Apple Sağlamlığın Tədqiqi Proqramları üzrə Məxfilik Siyasəti

Apple Sağlamlığın Eksperimental Tədqiqi üzrə Məxfilik Siyasəti 2020-ci ilin 20 noyabrında yenilənib

Sizin məxfiliyiniz Apple üçün vacibdir. Beləliklə, Apple sağlamlığın eksperimental tədqiqi proqramları (“Proqramlar”) ilə bağlı məlumatınızı necə idarə etdiyimizi əhatə edən Məxfilik Siyasətini işləyib hazırladıq. Vaxtınızı ayırıb məxfilik təcrübələrimizlə tanış olmağınız xahiş olunur və suallarınız olarsa, bizə bildirin.

Apple Sağlamlığın Eksperimental Tədqiqləri

Bu Məxfilik Siyasəti sağlamlığın eksperimental tədqiqi ilə bağlı Proqramlarımızdan hər hansı şəkildə istifadəniz və hər hansı sağlamlığın eksperimental tədqiqatında (hər biri “Tədqiqat” və kollektiv şəkildə “Tədqiqatlar”) iştirakınızla bağlı toplaya və qəbul edə bildiyimiz məlumatı ümumiləşdirir. Bu Məxfilik Siyasəti Apple məhsulunu aldığınız, Apple veb-saytlarına baxdığınız, başqa Apple mobil proqramlarını istifadə etdiyiniz, yaxud iPhone, iPad və ya Apple Watch-nuz kimi Apple cihazınızda ümumi qeyri-Tədqiqat məqsədləri üçün istifadəniz kimi kontekstlərdə sizinlə bağlı topladığımız və ya aldığımız məlumatları əhatə etmir. Ümumilikdə məxfilik təcrübələrimiz üçün ümumi məxfilik siyasətimizə baxın.

Məlumatlı Razılıq

Hər hansı Tədqiqatda iştirak etmək üçün siz ilk olaraq məlumatlı razılığa və Tədqiqat üçün avtorizasiya formasına (uyğun olarsa) (“Məlumatlı Razılıq”) nəzər salmalı və imzalamalısınız. Proqramdan istifadə etməklə, siz bu Məxfilik Siyasətində təsvir edildiyi və Məlumatlı Razılıqda verildiyi kimi məlumatınızın toplanması, istifadəsi və paylaşılmasına razılıq verirsiniz. Əgər bu Məxfilik Siyasətində nəsə Məlumatlı Razılıqla ziddiyyət təşkil edərsə, Məlumatlı Razılıq şərtləri əsas götürüləcəkdir.

Bu siyasətdə biz Proqramlar vasitəsilə və ya Tədqiqatların bir hissəsi kimi sizdən və haqqınızda toplanmış məlumatlara daxil ola bilən bütün subyektlərə istinad etmək üçün “Tədqiqat Komandası” terminini istifadə edə bilərik. Bütün Tədqiqatlar üçün Məlumatlı Razılıq Tədqiqat Komandasının üzvləri ilə bağlı konkret məlumatı əhatə edəcəkdir.

Məlumatların Toplanması və İstifadəsi

Şəxsi məlumat bir şəxsi müəyyən etmək və ya onunla əlaqə saxlamaq üçün istifadə oluna bilən məlumatdır. Bəzi şəxsi məlumatlar və şəxsi olmayan məlumatlar aşağıda təsvir edildiyi kimi Proqramlar vasitəsilə və ya Tədqiqatların bir hissəsi kimi sizdən və ya haqqınızda toplana bilər.

Apple və onun törəmə şirkətləri və digər Tədqiqat Komandası üzvləri Proqram vasitəsilə topladığımız məlumatı bir-birilə paylaşa və onu bu Məxfilik Siyasətinə uyğun olaraq istifadə edə bilər.

Əgər Tədqiqatda iştirak etmək qərarına gəlsəniz, aşağıda bizim toplaya bildiyimiz məlumat növləri və onları necə istifadə etməyimizlə bağlı nümunələr verilib.

Topladığımız məlumatlar

Proqramlarımızdan birini endirdiyiniz və Tədqiqatların birində qeydiyyatdan keçirdiyiniz zaman aşağıda Proqramlar vasitəsilə (“Tədqiqat Məlumatları”) sizdən və haqqınızda toplana bilən məlumat kateqoriyaları (bəzi şəxsi məlumatları ehtiva edə bilər) ilə bağlı nümunələr verilib. Tədqiqatın bir hissəsi kimi haqqınızda toplanacaq konkret məlumat kateqoriyaları Məlumatlı Razılıqda təsvir olunacaqdır.

  • Adınız, e-poçt ünvanınız və telefon nömrəniz kimi əlaqə məlumatı.
  • Yaşınız, cinsiniz, yaşadığınız ölkə və irqiniz kimi demoqrafik məlumat.
  • Boyunuz/çəkiniz, əvvəlki tibbi diaqnoz və yoxlama (məs: dəyişkən ürək ritmi diaqnozu), bəzi dərmanlardan indi və ya əvvəl istifadə etməyiniz (məs: qan durulaşdırıcı dərmanlar), bəzi nəsli xəstəliklər (məs: atrial fibrilyasiya tarixçəsi) və sağlamlıqla bağlı vərdişlər (məs: siqaret çəkmək) kimi Tibbi tarixçə və məlumat. Bu məlumat tamamlamağınız xahiş edilə bilən proqramdaxili sorğular və ya digər sağlamlıqla bağlı sorğular vasitəsilə toplana bilər.
  • Nəbz döyüntülərini hesablamaq üçün ürək nəbzi və döyüntüsü kimi sensor məlumatı.
  • Əksər hallarda şəxsi olmayan məlumatlar olan Texniki məlumatlar, məsələn: özlüyündə hər hansı konkret şəxslə bağlı birbaşa əlaqəyə icazə verməyən formada olan məlumatlar. Texniki məlumatlara məsələn, proqramdan istifadənizlə bağlı məlumat (məs: Proqramın ilk dəfə işə salınması), proqram versiyası və quraşdırma identifikatoru və əməliyyat sistemi və modeli kimi cihazınızla bağlı texniki məlumatlar daxildir. Apple hədəflənmiş reklam təqdim etmək üçün müştərilərini uzun müddət ərzində və üçüncü tərəfin vebsaytlarında izləmir, ona görə də “Do Not Track” (“İzləməyin”) (DNT) siqnallarına cavab vermir.
  • Tədqiqat zamanı yaranan narahatlıq, xoşagəlməz hadisə və ya digər bildirilə bilən problem kimi xoşagəlməz halla bağlı məlumat.
  • Məlumatlı Razılıqda təsvir edildiyi ki, əgər varsa, başqa məlumat.

Əlaqə məlumatlarınız Apple sistemlərində qəbul edilməzdən əvvəl Proqramlar vasitəsilə və Tədqiqatlarınızın bir hissəsi kimi toplanmış qalan məlumatlardan ayrılacaq və təsadüfi kodla (“Kodlaşdırılmış Tədqiqat Məlumatları”) əvəzlənəcəkdir.  Apple tədqiqat sponsoru kimi çıxış etdikdə, müəyyən yurisdiksiyalardakı qanuna riayət etmək və ya Apple-ın sponsor kimi öhdəliklərini yerinə yetirmək üçün lazım olduqda Kodlaşdırılmamış Tədqiqat Məlumatlarının nəzərdən keçirilməsini əhatə edən bir prosesi həyata keçirmək öhdəliyi daşıyır. Apple öz adından bu cür öhdəlikləri yerinə yetirmək üçün üçüncü bir şəxsi işə götürür və yalnız Apple sistemlərində Kodlaşdırılmış Tədqiqat Məlumatları qəbul edilir. Bəzi tədqiqatlar üçün texniki problem yaşandıqda və əlavə texniki dəstək üçün razılıq Apple-a ötürüldükdə, Apple sizi birbaşa müəyyən edən bəzi məlumatlara daxil ola bilər. Tədqiqatın əsas tədqiqatçısı və ya Tədqiqat Komandasının digər üzvləri kimi Tədqiqata cəlb olunmuş digər subyektlər Tədqiqat Məlumatlarını müəyyən edilə bilən formada saxlaya bilər.

Məlumatınızdan necə istifadə edirik

Əlaqə məlumatınız kimi şəxsi məlumatlarınız Proqram vasitəsilə toplandıqda Məlumatlı Razılıqda təsvir olunmuş məqsədlər, o cümlədən aşağıdakılar üçün istifadə edilə bilər:

  • Sizi tədqiqatda qeydiyyatdan keçirmək, o cümlədən Tədqiqatda iştirak üçün uyğun olub-olmadığınızı müəyyənləşdirmək
  • Tədqiqatı aparmaq və dəstəkləmək
  • Proqramdaxili bildirişlər, e-poçt və ya başqa vasitələrlə sizə Tədqiqatla bağlı sorğular və ya başqa mesajlar göndərmək üçün əlaqə saxlamaq

Kodlaşdırılmış Tədqiqat Məlumatlarınızdan Məlumatlı Razılıqda təsvir olunmuş, o cümlədən aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

  • Tədqiqatı aparmaq və dəstəkləmək
  • Sağlamlıqla bağlı məhsullar və təkmilləşdirmə fəaliyyətlərini işləyib hazırlamaq
  • Məlumatlı Razılıqda icazə verildiyi halda, başqa eksperimental tədqiqatlar üçün
  • Tədqiqatla bağlı əldə olunan nəticələr və aidiyyatı hesabatları (sizi müəyyən etməyəcək) bildirmək

Texniki məlumatlarınızdan (yuxarıda qeyd edildiyi kimi) həmçinin sizin Tədqiqat və Proqramlarda ümumi istifadə üçün uyğun olub-olmadığınızı müəyyənləşdirməkdə istifadə oluna bilər.

Üçüncü tərəflərə açıqlama

Xidmət Provayderləri

Apple və Tədqiqat Komandasının digər üzvləri məlumatınızı Tədqiqata nəzər salmaqda və tədqiqatın iştirakçısı kimi hüquqlarınızı qorumaqda məsuliyyət daşıyan və müstəqil üçüncü tərəfin təşkilatının ekspert şurası və ya adımızdan Tədqiqatla bağlı şikayətlərin qəbulu və emalı kimi Tədqiqatla bağlı xidmətləri həyata keçirməyə cəlb olunmuş üçüncü tərəflər kimi Tədqiqat üçün və ya onun adından xidmətlər təqdim edən şirkətlərlə paylaşa bilər. Bu şirkətlər məlumatlarınızı mühafizə etməyə borcludurlar.

Digərləri

Şəxsi məlumatlarınız və Kodlaşdırılmış Tədqiqat Məlumatları həm də aşağıdakı üçüncü tərəflərə açıqlana bilər:

  • ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyi, Qida və Dərman Administrasiyası və digər federal və ya regional icra hakimiyyəti orqanları kimi dövlət və tənzimləyici orqanlar.
  • Məhkəməyə çağırış, mülki iddia və ya məhkəmə qərarları kimi etibarlı məhkəmə prosesinə aid hüquq-mühafizə orqanları və ya digər üçüncü tərəflər. Əgər milli təhlükəsizlik və ya ictimai əhəmiyyətli digər məsələlərin həlli məqsədləri üçün məlumatların açıqlaması zəruri və uyğun olduğu qənaətinə gəlmişiksə, biz barənizdə məlumatı bu halda da açıqlaya bilərik.
  • Digər təsdiqlənmiş eksperimental tədqiqatçılar, Məlumatlı Razılıqda icazə verildiyi halda, təsdiqlənmiş bəzi üçüncü tərəf tədqiqatçıları məhdudlaşdırılmış Tədqiqat Məlumatlarına daxil ola bilər. Təsdiqlənmiş eksperimental tədqiqat kateqoriyaları, onların daxil ola bildiyi Tədqiqat Məlumatlarının növü və onların məlumatları istifadə etdiyi məqsədlər Məlumatlı Razılıqda daha ətraflı şəkildə təsvir olunacaqdır.
  • Digərləri, qayda və şərtlərimizi tətbiq etmək, yaxud əməliyyatlarımızı və ya istifadəçilərimizi qorumaq zərurəti müəyyən etdiyimiz halda məlumatı açıqlaya bilərik. Biz məlumatları Məlumatlı Razılıqda təsvir olunduğu kimi açıqlayırıq. Bundan əlavə, yenidən təşkil, birləşmə və ya satış halında biz müvafiq üçüncü tərəfə topladığımız istənilən və bütün şəxsi məlumatı ötürə bilərik.

Məlumatınızın Mühafizəsi

Apple şəxsi məlumatınızın təhlükəsizliyini çox ciddi qəbul edir. Apple təhlükəsiz saxladığı Tədqiqat Məlumatlarını saxlamaq və məlumatınızın məxfiliyini qorumaq, o cümlədən, fiziki təhlükəsizlik tədbirlərindən istifadə etməklə onu məhdudlaşdırılmış müraciəti olan müəssisələrdə sistemlərə yerləşdirmək üçün müvafiq tədbirlər görür. Təhlükəsizlik tədbirlərimizə baxmayaraq, ümumi məxfiliyə zəmanət verilə bilməz.

Şəxsi məlumatlarınızın yaddaşda saxlanması

Hər hansı Tədqiqatda iştirakınız könüllüdür. Siz iştirak etməmək qərarına gələ və ya istənilən vaxt hər hansı Tədqiqatı tərk edə bilərsiniz. Əgər imtina etmək qərarına gəlsəniz, biz artıq topladığımız məlumatları silməyə və onlardan istifadəni davam etdirə bilərik, lakin sizin haqqınızda hər hansı yeni Tədqiqat Məlumatlarının alınmasını dayandıracağıq və ciddi, praktiki tibbi ehtiyac yarandığı hal istisna olmaqla, Tədqiqatla bağlı sizinlə əlaqə saxlamağı dayandıracağıq. Xüsusi saxlama siyasətləri və imtina etmək üçün atmalı olduğunuz addımlar hər bir Tədqiqat üçün Məlumatlı Razılıqda təsvir olunacaqdır.

Uşaqlar

Proqramlarımız yaşı 13-dən az və ya müvafiq yurisdiksiyada qeyd olunan minimum yaşda olan uşaqlar üçün nəzərdə tutulmayıb. Əgər biz yaşı 13-dən aşağı olan uşaqdan şəxsi məlumatları topladığımızı öyrənsək, biz belə məlumatı mümkün qədər tez bir zamanda silmək üçün addımlar atacağıq.

Sizin məxfiliyinizə dair şirkətdaxili öhdəliyimiz

Şəxsi məlumatınızın təhlükəsiz olduğunu təmin etmək üçün biz Apple işçilərinə məxfilik və təhlükəsizlik prinsiplərimizi çatdırır və şirkət daxilində məxfilik tədbirlərini ciddi şəkildə tətbiq edirik.

Məxfiliyə dair suallar

Bu Məxfilik Siyasəti ilə bağlı hər hansı suallarınız və ya narahatlıqlarınız varsa, lütfən bizə müraciət edin. Tədqiqatla bağlı suallarınız varsa, Məlumatlı Razılıqda qeyd olunmuş əlaqə məlumatını istifadə etməklə, Tədqiqat Komandasının üzvü ilə əlaqə saxlamağınız xahiş olunur. Tədqiqatdan çıxmaq üçün Məlumatlı Razılıqda verilmiş xüsusi göstərişlərə əməl etməyiniz xahiş olunur. Qeyd edək ki, Proqramın silinməsi sizin Tədqiqatdan çıxarılacağınızı bildirmir.

Apple zaman keçdikcə bu Məxfilik Siyasətini yeniləyə bilər. Əgər siyasəti material şəkildə dəyişdirsəniz, sizə ya Proqramda, ya da yenilənmiş Məxfilik Siyasəti ilə birgə Tədqiqata aid e-poçt vasitəsilə bildiriş təqdim ediləcəkdir. Biz həmçinin hər hansı Tədqiqata aid veb-saytda bildiriş təqdim edə bilərik.

Apple Inc., 1 Apple Park Way, Cupertino, California, USA, 95014