-
TestFlight Xidmət Şərtləri
-
-
Əsas Şərtlərin Xülasəsi:
• Hər bir Beta App-dan istifadənizlə bağlı xəta qeydləri və statistik məlumatlar TestFlight-ın bir hissəsi kimi avtomatik olaraq Apple və Proqram Təminatçısına təmin ediləcəkdir.
• Təklif və ideyalarınızı Beta App-ın Proqram Təminatçısına təqdim edə bilərsiniz.
• Beta Apps korlana və nəticədə həmin Beta Apps-dakı məlumat itə bilər.
• Artıq tam versiyalı proqramınız varsa, Beta App-ın quraşdırılması məlumat itkisinə səbəb ola bilər.
• Siz Beta App-i cihazınızdan silərək Beta App üçün beta test-də iştirakı dayandıra bilərsiniz.
-----
Sizin TestFlight xidmətindən (“TestFlight”) istifadəniz, eləcə də TestFlight vasitəsilə yüklənən hər hansı Mac, iPhone, iPad, Apple Watch, Apple TV və ya Apple brendinə aid digər avadanlıq-proqram təminatı üçün proqramların satış öncəsi testi ("Beta Apps") aşağıdakı şərt və qaydalarla idarə edilir ("TestFlight Xidmət Şərtləri"). Aşağıda xüsusilə qeyd edildiyi hallar çıxmaq şərtilə, sizin regionunuz üçün Apple Media Xidmətlərinin tam Şərt və Qaydaları tətbiq edilir və burada istinadla təmin edilir və müəyyən edilmiş terminlər burada qeyd edilənlər çıxmaq şərtilə, Apple Media Xidmətin Şərt və Qaydalarında qeyd edilmiş mənada başa düşülməlidir. Bu TestFlight Xidmətlərinin Şərtlərinin məqsədi üçün "Lisenziyalı Proqram" termini Beta Apps-i ehtiva edir. Apple Media Xidmətinin Şərt və Qaydalarına baxın: https://www.apple.com/legal/internet-services/itunes/.
Beta-Testerlər üçün Xüsusi Şərtlər
13 yaşından kiçik və ya müvafiq yurisdiksiyada ekvivalent minimum yaşda olan uşaqların TestFlight-dan istifadə etməsinə icazə verilmir. Əgər 13 və ya müvafiq yurisdiksiyada ekvivalent minum yaşdasınızsa, lakin 18 yaşından kiçiksinizsə, siz bu Müqaviləni valideynləriniz və ya qəyyumlarınızla oxumalı və siz və valideyniniz və ya qəyyumunuzun aşağıdakı şərtləri başa düşməsi və razılaşmasından əmin olmalısınız.
TestFlight üçüncü tərəf olan tərtibatçılarna (“Proqram Təminatçıları”) beta-test keçirməkdə və onların Mac, iPhone, iPad, Apple Watch, Apple TV və ya Apple brendinə aid digər avadanlıq-proqram təminatı üçün satış öncəsi buraxılan proqramlarının işini yaxşılaşdırmaqda və Beta Apps ilə beta-testerləri təmin etməklə köməklik üçün hazırlanmışdır. Proqram Təminatçısı sizi beta-tester kimi təyin edirsə və siz əlaqədar Beta App-i TestFlight vasitəsilə Proqram Təminatçısından yükləməyi seçirsinizsə, sizin bu TestFlight Xidmət Şərtləri ilə razılaşmanıza əsasən Proqram Təminatçısı məhdud zaman ərzində, yalnız beta-test məqsədləri üçün və bu TestFlight Xidmət Şərtlərinə uyğun olaraq beta-tester kimi seçildiyiniz Beta Proqrama və onlayn şəkildə mövcud olan istənilən əlaqədar sənədlərə çıxmaq, onu yükləmək və isitifadə etmək üçün sizə məhdud, qeyri-eksklyuziv, ötürülə bilməyən lisenziya verir.
Siz və Proqram Təminatçısı arasında olduğu kimi və yuxarıda qeyd edilən məhdud lisenziyadan əlavə Proqram Təminatçısı intellektual mülkiyyət hüquqları daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan Beta App-a aid bütün hüquqlar, başlıq və maraqların sahibidir. Qanunla icazə verilmiş maksimum dərəcədə siz: (a) hər hansı Beta App-i dəyişə, yenidən layihələndirə, dekompilyasiya edə və ya sökə; (b) hər hansl Beta App-i icarəyə, lizinqə verə, kreditləşdirə, sata, alt-lisenziya ilə ötürə, yaya, ötürə və ya köçürə; (c) hər hansı Beta App-in surətini çıxara və ya onu yenidən hazırlaya; və ya (d) Proqram Təminatçısının razılığı olmadan Beta App-ı hər hansı səlahiyyətsiz üçüncü tərəflərə göstərə bilməzsiniz.
Siz hər hansı Beta App-i beta-test etmək üçün səy göstərməyə razısınız.
Siz Beta App-ların satış öncəsi, alfa və ya beta proqram təminatı olduğunu və buna görə də onların natamam ola biləcəyini və ya bəzi xəta və ya qeyri-dəqiqliklər ehtiva edə biləcəyini anladığınızı təsdiq edirsiniz. Siz Beta App-lardan ticari mühitdə və ya mühüm verilənlər ilə istifadə etməməlisiniz. Beta App-dan istifadə etməzdən əvvəl mühüm verilənlərinizin Apple brendli cihazda nüsxəsini çıxarmalısınız. Nə Apple, nə də Proqram Təminatçısı Beta App-lardan istifadə nəticəsində yaranmış xərc, məsrəf və ya digər öhdəliklərə, o cümlədən hər hansı zərər, itki və ya proqram təminatının, məlumatların və ya verilənlərin korlanmasına görə məsuliyyyət daşımayacaq. Bundan başqa, Beta App-lar istehsal edilən Proqramlar ilə uyğun olmaya bilər. Beta App-ın artıq Apple brendli cihazınızda quraşdırılmış istehsal edilən versiyasına sahibsinizsə, beta versiyanı quraşdırmazdan əvvəl bu proqram ilə əlaqələndirilmiş verilənlərin ehtiyat nüsxəsini çıxarmalısınız, çünki verilənlər eyni tətbiqin müxtəlif versiyaları arasında korlana və ya itə bilər. Siz Beta App-lardan istənilən formada istifadə riskinin tamamilə sizə aid olduğunutəsdiq və qəbul edirsiniz.
Bundan əlavə, cihazınızda quraşdırılmış tətbiqin tam versiyasına sahibsinizsə və eyni Beta App-ı quraşdırmısınızsa, tətbiqinizin verilənləri korlana, yaxud itə və bərpa edilməyə bilər. Beta App-ı quraşdırmazdan əvvəl məlumatlarınızın ehtiyat nüsxəsini çıxarmalısınız. Yalnız Beta App-ı sınaqdan keçirmək məqsədi ilə və yalnız bu sınağın davam etdiyi müddətdə Beta App daxilində edilmiş tətbiqdaxili satınalmalar sizin üçün pulsuz olacaq və bu satınalamlar üçün xərclər Hesabınıza tətbiq edilməyəcək. Tətbiqi App Store-dan satın alsanız və ya endirsəniz, verilənləriniz tam versiyadan əlçatan qalmaya bilər. Beta App-ı silməzdən və ya App Store-dan onun tam versiyasını endirməzdən əvvəl verilənlərinizin ehtiyat nüsxəsini çıxarmağınızı tövsiyə edirik.
Apple və/və ya üçüncü tərəf tərtibatçıları tərəfindən təmin edilən Beta App-lar bütün dillərdə və ya ölkələrdə əlçatan olmaya bilər və Apple Beta App-ların konkret məkanda istifadə üçün müvafiq və ya əlçatan olduğuna dair hər hansı bəyanat vermir. Beta App-lara TestFlight vasitəsilə daxil olub istifadə etməyi seçdiniz təqdirdə,bunu öz şəxsi təşəbbüsünüz ilə edir və hər hansı müvafiq qanunlara əməl etməyə görə məsuliyyət daşıyırsınız. Beta App-ları məhdud vaxt üçündür və TestFlight sizə məlumat vermədən və buna görə qarşınızda öhdəlik daşımadan Beta App-lara girişi dəyişə, məhdudlaşdıra və ya dayandıra bilər. Siz TestFlight vasitəsilə endirilmiş Beta App haqqında bəzi məlumatların Beta App-ın yaş həddi, minimum texniki təminat tələbləri və Beta App daxilində satınalma üçün əlçatan olan elementlərin mövcudluğu (yəni proqramdaxili satınalmalar) daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, endirmədən əvvəl sizin üçün əlçatan olmaya biləcəyini anlayır və bununla razılaşırsınız. Beta App-ı endirməklə siz bu cür məlumat və açıqlamalar olmadan Beta App-ın istifadəsinə razılıq verirsiniz.
Siz anlayır və qəbul edirsiniz ki, hər hansı Beta App-in qiymətləndirilməsi və ya hər hansı Beta Girişi üçün kompensasiya almayacaqsınız və TestFlight və hər hansı Beta App-dan istifadə ilə bağlı bütün xərclərinizi (məs., mobil daşıyıcı və məlumat xərcləri) özünüz ödəyəcəksiniz. Bundan əlavə, siz bununla bilir və razılaşırsınız ki, sizin artıq ictimai şəkildə açıqlanmayan hər hansı Beta App-dan istifadəniz və burada qeyd olunan məzmun Proqram Təminatçısını ictimai şəkildə açıqlanma icazəsi verməyənədək məxfi kimi nəzərə alınmalıdır. Siz Beta App-i məxfi saxlamağa və ona məxfi yanaşmağa, məsələn, Beta App-i quraşdırmamış şəxslərlə paylaşmamağa razılıq verirsiniz.
Beta App ilə bağlı şikayətiniz olarsa, birbaşa Proqram Təminatçısına müraciət etməlisiniz. Siz bilir və razılaşırsınız ki, Apple bu cür Beta App-ın lisensiarı deyilsə, Apple deyil, məhz Proqram Təminatçısı hər hansı Beta App üçün tam məsuliyyət daşıyır.
Beta Yoxlama Verilənləri və Beta Məxfi Rəy
TestFlight vasitəsilə Beta App-dan istifadə etdiyiniz zaman Apple və Proqram Təminatçısı avtomatik olaraq xəta qeydlərini və istifadə məlumatlarını (“Beta Yoxlama Verilənləri”) toplayacaq və siz Beta Yoxlama Verilənlərinin toplanmasına imtina edə bilməzsiniz.
TestFlight, həmçinin sizə Apple və/və ya Proqram Təminatçılarına yazılı və ya vizual (məs., ekran şəkilləri və şərhlər) (“Beta Məxfi Rəy”) təqdim etməyə imkan verəcək. Beta Məxfi Rəy təqdim etsəniz, bunu öz şəxsi təşəbbüsünüzlə etdiyinizi və Proqram Təminatçısının (bu, Apple-in Beta App-idirsə, Apple da daxil olmaqla) aşağıda müəyyən edildiyi kimi Beta Məxfi Rəyinizi istifadə etmək hüququna sahib olduğunu təsdiq edir və bununla razılaşırsınız. Proqram Təminatçısına Beta Məxfi Rəy vermək üçün və bu hüquqları Proqram Təminatçısına vermək üçün bütün zəruri hüquqlara sahib olduğunuzu bəyan edirsiniz.
Proqram Təminatçısı Beta Yoxlama Verilənlərini və Beta Rəylərini öz Proqramlarını və müvafiq məhsulları təkmilləşdirmək üçün istifadə edə və Beta App-dən istifadənizlə bağlı sizinlə əlaqə saxlaya bilər. Proqram Təminatçısının Beta Yoxlama Verilənlərindən və Beta Məxfi Rəylərdən istifadəsi Apple Tərtibatçı Proqramı Lisenziya Müqaviləsində Apple tərəfindən qoyulan məhdudiyyət və tələblərə, eləcə də Proqram Təminatçısının Məxfilik Siyasətinə tabedir. Apple, Beta Yoxlama Verilənlərindənöz məhsul və xidmətlərini təkmilləşdirmək üçün istifadə edə bilər.
Beta Yoxlama Verilənləri və Beta Məxfi Rəylər sizi şəxsən müəyyən edən məlumatları və müxtəlif unikal cihaz identifikatorları, avadanlıq və əməliyyat sistemi xüsusiyyətləri, məhsuldarlıq statistikaları və cihazınızı, sistemi və proqram təminatını necə istifadə etdiyiniz, şəbəkələşmə məlumatları və köməkçi məlumatlar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, cihazınız haqqında məlumatları ehtiva edə bilər. TestFlight və Beta App-dən istifadə etdiyiniz zaman Apple və Proqram Təminatçısına göndərilmiş məlumatlar və bu məlumatların necə istifadə ediləcəyinə dair informasiya ilə bağlı təfərrüatlar təmin ediləcək. Bu ünvana daxil olmaqla ətraflı öyrənə bilərsiniz: https://testflight.apple.com/#privacy-data . Apple hər zaman məlumatlarınızı Məxfilik Siyasətimizə əsasən idarə edəcək, buna burada baxa bilərsiniz: https://www.apple.com/legal/privacy/.
Apple hər kəs üçün fərqli və təhlükəsiz, risksiz təcrübə təmin etməyə çalışır. Beta Məxfi Rəylər hörmətcil olmalı və təhqiredici, zərərli və ya alçalıdıcı yazı, şəkil və ya ekran şəkilləri ehtiva etməməlidir.
ZƏMANƏTİN OLMAMASI
SİZ XÜSUSİLƏ BİLİR VƏ RAZILAŞIRSINIZ Kİ, TESTFLİGHT VƏ TESTFLİGHT VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN HƏR HANSI BETA APP-DAN İSTİFADƏ SİZİN RİSKİNİZ ALTINDADIR VƏ QANEEDİCİ KEYFİYYƏT, İŞ, DƏQİQLİK VƏ SƏYLƏ BAĞLI BÜTÜN RİSKLƏR SİZƏ AİDDİR. BETA APPS PROQRAM TƏMINATINDA, XİDMƏTİNDƏ VƏ BAŞQA XƏTALARI OLA BİLƏR VƏ SİZİN TESTFLIGHT VƏ/VƏ YA TESTFLIGHT VASITƏSILƏ YÜKLƏNMIŞ BETA APPS-DAN ISTIFADƏNIZ DAIMA MÜMKÜN OLMAYA, XƏTALI VƏ YA VIRUSLU OLA BILƏR VƏ YA ONDA BAŞQA ZIYANVERICI KOD OLA BILƏR VƏ MƏLUMAT ÜMUMIYYƏTLƏ SAXLANMAYA VƏ YA DƏQIQ SAXLANMAYA BILƏR. TESTFLIGHT VƏ TESTFLIGHT VASITƏSILƏ YÜKLƏNMIŞ BETA APP-LARIN XASSƏ VƏ FUNKSIONALLIĞINDA DƏYIŞIKLIK EDILƏ BILƏR VƏ ISTƏNILƏN ZAMAN SIZƏ BILDIRIŞ EDILMƏKLƏ VƏ YA EDILMƏDƏN DAYANDIRILA BILƏR. QANUNLA İCAZƏ VERİLMİŞ MAKSİMUM DƏRƏCƏDƏ TESTFLİGHT, TESTFLİGHT VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN BETA APPS VƏ TESTFLIGHT VƏ/VƏ YA BU CÜR BETA APPS VASİTƏSİLƏ YERİNƏ YETİRİLƏN VƏ YA TƏMİN EDİLƏN HƏR HANSI XİDMƏTLƏR "OLDUĞU KİMİ" VƏ "MÖVCUD OLDUĞU KİMİ", BÜTÜN XƏTALARI VƏ HƏR HANSI ZƏMANƏTSİZ TƏMİN EDİLMİŞDİR VƏ APPLE VƏ PROQRAM TƏMİNATÇISI BURADA XÜSUSİ, NƏZƏRDƏ TUTULAN OLMASINDAN ASILI OLMAYARAQ TESTFLİGHT, TESTFLİGHT VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN BETA APPS VƏ HƏR HANSI XİDMƏTLƏRLƏ BAĞLI BÜTÜN ZƏMANƏT VƏ ŞƏRAİTLƏRDƏN VƏ YA SATIŞA UYĞUNLUQ, QANEEDİCİ KEYFİYYƏT, XÜSUSİ MƏQSƏDƏ UYĞUNLUQ, DƏQİQLİK, ƏYLƏNCƏ VƏ ÜÇÜNCÜ TƏRƏF HÜQUQLARININ POZULMAMASININ NƏZƏRDƏ TUTULAN ZƏMANƏT VƏ/VƏ YA ŞƏRAİTLƏR DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN QEYD EDİLƏNLƏRDƏN İMTİNA EDİR. APPLE VƏ PROQRAM TƏMİNATÇISI SİZİN TESTFLIGHT VƏ/VƏ YA BETA APP-DAN ZÖVQ ALMANIZA MANE OLMAYACAQLARINA, TESTFLIGHT VƏ/VƏ YA BETA APP TƏRƏFİNDƏN YERİNƏ YETİRİLƏN VƏ YA TƏMİN EDİLƏN XİDMƏTLƏRİN FUNKSİYALARININ SİZİ TƏLƏBLƏRİNİZƏ CAVAB VERƏCƏYİNƏ, BETA APP VƏ YA TESTFLİGHT-IN ƏMƏLİYYATININ DAVAMLI VƏ YA XƏTASIZ OLACAĞINA VƏ YA BETA APP VƏ TA TESTFLİGHT-DA OLAN XƏTALARIN DÜZƏLDİLƏCƏYİNƏ ZƏMANƏT VERMİR. PROQRAM TƏMİNATÇISI VƏ YA ONUN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ TƏRƏFİNDƏN YAZILI VƏ YA ŞİFAHİ ŞƏKİLDƏ VERİLƏN MƏSLƏHƏT ZƏMANƏT DEMƏK DEYİLDİR. BETA APP VƏ YA TESTFLİGHT XƏTANI TƏSDİQ EDƏRSƏ, SİZ LAZIMİ XİDMƏT, TƏMİR VƏ YA DÜZƏLİŞ ÜÇÜN BÜTÜN XƏRCLƏRİ ÜZƏRİNİZƏ GÖTÜRMƏLİSİNİZ. BƏZİ QANUNVERİCİLİKLƏR İSTEHLAKÇININ MÜVAFİQ QEYD EDİLMİŞ HÜQUQLARI İLƏ BAĞLI NƏZƏRDƏ TUTULAN ZƏMANƏT VƏ MƏHDUDİYYƏTLƏRİN İSTİSNA EDİLMƏSİNƏ İCAZƏ VERMİR, ODUR Kİ, YUXARIDA QEYD EDİLMİŞ İSTİSNA VƏ MƏHDUDİYYƏTLƏR SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR.
Xitam
Sizin xüsusi Beta App-in beta testində iştirakınıza xitam vermək üçün Beta App-i cihazınızdan silin. Beta App-in cihazınızdan silinməsi eyni zamanda Beta App ilə yaratdığınız bütün məlumatları da siləcək və Proqramın əvvəl quraşdırılmış tam versiyası ilə yaradılmış istənilən məlumatı da silə bilər. Beta App-in silinməsi siz, TestFlight vəya Beta App-in artıq Proqram Təminatçısına təmin etdiyi Beta Yoxlama Verilənləri və ya Beta Daxiletməsini silməyəcək. Şəxsi məlumatlarınızın silinməsi ilə bağlı sorğu vermək üçün birbaşa Proqram Təminatçısı və ya Apple ilə əlaqə saxlayın. Proqram Təminatçısı və ya Apple hər hansı Beta App-də iştirakınızı öz yeganə səlahiyyəti çərçivəsində istənilən zaman xitam etmək hüququnu saxlayır. Misal olaraq, bu xitam Proqram Təminatçısına təhqiredici və uyğunsuz şəkillər ehtiva edən Beta Məxfi Rəy təmin etdiyiniz halda baş verə bilər.
21/06/2023