı və on üç (13) yaşından (yaxud qeydiyyat prosesində göstərildiyi kimi onların Yaşadığı Ölkədə ekvivalent yetkinlik yaşından) kiçik hər hansı Ailə üzvünün valideyni və ya qanuni qəyyumu olmalıdır. Bütün Ailə Paylaşımı funksiyalarına giriş üçün Apple cihazları tələb olunur. Ailə Paylaşımı uyğun Abunəlikləri Ailənin altıya (6) qədər üzvü arasında paylaşmağa imkan verir. Ailə Paylaşımı haqqında daha çox öyrənmək üçün aşağıdakı keçid linkinə baş çəkin: https://support.apple.com/HT201060.

Satınalma Paylaşımı: Ailə Paylaşımının Satınalma Paylaşımı funksiyası uyğun Məzmunu Ailənin altıya (6) qədər üzvü arasında paylaşmağa imkan verir. Təşkilatçı digər üzvləri iştirak etməyə dəvət edir və Ailə üzvləri tərəfindən həyata keçirilən bütün Tranzaksiyalar üçün ödəniş etməyə razılaşır. Təşkilatçının uyğun ödəniş metodları Ailə üzvü tərəfindən həyata keçirilən hər hansı Tranzaksiya üçün ödəniş etmək məqsədi ilə istifadə olunur (istisna olaraq, Ailə üzvünün hesabında mağaza krediti varsa, həmişə ilk olaraq ondan istifadə olunur). Təşkilatçının uyğun ödəniş üsullarından istifadə edildikdə, ailə üzvləri Təşkilatçının agenti kimi çıxış edirlər. Təşkilatçı bununla razılaşır: (1) belə Tranzaksiyalar üçün ödəniş etməyə; (2) Ailə üzvlərinin həyata keçirdiyi Tranzaksiyalara icazə verildiyinə; və (3) Tranzaksiyalar üçün ödəniş yuxarıda B Bölməsində göstərilən qaydada uyğun ödəniş metodlarından tutulacaq. Təşkilatçılar ödəniş metodu müqavilələrinə əməl etməyə cavabdehdirlər və uyğun ödəniş metodlarına girişi Ailə üzvləri ilə paylaşmaqla bağlı bütün riskləri öz üzərinə götürürlər. Hər hansı Ailə Üzvünün Tranzaksiyası üçün qəbz və ya faktura onu həyata keçirən Ailə üzvünə və Təşkilatçının ödəniş metodu üçün hesablanmışsa, həmçinin Təşkilatçıya göndərilir. 

Satınalma Tələbi: Satınalma Tələbi Təşkilatçıya on səkkiz (18) yaşına (və ya Yaşadığı Ölkədə ekvivalent yetkinlik yaşına) çatmamış Ailə üzvünün həyata keçirdiyi Tranzaksiyaları təsdiq etməyə imkan verən funksiyadır. Ailə üzvləri tərəfindən paylaşılan və ya məzmun kodları vasitəsilə əldə edilən məzmun ümumiyyətlə Satınalma Tələbinə tabe deyil; Abunəliklərə girişi asanlaşdıran məzmun kodları Satınalma Tələbinə tabedir. Təşkilatçı Satınalma Tələbi aktivləşdirilən hər hansı Ailə üzvünün valideyni və ya qanuni qəyyumu olmalıdır. Satınalma Tələbi defolt olaraq on üç (13) yaşından (yaxud Yaşadığı Ölkədə ekvivalent minimum yaşdan) kiçik hər hansı Ailə üzvü üçün aktiv edilir və valideyn və ya qanuni qəyyum tərəfindən deaktiv edilənə qədər aktiv qalır. Ailə üzvü on səkkiz (18) yaşına çatdıqdan (və ya öz Ölkəsində yetkinlik yaşına çatdıqdan) sonra Almaq üçün Sorğu deaktiv edilərsə, o, daha aktiv edilə bilməz. Satınalma Tələbi Satınalma Paylaşımının aktiv olmasını tələb etmir.

Ailə Üzvü dəyişiklikləri: Ailə üzvü Ailəni tərk etdikdə və ya silindikdə, qalan Ailə üzvlərinin Təşkilatçının ödəniş metodu ilə əldə edilmiş Məzmun da daxil olmaqla, keçmiş üzvün Məzmununa girişi olmaya bilər.

Ailə Paylaşımı Qaydaları: Eyni vaxtda yalnız bir (1) Ailəyə aid ola bilərsiniz və ildə iki dəfədən çox olmayaraq istənilən Ailəyə qoşula bilərsiniz. Ailə ilə əlaqələndirdiyiniz Apple Hesabını doxsan (90) gündə bir dəfədən çox olmayaraq dəyişə bilərsiniz. Bütün Ailə üzvləri eyni Yaşayış Ölkəsini paylaşmalıdır. Tətbiqdaxili Satınalmalar, Abunəliklər və bəzi əvvəllər əldə edilmiş Tətbiqlər daxil olmaqla, bütün Məzmun Satınalma Paylaşımı üçün uyğun deyil. Ailə tərəfindən paylaşılan abunəliklərə abunəlik əsasında Məzmun istifadəsi məhdudiyyətləri tətbiq edilə bilər.

N. MÖVSÜMİ GİRİŞ VƏ LİMİTSİZ GİRİŞ

Giriş sizə televiziya Məzmununu əlçatan olduğu zaman satın almağa və əldə etməyə imkan verir. Mövsümi Giriş hər mövsümdə məhdud sayda epizod olan televiziya Məzmununa tətbiq edilir; Limitsiz Giriş davamlı olaraq əlçatan olan televiziya Məzmununa tətbiq edilir. Mövsümi Giriş və ya Limitsiz Girişin tam qiyməti Tranzaksiya zamanı tutulur. Mövsümi Giriş və ya Limitsiz Giriş Məzmununu son epizod əlçatan olduqdan sonra doxsan (90) günə qədər endirmək mümkündür. Mövsümi Giriş aldığınız zaman Məzmun provayderi Apple-a nəzərdə tutulduğundan daha az TV epizodu təqdim edərsə, biz Apple-a təqdim olunmayan müvafiq sayda epizodun pərakəndə satış dəyərini Apple Hesabınıza köçürəcəyik.

O. ƏLAVƏ APP STORE ŞƏRTLƏRİ (APPLE ARCADE TƏTBİQLƏRİ İSTİSNA OLMAQLA)

APP STORE MƏZMUNU LİSENZİYASI 

Tətbiq lisenziyaları sizə Apple və ya üçüncü tərəf tərtibatçısı (“Tətbiq Provayderi”) tərəfindən verilir. Apple App Store-un idarə edilməsində Tətbiq Provayderləri üçün agent kimi çıxış edir və sizinlə Tətbiq Provayderi arasındakı satış müqaviləsinin və ya istifadəçi sazişinin tərəfi deyil. Bununla belə, əgər siz Apple Distribution International Ltd. və ya Apple Services Pte. Ltd.-nin müştərisisinizsə, o zaman qeydiyyatdan keçmiş satıcı həmin müəssisədir, yəni siz Tətbiq lisenziyasını Apple Distribution International Ltd. və ya Apple Services Pte. Ltd.-dən alırsınız, lakin Tətbiq Tətbiq Provayderi tərəfindən lisenziyalaşdırılır. Apple tərəfindən lisenziyalaşdırılmış Tətbiq “Apple Tətbiqidir”; Tətbiq Provayderi tərəfindən lisenziyalaşdırılmış Tətbiq “Üçüncü Tərəf Tətbiqidir”. Apple və ya Tətbiq Provayderi üstünlük təşkil edən fərdi lisenziya sazişi (“Fərdi EULA”) təmin etmədiyi halda, əldə etdiyiniz hər hansı Tətbiq aşağıda göstərilən Lisenziyalı Tətbiqin Son İstifadəçi Lisenziya Sazişi (“Standart EULA”) ilə idarə olunur. Yerli qanunlara uyğun olaraq, hər hansı Üçüncü Tərəf Tətbiqinin Tətbiq Təminatçısı onun məzmunu və zəmanətləri, habelə Üçüncü Tərəf Tətbiqi ilə bağlı sizdə yarana biləcək hər hansı iddialar üçün yalnız məsuliyyət daşıyır. Apple-ın hər bir Üçüncü Tərəf Tətbiqinə tətbiq edilən Standart EULA və ya Fərdi EULA-nın üçüncü tərəf benefisiarı olduğunu və buna görə də belə sazişi tətbiq edə biləcəyini qəbul edirsiniz və razılaşırsınız. Stikerlər və iMessage tətbiqləri kimi müəyyən tətbiqlər cihazın tramplinində görünməyə bilər, lakin Messages tətbiqinin siyirməsində giriş edilə və istifadə edilə bilər.

TƏTBİQDAXİLİ SATINALMALAR

Tətbiqlər belə Tətbiqlər daxilində istifadə üçün məzmun, xidmətlər və ya funksionallıq təklif edə bilər (“Tətbiqdaxili Satınalmalar”). Tətbiqdən istifadə zamanı həyata keçirilən Tətbiqdaxili Satınalmalar (məsələn, virtual gemlər) cihazlar arasında ötürülə bilməz və yalnız bir dəfə endirilə bilər. Digər Məzmunu əldə etmək üçün hər hansı doğrulamadan ayrı olaraq, Tətbiqdaxili Satınalma etməzdən əvvəl şifrənizi daxil etməklə və ya Touch ID və ya Face ID-dən istifadə etməklə hesabınızı doğrulamalısınız. Hər satınalma üçün şifrə tələb etməyimizi istəmədiyiniz və ya Touch ID və ya Face ID-ni aktiv etmədiyiniz halda, yenidən doğrulamadan on beş (15) dəqiqə ərzində əlavə Tətbiqdaxili Satınalma edə biləcəksiniz. Siz bu təlimatlara əməl etməklə Tətbiqdaxili Satınalma etmək imkanını deaktiv edə bilərsiniz: https://support.apple.com/HT201304.

TƏTBİQ ÜZRƏ TEXNİKİ XİDMƏT VƏ DƏSTƏK

Apple yalnız Apple Tətbiqləri üçün və ya müvafiq qanunun tələbinə uyğun olaraq texniki xidmətin və dəstəyin təmin edilməsinə görə məsuliyyət daşıyır. Tətbiq Provayderləri Üçüncü Tərəf Tətbiqləri üçün texniki xidmət və dəstək təmin etməyə görə məsuliyyət daşıyırlar.

TƏTBİQ PAKETLƏRİ

Bəzi Tətbiqlər paket şəklində birlikdə satıla bilər (“Tətbiq Paketi”). Tətbiq Paketi üçün göstərilən qiymət, Tətbiq Paketini satın aldığınız zaman sizdən tutulacaq qiymətdir. Tətbiq Paketinin qiyməti artıq satın aldığınız və ya əldə etdiyiniz Tətbiqlər nəzərə alınaraq azaldıla bilər, lakin Tətbiq Paketini tamamlamaq üçün minimum ödəniş daxil ola bilər.

AXTARIŞ NƏTİCƏLƏRİ VƏ SIRALAMALAR

Axtarış nəticələrində Tətbiqlərin necə sıralanacağını müəyyən edərkən nəzərə alınan əsas parametrlər Tətbiq Provayderləri tərəfindən təqdim edilən metadata, müştərilərin Tətbiqlər və App Store-dan necə istifadə etməsi və App Store-dakı Tətbiqlərin populyarlığıdır. Bu əsas parametrlər müştəri axtarış sorğularına ən uyğun nəticələri təqdim edir.

LİSENZİYALI TƏTBİQİN SON İSTİFADƏÇİ LİSENZİYA SAZİŞİ

App Store vasitəsilə təqdim edilən tətbiqlər sizə satılmır, lisenziyalaşdırılır. Hər bir Tətbiq üçün lisenziyanız ya bu Lisenziyalı Tətbiqin Son İstifadəçi Lisenziya Sazişini (“Standart EULA”) yaxud sizinlə Tətbiq Provayderi arasındakı fərdi son istifadəçi lisenziya sazişini (“Fərdi EULA”) (biri təmin edilirsə) əvvəlcədən qəbul etməyinizə tabedir. Bu Standart EULA və ya Fərdi EULA çərçivəsində hər hansı Apple Tətbiqi üçün lisenziyanız Apple tərəfindən verilir və bu Standart EULA və ya Fərdi EULA çərçivəsində hər hansı Üçüncü Tərəf Tətbiqi üçün lisenziyanız həmin Üçüncü Tərəf Tətbiqinin Tətbiq Provayderi tərəfindən verilir. Bu Standart EULA-ya tabe olan hər hansı Tətbiq burada “Lisenziyalı Tətbiq” adlanır. Tətbiq Provayderi və ya müvafiq olaraq Apple (“Lisenziar”) bu Standart EULA çərçivəsində sizə açıq şəkildə verilməyən Lisenziyalı Tətbiq üzrə bütün hüquqları özündə saxlayır.

a. Lisenziyanın əhatə dairəsi: Lisenziar sizə Lisenziyalı Tətbiqi sahib olduğunuz və ya nəzarət etdiyiniz hər hansı Apple markalı məhsullarda İstifadə Qaydaları ilə icazə verilən şəkildə istifadə etmək üçün ötürülməyən lisenziya verir. Bu Standart EULA-nın şərtləri Lisenziyalı Tətbiqdən əldə oluna bilən və ya onun daxilində satın alınan hər hansı məzmunu, materialları və ya xidmətləri, o cümlədən Lisenziar tərəfindən təqdim edilən və orijinal Lisenziyalı Tətbiqi əvəz edən və ya onun əlavəsi olan təkmilləşdirmələri (belə təkmilləşdirmələr Fərdi EULA ilə müşayiət olunmursa) tənzimləyir. İstifadə Qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla, Lisenziyalı Tətbiqi eyni anda birdən çox cihaz tərəfindən istifadə oluna bilən şəbəkə üzərində paylaya və ya əlçatan edə bilməzsiniz. Bu Sazişdə açıq şəkildə icazə verilən hallar istisna olmaqla, Lisenziyalı Tətbiqi ötürə, yenidən paylaya və ya sublisenziya verə bilməzsiniz və Apple Cihazınızı üçüncü tərəfə satsanız, bunu etməzdən əvvəl Lisenziyalı Tətbiqi Apple Cihazından silməlisiniz. Lisenziyalı Tətbiqin, onun hər hansı yeniləməsinin və ya hər hansı hissəsinin (bu lisenziya və İstifadə Qaydaları ilə icazə verilən hallar istisna olmaqla) surətini çıxara, əks mühəndislik işləri apara, sökə, mənbə kodunu əldə etməyə cəhd edə, dəyişdirə və ya törəmələrini yarada bilməzsiniz (yuxarıda qeyd olunan hər hansı məhdudiyyətin tətbiq olunan qanunla qadağan edildiyi və ya Lisenziyalı Tətbiqə daxil edilmiş hər hansı açıq mənbəli komponentlərin istifadəsini tənzimləyən lisenziya şərtləri ilə icazə verilən hallar istisna olmaqla).

b. Məlumatların İstifadəsinə Razılıq: Razılaşırsınız ki, Lisenziyalı Tətbiqlə bağlı proqram təminatı yeniləmələrinin, məhsul dəstəyinin və digər xidmətlərin (varsa) sizə təmin edilməsini asanlaşdırmaq üçün Lisenziar texniki və əlaqəli məlumatları, o cümlədən, cihazınız, sistem və proqram təminatı və periferiya qurğuları haqqında texniki məlumatları toplayıb istifadə edə bilər. Lisenziar kimliyinizi müəyyən etməyən formada olduğu müddətcə bu məlumatı məhsullarını təkmilləşdirmək və ya sizə xidmətlər və ya texnologiyalar təqdim etmək üçün istifadə edə bilər.

c. Xitam. Bu Standart EULA siz və ya Lisenziar tərəfindən xitam verilənə qədər qüvvədədir. Bu Standart EULA-nın şərtlərindən hər hansı birinə əməl etməsəniz, onunla bağlı hüquqlarınız avtomatik olaraq ləğv ediləcək.

d. Xarici Xidmətlər. Lisenziyalı Tətbiq Lisenziarın və/və ya üçüncü tərəfin xidmətlərinə və veb-saytlarına (birlikdə və fərdi olaraq “Xarici Xidmətlər”) girişi təmin edə bilər. Siz riski öz üzərinizə götürərək Xarici Xidmətlərdən istifadə etməyə razılaşırsınız. Lisenziar hər hansı üçüncü tərəfin Xarici Xidmətlərinin məzmununu və ya düzgünlüyünü yoxlamaq və ya qiymətləndirməyə görə məsuliyyət daşımır və heç bir üçüncü tərəfin Xarici Xidmətlərinə görə məsuliyyət daşımır. Hər hansı Lisenziyalı Tətbiq və ya Xarici Xidmət tərəfindən göstərilən məlumatlar, o cümlədən maliyyə, tibbi, məkan məlumatları və digər məlumatlar, yalnız ümumi məlumat məqsədləri üçündür və Lisenziar və ya onun agentləri tərəfindən zəmanət verilmir. Xarici Xidmətlərdən bu Standart EULA-nın şərtlərinə zidd olan və ya Lisenziarın və ya hər hansı üçüncü tərəfin əqli mülkiyyət hüquqlarını pozacaq şəkildə istifadə etməyəcəksiniz. Xarici Xidmətlərdən hər hansı şəxsi və ya qurumu təqib etmək, sui-istifadə etmək, hədələmək və ya nüfuzunu ləkələmək üçün istifadə etməyəcəyiniz ilə və Lisenziarın hər hansı belə istifadəyə görə məsuliyyət daşımadığı ilə razılaşırsınız. Xarici Xidmətlər bütün dillərdə və ya Yaşadığınız Ölkədə əlçatan olmaya bilər və hər hansı xüsusi məkanda istifadə üçün uyğun və ya əlçatan olmaya bilər. Bu cür Xarici Xidmətlərdən istifadə etməyi seçdiyiniz təqdirdə, müvafiq qanunlara uyğunluğa görə yalnız siz məsuliyyət daşıyırsınız. Lisenziar istənilən vaxt sizə xəbərdarlıq etmədən və ya məsuliyyət daşımadan hər hansı Xarici Xidmətlərə giriş məhdudiyyətlərini və ya limitlərini dəyişdirmək, dayandırmaq, silmək, deaktiv etmək və ya tətbiq etmək hüququnu özündə saxlayır.

e. ZƏMANƏTİN OLMAMASI: SIZ AYDIN ŞƏKILDƏ ETİRAF EDİR VƏ RAZILAŞIRSINIZ Kİ, LİSENZİYALI TƏTBİQİN İSTİFADƏSİNƏ GÖRƏ YALNIZ SİZ RİSK DAŞIYIRSINIZ. MÜVAFİQ QANUNLA İCAZƏ VERİLMİŞ MAKSİMUM DƏRƏCƏDƏ, LİSENZİYALI TƏTBİQ VƏ LİSENZİYALI TƏTBİQ TƏRƏFİNDƏN YERİNƏ YETİRİLƏN VƏ YA TƏMİN EDİLƏN HƏR HANSI XİDMƏTLƏR “OLDUĞU KİMİ” VƏ “ƏLÇATAN OLDUĞU KİMİ”, BÜTÜN XƏTALARI VƏ HƏR HANSI ZƏMANƏTSİZ TƏMİN EDİLİR VƏ LİSENZİAR BURADA XÜSUSİ, NƏZƏRDƏ TUTULAN OLMASINDAN ASILI OLMAYARAQ LİSENZİYALI TƏTBİQ VƏ HƏR HANSI XİDMƏTLƏRLƏ BAĞLI BÜTÜN ZƏMANƏT VƏ ŞƏRAİTLƏRDƏN VƏ YA SATIŞA UYĞUNLUQ, QANEEDİCİ KEYFİYYƏT, XÜSUSİ MƏQSƏDƏ UYĞUNLUQ, DƏQİQLİK, ƏYLƏNCƏ VƏ ÜÇÜNCÜ TƏRƏF HÜQUQLARININ POZULMAMASININ NƏZƏRDƏ TUTULAN ZƏMANƏT VƏ/VƏ YA ŞƏRAİTLƏR DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN QEYD EDİLƏNLƏRDƏN İMTİNA EDİR. LİSENZİAR VƏ YA ONUN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ TƏRƏFİNDƏN YAZILI VƏ YA ŞİFAHİ ŞƏKİLDƏ VERİLƏN MƏSLƏHƏT ZƏMANƏT DEMƏK DEYİLDİR. LİSENZİYALI TƏTBİQ VƏ YA XİDMƏTLƏRİN NÖQSANLI OLDUĞU AŞKARLANARSA, ZƏRURİ TEXNİKİ XİDMƏT, TƏMİR VƏ YA DÜZƏLİŞ XƏRCLƏRİ SİZİN ÜZƏRİNİZƏ DÜŞÜR. BƏZİ QANUNVERİCİLİKLƏR İSTEHLAKÇININ MÜVAFİQ QEYD EDİLMİŞ HÜQUQLARI İLƏ BAĞLI NƏZƏRDƏ TUTULAN ZƏMANƏT VƏ MƏHDUDİYYƏTLƏRİN İSTİSNA EDİLMƏSİNƏ İCAZƏ VERMİR, ODUR Kİ, YUXARIDA QEYD EDİLMİŞ İSTİSNA VƏ MƏHDUDİYYƏTLƏR SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR.

f. Məsuliyyət Məhdudiyyəti. QANUNLA QADAĞAN OLUNMADIĞI TƏQDİRDƏ, MƏSULİYYƏT TEORİYASINI (MÜQAVİLƏ ÜZRƏ, MÜQAVİLƏNİN POZULMASI VƏ YA DİGƏR HALLARDA) VƏ LİSENZİARIN MÜMKÜN ZƏRƏRLƏR BARƏDƏ MƏSLƏHƏT ALMASINI NƏZƏRƏ ALMADAN, HEÇ BİR HALDA LİSENZİAR LİSENZİYALI TƏTBİQDƏN İSTİFADƏNİZ VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏNİZ NƏTİCƏSİNDƏ DƏYƏN ŞƏXSİ XƏSARƏT, QƏZA İLƏ, XÜSUSİ, DOLAYI VƏ YA NƏTİCƏDƏ YARANAN ZƏRƏRLƏRƏ, ELƏCƏ DƏ MƏNFƏƏT İTKİSİ, DATA KORLANMASI VƏ YA İTKİSİ, DATA ÖTÜRƏ VƏ YA ALA BİLMƏMƏ (ELƏCƏ DƏ TƏLİMATLAR, TƏYİNAT VƏ MATERİALLAR) KİMİ ZƏRƏRLƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. BƏZİ YURİSDİKSİYALAR ŞƏXSİ XƏSARƏT, QƏZA İLƏ VƏ YA NƏTİCƏDƏ YARANAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏTİN İSTİSNA EDİLMƏSİNƏ VƏ YA MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERMİR, ONA GÖRƏ DƏ BU MƏHDUDİYYƏT SİZƏ TƏTBİQ OLUNMAYA BİLƏR. Heç bir halda Lisenziarın bütün zərərlərə görə sizə ümumi öhdəliyi (şəxsi xəsarət hallarında müvafiq qanunla tələb edilmə istisna olmaqla) iki yüz əlli dollardan (250,00 $) artıq ola bilməz. Yuxarıdakı məhdudiyyətlər qeyd edilən kompensasiya əsas məqsədindən kənara çıxsa belə tətbiq ediləcək.

g. Amerika Birləşmiş Ştatları qanunları və Lisenziyalı Tətbiqin əldə edildiyi yurisdiksiyanın qanunları ilə icazə verilən hallar istisna olmaqla, Lisenziyalı Tətbiqdən istifadə edə və ya başqa şəkildə ixrac edə və ya yenidən ixrac edə bilməzsiniz. Xüsusilə, ancaq məhdudiyyətsiz, Lisenziyalı Tətbiq (a) Birləşmiş Ştatların embarqo qoyduğu ölkələrə və yaxud (b) ABŞ Maliyyə Nazirliyinin Xüsusi Kateqoriyalı Vətəndaşların Siyahısında və ya ABŞ Ticarət Nazirliklərinin İnkar olunan Şəxslər Siyahısında olan kəslərə ixrac edilə və ya təkrar ixrac edilə bilməz. Lisenziyalı Tətbiqdən istifadə edərək zəmanət verirsiniz ki, siz nə bu ölkələrdən birində yaşayırsınız, nə də həmin siyahılardan birinə aidsiniz. Həmçinin razılaşırsınız ki, siz Birləşmiş Ştatların qanunu ilə qadağan edilən heç bir məqsəd üçün raketlərin, nüvə, kimyəvi və ya bioloji silahların inkişafı, tərtibatı, istehsalı və ya istehsalatı da daxil olmaqla, bu məhsullardan istifadə etməyəcəksiniz.

h. ABŞ Hökuməti İstehlakçıları. Lisenziyalı Tətbiq və əlaqəli sənədlər “Kommersiya Əşyaları” dır — bu termin müvafiq olaraq 48 C.F.R. §2.101 bəndində istifadə olunan “Kommersiya Kompüter Proqramı” və “Kommersiya Kompüter Proqramının Sənədləri”ni təşkil edən 48 C.F.R. §12.212 və ya 48 C.F.R. §227.7202 bəndlərində izah edilmişdir. 48 C.F.R §12.212 və ya 48 C.F.R. §227.7202-1 — 227.7202-4 bəndlərinə uyğun olaraq, Kommersiya Kompüter Proqramı və Kommersiya Kompüter Proqramı Sənədləri ABŞ Hökuməti istehlakçılarına (a) yalnız Kommersiya Əşyaları kimi və (b) buradakı şərtlərə uyğun olaraq bütün digər istehlakçılara verilən hüquqlarla lisenziyalaşdırılır. Nəşr olunmamış hüquqlar Amerika Birləşmiş Ştatlarının müəllif hüquqları qanunlarına əsasən qorunur.

i. Növbəti paraqrafda açıq-aydın göstərildiyi kimi, sizin və Apple-in arasında olan bu Saziş və əlaqələr hüquq normalarının konfliktləri istisna edilməklə Kaliforniya Ştatının qanunları ilə idarə ediləcək. Siz və Apple razılaşırsınız ki, bu Saziş ilə əlaqədar yaranan hər hansısa şikayəti və ya anlaşılmazlığı həll etmək üçün bu barədə Kaliforniyanın Santa Klara qraflığında yerləşən məhkəmələrin şəxsi və xüsusi yurisdiksiyasına müraciət edəcəksiniz. Əgər siz (a) ABŞ vətəndaşı deyilsinizsə; (b) siz ABŞ-da yaşamırsınızsa; (c) siz ABŞ-dan Xidmətə giriş əldə etmirsinizsə; və siz (d) aşağıda müəyyənləşdirilən ölkələrdən birinin vətəndaşısınızsa, razılaşırsınız ki, bu Saziş nəticəsində yaranan istənilən münaqişə və ya iddia aşağıda verilmiş müvafiq qanun ilə idarə ediləcəkdir və siz bununla ştatda, əyalətdə və yaxud ölkədə yerləşən qeyri-müstəsna yurisdiksiyaya birdəfəlik tabe olursunuz:

Əgər siz Avropa İttifaqının istənilən ölkəsinin və ya Birləşmiş Krallıq, İsveçrə, Norveç və ya İslandiya vətəndaşısınızsa, tənzimləyici qanun və forum sizin adi yaşayış yerinizin məhkəmələri və qanunları olacaq.

Bu Sazişin tətbiqindən xüsusilə çıxarılan qanun Malların Beynəlxalq Satışında Birləşmiş Millətlər Təşkilatı Konvensiyası kimi tanınan qanundur.

P. APP STORE, APPLE BOOKS, APPLE PODCASTS VƏ SEÇİLMİŞ MƏZMUN ÜÇÜN ƏLAVƏ ŞƏRTLƏR

App Store, Apple Books və Apple Podcasts-da (o cümlədən, Apple Podcasts Abunəliklərində) əlçatan olan bəzi Məzmun sizin tərəfinizdən belə Məzmunun üçüncü tərəf provayderindən əldə edilir (məhsul səhifəsində və/yaxud müvafiq Məzmun üçün əldəetmə prosesi zamanı göstərildiyi kimi), Apple-dan deyil. Belə olan halda, Apple Məzmunu sizə təqdim etmək üçün Məzmun provayderi üçün agent kimi çıxış edir və buna görə də Apple sizinlə Məzmun provayderi arasındakı Tranzaksiyanın tərəfi deyil. Bununla belə, Apple Distribution International Ltd. və ya Apple Services Pte. Ltd.-nin müştərisisinizsə, o zaman həmin müəssisə əldə etdiyiniz Məzmunun qeydiyyatdan keçmiş satıcısıdır, lakin belə Məzmun Məzmun provayderi tərəfindən lisenziyalaşdırılır. Məzmun provayderi belə Məzmunla bağlı istifadə şərtlərini tətbiq etmək hüququnu özündə saxlayır. Bu cür Məzmun, rədd edilmədiyi təqdirdə onunla əlaqəli istənilən zəmanət və sizin və ya hər hansı digər tərəfin belə Məzmunla bağlı irəli sürə biləcəyi hər hansı iddialara görə yalnız Məzmun provayderi məsuliyyət daşıyır.

App Store, Apple Books və Apple Podcasts-da axtarış nəticələrinin necə sıralanacağını müəyyən edərkən nəzərə alınan əsas parametrlər Məzmun Təminatçıları tərəfindən verilən metadata və müştərilərin Məzmunla necə məşğul olduqlarıdır.

Q. ƏLAVƏ APPLE MUSIC ŞƏRTLƏRİ

iCloud Music Library Apple Music-in aktivləşdirildiyi cihazlarınızda Apple Music, iTunes Store və ya başqa mənbədən (“iCloud Music Library Məzmunu”) əldə etdiyiniz uyğunlaşdırılmış və ya yüklənmiş mahnılarınıza, pleylistlərinizə və musiqi videolarınıza girişə imkan verən Apple Music funksiyasıdır. Apple Music üzvlüyünü qurduğunuz zaman iCloud Music Library avtomatik olaraq aktiv edilir. iCloud Music Library iCloud Music Library Məzmununuz haqqında məlumat toplayır. Bu məlumat Apple Hesabınızla əlaqələndirilir və hazırda Apple Music-də əlçatan olan iCloud Music Library Məzmunu ilə müqayisə edilir. Uyğun olmayan iCloud Music Library Məzmunu Apple-ın iCloud Music Library serverlərinə yüklənir (Apple tərəfindən müəyyən edilmiş formatda). Siz yüz minə qədər (100.000) mahnı yükləyə bilərsiniz. iTunes Store-dan əldə edilmiş mahnılar bu limitə daxil edilmir. Müəyyən meyarlara cavab verməyən (məsələn, həddindən artıq böyük fayllar) və ya cihazınız üçün icazə verilməyən mahnılar iCloud Music Library üçün uyğun deyil. iCloud Music Library-dən istifadə etdiyiniz zaman Apple oxutduğunuz, dayandırdığınız və ya ötürdüyünüz musiqilər, istifadə etdiyiniz cihazlar, oxutma vaxtı və müddəti kimi məlumatları qeyd edir. iCloud Music Library-dən yalnız qanuni yolla əldə edilmiş məzmun üçün istifadə etməyə razılaşırsınız. iCloud Music Library “OLDUĞU KİMİ” təmin edilir və səhvlər və ya qeyri-dəqiqliklər ola bilər. iCloud Music Library-dən istifadə etməzdən əvvəl data və məlumatlarınızı yedəkləməlisiniz. Apple Music üzvü deyilsinizsə, iCloud Music Library-dən istifadə edən iTunes Match Abunəliyini satın ala bilərsiniz. Apple Music üzvlüyünüz başa çatdıqda iCloud Music Library-yə, o cümlədən iCloud Music Library serverlərinə yüklənmiş iCloud Music Library Məzmununa girişi itirəcəksiniz.

R. ƏLAVƏ APPLE FITNESS+ ŞƏRTLƏRİ

Apple Fitness+ yalnız əyləncə və/yaxud məlumatlandırma məqsədləri üçündür və hər hansı tibbi məsləhət vermək üçün nəzərdə tutulmur. 

S. SATIŞ VASİTƏÇİSİ ÜZVLÜYÜ

Mümkün olan hallarda sizə satış vasitəçisindən simsiz operator kimi Xidmət üzvlüyü (“Satış vasitəçi üzvlüyü”) almağınız təklif edilə bilər. Satış Vasitəçisi Üzvlüyü satın alsanız, satış vasitəçiniz satıcı olur — yəni, həmin satış vasitəçinizdən Xidmət lisenziyası alırsınız və o, Xidmət üzvlüyünüzün ödənişini sizdən tutur, lakin Xidmət Apple tərəfindən lisenziyalaşdırılır və təmin edilir. Satış vasitəçisi ilə satınalma münasibətiniz bu Saziş ilə deyil, satış vasitəçisinin şərtlər və qaydaları ilə tənzimlənir və Satış Vasitəçisi Üzvlüyü ilə bağlı hər hansı hesablaşma mübahisəsi Apple-a deyil, satış vasitəçinizə yönəldilməlidir. Satış Vasitəçisi Üzvlüyü vasitəsilə Xidmətdən istifadə etməklə razılaşırsınız ki, satış vasitəçiniz satış vasitəçisi hesab məlumatınızı, telefon nömrənizi və Abunəlik məlumatınızı Apple ilə mübadilə edə bilər və Apple bu məlumatı Satış Vasitəçisi Üzvlüyünüzün statusunu müəyyən etmək üçün istifadə edə bilər.

T. BÜTÜN XİDMƏTLƏRƏ TƏTBİQ EDİLƏN MÜXTƏLİF ŞƏRTLƏR

APPLE-IN TƏRİFİ

Yaşadığınız Ölkədən asılı olaraq, “Apple” nəzərdə tutur:

Amerika Birləşmiş Ştatlarında, eləcə də Puerto Rikoda məskunlaşmış istifadəçilər üçün One Apple Park Way, Kupertino, Kaliforniya ünvanında yerləşən Apple Inc. şirkəti;

Kanadada məskunlaşmış istifadəçilər üçün 120 Bremner Blvd., Suite 1600, Toronto ON M5J 0A8, Kanada ünvanında yerləşən Apple Canada Inc. şirkəti;

Meksika, Orta və ya Cənubi Amerika və ya hər hansı bir Karib dənizi ölkəsində və ya ərazisindəki istifadəçilər üçün (Puerto Riko xaric) 2811 Ponce de Leon Boulevard, Floor 12, Coral Gables, Florida ünvanında yerləşən Apple Services LATAM LLC şirkəti;

Butan, Bruney, Kamboca, Fici, Laos, Makao, Maldiv adaları, Mikroneziya, Monqolustan, Myanma, Nauru, Nepal, Palau, Papua-Yeni Qvineya, Cənubi Koreya, Solomon adaları, Şri-Lanka, Tonqa və Vanuatudakı istifadəçilər üçün 7 Ang Mo Kio Street 64, Singapore 569086 ünvanında yerləşən Apple Services Pte. Ltd.;

Yaponiyada olan istifadəçilər üçün Roppongi Hills, 6-10-1 Roppongi, Minato-ku, Tokyo 106-6140, Tokyo ünvanında yerləşən iTunes K.K;

Avstraliya və ya Yeni Zelandiyada, onların ərazilərinin və ya bağlı yurisdiksiyalarının hər hansı birində məskunlaşmış istifadəçilər üçün Level 3, 20 Martin Place, Sidney NSW 2000, Avstraliya ünvanında yerləşən Apple Pty Limited şirkəti; və

Bütün digər istifadəçilər üçün Hollyhill Industrial Estate, Hollyhill, Kork, İrlandiya Respublikasında yerləşən Apple Distribution International Ltd. şirkəti.

MÜQAVİLƏYƏ DƏYİŞİKLİKLƏR

Apple istənilən vaxt bu Sazişə dəyişiklik etmək və Xidmətlərdən istifadənizlə bağlı yeni və ya əlavə şərtlər və ya qaydalar daxil etmək hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər, eləcə də əlavə şərtlər və qaydalar dərhal qüvvəyə minəcək və bu Sazişə daxil ediləcək. Xidmətlərdən davamlı istifadə etsəniz, onu qəbul etmiş hesab olunacaqsınız.

ÜÇÜNCÜ TƏRƏF MATERİALLARI

Apple Məzmun və ya Xidmətlərə daxil edilmiş və ya bunlarla əlaqələndirilmiş üçüncü tərəf materiallarına görə məsuliyyət və ya cavabdehlik daşımır.

İSTİFADƏÇİNİN TƏHLÜKƏSİZLİYİ

(a) Hər hansı bir fəaliyyətin təhlükəsizliyi və məqsədəuyğunluğu və ya (b) hər hansı xüsusi tibbi vəziyyət və ya simptomlarla bağlı müvafiq ixtisaslı səhiyyə işçisindən məsləhət almalısınız.

ƏQLİ MÜLKİYYƏT

Razılaşırsınız ki, Xidmətlər, eləcə də Məzmun, qrafika, istifadəçi interfeysi, audio kliplər, video kliplər, redaksiya məzmunu və Xidmətləri həyata keçirmək üçün istifadə edilən skriptlər və proqram təminatı və s. Apple, onun lisenziarları və/və ya Məzmun təminatçılarına məxsus olan mülkiyyət məlumatları və materialları ehtiva edir və müəllif hüquqları kimi müvafiq əqli mülkiyyət və digər qanunlarla qorunur. Siz Sazişə uyğun olaraq Xidmətlərin şəxsi, qeyri-kommersiya məqsədi ilə istifadəsi istisna olmaqla heç nədən asılı olmayaraq heç vaxt şirkətin özəl məlumatlarından və ya materiallarından istifadə etməyəcəyinizə razılaşırsınız. Bu Sazişdə açıq şəkildə icazə verilən hallar istisna olmaqla, Məzmunun və ya Xidmətlərin heç bir hissəsi hər hansı formada və ya hər hansı vasitə ilə ötürülə və ya çoxaldıla bilməz. Razılaşırsınız ki, Xidmətləri və ya Məzmunu heç bir şəkildə dəyişdirməyəcək, icarəyə verməyəcək, borc verməyəcək, satmayacaq, paylaşmayacaq və ya paylamayacaqsınız və Xidmətlərdən açıq şəkildə icazə verilməyən hallarda istifadə etməyəcəksiniz.

Apple adı, Apple loqosu, iTunes, iTunes Store, App Store, Apple Books, Apple Music, Apple TV, Apple TV+, Apple Arcade, Apple News, Apple News+, Apple One, Apple Podcasts, Apple Fitness+ və Xidmətlərlə əlaqədar istifadə olunan digər Apple ticarət nişanları, xidmət nişanları, qrafika və loqolar ABŞ-da və dünyanın digər ölkələrində Apple şirkətinin ticarət nişanları və ya qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. Sizə yuxarıda qeyd olunan ticarət nişanlarının heç biri ilə bağlı heç bir hüquq və ya lisenziya verilmir.

MÜƏLLİF HÜQUQU 

Başqa cür qeyd edilmədiyi halda, Apple tərəfindən təqdim edilən Xidmətlər və Məzmunun müəllif hüquqları Apple Inc. və onun törəmə şirkətlərinə məxsusdur.

Xidmətlər vasitəsilə əlçatan olan hər hansı Məzmunun sizin müəlliflik hüququnuzu pozduğunu düşünürsünüzsə, aşağıdakı link vasitəsilə Apple ilə əlaqə saxlayın: https://www.apple.com/legal/internet-services/itunes/itunesstorenotices. Bu, iddia edilən pozuntu ilə bağlı bildirişinizi emal etməyimiz üçün ən sürətli yoldur. Müvafiq agentimizlə əlaqə saxlamağın və bildirişinizi emal etməyin daha yavaş yolu aşağıda göstərilən poçt ünvanına iddia edilən pozuntu haqqında düzgün və tam bir bildiriş göndərməkdir.

Apple Inc.

Kimə: Copyright Agent

One Apple Park Way

MS: 1IPL

Cupertino, CA 95014

Telefon: 408.996.1010

E-poçt: copyrightnotices@apple.com 

Apple dəfələrlə başqalarının müəllif hüquqlarını pozduğu aşkarlanan və ya pozduğu iddia edilən istifadəçilərin hesablarını deaktiv etmək və/və ya ləğv etmək siyasətini qəbul etmişdir. Belə bir siyasətin tətbiqi çərçivəsində Apple öz qərarı ilə, hüquqları pozan fəaliyyətlə məşğul olan və ya digər əlaqədar fəaliyyətlə təkrarən məşğul olan istifadəçilərin hesablarını dayandıra, deaktiv edə və/və ya ləğv edə bilər.

ZƏMANƏTLƏRDƏN İMTİNA; MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

APPLE XİDMƏTLƏRDƏN İSTİFADƏNİZİN FASİLƏSİZ VƏ YA XƏTASIZ OLACAĞINA ZƏMANƏT VERMİR, BƏYAN ETMİR VƏ TƏMİNAT VERMİR VƏ SİZ RAZI OLURSUNUZ Kİ, APPLE XƏBƏRDARLIQ ETMƏDƏN VAXTAŞIRI XİDMƏTLƏRİ QEYRİ-MÜƏYYƏN MÜDDƏTƏ DAYANDIRA, İSTƏNİLƏN ZAMAN LƏĞV EDƏ, XİDMƏTLƏRƏ GİRİŞİNİZİ MƏHDUDLAŞDIRA VƏ YA DEAKTİV EDƏ BİLƏR.

SİZ AÇIQ ŞƏKİLDƏ RAZILAŞIRSINIZ Kİ, XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏMƏYİNİZ VƏ YA XİDMƏTLƏRLƏ ƏLAQƏLİ FƏALİYYƏTİNİZƏ GÖRƏ RİSKLƏR YALNIZ SİZİN ÜZƏRİNİZƏ DÜŞÜR. XİDMƏTLƏR VASİTƏSİLƏ SİZƏ TƏMİN EDİLƏN XİDMƏTLƏR VƏ BÜTÜN MƏZMUN (APPLE TƏRƏFİNDƏN AÇIQ ŞƏKİLDƏ BİLDİRİLƏN HALLAR İSTİSNA OLMAQLA) SİZİN İSTİFADƏNİZ ÜÇÜN “OLDUĞU KİMİ” VƏ “ƏLÇATAN OLDUQDA”, BÜTÜN NƏZƏRDƏ TUTULAN SATIŞ ZƏMANƏTLƏRİ, MÜƏYYƏN MƏQSƏDƏ UYĞUNLUQ, MÜLKİYYƏT HÜQUQU VƏ POZUNTU OLMAMASINA DAİR ZƏMANƏTLƏR DAXİL OLMAQLA, AÇIQ ŞƏKİLDƏ BİLDİRİLƏN VƏ YA NƏZƏRDƏ TUTULAN HEÇ BİR ZƏMANƏT OLMADAN TƏMİN EDİLİR. BƏZİ YURİSDİKSİYALAR NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏRİN İSTİSNA EDİLMƏSİNƏ İCAZƏ VERMƏDİYİNƏ GÖRƏ YUXARIDAKI NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏRİN İSTİSNA EDİLMƏSİ SİZƏ TƏTBİQ OLUNMAYA BİLƏR.

RAZILAŞIRSINIZ Kİ, QÜVVƏDƏ OLAN QANUNLA TƏLƏB OLUNMADIĞI HALDA, APPLE XİDMƏTLƏRİMİZ VASİTƏSİLƏ MƏZMUNUN SİZİN ÜÇÜN ƏLÇATAN EDİLMƏSİNİ DAVAM ETDİRMƏYƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR VƏ APPLE SATIN ALINAN MƏZMUN DAXİL OLMAQLA, MƏZMUN ENDİRMƏ, YENİDƏN ENDİRMƏ VƏ YA YAYIM ÜÇÜN ƏLÇATMAZ OLDUQDA, SİZƏ QARŞI CAVABDEH OLMAYACAQDIR.

HEÇ BİR HALDA APPLE, ONUN DİREKTORLARI, ƏMƏKDAŞLARI, İŞÇİLƏRİ, ALT ŞİRKƏTLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI VƏ YA LİSENZİARLARI XİDMƏTLƏRDƏN İSTİFADƏNİZLƏ BAĞLI BİRBAŞA, DOLAYI, SƏHVƏN, CƏRİMƏ XARAKTERLİ, XÜSUSİ VƏ YA NƏTİCƏ OLARAQ YARANAN ZƏRƏRLƏRƏ VƏ YA XİDMƏTLƏRDƏN VƏ/VƏ YA MƏZMUNDAN İSTİFADƏNİZLƏ BAĞLI DİGƏR İDDİALARA, O CÜMLƏDƏN, HƏR HANSI MƏZMUNDA OLAN XƏTALAR VƏ YA ÇATIŞMAZLIQLARA, XİDMƏTLƏR VASİTƏSİLƏ DƏRC EDİLƏN, ÖTÜRÜLƏN VƏ YA BAŞQA ŞƏKİLDƏ ƏLÇATAN EDİLƏN HƏR HANSI MƏZMUNDAN İSTİFADƏ NƏTİCƏSİNDƏ YARANAN XƏSARƏT, İTKİ VƏ YA ZƏRƏRƏ GÖRƏ (BAŞ VERMƏ EHTİMALI BİLDİRİLMİŞ OLSA BELƏ) MƏSULİYYƏT DAŞIMIR. BƏZİ ÖLKƏLƏR, DÖVLƏTLƏR VƏ YA YURİSDİKSİYALAR NƏTİCƏ OLARAQ YARANAN VƏ YA SƏHVƏN DƏYƏN ZƏRƏRLƏRƏ GÖRƏ MƏSULİYYƏTİN İSTİSNA EDİLMƏSİNƏ VƏ YA MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERMƏDİYİNƏ GÖRƏ BELƏ ÖLKƏLƏRDƏ, DÖVLƏTLƏRDƏ VƏ YA YURISDİKSİYALARDA APPLE-IN MƏSULİYYƏTİ BELƏ MƏHDUDLAŞDIRMANIN QANUNLA İCAZƏ VERDİYİ DƏRƏCƏDƏ MƏHDUDLAŞDIRILMALIDIR.

APPLE XİDMƏTLƏRLƏ ƏLAQƏLİ OLARAQ TƏQDİM ETDİYİNİZ MƏLUMATIN QORUNMASI ÜÇÜN AĞLABATAN DƏRƏCƏDƏ SƏY GÖSTƏRƏCƏK, AMMA QƏBUL EDİRSİNİZ Kİ, BELƏ MƏLUMATIN TƏQDİM EDİLMƏSİNƏ GÖRƏ RİSK TƏKCƏ SİZİN ÜZƏRİNİZƏ DÜŞÜR VƏ BURADA APPLE-I BELƏ MƏLUMATLARLA ƏLAQƏLİ YARANA BİLƏCƏK İTKİLƏRƏ GÖRƏ MƏSULİYYƏTDƏN VƏ YA HƏR HANSI ÖHDƏLİKDƏN AZAD EDİRSİNİZ.

APPLE XİDMƏTLƏRİN İTKİSİZ, POZUNTUSUZ, VİRUSSUZ, MÜDAXİLƏSİZ, KƏSİNTİSİZ VƏ YAXUD DİGƏR TƏHLÜKƏSİZLİK MÜDAXİLƏLƏRİ OLMADAN İSTİFADƏSİNƏ ZƏMANƏT VERMİR VƏ SİZ BUNUNLA ƏLAQƏDAR OLAN İSTƏNİLƏN MƏSULİYYƏTDƏN APPLE-I AZAD EDİRSİNİZ. XİDMƏTLƏR VASİTƏSİLƏ ALINMIŞ VƏ YA ƏLDƏ EDİLMİŞ HƏR HANSI MƏZMUN DAXİL OLMAQLA, ÖZ SİSTEMİNİZİN YEDƏKLƏNMƏSİNƏ GÖRƏ MƏSULİYYƏT SİZİN ÜZƏRİNİZƏ DÜŞÜR.

APPLE SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ İLƏ ƏLAQƏLİ TUTULA BİLƏCƏK DATA ÖDƏMƏLƏRİNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.

İMTİNA VƏ TƏZMİNAT

XİDMƏTLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ QANUNUN İCAZƏ VERDİYİ DƏRƏCƏDƏ APPLE, ONUN DİREKTORLARI, ƏMƏKDAŞLARI, İŞÇİLƏRİ, ALT ŞİRKƏTLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI VƏ LİSENZİARLARINI BU SAZİŞ ŞƏRTLƏRİNİN POZULMASI, XİDMƏTLƏRDƏN İSTİFADƏNİZLƏ BAĞLI QALDIRILAN İDDİALAR VƏ YA BU SAZİŞİN POZULMASINA DAİR ŞÜBHƏ DUYULDUQDA APPLE TƏRƏFİNDƏN APARILAN ARAŞDIRMA ÇƏRÇİVƏSİNDƏ VƏ YA POZULMA HALININ BAŞ VERDİYİ AŞKARLANDIQDA VƏ YA POZULMANIN OLDUĞUNA QƏRAR VERİLDİKDƏ APPLE TƏRƏFİNDƏN ATILAN ADDIMLAR İLƏ BAĞLI QALDIRILAN İDDİALARA QARŞI QORUMAĞA, ZƏRƏR DƏYMƏSİNƏ İMKAN VERMƏMƏYƏ RAZILIQ VERİRSİNİZ. BU SAZİŞİN POZULMASINA DAİR ŞÜBHƏ DUYULDUQDA APARILAN ARAŞDIRMA ÇƏRÇİVƏSİNDƏ VƏ YA POZULMA HALININ BAŞ VERDİYİNƏ QƏRAR VERİLDİKDƏ HƏR HANSI MƏLUMAT VƏ YA MƏZMUNA GİRİŞİ SİLMƏK VƏ YA RƏDD ETMƏK, XİDMƏTLƏRƏ GİRİŞİNİZİ DAYANDIRMAQ VƏ YA LƏĞV ETMƏK VƏ YA ATILAN DİGƏR ADDIMLAR İLƏ BAĞLI APPLE, ONUN DİREKTORLARI, ƏMƏKDAŞLARI, İŞÇİLƏRİ, ALT ŞİRKƏTLƏRİ, AGENTLƏRİ, PODRATÇILARI VƏ LİSENZİARLARINA QARŞI MƏHKƏMƏ İŞİ AÇMAMAQ, ONLARDAN TƏZMİNAT TƏLƏB ETMƏMƏYƏ RAZILIQ VERİRSİNİZ. BU İMTİNA VƏ TƏZMİNAT ŞƏRTLƏRİ BU SAZİŞ İLƏ TƏSVİR EDİLƏN VƏ YA BAXILAN BÜTÜN POZUNTULARA AİD EDİLİR.

DÖVLƏT MÜƏSSİSƏLƏRİ ÜÇÜN QANUNİ İSTİSNALAR

Əgər siz ixtisaslı dövlət təhsil və ya hökumət qurumusunuzsa və bu Sazişin hər hansı bir hissəsi, məsələn, təzminat bölməsinin hamısı və ya bir hissəsi qüvvədə olan yerli, milli, əyalət və ya federal qanunlara görə etibarsızdırsa və ya sizə qarşı tətbiq edilə bilməzsə, o zaman həmin hissə vəziyyətdən asılı olaraq etibarsız və ya icraedilməz hesab ediləcək və bunun əvəzinə tətbiq olunan tənzimləyici qanuna ən uyğun şəkildə şərh edilməlidir.

TƏNZİMLƏYİCİ QANUN

Növbəti paraqrafda açıq-aydın göstərilən və ya müvafiq qanun tərəfindən tələb olunduğu hallar istisna olmaqla, sizin və Apple-in arasında olan bu Saziş və əlaqələr, eləcə də Xidmətlər üzrə bütün Tranzaksiyalar hüquq normalarının konfliktləri istisna edilməklə Kaliforniya Ştatının qanunları ilə idarə ediləcək. Siz və Apple razılaşırsınız ki, bu Saziş ilə əlaqədar yaranan hər hansısa şikayəti və ya anlaşılmazlığı həll etmək üçün bu barədə Kaliforniyanın Santa Klara qraflığında yerləşən məhkəmələrin şəxsi və xüsusi yurisdiksiyasına müraciət edəcəksiniz. Əgər siz (a) ABŞ vətəndaşı deyilsinizsə; (b) siz ABŞ-da yaşamırsınızsa; (c) siz ABŞ-dan Xidmətə giriş əldə etmirsinizsə; və siz (d) aşağıda müəyyənləşdirilən ölkələrdən birinin vətəndaşısınızsa, razılaşırsınız ki, bu Saziş nəticəsində yaranan istənilən münaqişə və ya iddia aşağıda verilmiş müvafiq qanun ilə idarə ediləcəkdir və siz bununla ştatda, əyalətdə və yaxud ölkədə yerləşən qeyri-müstəsna yurisdiksiyaya birdəfəlik tabe olursunuz:

Əgər siz Avropa İttifaqının istənilən ölkəsinin və ya Birləşmiş Krallıq, İsveçrə, Norveç və ya İslandiya vətəndaşısınızsa, tənzimləyici qanun və forum sizin adi yaşayış yerinizin məhkəmələri və qanunları olacaq.

Bu Sazişin tətbiqindən xüsusilə çıxarılan qanun Malların Beynəlxalq Satışında Birləşmiş Millətlər Təşkilatı Konvensiyası kimi tanınan qanundur.

DİGƏR MÜDDƏALAR

Bu Saziş sizinlə Apple arasındakı bütün müqaviləni təşkil edir və sizinlə Apple arasında eyni mövzu ilə bağlı əvvəlcədən bağlanmış sazişləri ləğv edərək Xidmətlərdən istifadənizi tənzimləyir. Siz həmçinin Tranzaksiyaları həyata keçirərkən və ya əlaqəli xidmətlərdən, üçüncü tərəf məzmunu, üçüncü tərəf proqram təminatı və ya Kütləvi Satınalma Proqramı kimi əlavə xidmətlərdən istifadə etdiyiniz zaman əlavə şərtlər tətbiq oluna bilər. Əgər bu Sazişin hər hansı hissəsi etibarsız və ya qüvvədən düşmüş hesab edilsə, həmin hissə tətbiq olunan qanuna uyğun olaraq mümkün qədər tərəflərin əsl niyyətini əks etdirmək üçün izah ediləcək və qalan hissələr tam qüvvədə qalacaq. Apple-ın bu Sazişin hər hansı bir hüquq və ya müddəasını tətbiq edə bilməməsi, bu və ya digər müddəadan imtina edildiyini bildirmir. Apple öz ixtiyarında olmayan səbəblərdən öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

Xidmətlərdən istifadəniz üçün tətbiq olunan bütün yerli, əyalət, federal və milli qanunlara, əsasnamələrə, fərmanlara və qaydalara riayət etməyi qəbul edirsiniz. Xidmətlərdən istifadəniz digər qanunlara da tabe ola bilər. Elektron şəkildə çatdırılan bütün Tranzaksiyalar üçün itki riski elektron ötürüldükdən sonra alıcıya keçir. Heç bir Apple işçisi və ya agentinin bu Sazişi dəyişdirmək səlahiyyəti yoxdur.

Apple e-poçt ünvanınıza e-poçt mesajı və ya poçt ünvanınıza məktub göndərməklə və ya Xidmətlərdə dərc etməklə Xidmətlərlə bağlı sizi xəbərdar edə bilər. Bildirişlər dərhal qüvvəyə minir. Apple həmçinin Xidmətlər haqqında sizə əlavə məlumat göndərmək üçün e-poçt və ya bildiriş mesajı vasitəsilə sizinlə əlaqə saxlaya bilər.

Bununla, Apple-a bu Sazişin hər hansı bir hissəsinə riayət etmək və/və ya uyğunluğu yoxlamaq üçün onun zəruri hesab etdiyi və ya uyğun olduğunu düşündüyü addımları atmasına icazə verirsiniz. Apple-ın bu Sazişin hər hansı bir hissəsinə riayət edilməsini təmin etmək və uyğunluğu yoxlamaq üçün hər hansı bir data və/və ya məlumatı hüquq-mühafizə orqanlarına, hökumət rəsmilərinə və/və ya üçüncü bir şəxsə açıqlamaq hüququna malik olduğunu qəbul edirsiniz (Apple-ın Xidmətlərdən və/və ya Məzmundan istifadə etməyinizlə və/və ya Xidmətlərdən və ya Məzmundan istifadənizin qanunsuz olduğuna və ya üçüncü tərəfin hüquqlarını pozduğuna dair üçüncü tərəf iddiası ilə bağlı hər hansı bir hüquqi proses çərçivəsində əməkdaşlıq etmək hüququ daxil olmaqla).

Son Yenilənmə: 15 sentyabr 2025-ci il