Məxfilik siyasəti

Apple Məxfilik Siyasəti 19 yanvar 2018-cı il tarixində yenilənib.

Sizin məxfiliyiniz Apple üçün vacibdir. Buna görə də, biz sizin məlumatlarınızı toplamağımız, istifadə etməyimiz, açıqlamağımız, ötürməyimiz və saxlamağımızı əhatə edən Məxfilik siyasətini hazırlamışıq. Lütfən bizim məxfilik təcrübəmizlə tanış olmağa bir az vaxt sərf edin və suallarınız olarsa, bizə müraciət edin.

Şəxsi məlumatların toplanması və istifadəsi

Şəxsi məlumat bir şəxsi müəyyən etmək və ya onunla əlaqə saxlamaq üçün istifadə oluna bilən məlumatdır.

Sizdən Apple və ya Apple ilə əlaqəli şirkətlə əlaqə saxladığınız zaman istənilən vaxt şəxsi məlumatınızı təqdim etmək xahiş oluna bilər. Apple və onun əlaqəli şirkətləri bu şəxsi məlumatı bir-birilə paylaşa və ondan bu Məxfilik Siyasətinə uyğun olaraq istifadə edə bilərlər. Onlar həmçinin məhsullarımız, xidmətlərimiz, məzmun və reklamı təqdim etmək və yaxşılaşdırmaq üçün onu digər məlumatla birləşdirə bilərlər. Sizdən bizim sorğuladığımız şəxsi məlumatları təqdim etmək tələb olunmur, lakin əgər siz bunu etməməyi seçsəniz, əksər hallarda sizə məhsul və xidmətlərimizi təqdim edə və ya sizin verdiyiniz hər hansı suallara cavab verə bilməyəcəyik.

Apple-ın toplaya biləcəyi və bizim ondan istifadəmizə dair şəxsi məlumat növlərinin bir neçə nümunəsi aşağıda göstərilib:

Topladığımız şəxsi məlumatlar

  • Siz Apple ID yaratdıqda, kommersiya krediti üçün müraciət etdikdə, məhsulu satın aldıqda, proqram təminatı yeniləməsini yüklədikdə, Apple Pərakəndə Satış Mağazasında hər hansı sinif üçün qeydiyyatdan keçdikdə, bizimlə əlaqə saxladıqda, yaxud onlayn sorğuda iştirak etdikdə, biz müxtəlif məlumatlar, məsələn, adınız, poçt ünvanınız, telefon nömrəniz, e-poçt ünvanınız, əlaqə seçimləri və kredit kart haqqında məlumatı toplaya bilərik.
  • Siz Apple məhsullarından istifadə etməklə məzmununuzu ailə və dostlarla paylaşanda, hədiyyə sertifikatları və məhsulları göndərəndə və ya başqalarını Apple xidmətləri və ya forumlarında iştirak etməyə dəvət etdikdə, Apple sizin həmin insanlar haqqında təqdim etdiyiniz, məsələn, ad, poçt ünvanı, e-poçt ünvanı və telefon nömrəsi kimi məlumatları toplaya bilər. Apple sorğularınızı tamamlamaq, müvafiq məhsul və ya xidməti təqdim etmək, yaxud saxtakarlığın qarşısını almaq məqsədləri üçün bu cür məlumatlardan istifadə edəcək.
  • Müəyyən qanunvericiliklərdə simsiz hesab quran və cihazınızı aktivləşdirən zaman kommersiya kreditinin vaxtını uzatmaq, rezervasiyaları idarə etmək məqsədləri üçün və ya qanunla tələb olunarsa, bəzi məhdud şəraitlərdə sizdən hökümət tərəfindən verilən identifikasiya nömrəsini soruşa bilərik.

Şəxsi məlumatınızdan necə istifadə edirik

  • Topladığımız şəxsi məlumat sizi Apple-ın ən son məhsul elanları, proqram təminatı yeniləmələri və qarşıdan gələn hadisələr barədə məlumatlandırmağa imkan verir. Göndəriş siyahımızda olmaq istəmirsinizsə, seçimlərinizi yeniləməklə istənilən zaman siyahını tərk edə bilərsiniz.
  • Biz həm də məhsullar, xidmətlər, məzmun və reklam yaratmaqda, işləyib hazırlamaqda, işlətməkdə, çatdırmaqda və təkmilləşdirməkdə bizə kömək etmək, itkiyə yol verməmək və saxtakarlığa qarşı mübarizə aparmaq məqsədləri üçün şəxsi məlumatınızdan istifadə edirik.
  • Biz eyniliyinizi yoxlamaq, istifadəçilərin identifikasiyasında yardım etmək və uyğun xidmətləri müəyyənləşdirmək üçün şəxsi məlumatlarınızdan, o cümlədən doğum tarixinizdən istifadə edə bilərik. Məsələn, biz Apple ID hesab sahiblərinin yaşını müəyyənləşdirmək üçün doğum tarixindən istifadə edə bilərik.
  • Biz satınalmalar haqqında xəbərlər, qayda və şərtlərimizə, siyasətimizə etdiyimiz dəyişikliklər kimi mühüm bildirişləri göndərmək üçün vaxtaşırı olaraq sizin şəxsi məlumatınızdan istifadə edə bilərik. Bu məlumat sizin Apple ilə qarşılıqlı əlaqəniz üçün mühüm olduğundan siz bu məlumatları almaqdan imtina edə bilməzsiniz.
  • Biz həmçinin Apple-ın məhsulları, xidmətləri və müştəri ilə münasibətlərin yaxşılaşdırılması üçün audit, məlumatın təhlili və araşdırma kimi daxili məqsədlər üçün şəxsi məlumatlardan istifadə edə bilərik.
  • Əgər siz lotereya, yarışma və ya oxşar reklam tədbirinə qoşulsanız, biz təqdim etdiyiniz məlumatdan həmin proqramları idarə etmək üçün istifadə edə bilərik.

Qeyri-şəxsi məlumatın toplanması və istifadəsi

Biz həm də özlüyündə hər hansı konkret şəxslə birbaşa əlaqə saxlamağa imkan verməyən şəkildə məlumatları toplayırıq. Biz istənilən məqsədlə qeyri-şəxsi məlumatı toplaya, istifadə edə, ötürə və açıqlaya bilərik. Topladığımız və istifadə edə biləcəyimiz qeyri-şəxsi məlumat nümunələrindən bəziləri aşağıda göstərilir:

  • Biz ərazi, dil, poçt indeksi, ərazi kodu, unikal cihaz identifikatoru, göndərən domen URL-i, məkan və Apple məhsulunun istifadə olunduğu ölkənin saat qurşağı kimi məlumatları toplaya bilərik ki, müştərinin davranış tərzini daha yaxşı anlaya və məhsullar, xidmətlər və reklamlarımızı təkmilləşdirə bilək.
  • Biz müştərinin vebsaytımız, iCloud xidmətlərimiz, iTunes Store, App Store, MAC App Store, Apple TV üçün App Store və iBooks Stores mağazalarımızdakı fəaliyyəti və məhsul və xidmətlərimizdən məlumat toplaya bilərik. Bu məlumat müştərilərimizə daha faydalı məlumatı təqdim etmək və saytımız, məhsullarımız və xidmətlərimizin ən çox hansının müştərilərimiz üçün maraq doğurduğunu başa düşmək üçün birləşdirilir və istifadə olunur. Birləşdirilən məlumatlar bu Məxfilik Siyasətinin məqsədləri üçün qeyri-şəxsi məlumat hesab edilir.
  • Biz xidmətlərimizdən istifadəniz, o cümlədən axtarış sorğuları haqqında təfərrüatları toplayıb saxlaya bilərik. Bu məlumatlardan xidmətlərimiz tərəfindən təqdim olunan nəticələrin uyğunluğunu təkmilləşdirmək üçün istifadə oluna bilər. Bəzi hallar istisna olmaqla, İnternetlə xidmətlərimizin keyfiyyətini təmin etmək üçün bu cür məlumatlar IP ünvanınızla əlaqələndirilməyəcəkdir.
  • Sizin açıq şəkildə razılığınızla, proqram tərtibatçılarına proqramlarını təkmilləşdirməkdə kömək etmək məqsədilə cihaz və proqramlardan istifadəniz ilə bağlı məlumatlar toplaya bilərik.

Əgər biz qeyri-şəxsi məlumatı şəxsi məlumatla birləşdirsək, birləşdirilmiş məlumat birgə olduğu müddətdə şəxsi məlumat hesab ediləcək.

Kukilər və digər texnologiyalar

Apple veb-saytları, onlayn xidmətlər, interaktiv proqramlar, e-poçt ünvanları və reklamlar piksel teqləri və veb-mayak kimi “kuki” və digər texnologiyalardan istifadə edə bilər. Bu texnologiyalar bizə istifadəçinin davranışını daha yaxşı anlamağa, insanların veb-saytlarımızın hansı hissələrinə daxil olduğunu bizə bildirməyə və reklamlar, veb-axtarışların effektivliyini təmin etmək və ölçməyimizə kömək edir. Biz kukilər və digər texnologiyalarla toplanmış məlumatı qeyri-şəxsi məlumat kimi istifadə edirik. Lakin İnternet protokolu (IP) ünvanları və ya oxşar identifikatorlar yerli qanunla şəxsi məlumat hesab edildiyindən, biz həm də bu identifikatorlara şəxsi məlumat kimi baxırıq. Eynilə, qeyri-şəxsi məlumat şəxsi məlumatla birləşdirildiyi halda, biz hazırkı Məxfilik siyasətinin məqsədləri üçün birgə məlumata şəxsi məlumat kimi baxırıq.

Apple reklam platformasında çıxan reklamlar Apple News və App Store mağazasında peyda ola bilər. Apple reklam platformasından maraqlarınıza uyğun reklamlar almaq istəmirsinizsə, istifadə etdiyiniz cihazdan asılı olmayaraq, Apple ID-nizi bu cür reklamlardan siləcək Reklam İzləməsini Məhdudlaşdır funksiyasını aktiv edə bilərsiniz. Mobil cihazda Reklam İzləməsini Məhdudlaşdır funksiyasını aktiv etsəniz, üçüncü tərəf sizə hədəf reklamlar göndərmək üçün Reklam İdentifikatorundan, qeyri-şəxsi cihaz identifikatorundan istifadə edə bilməyəcək. Siz yenə də App Store və ya News axtarışınıza uyğun məzmunda və ya oxuduğunuz kanalda reklamları görə bilərsiniz. Üçüncü tərəf proqramlarında siz digər məlumata əsaslanan reklamları görə bilərsiniz.

Apple və bizim tərəfdaşlarımız həmçinin veb-saytımız, onlayn xidmətlərimiz və proqramlarımızı istifadə etdiyiniz zaman şəxsi məlumatınızı yadda saxlamaq üçün kukilər və digər texnologiyalardan istifadə edirlər. Bu hallarda, məqsədimiz sizin Apple ilə təcrübənizi daha rahat və fərdi etməkdir. Məsələn, adınızın bilinməsi sizi növbəti dəfə Apple Onlayn Mağazasında qarşılamağamıza imkan verir. Ölkənizin və dilinizin bilinməsi – və əgər pedaqoqsunuzsa, məktəbiniz – bizə daha uyğunlaşdırılmış və faydalı alış-veriş təcrübəsini təmin etməkdə yardım edir. Sizin kompyuteriniz və ya cihazınızdan müəyyən məhsulu almaq üçün istifadə etmiş və ya müəyyən xidmətdən faydalanmış bir kəs barədə bilməyimiz reklamlarımızı və elektron poçtla əlaqəmizi sizin maraqlarınıza daha uyğun etməkdə bizə kömək edir. Və əlaqə məlumatınız, avadanlıq identifikatorları və kompyuter və ya cihazınız haqqında məlumat əməliyyat sisteminizi fərdiləşdirmək, iCloud xidmətinizi qurmaq və sizi daha yaxşı müştəri xidmətləri ilə təmin etməkdə bizə kömək edir.

Əgər Safari veb-brauzerindən istifadə etdiyiniz halda siz kukiləri qeyri-aktiv etmək istəyirsinizsə, Safari seçimləri səhifəsinə, sonra isə məxfilik hissəsinə keçin. Apple mobil cihazınızda Parametrlər, Safari seçin, aşağıda Məxfilik və Təhlükəsizlik bölməsinə keçin və tərcehlərinizi idarə etmək üçün “Kukiləri Blokla” vurun. Digər brauzerlər üçün kukilərin ləğv edilməsini provayderinizlə yoxlayın. Qeyd edək ki, kukilər ləğv edildikdən sonra Apple veb-saytının müəyyən xüsusiyyətləri mövcud olmayacaq.

Əksər internet xidmətlərdə olduğu kimi, biz bəzi məlumatları avtomatik toplayır və onları qeydiyyat fayllarında saxlayırıq. Bu məlumata İnternet Protokolu (IP) ünvanları, brauzer növü və dili, İnternet xidmət provayderi (ISP), veb-saytlar və proqramlara istinad və çıxış, əməliyyat sistemi, tarix/vaxt möhürü və giriş barədə məlumatlar daxildir.

Biz tendensiyaları anlamaq və təhlil etmək, saytı idarə etmək, saytda istifadəçi davranışını öyrənmək, məhsul və xidmətlərimizi təkmilləşdirmək və bütünlükdə istifadəçi bazamız haqqında demoqrafik məlumatlar toplamaq üçün bu məlumatdan istifadə edirik. Apple bu məlumatdan marketinq və reklam xidmətlərimizdə istifadə edə bilər.

Bəzi elektron poçt məktublarımızda biz Apple saytındakı məzmuna aid olan “dolayı keçid URL-indən” istifadə edirik. Müştərilər bu URL-lərdən birinə klikləyən zaman onlar saytımızın təyinat səhifəsinə çatmazdan əvvəl ayrıca şəbəkə serverindən keçirlər. Biz müəyyən mövzularda marağı müəyyən etmək və müştəri ünsiyyətimizin səmərəliliyini yoxlamaq üçün dolayı keçid məlumatlarını izləyirik. Əgər siz bu yolla izlənmək arzusunda deyilsinizsə, siz elektron poçtu mesajlarında mətn və ya qrafik linkləri basmamalısınız.

Piksel teqləri bizə müştərilərin oxuya biləcəyi və məktubun açılıb-açılmadığı barədə bizə məlumat verə biləcəkləri formatda elektron poçt mesajlarını göndərmək imkanı verir. Biz bu məlumatı müştərilərə göndərilən mesajları azaltmaq və ya ləğv etmək üçün istifadə edə bilərik.

Üçüncü tərəflərə açıqlama

Bəzən Apple məhsul və xidmətlərini təmin etmək və ya Apple bazarının müştərilərə çatdırılmasına kömək etmək üçün onunla işləyən strateji tərəfdaşlara müəyyən şəxsi məlumatı təqdim edə bilər. Məsələn, iPhone-u alarkən və aktivləşdirərkən, siz xidməti həyata keçirmək üçün aktivləşdirmə prosesi zamanı Apple və operatorunuza məlumat mübadiləsini aparmağa icazə verirsiniz. Əgər xidmət üçün təsdiq edilmişsinizsə, hesabınız Apple və operatorunuzun müvafiq məxfilik siyasəti ilə tənzimlənəcək. Şəxsi məlumat məhsullarımız, xidmətlərimiz və reklamlarımızı yaxşılaşdırmaq üçün yalnız Apple tərəfindən paylaşılacaq; o, üçüncü tərəflərin marketinq məqsədləri üçün onlarla paylaşdırılmayacaq.

Xidmət provayderləri

Apple şəxsi məlumatları məlumatın emalı, kreditin uzadılması, müştəri sifarişlərinin yerinə yetirilməsi, məhsulların sizə çatdırılması, müştəri məlumatlarının idarə edilməsi və genişləndirilməsi, müştəri xidmətinin göstərilməsi, məhsul və xidmətlərimizdə marağınızın qiymətləndirilməsi, müştəri araşdırması və ya məmnuniyyət sorğularının aparılması kimi xidmətlər göstərən şirkətlərlə paylaşır. Bu şirkətlər sizin məlumatınızı qorumağa öhdəlik daşıyırlar və Apple-ın fəaliyyət göstərdiyi ərazilərdə yerləşə bilərlər.

Digərləri

Qanunvericilik, hüquqi proses, məhkəmə prosesi və/və ya yaşadığınız ölkə daxilində və ya xaricində ictimai və hökumət orqanlarından sorğular əsasında Apple-da sizin şəxsi məlumatınızı açıqlamaq zərurəti yarana bilər. Əgər milli təhlükəsizlik, hüquq-mühafizə, ictimai əhəmiyyətli digər məsələlərin məqsədləri üçün məlumatların açıqlaması zəruri və uyğun olduğu qənaətinə gəlmişiksə, biz barənizdə məlumatı bu halda da açıqlaya bilərik.

Biz həmçinin qayda və şərtlərimizi tətbiq etmək, yaxud əməliyyatlarımızı və ya istifadəçilərimizi qorumaq zərurəti müəyyən etdiyimiz halda məlumatı açıqlaya bilərik. Bundan əlavə, yenidəntəşkil, birləşmə və ya satış halında biz müvafiq üçüncü tərəfə topladığımız istənilən və bütün şəxsi məlumatı ötürə bilərik.

Şəxsi məlumatın qorunması

Apple şəxsi məlumatınızın təhlükəsizliyini çox ciddi qəbul edir. Apple Onlayn Mağazası və iTunes Mağazası kimi Apple onlayn xidmətləri Daşınma Səviyyəsində Təhlükəsizlik (TLS) kimi şifrlənmədən istifadə etməklə tranzit zamanı şəxsi məlumatınızı qoruyur. Apple şəxsi məlumatlarınızı saxlayanda biz fiziki təhlükəsizlik tədbirlərindən istifadə etməklə müəssisələrdə olan məhdud girişli kompyuter sistemlərindən istifadə edirik. Üçüncü tərəf yaddaşından istifadə daxil olmaqla, iCloud məlumatları şifrlənmiş formada saxlanır.

Siz bəzi Apple məhsulları, xidmətləri və ya proqramları, yaxud Apple forumunda olan yazı, söhbət otağı, yaxud sosial şəbəkə xidmətindən istifadə etdiyiniz zaman sizin paylaşdığınız şəxsi məlumatlar və məzmunu digər istifadəçilər görə, oxuya, toplaya və ya istifadə edə bilər. Siz paylaşmaq üçün seçdiyiniz və ya bu nümunələrdə göndərdiyiniz şəxsi məlumata görə özünüz cavabdehsiniz. Məsələn, əgər siz forumda adınız və e-poçt ünvanınızı sadalayırsınızsa, həmin məlumatı artıq hamı görə bilir. Bu xüsusiyyətlərdən istifadə edən zaman ehtiyatlı olun.

Əgər üçüncü tərəfin sahiblik etdiyi cihazda siz və ya başqa birisi Ailə Paylaşması jurnallarından istifadə edirsə, Ailəniz daxilində paylaşılan istənilən məlumat, o cümlədən təqvim, məkan, şəkillər və iTunes satınalmaları bu cür paylaşılan hər hansı məlumatı açıqlayaraq üçüncü tərəfin cihazına yüklənə bilər. [Ətraflı məlumat üçün Ailə Paylaşması haqqında bölməsinə baxın.]

Dürüstlük və şəxsi məlumatın saxlanılması

Apple şəxsi məlumatı düzgün, tam və yenilənmiş şəkildə saxlamaqda işinizi asanlaşdırır. Daha uzun saxlanma müddətinin qanunla tələb olunması və ya icazə verilməsi istisna olmaqla, biz hazırkı Məxfilik siyasətində təsbit edilən məqsədlərin həyata keçirilməsi üçün zəruri olan müddətə sizin şəxsi məlumatınızı saxlayacağıq.

Şəxsi məlumata giriş

Siz qeyd olunan ünvanda hesabınıza daxil olmaqla əlaqə məlumatlarınız və parametrlərinizin düzgün, tam və yeni olmasının təmin edilməsinə kömək edə bilərsiniz: https://appleid.apple.com/az/. Saxladığımız başqa şəxsi məlumat üçün isə, düzgün olmadığı halda məlumatları düzəltməyimizi və ya Apple-dan qanunla və ya qanuni biznes məqsədləri üçün saxlanma tələb olunmursa, məlumatları silməyi xahiş edə bilməyiniz üçün sizi giriş imkanı və nüsxə ilə təmin edəcəyik. Biz mənasız/narahatedici xahişlərin, digərlərinin məxfiliyini təhlükə altına qoyan xahişlərin nəzərə alınmasını rədd edə bilərik, belə ki, bu müraciətlər qeyri-praktiki olduğu üçün buna görə giriş yerli qanunla tələb olunmur. Giriş, düzəliş və silmə barədə xahişlər regional Məxfilik üzrə əlaqə forması ilə göndərilə bilər.

Uşaqlar və Təhsil

Biz Apple məhsulları və xidmətlərindən istifadə edən uşaqların məxfiliyi və təhlükəsizliyini qorumaq üçün əlavə ehtiyat tədbirlərinin görülməsinin vacibliyini anlayırıq. Yaşı 13-dən az olan uşaqlara və ya müvafiq yurisdiksiyaya əsasən buna bərabər minimum yaşda olan uşaqlara valideynləri təsdiqlənmiş şəkildə və ya Ailə Paylaşmasında uşaq hesabının yaradılması prosesinin bir hissəsi kimi razılıq verməyənə, yaxud məktəb vasitəsilə onlar İdarə olunan Apple İD hesabı (mövcud olarsa) əldə etməyənə kimi öz Apple İD-lərini yaratmağa icazə verilmir. Məsələn, valideyn uşaq üçün Apple ID hesabının yaradılması prosesini başlatmamışdan əvvəl Apple ID və Ailə Açıqlamasıı sənədinə nəzər salmalı və Apple-in Uşağının Məlumatını Toplamasına, İstifadə etməsinə və Açıqlamasına; və iTunes Store Şərtləri ilə razılaşmalıdır. Bundan başqa, Apple Məktəb Menecerində iştirak edən və Şagirdlərin Açıqlaması üçün İdarə olunan Apple ID-lərə nəzər salan və razılıq verən məktəblər şagidlər üçün İdarə olunan Apple ID-lər yarada bilər. Şagirdlərin Açıqlaması üçün İdarə olunan Apple ID-lər şagirdlərlə bağlı məlumatı necə idarə etdiyini və Apple-in Məxfilik Siyasətinə əlavələri təsvir edir. Uşaqların hesabları üçün Ailə Paylaşması,İdarə olunan Apple ID-lərMəhdudiyyətlərlə bağlı ətraflı öyrənin.

Əgər yaşı 13-dən aşağı olan və ya yurisdiksiyadan asılı olaraq minimum ekvivalent yaşda olan uşaqdan şəxsi məlumat topladığımızı öyrənsək, yuxarıda verilən şərtlərdən kənar məlumatı mümkün qədər tez bir zamanda silmək üçün tədbirlər görəcəyik.

Əgər nə vaxtsa valideyn Ailə Paylaşması hesabı və ya övladının Apple ID-si ilə bağlı olan məlumatlara daxil olmaq, düzəliş etmək və ya onları silmək istəyirsə, o, Məxfi Əlaqə Forması vasitəsilə bizimlə əlaqə saxlaya bilər.

Yaxud burada verilən əlaqə məlumatından istifadə edə bilər.

Məkan əsasında xidmətlər

Apple məhsulları üzrə məkan əsasında xidmətləri təmin etmək üçün Apple, tərəfdaşlarımız və bizdən lisenziya almış şəxslər Apple kompyuteriniz və ya cihazınızın əsl coğrafi yeri daxil olmaqla, dəqiq məkan məlumatlarını toplaya, istifadə edə və paylaşa bilər. Lazım gələrsə, cihazlarınızın təxmini yerini müəyyənləşdirmək üçün məkan əsasında xidmətlər geniş Wi-Fi giriş nöqtəsi və mobil qüllələrin olduğu yerlər və digər texnologiyalarla GPS, Bluetooth və IP ünvanınızdan istifadə edə bilər. Siz icazə verməyənə kimi bu məkan məlumatları sizi şəxsən tanımayan formada anonim şəkildə toplanır və məkan əsaslı məhsul və xidmətləri təqdim etmək və təkmilləşdirmək üçün Apple, tərəfdaşlarımız və lisenziatlar tərəfindən istifadə olunur. Məsələn, siz proqram provayderlərinin məkan xidmətlərinə qoşulduqda cihazınız öz coğrafi yerini onlarla paylaşa bilər.

Apple tərəfindən “iPhone-numu Tap” xüsusiyyəti kimi məkan əsasında təklif edilən bəzi xidmətlərin işləməsi üçün sizin şəxsi məlumatlarınız tələb edilir.

Üçüncü tərəf saytları və xidmətləri

Apple veb-saytları, məhsulları, proqramları və xidmətləri üçüncü tərəf veb-saytları, məhsulları və xidmətlərinə linkləri əhatə edə bilər. Məhsul və xidmətlərimiz həmçinin üçüncü tərəfin iPhone üçün proqram kimi üçüncü tərəfin məhsul və ya xidmətlərindən istifadə edə bilər.

Üçüncü tərəfin topladığı və məkan məlumatları və ya əlaqə təfsilatları kimi məqamları ehtiva edən məlumat onların məxfilik qaydaları ilə tənzimlənir. Biz həmin üçüncü tərəflərin məxfilik qaydaları barəsində öyrənməyinizi xahiş edirik.

Üçüncü tərəfin proqramı və ya News-dan abunəlik almısınızsa, biz sizin üçün unikal Abunəçi ID-si hazırlayırıq və aldığınız abunəlik və yaşadığınız ölkə daxil olmaqla istehsalçı və ya nəşriyyata məlumat göndəririk. Müəyyən istehsalçı və ya nəşriyyatla abunəliyinizi ləğv etsəniz, Abunəçi ID-si təkrar abunə olanadək 180 gün ərzində sıfırlanacaq. Abunəliklə bağlı fəaliyyəti görmələri üçün istehsalçıya məlumat təmin edilir.

Beynəlxalq istifadəçilər

Bu Məxfilik siyasətində təsvir edildiyi kimi, təqdim etdiyiniz bütün məlumatlara dünyanın müxtəlif istifadəçiləri tərəfindən giriş əldə oluna, yaxud onlar tərəfindən ötürülə bilər. Avropa İqtisadi Ərazisinin üzv dövləti və İsveçrədə məskunlaşmış şəxslərlə dair Apple xidmətləri ilə bağlı şəxsi məlumatlara İrlandiyada yerləşən Apple Distribution International şirkəti tərəfindən nəzarət edilir və bu məlumatlar onun adından Apple Inc.tərəfindən emal edilir. Apple Avropa İqtisadi Ərazisi və İsveçrədə toplanmış şəxsi məlumatın beynəlxalq səviyyədə ötürülməsi üçün təsdiq edilmiş Model Müqavilə Maddələrindən istifadə edir. Qlobal şirkət kimi Apple-in müxtəlif ölkələrdə hüququ şəxsləri vardır və onlar Apple Inc. adından toplanan və işlənən şəxsi məlumatlar üçün məsuliyyət daşıyır. Məsələn, ABŞ-dan xaricdə Satış bölmələrimizdəki satış məlumatları hər bir ölkədə olan fərdi Satış bölmələrimizlə idarə edilir. Apple, Online Store və iTunes ilə əlaqədar şəxsi məlumatlar da hər xidmətin şərtlərində qeyd edildiyi kimi ABŞ-dan xaricdəki hüquqi şəxslər tərəfindən idarə edilə bilər.

Apple Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (APEC) Sərhədlərarası Məxfilik Qaydaları Sisteminə əməl edir. APEC CBPR sistemi iştirak edən APEC ölkələri arasında ötürülən şəxsi məlumatların qorunması üçün təşkilatlar üçün çərçivə təmin edir. APEC Təsdiqi və Mübahisələrin Həlli barədə ətraflı məlumat almaq üçün TRUSTe möhürünə vurun.

Sizin məxfiliyinizə dair şirkətdaxili öhdəliyimiz

Şəxsi məlumatınızın təhlükəsiz olduğunu təmin etmək üçün biz Apple işçilərinə məxfilik və təhlükəsizlik prinsiplərimizi çatdırır və şirkət daxilində məxfilik tədbirlərini ciddi şəkildə tətbiq edirik.

Məxfiliyə dair suallar

Apple-in Məxfilik Siyasəti və ya məlumatların emal olunması ilə bağlı hər hansı sualınız və ya narahatlığınız varsa, yaxud yerli məxfilik qanunlarının mümkün pozulması ilə bağlı şikayət etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Siz həmişə ölkəniz üçün müvafiq Apple Dəstək nömrəsində bizimlə telefonla əlaqə saxlaya bilərsiniz.

Məxfilik sualı və ya giriş/endirmə sorğusu qəbul edildikdə, kontaktları çeşidləyən və qaldırdığınız hər hansı narahatlığı və ya sorğunu həll etməyə çalışan xüsusi komandamız var. Sualınız daha çox maddi xarakter daşıdığı hallarda sizdən əlavə məlumatlar alına bilər. Bütün bu cür maddi kontaktlar cavab alır. Qəbul etdiyiniz cavabdan narazısınızsa, şikayətinizi yurisdiksiyanızda müvafiq tənzimləyiciyə yönləndirə bilərsiniz. İstəsəniz, biz sizin hallarınıza tətbiq oluna biləcək müvafiq şikayət yerləri barədə məlumatı sizə təqdim etməyə çalışacağıq.

Apple vaxtaşırı öz Məxfilik siyasətini yeniləyə bilər. Biz materiallarda olan siyasəti dəyişdikdə, yenilənmiş Məxfilik Siyasəti ilə yanaşı veb-saytımızda bildiriş dərc olunacaqdır.

Apple Inc. 1 Infinite Loop, Cupertino, California, USA, 95014

TRUSTe məxfilik sertifikatını təsdiq et